Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə187/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   183   184   185   186   187   188   189   190   191

«-Mənə  bəlli  olduğuna  görə,  Siz  17  iyunda  -  Əbülfəz  bəy  Kələkiyə  gedən  gün  onunla 

görüĢmüsünüz və söhbətinizdə hakimiyyətin taleyiylə bağlı üç variant müzakirə edilib. Onlardan 

biri  Elçibəyin  Bakını  müvəqqəti  tərk  etməsi  olub.  EĢitdiyimə  görə,  orada  hətta  Kələkidən  də 

danıĢmısınız,  ancaq  çoxları  deyir  ki,  Kələki  söhbəti  olmayıb.  Sirr  deyilsə,  o  görüĢdə  nələri 

müzakirə etdiniz? 

-Həmin görüĢdə 3 yox, 2 variantı mən təklif eləmiĢəm.   

Artıq mən parlament sədri deyildim - ayın 13-ündən istefadaydım. Sadəcə, millət vəkiliydim və 

millət  vəkili  kimi  də yox,  köhnə  dost kimi,  hərəkatçı  kimi  Əbülfəz  bəylə görüĢməyə  getmiĢdim. 

Həmin görüĢ Əbülfəz Elçibəyin Heydər Əliyev, Rəsul Quluyev və Etibar Məmmədovla görüĢündən 

sonra olmuĢdu (yanılmıramsa təxminən gecə 12 radələrində), ona görə də Əbülfəz bəy o görüĢ 

haqda mənə fikrini bildirdi.   

O zaman Bəyə yaxın adamlarda belə fikir vardı ki, Heydər Əliyev parlament sədri olandan sonra 

(o, 15 iyunda seçilmiĢdi) Əbülfəz Elçibəylə birlikdə bu qiyamın yatırılmasına rəhbərlik edəcək və 

məsələlər yavaĢ-yavaĢ yerinə düĢəcək. Həmin görüĢdə də Əbülfəz Elçibəy Heydər Əliyevə təklif 

eləmiĢdi ki, gəl ikimiz bir yerdə xalqa müraciət edək ki, bu, qiyamdır və s. Heydər Əliyev bundan 

imtina  etmiĢdi.  Bir  çox  prinsipial  məsələlərdə  də  Heydər  Əliyev  də,  Rəsul  Quluyev  də,  Etibar 

Məmmədov  da  Əbülfəz  Elçibəyin təklifləriylə  razılaĢmamıĢdılar.  Onu,  bir növ,  təkləmiĢdilər.  Bu, 

açıq-aydın hiss olunurdu.   

Vəziyyəti müzakirə elədik və mən Bəyə dedim ki, vəziyyətdən iki çıxıĢ yolu var: ya Sizə sadiq olan 

bütün qüvvələri bir araya gətirərək qiyamı zor gücünə yatırmalısınız, ya da ki, istefa verməlisiniz, 

çünki heç cür ola bilməz ki, Siz burada qalıb heç bir hərəkət etməyəsiniz, qiyamı yatırmayasınız 

və  sabah  da  qiyamçılar  bura  gəlib  Sizə  hörmətsizlik  etsinlər.  Buna  imkan  vermək  olmaz  -  iki 

yoldan birini seçmək lazımdır. Bəy, sözün açığı, heç bir varianta müsbət münasibət bildirmədi və 

bir qədər söhbət etdikdən sonra mən ayrıldım.   

Nəinki Kələki söhbəti, heç Əbülfəz bəyin Bakıdan aralanması söhbəti orada edilməyib. Mən təklif 

etməmiĢəm, Əbülfəz bəy də mənə elə bir fikir deməyib.   

-Son sualım: qiyam yatırılsaydı hakimiyyət yaĢaya bilərdi? 

-Təbii.  4  iyun  qiyamı  Elçibəy  hakimiyyətiyçün  axırıncı  sınaqlardan  biriydi.  Kəlbəcər  iĢğal 

olunandan  sonra  diplomatlardan  birinin  belə  deməyi  çox  məĢhurdur:  «Siz  Kəlbəcərin  iĢğalına 

dayana  bildiniz,  görək  daxildə  bir  Ģey  baĢ  versə  qarĢısını  ala  biləcəksiniz,  yoxsa  yox!».  Yəni 

qiyam axırıncı Ģans kimiydi». 

(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 

Bu  görüĢlərdən  sonra  baĢ  verənlər  haqqında  Fərəc  Quluyev  bir  neçə  gün  sonra  -  artıq 

Kələkidəykən  belə  açıqlama  verdi:  “Təxminən  gecə  saat  1-in  yarısında  bizə  sənəd 



gətirdilər.  Orada  SSENARĠ  var  idi.  [18  iyun]  səhər  saat  6-da  prezidentin 

rezidensiyasına  (Bəyin  ailəsi  həmin  iqamətgahda  yaĢayırdı  -  Ə.T.)  hücum  etməli 


idilər.  Hücum  edənlər  tərəfindən  atəĢ  açılandan  sonra  mühafizəçilər  cavab  atəĢi 

açmalı  idilər.  Təbii  ki,  qvardiya  da  bu  iĢə  qoĢulacaqdı.  Məhz  bundan  sonra  Ģəhərə 

qarıĢıqlıq  düĢəcəkdi.  Bakı  kəndlərində  saxlanılan  motosikletçilər  qrupu  Ģəhərə 

çıxmalı, pərakəndə Ģəkildə atəĢ açmalı idilər. Bununla da qarĢıdurma baĢlanmalı idi. 

Bunun qarĢısını almaq üçün bir saatlıq məsləhətləĢmələrdən sonra yeganə çıxıĢ yolu 

kimi bura gəlməyi qərara aldıq” (“Yeni Müsavat”, 01.07. 1993). 

Prezident  Əbülfəz  Elçibəy  cəbhəçilərlə  Ġsa  bəylə  xudahafizləĢəndən  sonra  görüĢdü.  Onun  öz 

kabinetində qəbul etdiyi sonuncu Ģəxs ADNġ-nin prezidenti Sabit Bağırov oldu. Sabit bəyin mənə 

danıĢdığına  görə,  kabinetə  girəndə  Bəyin indiyədək  heç  vaxt görmədiyi qədər dalğın  və gərgin 

olduğu diqqətini çəkib. Sabit bəyin fikrincə, həmin anda Bəy yəqin ki, aldığı mühüm bir xəbərdən 

son dərəcə dilxordu. 

Sabit  bəylə  liftə  minərək  aĢağı  düĢən  prezident  onunla  xudahafizləĢəndən  sonra  Prezident 

Aparatından birbaĢa iqamətgaha getdi.   

Prezident mühafizəsinin rəisi general Vaqif Axundovun müavini olan polkovnik Oqtay Məmmədov 

«Elçibəy ilə otuz il» kitabında yazır:   

«1993-cü il iyun ayının 17-də gecə saat 24.00 idi. Mən prezidentin qəbul otağında dayanmıĢdım. 

Prezidentin  kabinetinin  qapısı  açıqdı.  Heydər  Əliyev,  Rəsul  Quluyev  və  Etibar  Məmmədov  çıxıb 

getdilər. Sonra Elçibəy kiçik iclas zalına keçərək orada toplanmıĢ Xalq Cəbhəsi rəhbərliyi ilə qısa 

bir  iclas  keçirdi.  Ġclasdan  sonra  prezident  mənə  dedi  ki,  səninlə  iĢim  var.  Bu  iĢin  nədən  ibarət 

olacağını mən təxminən hiss edirdim və dedim ki, nə iĢdirsə iqamətgahda danıĢmaq daha yaxĢı 

olar. O razılaĢdı və bir az sonra iqamətgaha gəldik. 

 

Ġqamətgaha  getməmiĢdən  əvvəl  mən  iclasdan  çıxan  Fərəc  Quluyevə  dedim  ki,  sən  məni 



görməmiĢ getmə, ola bilsin ki, səninlə iĢimiz oldu. 

 

Ġqamətgahın həyətində prezident vəziyyətlə maraqlandı. Mən bildiklərimi ona məruzə etdim…



 

O dedi ki, bəlkə bir neçə günlük Bakı kəndlərinin birinə gedək. Mən dedim ki, Bakı kəndlərinin 

birinə  getmək,  mənə  elə  gəlir  ki,  düz  deyil.  Gediriksə  daha  güvənli  bir  yerə  getməli,  ya  da 

iqamətgahda  qalıb  sona  qədər  vuruĢmalıyıq.  Bir  neçə  gündən  sonra  vəziyyətin  necə  olacağı 

bilinmir. Əgər Bakı kəndlərinin birində olsaq oranı mühasirəyə alıb bütün kommunikasiya xətlərini 

kəsəcək və dünya ilə əlaqəmizi yox edəcəklər. Gələcəkdə də əgər çıxmaq istəsək o kənddən heç 

cürə çıxa bilməyəcəyik. 

 

O dedi ki, sən bir az gəziĢ, mən fikirləĢim. Təxminən on dəqiqə sonra məni və Fərəc Quluyevi 



yanına çağırıb Naxçıvana getmək barədə qərarını dedi.

 

Mən hazırlıq iĢlərinə baĢladım. Fərəc Quluyev Xalq Cəbhəsinə getdi və dedi ki, mən birbaĢa hava 



limanına  gələcəyəm.  Ola  bilər  ki,  bir-iki  dəqiqə  gecikəm.  O,  Naxçıvan  Xalq  Cəbhəsi  ilə  əlaqə 

saxlayıb müəyyən göstəriĢlər verməli idi. 

 

Ġqamətgahın  həyətindən  çıxanda  prezidenti  həmiĢə  müĢayiət  edən  Dövlət  Avtomobil 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə