Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə8/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

 
24 
-   Həqiqət xanım, bu günki ziyalıya ziyalı kimi sözünüz... 
-  Mən  onları  əqidəsindən  asılı  olmayaraq  hamısını  birliyə 
çağırıram. 
 
  
                                          
                                       
                      


 
25 
 Uşaqlıq  illəri   
                                                           
   “Yetim  ata-  anası  ölənə  deməzlər,  yetim  o  adamdır  ki,  əqli 
olmaya və ata-anası məlum olmaya.”                                                                                                                                                                                                  
                                                                          Həzrəti-Əli (ə) 
 
 “ Mən uşaqlıqda çox ağlağan qız olmuşam.” 
                                                                                                                                                                                                                                                             
                                                                     Həqiqət Kərimova 
 
     
    İnsan  yalnız  çətinlikləri,  maneələri  aradan  qaldırmaq  yolu  ilə 
mətinləşir.  Məhşur  ingilis  yazıçısı  Bernard  Şou  yazmışdır: 
“  İnsan  kərpic  kimidir:  yandıqca,  bişdikcə  daha  möhkəm 
olur.” 
    O,  uşaqlıq  illərini  xatırlamaq  istəmir,  həmin  illərə  yenidən 
qayıtmaq  onunçün  çox  ağır  və  mənəvi  üzüntüdür.  Bir  yaşında 
olarkən  atasını  itirir.    Ailədə  beş  bacı,  bir  qardaş  olublar.  Atası 
Səftər  kişi  ömrünün  gözəl  çağında  öz  xeyirxah  əməlinin  qurbanı 
olur.  Gecə  yarısı  selin  səsinə  yuxudan  ayılıb,  heç  bir  qonşunu 
oyatmadan suyun qabağına bənd çəkərək, onun axarını təkbaşına 
dəyişir və qonşuların evlərinə su dolmasının qarşısını alır. Ancaq 
bundan sonra möhkəm soyuqlayır, sətəlcəm olur. Yatağa düşür və 
tezliklə  vəziyyəti  pisləşir.  O,  ölüm  ayağında  bütün  ailə  üzvlərini 
yanına çağırıb onlara bu vəsiyyəti edir: “ Bu balaca qızcığazdan 
göz olun. Ona ata çörəyi yemək qismət olmadı. Onun qəlbini 
sındırmayın,  istəyinə  sədd  çəkməyin.  Onu  indi  və  gələcəkdə 
haqsız incidən bütün insanları lənətləyib ölürəm.” 
    Beləcə,  xeyirxah,  namuslu,  torpağını  bölüb  imkansız  yad 
adamlara  bağışlayan  Səftər  kişi  49  yaşında  həyatla  vidalaşır. 
Bundan  sonra  balaca  Həqiqət  atasız  böyüməyə  başlayır.  O  çox 


 
26 
ağlağan bir qız olub. Hətta, bir dəfə fasiləsiz ağladığından onu heç 
kim ovundura bilmədiyindən yeznələri Nadir əsəbindən bələkdəki 
körpəni  götürüb  həyətdəki  su  hovuzuna  atır.  Körpənin  böyük 
bacısı  Zeynəb  tez  uşağı  hovuzdan  çıxarır  və  balaca    Həqiqət 
ölümdən xilas edilir. Sonralar Həqiqətin ömür yolu o qədər əzablı, 
dözülməz  olur  ki,  onu  xilas  edən  bacısını  bununçün  qınayır  da. 
Deyirlər,  körpə  vaxtı  daha  çox  ağlağan  uşaq  böyüyəndə  bilikli, 
elmli  olur.  Uşaqlıqda  ağlamayan,  sakit  olan  uşaq  isə  böyüyəndə 
əqli  cəhətdən  zəif  olur.  Həqiqət  xanımın  timsalında  bu  elmi 
mülahizə özünü doğruldur. 
    Ailədə  atanın  vəsiyyətinə  hamı  əməl  etməli  olur,  balaca 
Həqiqətin bütün istəkləri onun qardaş və bacıları tərəfindən dərhal 
həyata keçirilirdi. 
    Evdə ərkəsöyün böyüyən balaca qızcığaz tezliklə məktəb yaşına 
çatır. 
    Uşaqkən  haqsız,  ədalətsiz  hərəkətə  qarşı  həmişə  barışmaz 
mövqe tutan balaca Həqiqət bu xüsusiyyətinə və diribaşlığına görə 
tez  bir zamanda  yaşıdları  arasında  öz  sözü  olan  “liderə”  çevrilir. 
Tezliklə,  bu  çəlimsiz  qızcığazın  dəcəlliyindən  bütün  məhəllə 
zinhara gəlir. Balaca qızcığaz başına dəstə toplayıb tez-tez qonşu 
məhəllə  uşaqlarına  “müharibə”  elan  edirdi.  Dəstənin  15  nəfər 
üzvü  vardı.  Balaca  Həqiqətin  lovğa,  özünü  dartan,  imkanlı 
adamları  görməyə  gözü  yox  idi.  Əgər  bir  maşında  özünü  çəkib 
oturan  görsəydi,  onda  həmin  maşının  şüşəsi  mütləq  sınmalıydı. 
Balaca qızcığaz bu işi o qədər cəldliklə edirdi ki, heç kim onu tuta 
bilmirdi. Rəhbərlik etdiyi dəstədən heç kəs cürət edib ona xəyanət 
etməzdi.  Əgər  belə  bir  hal  olsaydı,  oğlan  və  ya  qız  olmasından 
asılı olmayaraq onu cəzalandırırdı. Buna baxmayaraq o, çıxardığı 
qərarlarda  sərt  olduğu  qədər  də  ədalətli  idi.  Nahaqdan  kimisə 
cəzalandırmağı xoşlamazdı. Həmişə zəifləri müdafiə edirdi. Əgər 
dəstə  üzvlərindən  kimsə  biri  digərini  haqsız  incitsəydi,  dəstənin 
rəhbəri  günahkarın başının ortasından tükünü qayçı ilə bir cərgə 


 
27 
qırxardı.  Həmin  uşaq  saçını  bu  vəziyyətə  kim  saldığını    evdə 
valideynlərinə deməzdi. Əgər dəstə üzvlərindən kimsə satqınçılıq 
etsəydi, həmin uşağı heç kəs dindirib-danışdırmazdı. Bu proses iki 
ay davam edirdi. Sonra həmin uşaq səhv etdiyini başa düşüb dəstə 
qarşısında hamıdan üzr istəyirdi. 
    Hələ kiçik yaşlarından Həqiqət çox inadkar bir qız olub. Dediyi 
sözdən, etdiyi hərəkətdən heç kəs onu döndərə bilməzdi. 
    Bir  dəfə  anası  onun  bişmiş  qarğıdalısından  bir  dənə  qoparıb 
ağzına  qoyur.  Pah,  bundan  sonra  gəl  nadinc,  ərkəsöyün,  inadkar 
qızcığazı  sakitləşdir,  görüm  necə  sakitləşdirirsən.  Balaca  qız 
hikkəsindən ayaqlarını yerə döyəcləyib qışqırır: 
-  Bilmirəm,  necə  eləyirsizsə  edin,  götürdüyünüz  o,  bir  dənə 
qarğıdalını tez yerinə qoyun.  
    Bütün  ailə  üzvləri  onu    sakitləşdirməyə  çalışır,  amma    balaca 
Həqiqət  inadından  dönmür.  Əlacsız  qalan  ana  gedib  bir  dənə 
qarğıdalı  dənəsi  gətirib  qopardığı  yerə  qoyur.  İnadkar  qız  tez  əl 
atıb qarğıdalı dənəsini ordan götürüb yenidən qışqırır:  
- Yox, bilmirəm! Bu dənə ora yapışmışdı. Bu belə deyildi! Mənim 
əvvəlki qarğıdalımı verin! Tez olun! 
    Qarğıdalı  dənəsini  qopardığına  peşman  olmuş  ana  təzədən 
qarğıdalı  bişirərək  bütöv  birisini  gətirib  inadkar  qızına  verir. 
Bundan sonra balaca qızcığazın hirsi soyuyur. 
    Çox qəribə xarakterə  malik  olan bu qızcığaz  məktəbdə, dərsdə 
tamam başqa bir adam olurdu. O, həmişə  sakitcə oturub diqqətlə 
müəllimlərini dinləyərdi. Onu bu vəziyyətdə görən deyərdi ki, bu 
evdə  və  küçədə  bütün  aləmi  bir-birinə  qatıb-qarışdıran  həmin 
nadinc, hikkəli, inadkar qız deyil. 
    Hamıdan  arıq  və  çəlimsiz  bu  qız  dərs  zamanı  çox  sakit, 
yoldaşlarına  qarşı  mehriban  və  yaxşı  dərs  oxumasına  görə 
müəllimlərinin sevimlisi idi.Əlaçı olduğuna görə Nəcibə müəllimə 
həmişə onu başqalarına nümunə göstərir və qızı Afaqla bir yerdə 
otuzdurardı. 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə