Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

 
132 
İbni  Həcər  belə  yazır:  “Hər  kim  Peyğəmbərdən  bir 
hədis,  yaxud  bir  söz  rəvayət  etsə  və  yaxud  iman  gətirdiyi 
halda onu görsə, səhabələrdən sayılır. Hər kəs mömin halında 
Peyğəmbəri  görsə  və  müsəlman  olduğu  halda  dünyadan 
getsə,  istər  Peyğəmbəri  çox  görsün,  istərsə  də  az,  istər  o 
Həzrətdən  hədis  nəql  etsin,  istərsə  də  nəql  etməsin,  istər 
müharibələrdə iştirak etsin, istərsə də iştirak etməsin, istər bir 
kəs onun Peyğəmbərlə bir yerdə olduğunu görsün, istərsə də 
görməsin, hamılıqla səhabə sayılırlar!”
1
 
Sünnülərin  əksəriyyəti  bu  əqidədədirlər  və  hər  kəs 
Peyğəmbəri  görsə,  yaxud  o  Həzrətin  dövründə  dünyaya 
gəlsə, uşaq olsa da belə səhabə sayılır. 
İbni  Səd  səhabələri  beş  qrupa  bölmüş  və  onu  özünün 
“Ət-təbəqatul-kubra” kitabında gətirmişdir. 
“Əl-müstədrək”  kitabının  müəllifi  Hakim  Nişapuri 
səhabələri  aşağıda  qeyd  edəcəyimiz  tərtiblə  on  iki  qrupa 
bölmüşdür: 
1-Hicrətdən  öncə  Məkkədə  müsəlman  olanlar.  Misal 
üçün, raşidin xəlifələri. 
2-”Darun-nüdvə”də hazır olanlar; 
3-Həbəşəyə hicrət edənlər; 
4-Birinci “əqəbə”də iştirak edənlər; 
5-İkinci “əqəbə”də iştirak edənlər. 
6-Peyğəmbərdən sonra Mədinəyə hicrət edənlər; 
7-Bədr müharibəsində iştirak edənlər; 
8-”Hüdeybiyyə” 
sülhündən 
öncə 
və 
Bədr 
müharibəsindən sonra hicrət edənlər; 
9-”Rizvan” beyətində iştirak edənlər; 
10-Məkkənin 
fəth 
olunmasından 
qabaq 
və 
“Hüdeybiyyə”  sülhündən  sonra  hicrət  edənlər.  Məsələn, 
Xalid ibni Vəlid, Əmr ibni As və başqaları; 
11-Peyğəmbər 
(s)-in 
“tüləqa” 
(azad 
olunmuş) 
adlandırdığı şəxslər; 
12-Peyğəmbər (s)-in dövründə dünyaya gələn uşaqlar və 
səhabə övladları. 
                                                 
1
 “Əl-isabə fi təmyizis-səhabə”, İbni Həcər, 1-ci cild, səh. 10-11. 


 
133 
Sünnülər  hamılıqla  səhabələrin  ədalətli  olmasını,  dörd 
fiqh məzhəbləri də qeydsiz-şərtsiz onların rəvayətlərini qəbul 
edir  və  onlardan  irad  tutmağı  da  caiz  bilmirlər.  Səhabənin 
hansı  təbəqədə,  hansı  yaşda  olub-olmamasına  baxmayaraq, 
ondan  nəql  olunan  hər  bir  hədisin düzgünlüyü  haqqında  heç 
bir  tərəddüd  etmir,  onu  araşdırmadan  qəbul  edir  və  başqa 
hədislərlə  ziddiyyət  təşkil  edib-etməməsinə  diqqət  etmirlər. 
Onların  əqidəsinə  əsasən,  səhabələrdən  irad  tutmaq  olmaz; 
çünki onların hamısı adildir! 
Doğrudan  da,  bu,  zorakılıqdan  başqa  bir  şey  deyildir. 
Əql, düşüncə və insanın təbiəti ilə uyğun gəlmir və elm onu 
qəbul etmir. Mən əminəm ki, müasir dövrdə yaşayan yüksək 
mədəniyyətli cavanlar bu gülməli qanunu qəbul etməzlər. 
Elm və aydın dəlil üzərində qurulan İslamın həqiqəti ilə 
uyğun gəlməyən bu ideyanı sünnülərin haradan gətirdiklərini 
mən bilmirəm və inanmıram ki, kimsənin bu haqda məlumatı 
olsun.  Kaş  ki,  bunun  haradan  gəldiyini  biləydim!  Kaş  ki, 
onlardan  heç  olmasa  bir  nəfər  şəxs  səhabələrin  ədalətli 
olması barəsində Qurandan, ya Peyğəmbərin sünnəsindən və 
ya  məntiqlə  uyğun  gələn  bir  dəlil  gətirməklə  məni  qane 
edəydir! 
Lakin  Allaha  həmd  və  şükürlər  edirik  ki,  biz  bu  saxta 
nəzərlərin  sirrini  öyrəndik  və  onu  gələcək  fəsildə  bəyan 
edəcəyik. Digər təhqiqatçılar da onun digər sirlərini açmaqda 
əllərindən gələni əsirgəməməlidirlər. 
SƏHABƏ HAQQINDA SON SÖZ 
Şübhəsiz ki, səhabələr də digər insanlar kimi məsum və 
günahsız  olmayıb  xətaya  uğramışlar.  Adi  insanlara  vacib 
olan  məsələlər  onlara  da  vacib  olmuşdur  və  digər  insanlarla 
eyni hüquqa malikdirlər. 
Onların  başqa  insanlara  olan  fəzilətləri,  yalnız 
Peyğəmbərlə  eyni  zamanda  yaşamaları  idi.  Əlbəttə,  bunu  o 
zaman  fəzilət  saymaq  olar  ki,  Peyğəmbərə  ehtiram  göstərib 
onu  əksinə  çıxmasınlar.  Əks  təqdirdə,  onların  əzabı  ikiqat 
çoxdur.  Çünki  Allahın  ədalət  məhkəməsi  tələb  edir  ki, 


 
134 
Peyğəmbərin  dövründə  yaşamayan  insanlara  o  Həzrətlə 
oturub  duran  şəxslər  qədər  əzab  verməsin.  Peyğəmbərin 
buyruqlarını  yaxından  eşidən,  nübüvvət  nurunu  və 
möcüzələri görən şəxslərin hesabı Peyğəmbəri görməyən və 
ondan sonrakı dövrlərdə yaşayan insanlarla fərqlənməlidir. 
İnsanın  əqli  və  vicdanı  müasir  dövrdə  yaşayıb  Allahın 
Kitabına,  Peyğəmbərin  sünnəsinə  ehtiram  göstərən,  onların 
göstərişlərinə  əməl  edən  şəxsi  Peyğəmbərlə  birgə  və  eyni 
dövrdə yaşayıb əvvəldə iman gətirməyən, sonradan çarəsizlik 
üzündən  İslamı  qəbul  edən,  o  Həzrət  dünyadan  gedəndən 
sonra dindən çıxan səhabədən üstün olmasına hökm edir. 
Bu,  Quranın,  Peyğəmbər  sünnəsinin,  əql  və  vicdanın 
qəbul etdiyi bir həqiqətdir. Quran və sünnəni tanıyan hər bir 
kəs bu həqiqət barəsində heç bir şəkk-şübhə etmir. Aşağıdakı 
ayəni buna misal göstərmək olar: 
 ٍةَش ِحاَفِب  َّنُكنِم  ِتْأَي  نَم ِ  يِبَّنلا  ءاَسِن  اَي
 
  ْفَعاَضُي  ٍةَنِ يَبُّم
 اًريِسَي ِ َّللّا ىَلَع  َكِلَذ  َناَكَو ِنْيَفْع ِض ُباَذَعْلا اَهَل
 
“Ey  Peyğəmbərin  zövcələri!  Sizdən  hansı  biriniz 
açıq-aşkar  bir  çirkin  (günah)  iş  görsə,  onun əzabı  ikiqat 
olar. Bu, Allah üçün asandır.”
1
 
Səhabələr  arasında  həm  mömin,  həm  də  imanları  zəif, 
həm  təqvalı,  həm  də  təqvasız,  həm  adil,  həm  də  zülmkar, 
həm  haqtələb,  həm  də  üsyankar,  həm  öz  elminə  əməl  edən 
alim,  həm  də  bidət  qoyan  və  nadan,  həm  ixlaslı,  həm  də 
ikiüzlü və əhd-peymanlarına sadiq qalmayan şəxslər var idi. 
Əgər  Qurani-Kərim,  Peyğəmbərin  sünnəsi  və  tarix 
bunları qəbul etməyib onu açıq-aşkar bəyan etmişdirsə, onda 
sünnülərin  “səhabələrin  hamısı  adildir”  –  dedikləri  söz  puç 
və  əsassızdır.  Çünki  Quran  və  sünnə  ilə  müxalifdir,  tarix, 
ədalət və insanın vicdanı ilə uyğun gəlmir, təəssübkeşlikdən, 
nəfsi istəklərdən, əsassız sözlərdən başqa bir şey deyildir. 
Bəzən  əhli-sünnətin  bu  məsələlərlə  əlaqədar  olan 
əqidələri  ilə  rastlaşanda  insanı  təəccüb  bürüyür  ki,  nə  üçün 
əql,  sünnə  və  tarix  ilə  uyğun  gəlməyən  şeylər  haqqında 
                                                 
1
 “Əhzab” surəsi, 30-cu ayə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə