Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə109/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   104   105   106   107   108   109   110   111   112

Nazim Tapdıqoğlu
20 
dekabr  1911-ci il - Çar qoşunları Təbrizə hücuma keçir. Rusiyanın təhriki 
ilə Təbrizə əksinqilabm hücumu başlanır...
20 
dekabr  1912-ci il -  "Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi 
surətdə satılması haqqında qanun "verilir. Çar tərəfindən Stolipin aqrar siyasətini 
müəyyən  məhdudluqla  özündə  əks  etdirən  canişin  layihəsi  təsdiq  edilərək 
qüvvəyə minir...
20  dekabr  1918-ci il - Zəngəzurun Qarçıvan, Deştahad,  Fərəcan kəndlərinə 
basqın edən erməni terrorçuları həmin kəndlərdə  115 nəfər azərbaycanlı  dinc 
sakini vəhşicəsinə qətlə yetirirlər...
20  dekabr  1919-cu  il  -  Erməni  daşnaqları  Zəngibasarm  Kolanı  kəndinə 
hücum edir.  Çoxlu  sayda  adam  öldürülür.  Kənd  əhalisi  yurd-yuvasmdan 
didərgin düşür...
20 
dekabr  1919-cu il - Silahlı erməni dəstələri Cəbrayıl qəzasının (indiki Cəb­
rayıl rayonunun) Xələfli,  Aşıq Məlikli,  Tatar və Şıxlar kəndlərinə basqın edir. 
10 evi yağmalayır və yandırır, 2 qadını, 6 kişini öldürür, bütün mal-qaranı sürüb 
aparırlar...
20  dekabr  1942-ci il  -  Görkəmli  hərbi  xadim,  general-mayor,  "Lenin" 
(ölümündən sonra) və  "Qırmızı Bayraq" ordenli Yaqub Allahqulu oğlu Quliyev 
Stalinqrad döyüşlərində həlak olur...
20 
dekabr  1988 ci il - Azərbaycan rəhbərlərinin qətiyyətsizliyindən istifadə 
edən ermənilər DQMV Xalq Deputatları Sovetinin sessiyasında Vilayətin Azər­
baycanın tərkibindən çıxıb Ermənistana birləşməsini elan edirlər...
20 
dekabr  1989-cu il - Daşnaq terrorçular Kərkicahan yaşayış məntəqəsinə 
hücum edirlər. İslam İdris oğlu və Füzuli Rəhim oğlu güllə yarası alırlar...
20  dekabr  1991-ci il - Xankəndi şəhəri yaxınlığında yerləşən Kərkicahan qə­
səbəsi ermənilər tərəfindən yenidən raket atəşinə məruz qalır...
20 
dekabr  1992-ci il - Çıldıran kəndi ərazisində gedən qanlı döyüşlərdə Ba- 
sarkeçərin Zod kəndinin  1973-cü il təvəllüdlü mərd oğlu Şöhrət Səməndər oğlu 
Əhmədov  qəhrəmancasına həlak olur...
21  dekabr 1812-ci il - Kotlyarevski Lənkəran xanlığının ərazisinə soxulur...
21  dekabr  1905-ci il  -  Çar hökuməti Azərbaycanda kütləvi həbslər həyata 
keçirir...
21  dekabr  1919-cu il - Erməni silahlıları Zəngibasarm  Qarğabazar kəndinə 
basqın edərək kəndi tamam dağıdırlar.  10-dan çox ev yandırılır, günahsız adam­
lar qətlə yetirilir...
21  dekabr  1979-cu  il -  SSRİ  Əfqanistanı işğal  edir.  10 il davam edən bu
296
Azərbaycan faciələrinin təqvimi
işğal ərzində yüzlərlə azərbaycanlı da həlak olur...
21  dekabr  1991-ci il -  1958-ci il təvəllüdlü vətənpərvər şuşalı Vahid Mövsüm 
oğlu Həsənov həlak olur...
21  dekabr  1991-ci il - Şuşa rayonunun Nəbilər kəndi erməni yaraqlılarının 
hücumuna məruz qalır. Ölən və yaralananlar olur. Əhali doğma yurdundan di­
dərgin düşür...
21 
dekabr  1991-ci il - Almata şəhərində Müstəqil Dövlətlər Birliyi yaradıl­
masına dair  “Almata Bəyannaməsi” imzalanır.  11  suveren dövlət - Rusiya,  Uk­
rayna, Belorusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan,  Tacikistan, 
Türkmənistan,  Özbəkistan  və  Moldava  bərabər  hüquqlar  əsasında  Müstəqil 
Dövlətlər Birliyi yaratmaq haqqında protokol imzalayır...
21  dekabr  1994-cü il -  23 yaşlı cəsur bölmə komandiri Şahin İsmixan oğlu 
Hüseynov minaya düşərək həlak olur...
22  dekabr  1248-ci il - Məşhur Azərbaycan filosofu, həkim, alim, Misirin qa­
zisi Əfzələddin Məhəmməd ibn Namavər ibn Əbdülməlik Xunəci Qahirədə müəm­
malı  şəkildə Ölür...
22 
dekabr  1830-cü il - Balakən ərazisində baş verən döyüşdə üsyançılar yenə 
məğlub olurlar...
22  dekabr  1918-ci il - Gecə saat 9-da Lənkəranda erməni silahlıları Qala ba­
zarın  mühafizə  əsgərləri  ilə  sövdələşərək  Yeddioymaq  kənd  sakini  Molla 
İsgəndəri vəhşicəsinə qətlə yetirirlər...
22  dekabr  1919-cu il- Erməni silahlı qruplaşmaları Uluxanh kəndini top atə­
şinə tuturlar. Ölənlər və yaralananlar olur. Kənddən qaçanların bir qismi yolda 
terrorçular tərəfindən qətlə yetirilir, bir qismi isə Araz çayında boğulur...
22  dekabr  1920-ci il -  Erməni yaraqlıları İrəvan  şəhərində  192  nəfər  azər­
baycanlını qətlə yetirir...
22 
dekabr  1922-ci il - ZSFSR SSRİ tərkibinə qatılır. Zaqfederasıyanın İtti­
faq Soveti  Dağlıq Qarabağa muxtariyyət  verilməsinin sürətləndirilməsi  haq­
qında xüsusi qərar qəbul edir...
22  dekabr  1941-ci il - Hitler  "Qafqaz müsəlmanlarından xüsusi hərbi hissələr 
yaradılması haqqında"sərəncam verir...
22  dekabr  1990-cı il - Gülablı kəndi yenidən ermənilər tərəfindən atəşə tu­
tulur...
22  dekabr  1991-ci il Rəhimov Rəcəb  ermənilər  tərəfindən amansızlıqla, 
döyülə-döyülə qətlə yetirilir...
22  dekabr  1991-ci il - Saat 22-də Laçın rayonunun Qarıqışlaq kəndi yaxm-
297


Nazim Tapdıqoğlu
lığmdakı bağ və meşə sahələri ermənilərin  "Yevangiley " qrupu tərəfindən part­
ladılıb yandırılır. Dekabrın 22-dən 23-nə keçən gecə «Yevangiley» erməni terror 
qrupu  tərəfindən  Laçın  rayonunun  azərbaycanlılar yaşayan  Qarıqışlaq kən­
dində ilk ekoloji terror aktı törədilir. Adı çəkilən terror qrupuna öz karyerasına 
«İntiqam» erməni  terror təşkilatında başlamış  Yevangiley  Vaskanyan başçılıq 
edir. İxtisasca uşaq hakimi olan Y.Vaskanyan indi azərbaycanlı uşaqları öldür­
məkdə ixtisaslaşır. «Yevangiley» terror qrupu kifayət dərəcədə çevikdir (14ya­
raqlıdan  ibarətdir),  yaxşı  silahlanmış  və  təchiz  olunmuşdur.  Bu  qrup 
«Daşnaksütyun» beynəlxalq erməni terror təşkilatının yeni xəttinin ekoloji ter­
roru həyata keçirməkdə istifadə edilən erməni təşkilatları sırasına daxildir...
23 
dekabr  1904-cü il - Balaxanıda silahlı mühafizə dəstələri, polis və kazaklar 
fəhlələri atəşə tuturlar. 15 adam öldürülür. Öldürülənlərin dəfni bir siyasi nüma­
yişə çevrilir...
23  dekabr  1911-ci il - İranda erməni əsilli Yepremin əli ilə Milli Şura Məclisi 
qapadılır...
23 
dekabr  1918-ci il - Erməni  quldur birləşmələri  azərbaycanlılar yaşayan 
Eyvazlı kəndinə basqın edərək  sakinlərin əmlakını yağmalayır,  mal-qarasını 
sürüb aparırlar. Kənd sakini Gilan Hüseyn Allahverdi oğlu vəhşicəsinə öldürülür. 
Axullu kəndində 2 kişi,  3 qadın,  1  uşaq qətlə yetrilir,  1  kişi yaralanır.  Məlikli 
kəndində 1 kişi öldürülür. Tatar kəndində bir adam yaralanır. Eyvazlı  kəndində 
1 nəfər öldürülür, Şıxlar kəndində 1 sakin yaralanır. Məzrə kəndində 6 kişi qətlə 
yetirilir. Sirik kəndində 11 kişi, 10 qadın, 14 uşaq öldürülür və 2 kişi yaralanır...
23 
dekabr  1947-ci il - İosif Stalin dostları -  Anostas  Mikoyanm  və  Te- 
vosyanın təsiri altında SSRİ Nazirlər Sovetinin  "Kolxozçuların  və digər Azər­
baycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına 
köçürülməsi haqqında"mənfur 4083 saylı qərarını imzalayır. 100.000 azərbayc­
anlı bu qərardan sonra öz doğma yurd-yuvasından zorla köçürülür...
23  dekabr  1989-cu il Məmməd  Vəliyevin idarə etdiyi  “UAZ-469” markalı 
93-93 AQR dövlət nişanlı maşın Çay kənd yaşayış məntəqəsində məskən salmış 
daşnaq terrorçularının basdırdıqları minaya düşür. Partlayış nəticəsində 5 nəfər 
azərbaycanlı dinc sakin ağır güllə yarası alır...
23  dekabr  1991-ci il - Milli Qəhrəman Hidayət Eldar oğlu Rüstəmov Meşəli 
kəndi uğrunda ermənilərlə döyüşdə həlak olur...
23  dekabr  1991-ci il - Milli Qəhrəman Faiq Alış oğlu Ağayev Meşəli kəndi 
uğrunda erməni yaraqlıları ilə döyüşdə həlak olur...
23  dekabr  1991-ci il - Ermənilərlə Cəbrayıl cəbhəsində,  Daşbaşı kəndi uğ-
298
Azərbaycan faciələrinin  təqvimi
rundakı döyüşdə 2 nəfər ölür, 2 nəfər yaralanır...
23 
dekabr  1991-ci il - Qarabağ silsiləsində, Qırxqız dağının ətəklərində yer­
ləşən Qarabağın dilbər guşələrindən biri, uzun illər ermənilərə göz dağı olan və 
onlar tərəfindən  qara qapı”  adlandırılan  cənnətməkan Meşəli kəndi  (Xocalı 
rayonu) erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilərək dağıdılır. Ermə­
nilər zümrüd bulaqları, tarixi  məlum olan və olmayan maddi mədəniyyət abi­
dələri,  eləcə  də  təbiət  möcüzələri  ilə  zəngin  olan  bu  kəndə  qəddarcasına  od 
vururlar. Tüstülənib yanan Meşəli Malıbəylidən, Kərkicahandan, Kosalardan, 
Şuşadan, Xocalıdan ... baxıb onun yandığım görənləri də yandırır. Kənd sakin­
ləri - Novruz Novruzov, Allahverdi,  Adilə Novruzova,  Rübabə  Novruz qızı  No­
vruzova, Rahilə, İsmayıl, Bəhlul Müseyib oğlu Hümbətov, Mətləb Qənimət oğlu 
Quliyev, Vidadi Allahverdiyev, Hidayət, Faiq, Ənvər Qasımov, Kamil, Xəlil Mah­
mud oğlu Kazımov, Əli Mürsəl oğlu Mehrəliyev, Hüseyn Rza oğlu Nurməmmə- 
dov,  Qənimət,  Pakizə  Nurməmmədova,  Nadir  Nəbi  oğlu  İbadullayev,  Zakir 
Novruz oğlu Novruzov, Əvəz Sadıqov, Pakizə Novruzova, Qönçə Qoca qızı Sa­
dıqova,  Xəlil, Sürəyya Alış qızı Xudayarova... həlak  olurlar.  350 nəfərlik əhali 
doğma yurdlarından didərgin salınır. Kənd sakinlərindən 3 nəfərin evindən heç 
kəs salamat çıxa bilmir.  12 nəfər - qadm,  uşaq, cavan, qoca diri-diri yandırılır. 
Burada  “Qarabağ” terror təşkilatından olan erməni quldurları tərəfindən azər­
baycanlılara qarşı əsl  genosid hadisəsi  törədilir...
23  dekabr  1991-ci il - Erməni yaraqlıları Füzuli rayonunun ermənilərlə həm­
sərhəd olan  Qaradağlı və digər kəndlərinə basqın edirlər.  /  nəfər qətlə yetirilir, 
3  nəfər yaralanır.  Axullu kəndində  40 ev  yandırılır,  1  nəfər  yaralanır.  Cuvarlı 
kəndində 1  nəfər yaralanır...
24 
dekabr  1807-ci il - Tam səlahiyyətli nazir vəzifəsində olan general Kloud 
Matyo Qardan 27 nəfərlik bir heyətlə İrana daxil olur. İran ordusunun yenidən 
təşkili işi başlanılır...
24 
dekabr  1829-cu il - Erməni generalı  Q.Lazarev rus  generalı  İ.Paskeviçə 
raport göndərərək,  cəmi 100 gün müddətində Arazı  keçməklə  40.000 nəfər er­
mənini Naxçıvanda və Qarabağda məskunlaşdırdığını bildirir...
24 
dekabr  1942-ci  il  - Azərbaycan  SSR  DİK hərbi  tribunalının  qərarı  ilə 
ASİ-nin II kurs tələbəsi Süleyman Əli Abbas oğlu İsgəndorli  (1922-ci ildə doğu­
lub), vətənpərvər gənc, elektrik montyoru Ələsgər Səttar oğlu Tağıyev (1921-ci 
ildə doğulmuşdur), ADU-nun III kurs tələbəsi Məmmədhüseyn Həbib oğlu Rza­
yev (1921-ci ildə doğulmuşdur) güllələnirlər...
24  dekabr  1991-ci il -  Ermənilər Xocalı rayonunun Meşəli kəndində qətlə
299


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə