Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   2   3   4   5   6   7   8   9   ...   59

 
12 
 
 
                    Həqiqət  işığında         
                                                  
 
“ Elm sahibinin dostu çox olar, mal sahibinin isə düşməni!”
 
                                                                                                                          
                                                                      Həzrəti -Əli (ə) 
    
   Allah-Təala  yeri  iki  günə  yaradaraq  onu  böyük  dağlarla 
möhkəmlətdi.  Yer  sakinlərinin  bütün  ehtiyaclarını  isə  dörd  günə 
hazır  etdi.  Sonra  qaza  oxşar  bir  maddə  ilə  yeri  işıqlandırıb  göyü 
yaratmağa başladı və hər ikisini öz iradə dairəsinə daxil etdi. Daha 
sonra dua oxuyan, ibadət edən mələkləri yaratdı. Sonra iradəsi və 
hikmətinin  tələbi  ilə  Adəmi  və  onun  nəslini  yaratmaq  üçün  
mələklərə belə bir xəbər göndərdi: “Elə bir məxluq yaradacağam 
ki,  yer  üzündə  xəlifəm  olsun,  orada  məskən  salıb  nəsli  hər  yana 
yayılsın,  torpaqda  bitənlərdən  yeyib  onun  təkindəki  nemət    və 
bərəkətləri  üzə  çıxarsın.“Mələklər  yeni  yaradılacaq  xilqətin 
təbiətindəki  hikməti  və  Tanrının  onu  yer  üzünə  xəlifə  təyin 
edəcəyini  bilmirdilər.  Allah-Təala  mələklərə  onu  da  bildirdi  ki, 
yeni  yaranacaq  məxluqun  böyük  bir  qismi  dindarlıq  və  ibadətə, 
itaətə və dua etməyə mələklər qədər can atmayacaqlar. Ona görə 
də mələklər Allaha üz tutub söylədilər: “Yer üzündə fitnə törədən, 
qanlar tökən bir kəsimi xəlifə yaradacaqsan? Axı biz dua oxuyur, 
ibadət edirik!” 
 
  
Bu anda Allah-Təala onların cavabını verdi: “ Siz bu məxluqun 
sirrindən xəbərsizsiniz və mənim bildiyimi siz bilmirsiniz.” 
   Bismillah-Rəhmanir-Rahim-“Rəhimlilərin  ən  rəhimlisi  olan 
Allahın  adı  ilə”  sözlərilə  başlanan  Qurani-  Kərimin  əsas  
mövzularından biri olan insan öz gücü və zəifliyi, gözəllikləri və 
çirkinlikləri,  üstünlükləri  və  çatışmazlıqları  ilə  böyükdür.  Furqan 
sürəsinin ilk iyirmi ayəsi insan haqqındadır. 


 
13 
   Bu  ayələrdə  deyilir  ki,  insan  kainat  ağacının  meyvəsidir:  fəqət 
bu  meyvənin  yetişməyi  üçün  şaxəli  budaqlar  və  rəngarəng 
çiçəklər  kifayət  etməz.  Ağacın  yer  altındakı  qaranlıqlara  və 
dərinliklərə kök atması lazım olduğu kimi, insan da çətinliklərə və 
əzablara qatlaşmadan istədiklərinə nail ola bilməyən bir varlıqdır. 
   Allah-Təalanın  mükəmməl  bir  quruluşda  yaratdığı  insan 
cəmiyyətin  və  hətta  kainatın  əsası  sayılır.  Bu  da  insanın  daxili 
aləminin nizamlanmasını və qidalanmasını tələb edir.   
   Qurani-Kərimə  görə  bütün  dəyişikliklərin  əsası  insanın  daxili 
aləmindədir.  Hər  bir  insanın  ruhundakı  dəyişikliklər  kainatda  və 
cəmiyyətdə baş verən mühüm dəyişiliklərlə bağlıdır. 
   Bununla  bağlı  Quran  belə  deyir:  “Allah  bir  cəmiyyəti;  bu 
cəmiyyət  isə  öz  fərdlərinin  daxili  aləmlərində  baş  verənləri 
dəyişdirmədikcə  heç  bir  dəyişiklik  baş  verə  bilməz”  (    Rəd 
surəsi, 11- ci ayə). 
   İnsan  daim  axtaran  varlıqdır.  Həm  də  axtarışlarını  dayandıran 
kimi sanki o, sahib olduğu ülviliklər zirvəsindən aşağı, adi canlılar 
səviyyəsinə  doğru  enir.  Tapanda  da  axtarmaq,  tapmayanda  da 
axtarmaq,  getdikcə  daha  dərinliklərə  enmək,  öz  zəka  nuru  ilə 
zülməti işıqlandırmaq- insana nəsib olan yeganə yol budur. 
   Həqiqətən  də  insan  Allah-Təalanın  yer  üzərindəki  ən  sirli 
möcüzələrindən biridir ki, onu kənar etmək mümkün deyildir. Bu 
gün rastlaşdığımız, yol-yoldaşı olduğumuz, illərlə bir yerdə ömür 
sürdüyümüz, ilk baxışda sadə gördüyümüz insan, sən demə, bizim 
hər birimiz üçün oxunmayan sirlər xəzinəsidir. Bu xəzinəni axıra 
kimi öyrənmək  isə indiyə kimi heç kəsə nəsib olmayıbdır. 
   Mən  bu  kitabımda  çoxlarının    tanıdığı  və  şəxsiyyətinə  hörmət 
etdiyi,  bütün  elm  sahələrindən  bəhrələnməyə  çalışan,  bütünlüklə 
ömrünü  elmə  həsr  edən  və  bundan  mənəvi  zövq  alan, 
yaradıcılıqlarının  çoxunda  Qurani-  Kərimə  istinad  edən,  indiyə 
kimi  həyatında  bir  neçə  dəfə  möcüzələrlə  rastlaşan  və  Allah- 
Təalanın  yaratdığına  bəxş  etdiyi  ən  gözəl  insani  keyfiyyətləri 


 
14 
özündə  cəmləşdirən  bir  alim  haqqında  söz  açacağam.  Alim 
barəsində yazmaq həm şərəfli, həm də böyük savab işdir. 
      Həyatda  yazıb-yaratmaq,  fəaliyyət  göstərmək,  öz  yaradıcı 
fəaliyyətinin  nəticələri  ilə  fəxr  etmək  insana  heç  bir  şeylə 
müqayisə edilməyən məmnunluq duyğusu verir və onu yeni-yeni 
elmi yaradıcılığa ruhlandırır. 
   Keçmişdən  narazı  qalan,  həyatın  ən  ağır  sınaqlarından  həmişə 
qalib  çıxan,  özü  istədiyi  həyatı  yaşamaq  nəsibi  olmadığı  üçün 
bütün  keçmişini,  ağrılı-acılı  günlərini  unutdurmaq  istəyi  ilə 
ömrünü  elmə  həsr  edən  və  xoşbəxtliyini  də  ancaq  bunda  tapan 
Həqiqət  xanım  Kərimovanın  dediyi  kimi:  “  Kədərimi,  dərdimi, 
niskilimi  unutmaqdan  ötrü  bütün  həyatım  boyu  yazmışam. 
Əgər  mən  indi  də  yazmasan,  yaratmasam,  bəlkə  bir  həftənin 
içində  dünyanın  ən  qocası,  yaşlısı  olaram.  Mən  yazdıqca, 
müxtəlif elmləri əxz etdikcə qəlbən, ruhən gəncləşirəm.” 
   Elmin  müxtəlif  sahələriylə  yorulmaq  bilmədən  məşğul  olan 
Həqiqət  xanıma  “Axı,  siz  kimsiniz?”  sualını  verəndə,  o 
gülümsünərək: “ Heç özüm də bilmirəm ki, mən kiməm?” - dedi. 
 
 
    
                          
     
 
 
 
 
 
 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə