Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

 
138 
Görəsən  “münafiqlər  səhabələrdən  deyildir”  deyənlərin 
sözlərinə  etina  etmək  lazımdırmı?  Sünnülərin  əqidəsinə 
əsasən, bəli! Bunu onların nəzərində səhabənin hansı mənanı 
ifadə  etməsindən  başa  düşdük.  Çünki  onların  nəzərinə 
əsasən,  hər  kəs  iman  gətirdiyi  halda  Peyğəmbərlə  bir  yerdə 
oturub  həmsöhbət  olmasa  da  belə,  o  Həzrəti  görsə, 
səhabələrdən sayılır. 
Onların  “Peyğəmbərə  iman  gətirdiyi  halda”  dedikləri 
sözlər  də  zorakılıqdan  başqa  bir  şey  deyildir,  çünki  o 
Həzrətlə  birgə  olan  hər  bir  kəs,  “kəlmeyi-şəhadəti”  qəbul 
etmişdi. 
Peyğəmbəri-Əkrəm  onların  zahiri  imanlarını  qəbul 
etmişdi.  Belə  ki,  buyurur:  “Mənə  əmr  olunmuşdur  ki, 
insanların  zahiri  əqidəsinə  əsaslanam,  onların  batini  işləri 
Allaha aiddir.” 
O  Həzrət  öz  həyatında  onların  heç  birinə  “sən 
münafiqsən  və  sənin  İslamını  qəbul  etmirəm!”  –  deyə 
buyurmamışdı. 
Məhz buna görə də görürük ki, Peyğəmbər münafiqləri 
“öz dostları” kimi qələmə verir, halbuki onların nifaqlarından 
agah  idi.  Buxarinin  bu  sözünü  dəlil  kimi  buna  misal 
göstərmək  olar:  Ömər  ibni  Xəttab  Peyğəmbərdən  münafiq 
olan Abdullah ibni Übəyyin boynunu vurmasını icazə istəyib 
dedi:  Ey  Allahın  Peyğəmbəri!  İcazə  verin,  bu  münafiqin 
boynunu  vurum.  Peyğəmbər  buyurdu:  Onu  burax,  yoxsa 
camaat deyər ki, Mühəmməd öz səhabəsini öldürdü!
1
 
Bəzi  sünnü  alimləri  bizi  inandırmaq  üçün  deyirlər  ki, 
Peyğəmbərin  dövründə  münafiqlər  tanınırdı  və  onları 
səhabələrlə  qarışdırmaq  olmaz.  Əlbəttə,  bu,  qeyri-mümkün 
bir məsələdir. Çünki münafiqlər də səhabələrdən sayılırdı ki, 
yalnız  Allah  onların  batinindən  xəbərdar  idi.  Onlar  namaz 
qılır, oruc tutur, Allaha ibadət edirdilər və hər bir vasitəyə əl 
ataraq  özlərinin  Peyğəmbərin  tərəfdarlarından  olduqlarını 
göstərmək istəyirdilər. 
                                                 
1
  “Səhihi  Buxari”,  6-cı  cild,  səh.  66,  “fəzailul-Quran”  kitabı; 
“Tarixi ibni Əsakir”, 4-cü cild, səh. 97. 


 
139 
Aşağıdakı  dəlili  buna  misal  göstərmək  olar:  Buxari 
özünün “Səhih” kitabında qeyd etmişdir ki, Ömər ibni Xəttab 
Peyğəmbər  (s)-dən,  başqa  bir  dəfə  də  Zil-Xuveysərənin 
boynunu vurmaq üçün icazə istəyib o Həzrətə dedi: Ədalətlə 
rəftar  et!  Peyğəmbər  (s)  isə  Ömərə  buyurdu:  “Onu  burax; 
çünki onun elə dostları vardır ki, sizin hər birinizin namazı və 
orucu  onun  namazı  və  orucu  qarşısında  heç  nədir.  Onlar 
Quran oxuyurlar, lakin qəlblərinə heç bir təsir bağışlamır və 
oxun kamandan çıxdığı kimi dindən çıxırlar.”
1
 
Əgər mən səhabələrin çoxunun nifaq və ikiüzlülüklə az 
fasilə  olduğunu  desəm,  heç  də  mübaliğə  etməmişəm.  Çünki 
bunu,  Qurani-Kərimin  çoxlu  ayələri  və  Peyğəmbər  (s)-in 
hədisləri  vasitəsilə  isbat  etmək  olar.  Bu  barədə  əvvəlcə 
Qurani-Kərimdə olan ayələri gətiririk: 
a) 
 
 َنوُه ِراَك ِ قَحْلِل ْمُهُرَثْكَأَو ِ قَحْلاِب مُهءاَج ْلَب
 
“Peyğəmbər  onlar  üçün  haqq  (Quran)  gətirdi,  lakin 
onların əksəriyyəti haqqı xoşlamır.”
2
 
b) 
 
اًقاَفِنَو اًرْفُك ُّدَشَأ ُباَرْعَلْا
 
“Bədəvi  ərəblər  küfr  və  nifaq  baxımından  daha 
pisdirlər.”
3
 
v) 
 
 ِةَنيِدَمْلا  ِلْهَأ  ْنِمَو  َنوُقِفاَنُم ِباَرْعَلْا  َنِ م مُكَل ْوَح  ْنَّمِمَو
 ْمُهُمَلْعَت َلا ِقاَفِ نلا ىَلَع ْاوُدَرَم
 
“Ətrafınızdakı  bədəvi  ərəblər  və  Mədinə  əhalisi 
içərisində  ikiüzlülüyü  özlərinə  adət  etmiş  münafiqlər 
vardır.”
4
 
Qeyd  etmək  lazımdır  ki,  əhli-sünnətin  bir  çox  alimləri 
həqiqəti  gizlətmək  üçün  əllərindən  gələni  əsirgəməmişlər. 
                                                 
1
 “Səhihi Buxari”, 4-cü cild, səh. 179. 
2
 “Muminun” surəsi, 70-ci yə. 
3
 “Tövbə” surəsi, 97-ci ayə. 
4
 “Tövbə” surəsi, 101-ci ayə. 


 
140 
Məsələn, ayədə qeyd olunun “ərab” (ərəblər) sözünü onların 
səhabələrdən  olmamasına  təfsir  etmişlər!  Halbuki  onlar 
Peyğəmbər  (s)-in  dövründə  Ərəbistan  yarımadasının  hər  bir 
nöqtəsində yaşayırdılar. 
Lakin Ömər ibni Xəttabın ölümü yaxınlaşdıqda, görürük 
ki,  özündən  sonrakı  xəlifəyə  vəsiyyət  edərək  deyir:  “Sifariş 
edirəm  ki,  səhrada  yaşayan  bədəvi  ərəbələrə  hörmətlə 
yanaşsın; çünki onlar ərəblərin kökü, İslam dinini qəbul edən 
ilkin şəxslərdəndirlər.”
1
 
Əgər ərəblərin kökü, əsl-nəsəbləri və İslamı qəbul edən 
bədəfi  ərəblər  küfr,  nifaq,  Allahın  əhkamını,  hüdudlarını 
bilməyib Peyğəmbərə göndərilən göstərişlərə əməl etməmək 
sifətləri  ilə  tanınırsa,  onda  sünnülərin  “bütün  səhabələr 
ədalətlidirlər” – dedikləri sözlər əsassızdır. 
Bu  barədə  əlavə  məlumat  vermək  üçün  deyirik:  “Ərab” 
(ərəblər)  səhabələrin  hamısına  şamil  olurlar.  Çünki  Qurani-
Kərim  ərəblərin  küfrə  yol  verib  nifaq  sifətindən  möhkəm 
yapışdıqlarını açıqladıqdan sonra buyurur: 
 اَم  ُذ ِخَّتَيَو  ِر ِخلْا  ِم ْوَيْلاَو ِ  للّاِب  ُنِم ْؤُي  نَم ِباَرْعَلْا  َنِمَو
 ْمُهَّل  ٌةَبْرُق  اَهَّنِإ  لاَأ  ِلوُسَّرلا  ِتاَوَلَصَو ِ  للّا  َدنِع  ٍتاَبُرُق  ُقِفنُي
 ِتَمْحَر يِف ُ  للّا ُمُهُل ِخْدُيَس
 ٌمي ِحَّر ٌروُفَغ َ  للّا َّنِإ ِه
 
“Bədəvi  ərəblər  içərisində  elələri  də  vardır  ki, 
Allaha,  axirət  gününə  inanır,  xərclədiklərini  Allaha 
yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə 
sayırlar.  Bilin  ki,  bu,  onlar  üçün  (Allaha)  yaxınlaşmağa 
bir  səbəbdir.  Allah  onları  Öz  rəhmətinə  nail  edəcəkdir. 
Həqiqətən, Allah bağışlayan və rəhm edəndir.”
2
 
Lakin  Peyğəmbəri-Əkrəmin  şərif  sünnəsində  belə 
oxuyuruq: 
“Mənim  səhabələrimi  cəhənnəm  odunun 
yaxınlığına  gətirəndə,  mən  deyərəm:  İlahi!  Onlar  mənim 
səhabələrimdir! Cavab verilər: Sən bilmirsən ki, onlar səndən 
sonra  nələr  etdilər!  Sonra  mən  deyərəm:  Məndən  sonra 
(müsəlmanlara  hakim  olan)  vəziyyəti  bir-birinə  vurub ixtilaf 
                                                 
1
 “Səhihi Buxari”, 4-cü cild, səh. 206. 
2
 “Tövbə” surəsi, 99-cu ayə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə