Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə188/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   183   184   185   186   187   188   189   190   191

MüfəttiĢliyinin  maĢınını  da  buraxdıq.  Bizim  hava  limanına  getməyimizi  məndən  baĢqa  Vaqif 

Axundov və bizimlə Naxçıvana uçacaq olan üç mühafizə iĢçisindən baĢqa heç kim bilmirdi. 

 

Təxminən saat ikidə uçağa mindik. Vaqif Axundov da minmək istəyəndə dedim ki, sən qalırsan. 



[…] Beləliklə, təyyarəyə qalxdı, prezidentlə vidalaĢaraq aĢağı enəndə məndən soruĢdu ki, birdən 

Heydər Əliyev (o, ayın 15-dən Məclisin sədri idi) məndən prezidentin hara getdiyini soruĢsa nə 

cavab verim? Dedim ki, deyərsən bilmirəm, ya Naxçıvana getdi, ya da Türkiyəyə.

 

Təxminən saat üçdə Naxçıvanda yerə endik»



 (həmin əsər, s.93-96). 

Oqtay bəyin kitabında bir çox sualların cavabı incəliklə verilib. Biz yenə həmin əsərə üz tutur və 

«o gecə nə baĢ verməliydi?» sorğusuna cavab alırıq: 

«Rusiya qiyamı nə Ģəkildə dəstəkləyəcəyini 

planlaĢdırmıĢdı.  Bu  məqsədlə  Bakıya  gizli  yollarla  100,  30  və  17  nəfərlik  xüsusi  təlim  görmüĢ 

qruplar  göndərmiĢdi.  [Rusiya  Müdafiə  Nazirliyi]  BaĢ  KəĢfiyyat  Ġdarəsinin  məsul  iĢçisi  polkovnik 

Nəriman Ġmranov və baĢqaları üç aya yaxın idi ki, Bakıda bu məsələlərlə məĢğul olurdular.

 

Həmin təxribatçı qüvvələr əgər vətəndaĢ müharibəsi baĢlarsa Ģəhərdə müxtəlif inzibati və yaĢayıĢ 



binalarında  partlayıĢlar  törətməli,  çoxlu  insan  tələfatına  səbəb  olmalı  (Tiflisdə  olduğu  kimi), 

imkan  olarsa  prezident  Əbülfəz  Elçibəyin  həyatına  qəsd  etməli  və  hakimiyyətsizlik  yaratmalı 

idilər. Bu məsələnin həllində onların daxili köməkçiləri də az deyildi. Ayın 17-dən 18-ə keçən gecə 

səhər  saat  06.00-da  bu  əməliyyatlar  baĢlamalı  idi.  Bu  qarĢıdurmadan  istifadə  edən 

S.Hüseynovun adamları saat 8-9 arası Bakı Ģəhərinə girib QRAD qurğuları ilə Prezident Aparatı və 

ətrafını vurmalı idilər.

 

Rusiyanın  planladığı  birinci  varianta  görə,  qiyam  baĢ  tutur,  onlar  hakimiyyət  kürsüsündə  öz 



adamlarını oturdaraq bütün istəklərini əldə edirlər.

 

Ġkinci  variantda  çevriliĢ  baĢ  tutmur.  VətəndaĢ  müharibəsi  baĢlayır  və  rus-erməni  hərbi 



birləĢmələri  vətəndaĢ  müharibəsindən  istifadə  edərək  bir  tərəfdən  Füzuli  rayonu  istiqamətində 

hərəkətə keçərək Araz çayına qədər gəlir və Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını mühasirəyə 

alaraq  məhv  edirlər  (təəssüflər  olsun  ki,  Elçibəy  hakimiyyətdən  gedəndən  bir  neçə  ay  sonra 

düĢmən qüvvələri buna nail ola bildilər). Digər tərəfdən Kəlbəcər istiqamətindən Gəncə Ģəhərinə 

hücum edərək Ģəhəri tutur, ġəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayonlarını mühasirəyə 

alaraq  məhv  edir  və  son  nəticədə  Azərbaycanı  diz  çökməy  məcbur  edirlər»

  (həmin  kitab, 

s.109-110).   

Prezidentin köməkçisi Oqtay Qasımov'sa o günün olayları haqqında mənə aĢağıdakıları bildirib:   

«Prezidentə  terror  hazırlandığı  haqqında  xəbər  alınandan  sonra  (səhərə  yaxın  Azərneft 

meydanından  2 “Qrad”la  Prezident  Aparatı  atəĢə  tutulacaq,  sonra  da  prezidentin iqamətgahına 

silahlı  hücum  ediləcəkdi)  vətəndaĢ  müharibəsinə  baĢlamamaqçün  (bu  savaĢ  terrorun  əsl 

məqsədiydi)  prezidentin  müvəqqəti  olaraq  Bakıdan  uzaqlaĢdırılması  qərara  alındı.  Bir  çox 

variantlar  içərisindən  Bəyin  ÖZÜ  məhz  Kələkini  seçdi.  Mən  Kələkiyə  gediləcəyini  bilən  3-4 

nəfərdən biriydim. Prezident mühafizəsinin rəhbəri Oqtay Məmmədovla birlikdə yola çıxmağa hər 

hazırlığı  görmüĢdük.  Üç  gecə  yuxusuz  olduğuma  görə  səfərqabağı  “quĢçimiri”  almaqçün 




kabinetdəcə  gözümü yumdum.  Oyananda zəng vurub  Oqtay  bəyi soruĢdum.  Binada  olmadığını 

bilən kimi təcili yır-yığıĢ edərək evimizə baĢ çəkdim və təxminən saat 2-də (3-ə bir az iĢləmiĢ) 

aeroportda  oldum.  Adətən  prezidentin  həmiĢə  oradan  yola  düĢdüyü  deputat  zalına  baĢ  çəkib 

gördüm ki, heç kəsin heç nədən xəbəri yoxdur və uçuĢun yaxĢı alındığına arxayın olub Prezident 

Aparatına  qayıtdım.  General  Vaqif  Axundovun  kabinetində  üçümüz:  o,  rəhmətlik  GülĢad 

Zərbəliyev  və  mən  oturmuĢduq.  Saat  3.22-də  Naxçıvan  Cəbhəsinin  sədri  Asəf  Quluyev  zəng 

vuraraq Bəyin artıq Naxçıvanda olduğunu bildirdi. Saat 3.30-da H.Əliyev V.Axundova zəng etdi 

və bizi yanına çağırdı, ancaq mən yuxusuz olduğuma görə yatmaqçün evə getdim».

   

Beləliklə,  təxminən  saat  2-yə  15-20  dəqiqə  iĢləmiĢ  Cəbhə  qərargahından  Fərəc  Quluyevi 



çağırdılar.  (Artıq  Fərəc  bəy  AXC  sədrinin  müavini  Arif  Rəhimoğluna  vəziyyəti  aydınlatmıĢ  və 

müəyyən  təlimatlar  verərək  Cəbhə  rəhbərliyini  ona  tapĢırmıĢdı).  Bundan  sonra  Əbülfəz  bəy  5 

nəfərlə: AXC ĠK sədri Fərəc Quluyev, Oqtay Məmmədov, mühafizəçilər Ədalət Məmmədov (Coci), 

Ġlqar Qədirquluyev və sürücü Xəlil Qəniyevlə birlikdə Binə hava limanından təxminən saat 2-yə 

qalmıĢ  prezident  təyyarəsində  Naxçıvana  uçdu.  UçuĢ  elə  məxfi  təĢkil  edilmiĢdi  ki,  hətta  liman 

iĢçilərinin  də  ondan  xəbəri  olmamıĢdı.  Ancaq  təyyarə  göyə  qalxan  kimi  Azərbaycan  Hava 

Yollarının rəisi Ədalət Əliyev bu haqda Ali Sovetin sədri Heydər Əliyevə məlumat verərək Bəyin 

Naxçıvana  uçduğunu  bildirmiĢdi.  (Buna  baxmayaraq,  ertəsi  gün  H.Əliyev  televiziyayla  çıxıĢında 

yalnız Türkiyənin adını çəkdi). 

Naxçıvanda  təyyarədən  düĢən  Bəyi  Asəf  Quluyev  və  b.  cəbhəçilər  qarĢıladılar  (onlar  əslində 

Fərəc  Quluyevin  qarĢısına  çıxıblarmıĢ  və  Bəyin  gəliĢindən  xəbərsizdilər).  Benzindən  ötrü  saat 

yarıma qədər ləngiyəndən sonra prezident və yanındakı Ģəxslər Xəlil Qəniyevin sürdüyü QAZ-24 

“Volqa”da Kələkiyə yola düĢdülər. 

O zaman Ordubad rayonunun polis rəisi və hərbi komendantı iĢləmiĢ Ġlqar Səidoğlu (Naxçıvan AS 

sədri H.Əliyev prezident Elçibəyin FV haqqında fərmanının Naxçıvanda tətbiqinə imkan verməsə 

də  Ordubad  da H.Əliyevə  tabe  olmurdu və  Ġ.Səidoğlu prezidentin fərmanıyla bu rayonda hərbi 

komendantlıq  edirdi)  mənə  danıĢıb  ki,  18  iyunda  səhər  təxminən  saat  6-da  prezidentin  maĢını 

Ordubadın  Aza  postundan  keçdi.  Mən  də  ləngimədən  Kələkiyə  getdim.  Gördüm  ki,  Bəy 

qardaĢıgilə düĢüb. Vəziyyəti öyrənən kimi təcili geri qayıdaraq postları gücləndirmək əmri verdim. 

Ordubadın  hərbi  komendantı  iĢlədiyim  son  günədək  -  5  noyabr  1993-ədək,  eləcə  də  polis 

rəisliyini apardığım 1994-ün mayınadək Kələkiyə icazəsiz bir quĢun da uçmasına imkan vermədik. 

 

ELÇĠBƏYDƏN SONRAKI 18 ĠYUN BAKISI 



H.Əliyev  yəqin  ki,  məhz  V.Axundovdan  vəziyyəti  tam  öyrənəndən  sonra  Ġsa  Qəmbərə  zəng 

vurdu.  O,  Elçibəyin  Bakıdan  NAMƏLUM  ĠSTĠQAMƏTƏ  uçduğunu  deyərək  Ġsa  Bəyi  də  yanına 

çağırdı.  Ġsa  bəy,  təbii  ki,  heç  nədən  xəbəri  olmadığını  söylədi  və  Əliyevin  yanına  getməkdən 

imtina etdi. Dövlət katibi Əli Kərimovla və baĢqa rəsmi Ģəxslərlə də danıĢan H.Əliyev onların da 

hadisədən xəbərsiz olduqlarını öyrəndi. 

Pənah  Hüseynov  Bəyin  Kələkiyə  getməsinə  “üçlüy”ün  reaksiyası  haqqında  bunları  deyir: 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə