Hələ uĢaqlIqdan mən qocalmIĢam


partamenti  18  iyunda  Azərbaycandakı  vəziyyət  haqqında  bəyanat  verdi.  Burada



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə190/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   183   184   185   186   187   188   189   190   191

ABġ  Dövlət  Departamenti  18  iyunda  Azərbaycandakı  vəziyyət  haqqında  bəyanat  verdi.  Burada 

deyilirdi: 

“Etibarlı  mənbələrdən  alınan  məlumata  görə,  Azərbaycan  prezidenti  Elçibəy 

respublikanın paytaxtı Bakı Ģəhərini tərk etsə də Azərbaycan ərazisindədir. O, istefa verməmiĢ, 

öz səlahiyyətlərinin icrasını hökumət adamlarından heç kəsə həvalə etməmiĢdir.

 

[...]  Prezident  Elçibəy  Azərbaycanın  demokratik  yola  seçilmiĢ  prezidenti  olaraq  qalır.  Biz 



Azərbaycanın  bütün  liderlərini  ölkənin  problemlərinin  demokratik  yolla,  Ģəxsiyyətlərin  fərdi 

azadlıqlarına tam əməl etməklə həlli istiqamətində əməkdaĢlığa çağırırıq”.

 

Bunun  ardınca  ABġ-ın  dövlət  katibi  Uorren  Kristofer  də  prezident  Əbülfəz  Elçibəyə  məktub 



göndərdi (tarixi bilinmir; 22 iyunda “Azərbaycan” qəzetində dərc edilib). Kristofer yazırdı:   

“Mən  prezident  Klintonun  adından  Azərbaycanda  demokratiyanı  və  demokratik  yolla  seçilmiĢ 

prezident kimi Sizi dönmədən dəstəklədiyimizi bəyan etmək istəyirəm.

 

Biz son iki həftədə Azərbaycanda yaranmıĢ böhranı çox dərin narahatlıqla izləyirik. Bildiyiniz kimi, 



biz  həm  VaĢinqtonda, həm  də  Bakıda bir  neçə  açıq  bəyanat  verərək  bütünlüklə  demokratik  və 

bazar iqtisadiyyatına keçid istiqamətində aparılan islahatları, xüsusilə də Sizin hökuməti müdafiə 

etdiyimizi bildirmiĢik.

 

[...] Biz Rusiyaya, Gəncədə qoyub getdiyi və hazırda qiyamçılar tərəfindən istifadə olunan hərbi 



texnika və silahla əlaqədar narahatlığımızı xüsusi olaraq bildirmiĢik.

 

Bizə  məlumdur  ki,  Sizin  vəziyyətiniz  çox  ağırdır  və  vəzifənizin  ağırlığı  məhz  indi  Sizi  daha  çox 



sıxır. Buna baxmayaraq biz təkidlə Sizi öz prezident səlahiyyətlərinizdən və əhali arasında mənəvi 

nüfuzunuzdan istifadə edərək Azərbaycanda demokratik islahatları davam etdirməyə çağırırıq”.

 

Məncə, bu sənədlər Rusiyanın kefinə dəyməmək xatirinə onun Elçibəyi Kələkiyə necə qovduğuna 



qıraqdan  soyuqqanlılıqla  tamaĢa  etmiĢ  ABġ  hökumətinin  özünü  tarixi  qınaqlardan 

sığortalamasıyçün yazılmıĢdı və məqsəd Elçibəyi yox, məhz ABġ-ın nüfuzunu qorumaqdı.   

Bu  sənədlərdəki  xoĢagəlimli  diplomatik  təsəllinin  Elçibəyçün  artıq  bir  qara  quruĢluq  faydası 

yoxdu.  Amerika  tipli  tam  demokratik  bir  dövlət  quran  (buna  ABġ-ın  zərrəcə  Ģübhəsi  yoxdu) 

Elçibəy  iqtidarının  ayaq  üstündə  dayana  bilməsiyçün  ona  vaxtında  təsirli  maddi-siyasi  yardım 

göstərməməsi bir yana dursun, bu iqtidarı ermənilərlə və Rusiyayla yola getmədiyinə görə 907-ci 

düzəliĢlə  cəzalandırmıĢ  ABġ  hökumətinin  səmimiliyinə  Ģəxsən  mən  özümü  heç  cür  inandıra 

bilmirəm.   

AXCP  sədri  Əbülfəz  Elçibəy  1998-də  “Amerikanın  səsi”  radiosundan  gəlmiĢ  kökcə  Azərbaycan 

türkü  olan  bir  müxbir  xanıma  ABġ-ın  və  Avropa  dövlətlərinin  o  zaman  Azərbaycan 

demokratiyasına  kömək  edəcəklərinə  sadəlövhcəsinə  inandığını  və  bu  inamın,  sən  demə,  əbəs 

yerə  olduğuna  əmin  olarkən  özünü  qınadığını  söyləyəndə  Əbülfəz  bəyin  ozamankı  durumu 

gözlərim önündə canlandı və açığını deyim ki, ilk dəfə olaraq ona yazığım gəldi (bu ifadəyə görə 

ruhu günahımdan keçsin), ürəyim göynədi…  

"QƏTĠYYƏT QAN TÖKMƏKLƏ ÖLÇÜLMƏZ" 



Bəli,  Qərb  demokratiyasının  onu  baĢa  düĢəcəyinə  və  daim  dəstəkləyəcəyinə,  onu  Rusiyanın 

cənginə  verməyəcəyinə  ürəkdən  inanan  Əbülfəz  bəy  bu  üzdən  də  çağdaĢ  ġərqdə  bəlkə  də  ən 

ardıcıl  və  ən  səmimi  bir  demokrat  dövlət  baĢçısıydı  və  zordan,  «dəmir  əl»dən  uzaq,  yalnız 

ƏDALƏT'ə və QANUNUN ALĠLĠYĠ'nə söykənən bir cəmiyyət qurmaq sınağı apardı. Alınmadı. Ġndi 

də çoxları düĢünür ki, Elçibəy gərək əzəydi, tutduraydı, qıraydı… 

KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev: «Əbülfəz bəy Xalq hərəkatında da idarəedən bir rəhbərdi, 

prezident olanda da bu iĢ metodundan istifadə edirdi. O, insanlar arasında müxtəlif sahələr üzrə 

iĢ bölgüsü aparır, kadrlara inanır, onlara səlahiyyətlər verir və ümumi nəzarəti həyata keçirirdi. 

Məncə,  onun  həm  Xalq  hərəkatının  lideri,  həm  Xalq  Cəbhəsinin  sədri,  həm  də  Azərbaycanın 

prezidenti kimi uğurlarının, yəni hamı tərəfindən lider kimi qəbul olunmasının əsas səbəblərindən 

biri məhz  onun  belə  idarəçiliyə  üstünlük  verməsidir,  çünki Elçibəy  açıq  bir cəmiyyət  yaratmağa 

çalıĢırdı  və  onun  dövründə  təĢəbbüskarlığa  olduqca  geniĢ  meydan  verilirdi.  TəĢəbbüskarlıqsa 

adətən  həmiĢə  inkiĢafa  səbəb  olur.  Mən  hesab  edirəm  ki,  Elçibəyin  seçdiyi  yol  tamamilə 

düzgündü və onun hakimiyyətinin devrilməsinin səbəbini demokrakliyində axtarmaq yanlıĢlıqdır».   

Bir çox siyasi rəqiblərisə prezidenti demorkratiklikdə yox, məhz qətiyyətsizlikdə ittiham edir. Buna 

Bəyin öz münasibətini öyrənmək istədim:   

«-Bəy,  istər  Siz  iqtidardaykən,  istərsə  də  iqtidardan  gedəndən  sonra,  məncə,  eyni  mərkəzdən 

idarə edilən qüvvələr ictimai rəyə inadla bu fikri aĢılamağa çalıĢıb ki, Elçibəy qətiyyətsizdir, onu 

idarə edirlər, o, qərar qəbul etməyə qadir deyil və s. 

 

Siz  "qətiyyətli"  olsaydınız  Azərbaycanda  Əfqanıstan  və  ya  Tacikistan  qarĢıdurması  yarana 



bilərdimi,  yaxud  Sizin  Ģəxsi  taleyinizdə  də  Zviad  Qamsaxurdia,  ya  da  Cövhər  Dudayev  faciəsi 

təkrarlanardımı? Yoxsa tamam baĢqa bir ictimai-siyasi durum yaranardı?

 

-Birincisi,  "qətiyyət"  anlayıĢının  meyarlarını  müəyyənləĢdirmək  lazımdır.  Qətiyyət  hansı  anlarda 



olur, haçan olmur? Bir var gedirsən döyüĢə, ordunu da batırırsan. Bu nə qətiyyətdir? Belə ağılsız 

qətiyyət kimə lazımdır? Bir də var ki, ordunu vaxtında geri çəkdin, sağ saxladın, məhv olmağa 

qoymadın  və  sonradan  yenidən  döyüĢə  hazırladın.  Sənin  haqqında  düĢmənlərin  "geri  çəkildi", 

"qorxub  qaçdı"  deyəcəklər,  ancaq  "qorxub  qaçdı"  sözünün  üstündən  aĢmaqçün  də  qətiyyət 

lazımdır - gərək onu götürə biləsən. Səni hər yerdə söyəcəklər, dözülməz mənəvi-psixoloji əzab 

verəcəklər,  səni  "qorxaq"  adlandıracaqlar,  amma  hünərin  var,  götür  bunları  boynuna,  get  və 

siyasəti  düzgün  həll  elə.  Mən  "Qamsaxurdia  qətiyyəti"ylə  hərəkət  etsəydim  -  Azərbaycanı 

vətəndaĢ  müharibəsinə  salıb  özüm  də  ölsəydim  o  qətiyyətə  siz  necə  qiymət  verərdiniz?  Bu, 

qətiyyətdirmi? Xalqımı qurban verəcəyəm ki, qətiyyətliyəm?!

 

Ġnsanların  beynində  hərdən  belə  psixoloji  an  yaranır  ki,  filankəs  qətiyyətli  deyil;  məsələn, 



Fransanın prezidenti Jak ġirak qətiyyətli adam deyil, ancaq Səddam Hüseynə söz ola bilməz. Bir 

çoxlarının  düĢüncəsinə  görə,  diktatorlar  qətiyyətlidir  -  Lenin  qətiyyətlidir,  Stalin  qətiyyətlidir, 

Hitler qətiyyətlidir, Mussolini qətiyyətlidir. Kim baĢ kəsib adam öldürübsə o, qətiyyətli sayılır. Yox, 

heç  də  belə  deyil.  Qətiyyətlilik  odur  ki,  sən  hər  cür  əzab-əziyyətdən  keçərək  xalqın  xoĢbəxtliyi 

uğrunda sonadək çalıĢasan! Burada bəzən sən öz Ģəxsiyyətini də qurban verməli olursan - sənin 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə