Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə183/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   179   180   181   182   183   184   185   186   ...   191

Bəy  artıq  duyurdu  ki,  onun  kürsüsü  uğrunda  H.Əliyevlə  S.Hüseynov  arasında  çox  tezliklə 

ölüm-dirim savaĢı gedəcək, ancaq bu savaĢ onun ortadan götürülməsindən sonra baĢ verəcək. 

Ölüm MəsələsĠ Heç Də Uydurma DeyĠldĠ 

Əbülfəz  bəy  cismani  ölümdən  heç  vaxt  qorxmayıb  və  neçə  yol  ölümün  üstünə  göz  qırpmadan 

yeriyib;  silahdaĢları  dəfələrlə  bunun  canlı  Ģahidi  olublar.  Ancaq  o  bilirdi  ki,  ELÇĠBƏY  ölümü 

Azərbaycanda  HÖKMƏN  vətəndaĢ  müharibəsi  yaradar  və  düĢmənlərin  indiyədək  can  atdıqları, 

amma gerçəkləĢdirə bilmədikləri arzuları çin olar. 

Yeri  gəlmiĢkən,  Bəyin  dəfnini  təĢkil  edəcək  komissiyanın  tərkibi  də  artıq 

müəyyənləĢdirilmiĢ  və  “ağsaqqal”  akademik  ona  sədr  qoyulmuĢdu;  18  iyunda  bu 

komissiya iĢə baĢlamalıydı. 

Prezident Elçibəyin öldürülməsinin bir neçə variantı vardı.   

Birincisi,  Bakıda  kütləvi  iğtiĢaĢlar  törədiləcək  və  “basabasda”  prezident 

“qəhrəmancasına” Ģəhid olacaqdı. Bu məqsədlə Bakıda xüsusi təyinatlı hərbi dəstələr 

də  yerləĢdirilmiĢdi.  KeçmiĢ  SSRĠ  məkanından  gətirilmiĢ  cinayətkar  ünsürlər  də  bu 

vaxt Bakıda toplanmıĢdı. Onlar iğtiĢaĢ düĢən kimi Ģəhərdə talanlara baĢlayacaqdılar. 

Onlardan  baĢqa,  paytaxtda  digər  təxribatçı  qüvvələr  də  yerləĢdirilmiĢdi  (sonralar 

Çeçenistanda prezident olmaq iddiasında bulunan oğrubaĢı və quldurbaĢı, Moskvanın 

oyuncağı  Lobazanov  da  onların  arasındaydı).  Ancaq  paytaxtda  iğtiĢaĢın  yaranması 

Ģəxsən  H.Əliyevə  əl  vermirdi,  çünki  o,  hakimiyyətinin  baĢlanğıcında  qan  düĢməsini 

istəmirdi,  axı  bu  halda  hadisələrin  sonrakı  inkiĢafının  necə  nəticələnəcəyini  də 

indidən müəyyənləĢdirmək xeyli çətinləĢirdi. 

BaĢqa variant Elçibəyi xarici ölkələrdən birinə qaçırdıb təyyarəsini Bakıdan kənarda 

göydə  partlatmaqdı.  Bu  plan,  deyəsən,  hərbçilərindi.  Onlar  17-sindən  18-inə  keçən 

gecə  Naxçıvana  uçan  Bəyin  təyyarəsini,  yanılmıramsa,  Səngəçaldan  vurmalıydılar 

(sən  demə,  Bəyin  getməsindən  onlar  da  xəbər  tutubmuĢ),  ancaq,  görünür,  Bəyə 

Allahın  rəhmi  gəlib  -  təyyarəni  vurmalı  olan  hərbçinin  qulağından  həmin  an  qan 

açılıb, o özünə gələndəsə təyyarə artıq nəzarət zonasından uzaqlaĢıb... 

Elçibəyi  məhv  etməyin  üçüncü  yolunusa  S.Hüseynov  açıqlayıb.  O,  1998-dəki 

məhkəməsində  demiĢdi:  “Həmin  vaxt  H.Əliyev  yanıma  adamlar  göndərirdi  ki, 

BUNLARI  məhv  etmək  lazımdır.  Deyirdim  ağzınıza  gələni  danıĢmayın  (?!-Ə.T.). 

Deyirdilər sən kömək et, Prezident Aparatının binasını [təyyarədən bombalamaqda] 

YERLƏ  YEKSAN  ELƏ,  gəlib  təzəsini  tikəcəyik”  (“Azadlıq”,  04.11.1998).  (Çox  təəssüf 

ki, H.Əliyev bu fikrə indiyədək öz münasibətini bildirməyib). 

17  iyunda  Avropa  Birliyi  üzvü  olan  ölkələrin  Azərbaycandakı  daxili  siyasi  böhranla  bağlı  bu 

məzmunlu bəyanatı qəbul edilərək yayıldı: “Avropa Birliyi və onun üzvü olan ölkələr demokratik 

yolla  seçilmiĢ  prezidenti  konstitusiyaya  zidd  yollarla  (öldürməklə  -  Ə.T.)  öz  vəzifəsindən 

uzaqlaĢdırmaq təĢəbbüsünü pisləməkdədir”. Görünür, bu narahatlıq Bəyin cismani məhv edilməsi 



təhlükəsinin  gerçəkliyindən  irəli  gəlirdi  və  bəyanatı  hazırlayanlar  Azərbaycanda  hakimiyyətə 

yiyələnmək istəyən qüvvələrə xəbərdarlıq edirdilər. 

Doğrudur,  ĠNDĠKĠ  anda  Bəyin  ölümü  NƏZƏRĠ  və  MƏNTĠQĠ  baxımdan  Surətdən  daha  çox 

H.Əliyevə  sərf  edirdi,  çünki  prezidentin  yoxluğuyla  məhz  o,  avtomatik  olaraq  prezident 

səlahiyyətlərinin  icraçısına  çevrilirdi.  Ancaq  Ģəxsən  mən  Əliyevin  Elçibəyin  ölümünü  istəməsinə 

inanmıram. Xüsusən Avropa Birliyinin xəbərdarlığından sonra onunçün ən əlveriĢli, ideal variant 

Elçibəyin istefaya çıxaraq (lap çıxmasa da olardı) xarici ölkələrdən birinə getməsiydi. Güman ki, 

məhz  buna  nail  olmaqçün  Əliyev  müxtəlif  təĢəbbüslərdə  də  bulunurdu;  Elçibəyi  Bakıdan 

qaçırtmağın  üsullarını  tapmağı  Azərbaycanda  ondan  yaxĢı  bacaran  kimsənin  olması  təəccüb 

doğurardı. 

BAKIDA QALMAQ DAHA MÜMKÜN DEYĠL 

Hadisələrin  ölümsüz,  dinc  inkiĢafı  da  Bəyin  Bakıda  qalmasını  bir  neçə  səbəbdən  mümkünsüz 

edirdi.   

Birincisi,  prezident  Bakıda  qalsaydı  qiyamçılara  qarĢı  hökmən  hərbi  əməliyyatlara  baĢlamağa 

məcburdu,  çünki  17-sindən  18-inə  keçən  gecə  baĢlanacaq  terror  əməliyyatını  (F.Qəzənfəroğlu 

bunu  öz  kitabında  “Heydər  Əliyevin  S.Hüseynovun  adamları  əliylə  Elçibəyə  qarĢı  hazırladığı 

sui-qəsd  planı”  adlandırır)  yatırtmalıydı,  busa  VƏTƏNDAġ  MÜHARĠBƏSĠ  deməkdi.  Bəyi  ən  çox 

qorxudan da məhz qardaĢ qırğınıydı, çünki onun son məqsədləri Bəyə bəlliydi. Buna görə də öz 

sözləriylə desək, səngəri tərk etdi ki, qarĢı tərəf də istər-istəməz vuruĢdan imtina etməli olsun.   

Ġkincisi,  ultimatumu  ultimatum  dalınca  göndərən  surətçilər  AXC-nin  gücüylə,  ya  da  baĢqa 

vasitəylə hətta məğlub edilsəydilər (bu imkan hələ əldən verilməmiĢdi), yaxud onlarla barıĢmaq 

mümkün  olsaydı  da  (bu  ehtimal  sıfra  yaxındı,  çünki  Surətin  “xozeyin”ləri  buna  qətiyyən  imkan 

verməzdilər)  artıq  parlament  sədri  kürsüsündə  əyləĢmiĢ  H.Əliyevin  Naxçıvandan  Bakıya  turist 

gəzintisinə  gəlmədiyini  Bəy  hamıdan  yaxĢı  bilirdi.  H.Əliyevlə  “dil  tapıb”  iĢləməksə  (Ġlahi, 

günahımdan  keç!)  onun  Ģərtlərini  tam  qəbul  etməklə  (özü  də,  çox  qısa  müddətə)  mümkündü, 

busa  Bəyin  mənəvi  ölümü  demək  olardı,  çünki  H.Əliyevin  Ali  Sovetin  sədri  (əslində  dövlətin 

gerçək  baĢçısı),  E.Məmmədovun  baĢ  nazir  olduğu,  güc  qurumlarına  faktik  rəhbərlikdən 

uzaqlaĢdırılmıĢ  və  öz  komandası  olmayan  prezidentin  bu  durumla  razılaĢmasını  onun  mübarizə 

yoldaĢları, söz yox ki, ona heç vaxt bağıĢlamazdılar. 

Surətçilərlə  bacarmaq  məsələsinə  gəlincə,  Əbülfəz  bəylə  jurnalist  BöyükkiĢi  Heydərli  arasında 

bununla bağlı belə söhbət gedib: 

“[Ə.Elçibəy]  -  Əgər  mən  bilsəydim  altı  rayon  əldən  çıxacaq,  bir  milyon  insanımız  qaçqın  taleyi 

yaĢayacaq, heç vaxt hakimiyyətdən getməzdim.

 

[B.Heydərli] - Bəs nə edərdiniz? 



 

[Ə.Elçibəy]  -  Sonradan  Heydər  Əliyevin  ləğv  etdiyi  32  batalyonun  10-nu  ayırıb  qiyamçıların 

üstünə göndərərdim”

 (“Yeni Müsavat”, 17.04.1999). 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə