Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə108/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   104   105   106   107   108   109   110   111   112

Nazim Tapdıqoğlu
yandırılır. Kəndin əhalisi öz dədə-baba torpağından zorla qovulur. Basqınçılar 
kənddəki evlərin bütün əşyalarını,  mal-qaram daşıyıb aparır.  Kəndin yaxınlı­
ğında döyüş gedir. Ölənlər və yaralananlar olur...
17 
dekabr  1992-ci il - Azərbaycan Respublikasının Prezidenti  "Cəbrayıl ray­
onu ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verir...
17 
dekabr  1992-ci il - Ağdamın qərb bölgələrində ermənilərlə qızğın döyüşlər 
davam edir...
18 
dekabr  1800-cü  il  - Rus  çarı Pavel  Gürcüstanı Rusiyaya ilhaq etməyə 
dair fərmana qol çəkir. General Qnorrinq Gürcüstana hakim təyin olunur. Bun­
dan sonra Azərbaycanın  da gələcək müqəddəratında  "aşkar məqamlar planı" 
nəzərə çarpır...
18  dekabr  1901-ci il - Tovuz stansiyasının dəmiryolçuları tətil edirlər...
18 
dekabr  1917-ci il - Rus-erməni qüvvələri ilə türklər arasında Ərzincanda 
barışıq aktı  yenidən müzakirə olunur. Vladimir İliç  Lenin  daşnaq  S.G.Şa- 
umyanı Zaqafqaziya işləri üzrə komissar təyin edir. P.A.Caparidze  isə Bakı So­
vetinin sədri olur...
18 
dekabr  1918-ci il - Erməni quldur dəstələri Cəbrayılın Sirik kəndini dar­
madağın edərək yandırırlar. Kənddən 11 kişi,  10 qadm,  14 uşaq erməni güllə- 
baram nəticəsində qətlə yetirilir...
18  dekabr  1940-cı il - Hitler SSRİ-yə qarşı müharibə  ( “Barbarossa”planı) 
haqqında  21 saylı  Direktivi  imzalayır...
18 
dekabr  1990-cı il- Terrorçu daşnaqlar Daşkəsən rayonunun Lenin adma 
sovxozunun otlaq sahəsinə basqın edərək, 27 yaşlı R.İsmayılovu girov götürüb, 
500  baş qoyun sürüsünü aparırlar...
18  dekabr  1993-cü il - Xocavənd rayonunun Muğanlı kəndi istiqamətində 
gedən qanlı döyüşlərdə Ağcabədi rayonunun Minaxorlu kəndinin  1970-ci il tə­
vəllüdlü vətənpərvər oğlu Qaraş Cəmil oğlu Hacıyev şəhid olur...
18 
dekabr  1997-ci il - Azərbaycan Respublikasının Prezidentinin  "1948-53- 
cü  illərdə azərbaycanlıların  Ermənistandan  kütləvi surətdə  deportasiyası  haq­
qında"  fərmanında  azərbaycanlıların  məruz  qaldığı  etnik  təmizləmə  və 
soyqırımına tarixi, siyasi, hüquqi qiymət verilir...
19  dekabr  1210-cu  il  -  Gürcü  qoşunları  Azərbaycan  ərazisinə  ən  böyük 
yürüşlərdən birini həyata keçirir. Onlar Naxçıvanı tuta bilməyib Culfaya,  Mə­
rəndə və Təbrizə tərəf istiqamətlənirlər.  Şəhərlər qarət olunur, çoxlu mal-dövlət,
294
Azərbaycan faciələrinin təqvimi
pul, zinət əşyaları gürcülərin əlinə keçir...
19 
dekabr  1905-ci il - Movses Qriqoryanın, Ambarsum Koçarovun başçılıq 
etdiyi daşnaq terrorçuları Xankəndinin azərbaycanlılar yaşayan məhəllələrinə 
basqın edirlər.  Yusif Xanalı oğlu, Əkbər Sadıq oğlu, Məhəmməd İbrahim oğlu, 
Hafizə Qara qızı, Minə Qara qızı, Sitarə Usub qızı, Sadıq Kərbəlayi Xanalı oğlu, 
Həbib Məşədi İsgəndər oğlu, Dostuxanım Məşədi Məhəmmədbağır qızı, Rəhim 
Ağaməmməd oğlu, Aftab Məşədi Zeynalabidin qızı, Məşədi Zeynal, onun oğlan­
ları Teymur, Firudin, Əsəd qətlə yetirilir; sonra meyidlərə od vurulur. Azərbayc­
anlılara məxsus olan evlər, dükanlar qarət olunur...
19  dekabr  1917-ci il - Erməni Milli Şurasının iclasında Andranik Ozanyan 
sonrakı  fəaliyyəti  -  yəni, türklərə və  azərbaycanlılara  qarşı  həyata  keçirəcəyi 
soyqırımı,  vəhşilikləri  sanki  yerinə  yetirmək  barədə  bəyanat  verərək  deyir: 
‘‘Əgər siz məni Ermənistanın oğlu sayırsınızsa,  mən elə günü sabah  Ərzuruma 
yola düşürəm., .türkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün öz 
rəşadətli dəstəmlə gedirəm və məni heç kəs bundan dayandıra bilməz...
19 
dekabr  1918-ci il - Andranikin silahlı quldur dəstəsi yerli ermənilərlə Kağı 
dərəsində müsəlmanları vəhşicəsinə qırırlar...
19  dekabr  1918-ci il - Zəngəzurun azərbaycanlılar yaşayan Nüvədi kəndinə 
basqın edən erməni  terrorçuları  qətliamlar törədirlər.  Ağır  yataq xəstəsi  olan 
Əsəd bəy Abbasovun sinəsinə ermənilər süngü sancırlar. Kənddən çıxıb qaçmaq 
istəyən qadın və uşaqlardan ələ keçəninin başları kəsilir...
19 
dekabr  1919-cu il - İrəvanda təşkil edilmiş  “Müdafıeyi-məzluman,’ qru­
punun üzvü Hüseynağa Şahtaxtinski ermənilər tərəfindən qətlə yetirilir...
19  dekabr  1920-ci il - Erməni yaraqlıları Zəngəzurun Əliquluuşağı - Fərəcan 
cəbhə xətti boyunca azərbaycanlılar yaşayan kəndlərinə hücum edirlər. 26 kənd 
yerlə yeksan edilir.  Çoxlu sayda günahsız  azərbaycanlılar qətlə yetirilir.  Əhali 
doğma yurdlarından didərgin düşür...
19  dekabr  1991-ci il - Ağdamın Şotlanlı kəndi ermənilər tərəfindən atəşə tu­
tulur; bir neçə ev zədələnir...
19 
dekabr  1991-ci il - Xocalı-Ağdam reysi ilə uçan vertolyota ermənilər tə­
rəfindən atəş açılır...
19  dekabr  1991-ci il - Kərkicahan qəsəbəsi ermənilər tərəfindən top və raket 
qurğularından, iriçaplı pulemyotlardan atəşə tutulur. Dağıntı və tələfat olur...
20  dekabr  1743-cü il - Ağsu yaxınlığında baş verən döyüşdə Səfi (Sam) Mir­
zənin dəstələri dağıdılır, özü isə öldürülür. Nadirin əmri ilə əsir alınmış üsyançı­
ların başlarından Ağsu yanında qüllə düzəldilir...
295


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə