Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə25/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   21   22   23   24   25   26   27   28   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              75
Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə 
Yaşadığı illər 1853-1937,  
şeyxülislamlıq müddəti 1909-1918
Sayca  yeddinci  Şeyxülislam 
Axund  Məhəmmədəli  Fərəculla  oğ-
lu  Pişnamazzadə  1853-cü  il  mayın 
15-də  Gəncə  şəhərində  anadan  ol-
muş dur.  Ruhani  ailəsində  dünyaya 
göz açan Axund Məhəmmədəli Piş-
namazzadə ilk təhsilini Gəncə məd-
rəsəsində  aldıqdan  sonra  ali  ru hani 
təhsil  almaq  üçün  Təbrizə  gön də-
rilmişdir.  1883-cü  ildə  təhsilini  ba-
şa  vurub  Tiflisə  gəldikdən  sonra  o, 
şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə Cümə məscidinə baş 
molla  təyin  olunan  Məhəmmədəli  Pişnamazzadə  qısa  müddət 
ərzində savadlı və bacarıqlı ruhani kimi böyük hörmət qazan-
mış,  bir  il  sonra  Tiflis  Vilayət  Ruhani  Məclisinin  üzvü  seçil-
mişdir. O, Tiflisdə ruhani xadim kimi tanındıqdan sonra 1895-ci 
ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur.
Məhəmmədəli Pişnamazzadə Gəncədə işə başlayan kimi ma-
arif və təhsil sahəsində bir sıra yeniliklər etmişdir. O, köhnə üsulla 
işləyən məktəbləri bağlamış, yeni tipli məktəblər açmış, Gəncə 
şəhərində  “Məktəbi-xeyriyyə”  adlı  təhsil  ocağının  bünövrəsini 
qoy muşdur. Xeyriyyə məktəbində imkanı olan hər bir uşaq, istər 
şə hərli, istərsə də kəndli, təhsil ala bilərdi. Xeyriyyə məktəbində 
dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. Məktəbdə 
təbiət, riyaziyyat, tarix elmlərinə üstünlük verildiyindən uşaqlar 
din  xadimlərindən  daha  çox  dünyəvi  elmlərin  bilicisinə  çev ri-
lirdilər. Bu da öz növbəsində şəhər qazısını və Gəncədəki çar mə-
murlarını narahat edirdi. Çar Rusiyasının siyasətinə uyğun olaraq 
müsəlman uşaqlarına yalnız din tədris olunmalı, məscidlər üçün 


76                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
mollalar və mirzələr hazırlanmalı idi. Bütün bunları nəzərə alan 
şəhərin baş qazısı xeyriyyə məktəbinin fəaliyyətini dayandırdı.
Dünyəvi elmləri bilməyən molla və mirzələri savadsız din 
xadimləri  və  bisavad  mirzələr  adlandıran  Məhəmədəli  Piş na-
mazzadə bütün təzyiq və qadağalara baxmayaraq sonrakı illərdə 
da ha on yeni məktəb açmış, gənc oğlan və qızların təhsil alması-
na böyük köməklik göstərmişdir. 
Axund Məhəmmədəlinin mütərəqqi fikirləri və təhsil sis te-
mində dünyəvi elmlərə üstünlük verməsi çar məmurlarının diq-
qətini çəkirdi. 1890-cı ildə tərəqqipərvər əməlinə və maarifçilik 
fəaliyyətinə görə təqib olunan Axund Məhəmmədəlinin evində 
polis tərəfindən axtarış aparılır. Bəhanə olaraq səbəb gətirilir ki, 
guya Türkiyə və İran hökumətləri ilə əlaqə saxlayan axund Qaf-
qazda Rusiyaya qarşı ixtilaf hazırlayır və hökumətə qarşı əks-
təbliğat aparır. Bu yersiz günahlar əsasında Axund Məhəmmədəli 
Piş namazzadə və onunla birlikdə 37 nəfər azərbaycanlı ziyalı 
“qiyama hazırlıq” bəhanəsilə həbs edilir. Axund Məhəmmədəli 
və üç nəfər üləma Türkistana sürgün olunsalar da iki ildən son-
ra əfv edilib vətənə qayıdırlar. Sürgün həyatından qayıtdıqdan 
son ra maarifçilik fəaliyyətini davam etdirən Məhəmmədəli Piş-
namazzadə Gəncədə mötəbər şəxslərlə bərabər yenidən mədrəsə 
tikdirir və onun müdiri olur.
1905-ci ildə Gəncədə “Difai” partiyasının yerli şöbəsi yara-
dılır. Nəsib bəy Yusifbəyov, Mirzə Məhəmməd Axundov, Ələs-
gər bəy Xasməmmədov, və başqaları adıçəkilən partiyaya üzv, 
Axund Məhəmmədəli Pişnamazzadə isə partiyanın Gəncə şöbə-
sinin sədri seçilir. 
Qeyd etmək lazımdır ki, “Difai” partiyası yarandığı ilk gün-
dən  erməni  qırğınlarına  qarşı  mübarizədə  xüsusi  fəallıq  gös-
tərirdi. Partiyanın sədri Məhəmmədəli Pişnamazzadə və üzvləri 
ətraf azərbaycanlıları köməyə və səfərbərliyə çağıraraq erməni 
mə həllələrinə hücum edirdilər.
67
1906-cı ildə ikinci dəfə Gəncə vilayətinin qazısı təyin edilən 
Məhəmmədəli Pişnamazzadə əvvəlki mütərəqqi fəaliyyətini da-
67 
Hüseynqulu Məmmədli. Qafqazda İslam və şeyxülislamlar. səh. 115.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              77
vam etdirərək yenidən çar məmurlarının diqqətini cəlb edir. Bir 
neçə ay sonra axundun evində yenidən axtarış aparılır və otağın-
da “Difai” partiyasına məxsus olan sənədlər ələ keçir. Bununla 
əlaqədar olaraq ikinci dəfə həbs olunan Axund Məhəmmədəli 
Kazana sürgün edilir. Sürgündə olduğu müddətdə də maarifçilik 
ideyalarından əl çəkməyən Axund Məhəmmədəli Pişnamazzadə 
Həş tərxanda  nəşr  olunan  “Həmiyyət”,  “Günəş”,  “Burhani-tə-
rəqqi” kimi qəzetlərdə məqalələrlə çıxış edir, müsəlman qızların 
təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açır.
Sürgün vaxtı bitdikdən sonra 1909-cu ildə Tiflisə qayıdan 
axund eyni ildə Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin üz-
vü seçilir. Bu vaxt Şeyxülislam Axund Məhəmmədhəsən Möv-
lazadə Şəkəvi vəzifəsindən istefa vermişdi. Çar Rusiyası mü-
səlmanlar arasında xüsusi böyük hörmətə, nüfuza, təsir imkan-
larına malik Məhəmmədəli Pişnamazzadəni idarəyə rəhbər gə-
tirməklə həm əhalini nəzarətdə saxlamaq, həm də axundun özü-
nə nəzarət etmək düşüncəsi ilə onu Qafqaz Müsəlmanları Ru-
hani İdarəsinin sədri təyin edir. Lakin əllərində təsir vasitəsini 
sax lamaq üçün imperator tərəfindən bu vəzifəyə təsdiqlənmir, 
sadəcə görəvin icraçısı kimi fəaliyyət göstərir.
68
Axund Məhəmmədəlinin fəaliyyəti müddətində Türkiyə Bi-
rinci  Dünya  müharibəsinə  qoşulur  və  bu  müharibədə  Rusiya-
ya qarşı cihad elan edir. Türkiyənin müharibədə iştirak etməsi 
Azər baycanda türkçülük və islamçılıq ideyalarını daha da güc-
ləndirir. Azərbaycanlı müsəlman din xadimləri iki səbəbdən Os-
manlı Türkiyəsini müdafiə edirdilər:
1. Türkiyə İslam dövləti idi, Azərbaycanın müstəqilliyinin 
tə rəfdarı olmaqla mütərəqqi din xadimlərinin və müsavatçıların 
mübarizəsini dəstəkləyirdi.
2. Türkiyə çar Rusiyasından fərqli olaraq Azərbaycanda er-
mə ni qırğınlarına birmənalı münasibət bəsləyirdi.
Azərbaycanlı müsəlmanların İslam dövlətlərindən biri olan 
Türkiyəni  müdafiə  etməsindən  narahat  olan  çar  Rusiyası  din 
xadimlərindən istifadə etməyə çalışırdı. Çar məmurları mü səl-
68 
Həmin mənbə, səh. 116.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə