Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   2   3   4   5   6   7   8   9   ...   59

 

Həqiqətin nurlu aynası 
 
   Giriş sözünün qeyri-adi bir tərzdə, pafosla, həm də başlıq altında 
yazılması  hörmətli  oxucumuza  bir  qədər  orijinal  görünsə  də, 
publisist-filosof    Həqiqət  Kərimovanın  2000-  ci  ilin  səkkiz  ayı 
ərzində  bir-birinin    ardınca  doqquz  sanballı  kitab  nəşr  etdirməsi 
barədə  verəcəyim    xoş  xəbər  daha  orijinal  təsir  bağışlayacaqdır.  
Bu,  doğrudan  da  məşhur  Ginnesin  kitabına  düşməyə  layiq  bir 
faktdır. Səkkiz ay ərzində  9 kitab!  Möcüzədir, deyilmi? Bəli, bu 
gün  kimi  aydın  bir  həqiqətdir  ki,  Həqiqət  xanımın  özü  dərin 
zəkası,  işləmək  qabiliyyəti  və  insanlıq  dəyəri  ilə  möcüzədir. 
Fəlsəfi  fikir bütün  elmi-dini fikirləri öz qanadı  altına aldığı  kimi,  
Həqiqət  xanımın  yaradıcılığı  da  ədəbi-publisistik  janrların 
hamısında  öz    qartal  əzəməti  ilə  nəzər-diqqəti  cəlb  edən  fəlsəfi 
tapıntıdır. Bu işlək qadının,  iki övlad anasının,  xoşbəxt zövcənin 
xəmiri  büs-bütün  istedad  mayası  ilə  yoğrulub  desəm,  səhv 
etmərəm.Bu kitabı oxuyanda görəcəksiniz ki,“Həqiqəti axtarmağa 
dəyməz,  onu  tapmazsan”  fikrini  yalnız  Həqiqət  xanıma  şamil 
etməklə məcazi mənada təsbit etmək olar: onu axtarsan, bir yerdə 
tapmaq olmaz, çünki bütün varlığı ilə həqiqətə bəzək olan Həqiqət 
xanımı  axtarmasan  da    hər  yerdə  tapa  bilərsən:  redaktor  kimi- 
Ziyalı”  qəzetinin  redaksiyasında,  ictimai  xadim  kimi  - 
Respublika  Ziyalılar  Cəmiyyətində,  fəal  jurnalist  kimi-Kütləvi 
İnformasiya  Vasitələri  İşçilərinin  Həmkarlar  İttifaqında, 
xeyriyyəçi  kimi-  gecələr  masa  arxasında,  gündüzlər  (vaxt 
tapanda)“Təbib” 
nəşriyyatında, 
müəllim 
kimi 
Heft 
Akademiyasında.  Hamı  tərəfindən    Həqiqətin  nurlu  aynası  kimi 
sevilən və ehtiram bəslənən bu qadının dostları isə onun  istedadı 
ilə  nüfuz  etdiyi  sahələrin  sayında  çox-çox  azdır:  Şəfiqə  xanım 
Əliyeva,  Vaqif    Şadlinski,  Oqtay  Salamzadə,  Faiq  Tağızadə, 
Xeyrulla  Balaxanlı,  Camal  Zeynaloğlu  və  daha  bir  neçə  nəfər. 
Amma Həqiqət xanımın  hamıya, hamıya və yenə də hamıya olan 


 
10 
məhəbbət    və  mərhəmətinə  isə  hədd-hüdud  yoxdur-  bu  sevgi 
Allahdan, onun Rəsulundan  başlanmış bizi əhatə edən insanların 
hər birinə aiddir, yaxşı- pis hər kəsə aiddir və bu baxımdan bəzən 
öz-özümə  deyirəm:  İlahi,  bu  qız  övladına  verdiyin  böyük  kişi 
ürəyi üçün sağ ol, Sənə mərhaba! Amma söhbət adi ürəkdən deyil, 
istedadla,  kamalla    aşılanmış  beyinə  saf  qan  yürüdən  ürək 
bulağından,  saf  fikirlər  üyüdən  ürək  dəyirmanından,  qələm 
itiləyən  və  güc  verən  ürək  emalatxanasından  gedir.  Bu  mənada 
Həqiqət xanım hər şeyi özündən olan bir “dövlət” dir.  
   Bizim  tanışlığımızın  üç  illik  tarixi  var  və  bu  tanışlıq  üçün 
“Respublika” qəzetinin  baş redaktoru, tanınmış mühərrir, naşir və 
alim Teymur Əhmədov cənablarına minnətdaram. Onun təqdimatı 
ilə  Həqiqət  xanım  ədəbi-  bədii  yaradıcılıq  uğurlarına  görə, 
AzərKİVİHİ- nin “Qızıl qələm” mükafatına layiq görülüb və mən 
ona təqdim edilən “ Kəmaliyyə diplomu”nu böyük məmnuniyyət 
hissi ilə imzalamışam. Həqiqət xanımın “Allah adamı”, mömin bir 
qadın olduğu da həqiqət kimi göz qabağındadır. Buna sübut onun 
dəyərli,  fəlsəfi-  dini  kitablarıdır  və  mən  onlara  ayrı  -ayrılıqda 
təhlil    həsr  etməyə  lüzum  görmürəm,  bu  barədə  başqa 
pərəstişkarların  yazılarını  bu  topluda  oxuyacaqsınız.Yalnız  biri 
haqqında  danışmaqla  bunu  sübuta  yetirmək  istəyirəm  ki,  bu  da 
Həqiqət xanımın “Şəfqət nuru” kitabıdır.Kitab əməkdar müəllim, 
üç  kitabın,  dörd  metodik  tövsiyənin  və  on  beş  elmi  publisistik 
məqalənin  müəllifi,  “Vətən”  mükafatı  laureatımız    Şəfiqə  Əlirza 
qızı  Əliyevadan  bəhs  edir  və  poetik  üslubda  yazılmışdır.Həqiqət 
xanım,xeyriyyəçi Azərbaycan sənəmi haqqında yazılmış bu poetik 
topluya  görə  “Məhsəti  xanım  Gəncəvi”  mükafatına  layiq 
görülmüşdür.Kitabın  “Ümid  yeri”  (kimsəsiz  balaların  pənah 
tapdıqları  uşaq  evi  belə  adlanır)  adlanan  fəslində    müəllif  Şəfiqə 
xanımın bir hami kimi valideynsiz balacalara göstərdiyi qayğıdan 
bəhs  edir  və  deyir:  “Düşünürəm,  nə  gözəlmiş  xeyirxahlıq, 


 
11 
mərhəmət...”  İnsan  olan  kəs  üçün  bundan  əfzəl  nə  ola  bilər?  Və 
Həqiqət xanım üzünü Şəfiqə xanıma tutub bu sözləri pıçıldayır: 
              “Səni daim ucaldacaq o diləklər, dualar! 
                Allah sənə ömür versin! 
                Hər dildə bir dua var!” 
   Bəli, dualardan biri də bizim dilimizdir. Dua edirəm ki, Allah öz 
salamını, bərəkətini və rəhmətini Həqiqət xanımın üstündən əksik 
eləməsin! Amin!  
                                                                                                         
                                                                                                                                      
                                                                       Oqtay  Salamzadə,                                                                                                             
                                                                 AzərKİVİHİ - nin sədri,                                                                                                          
                                                                 yazıçı-ilahiyyatçı. 
 
                                 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə