GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ


ADAMLIQ DİNİNDƏKİ YANLIŞ İSLAM ANLAYIŞI



Yüklə 0,8 Mb.
səhifə10/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
1   ...   5   6   7   8   9   10   11   12   13

ADAMLIQ DİNİNDƏKİ YANLIŞ İSLAM ANLAYIŞI

Bu gün dünyanın bir çox ölkəsində din anlayışı son dərəcə səhv başa düşülməkdədir. Allahın Quranda bildirdiyi din əxlaqı ilə cəmiyyətin qəbul etdiyi din əxlaqı arasında böyük fərq vardır.

Bunun ən açıq nümunəsi bir insandan danışılarkən dini ilə yanaşı, dünya görüşündən, ideologiyasından, həyat fəlsəfəsindən və ya həyat tərzindən də söz edilməsidir. Bu səhv məntiqə görə, bir insan hər hansı bir dinə mənsub, məsələn, müsəlman ola bilər, ancaq bundan başqa, müsəlmanlıqdan kənar həyat fəlsəfəsinə, dünya görüşünə və s. malik olması da heç bir ziddiyət təşkil etmir. Müsəlmanlıq onun inancları ilə əlaqədardır, amma bundan əlavə bir də həyatın "həqiqətləri" vardır.

Bu batil düşüncəyə sahib adamlıq dini mənsublarının böyük hissəsi haqq dini açıq şəkildə inkar etməzlər. Əksinə, yaxşı bir müsəlman olduqları iddiasındadırlar. Buna qarşı, yanlış olaraq İslamın bəzi hökmlərini bəyənməzlər. Bunların dəyişilməsinin gərəkdiyini düşünərlər. Əlbəttə, bu çox azğın və səhv iddiadır. Quranda bildirilən din son haqq dindir, nöqsansız və qüsursuzdur. Belə insanların qəbul etdiyi dini yönlər isə mənfəətlərinə zidd olmayan qisimlərdir. Bütün bunları edərkən yaxşı müsəlman olduqları iddiasını da davam etdirirlər. Halbuki, bu etdikləri Quranda bildirilən təriflərə görə, səmimi iman xüsusiyyətləri deyil və bir mənada inkar etməkdir. Bu vəziyyətləri Quranda “Siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? (Bəqərə surəsi, 85)” kimi nümunə ilə izah edilir.

Burada adamlıq dini mənsublarının niyə İslamı qismən qəbul etdiklərinin və niyə bunun inkarçıların bir xüsusiyyəti olduğunu yaxşı təsbit etmək lazımdır. Bir insanın İslamı qəbul edib yaşamasının əsl səbəbi yalnız Allahı Rəbb qəbul etməsi və Ona təslim olmasıdır. Əgər İslam bundan daha fərqli bir səbəblə mənimsənib yaşanırsa, bu həqiqi iman olmaz. Quranda bəhsi keçən bir insan birliyi olan münafiqlər bunun ən yaxşı nümunəsidir. Onlar da İslamı mənimsəmiş kimi görünürlər və eynilə müsəlmanların yaşadığı kimi yaşayırlar. Amma məqsədləri Allah rizasını qazanmaq deyil, öz ağıllarına görə insanlara nümayiş etdirməkdir. İslamı qəbul edib daha yaxşı mövqe əldə edəcəklərini, bəzi mənfəətlərə çatacaqlarını hesab edirlər. Quranda bu insanlar belə müəyyən olunur:
İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər. Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində, ancaq özlərini aldadırlar. (Bəqərə surəsi, 8-9)
Münafiqlər İslamın Allah rizasından ayrı bir məqsədlə mənimsənməsinin heç bir dəyərinin olmadığının nümunəsidirlər. Onsuz da onlar İslamın bütün hökmlərini tətbiq etməz, fədakarlıq tələb edən ibadətlərdən qaçarlar.

Adamlıq dininin mənsubları da buna bənzər bir vəziyyətdədirlər. Çünki onlar da İslamı Allaha iman etdiklərinə görə və Onun razılığını qazanmaq üçün qəbul etmiş deyildirlər. Onların İslamı qəbul etmə səbəbləri inkarçıların əsas xüsusiyyətlərindən biri olan atalara tabe olmaq məntiqidir. Onlar atalarını yol göstərici olaraq mənimsəmişlər. Gerçək dinləri də atalarından qalma batil qaydalarıdır. İslamı bu qaydaların bir parçası saydıqları üçün qəbul edirlər. Bununla yanaşı, atalarından miras qalan bir çox İslamdan kənar elementi mənimsəmələri və İslamın da yalnız mənfəətlərilə zidd düşməyən yönlərini qəbul etmələri səmimi bir imana sahib olmadıqlarını göstərir. İslamı mənsubu olduqlarını söylədikləri xalqın mədəni, ənənəvi bir parçası sayırlar.



İslamı atalarından gələn qaydaların bir parçası olaraq gördükləri üçün İslamın əsası olan Allah qorxusuna sahib deyildirlər. İstifadə etdikləri dini terminlər çox vaxt Quranda bildirilənlərlə eynidir. Allahın varlığından, imandan, Cənnət və Cəhənnəmin varlığından, oruc tutmaqdan, beş vaxt namaz qılmağın lazım olduğundan bəhs edərlər. Amma bunlara Allah qorxusunun gətirdiyi həssas vicdanla yanaşmadıqları üçün heç bir şəkildə təsirlənməzlər. Quranda möminlər təsvir edilərkən onların Allahın zikrinə və ayələrinə qarşı son dərəcə həssas olduqları belə bildirilir:
Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər. (Ənfal surəsi, 2)
Buna baxmayaraq, adamlıq dini mənsubları Allahın zikrindən təsirlənməz, yəni Ona qarşı hörmət dolu bir qorxu hiss etməzlər. Allahı və axirəti yalnız sözlə təsdiq edərlər, lakin ürəkləri bomboşdur. Quran əxlaqını yaşamazlar. Quranda bu xüsusiyyətlər fərqli ayələrdə belə vurğulanır:
De: “Əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir?” Onlar mütləq: “Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə düşünmürsünüz?” De: “Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?” Mütləq: “Allahındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə qorxmursunuz?” De: “Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?” Onlar mütləq: “Allahdır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə nə cür döndərilirsiniz?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar! (Muminun surəsi, 84-90)
Həqiqətən, əgər sən: “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz! (Ənkəbut surəsi, 63)
Adamlıq dininin mənsublarının Allahın varlığından təsirlənməmələrinin, Allahın əmrinə zidd yaşamağı rahatlıqla davam etdirmələrinin səbəbi təsdiq etdikləri həqiqətin mənasını qavrayacaq ağıla sahib olmamalarıdır. Belə insanlar Allahın gücünü və qüdrətini də gərəyi kimi düşünüb təqdir etməzlər. Özləri şüurlu şəkildə düşünmüş və "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)” ayəsində təsvir edilən mömin rəftarını göstərmiş deyildirlər. Quranda bu insanların belə düşünmə imkanından məhrum olduqları, çünki ağıl sahibi olmadıqları belə xəbər verilir:
Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Furqan surəsi, 44)
Adamlıq dini mənsublarının böyük əksəriyyətinin duaları da Quranda möminlərin etdiyi dualardan fərqlidir: Allah qorxularının artmasının, ibadətlərinin və imanlarının davamlı olmasının yerinə yalnız çətin olan işlərinin açılması, daha yaxşı avtomobil ala bilmələri və ya sevdikləri qız və ya kişi ilə evlənə bilmələri üçün səmimi şəkildə Allaha yalvararlar. Çətinlik içində olduqları, məsələn, ciddi bir xəstəliyə tutulduqları və ya böyük çətinliklə qarşılaşdıqları zaman da Allaha dua edərlər, ancaq bu çətinlikdən xilas olduqları zaman Allahı unudar və yenidən Ona ortaqlar qoşarlar. Onların bu əhvalı Quranda belə xəbər verilmişdir:
Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur. Onlar bunu özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün edirlər. Hələ ki kef çəkib ləzzət alın. Sonra biləcəksiniz! (Nəhl surəsi, 53-55)
Möminlər isə Allahın razılığını, rəhmət və Cənnətini qazanmaq üçün dua edərlər. Allahın imani dərinlik verməsi üçün yalvarıb dua edən möminlər Allahın duaları qəbul etdiyini bilərək bunu Allaha yaxınlaşmaq üçün gözəl bir yol bilərlər.

Adamlıq dininin mənsubları üçün isə ibadətin göstərişli şəkildə edilməsi əhəmiyyət daşıyır. Bu səbəblə, namazlarını yalnız olduqları zaman qılmadıqları halda, insanların arasında qılmaq lazım gəldiyində buna səy göstərirlər. Allahdan qorxduqları və Onun rəhmətini ümid etdikləri üçün namaz qılmaları gərəkdiyi halda, insanların razılığını qazanmaq üçün namaz qılırlar. Allah Quranda göstəriş üçün ibadət edənlərə belə buyurur:


Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər. Onlar riyakarlıq edər. (Maun surəsi, 4-6)
Göründüyü kimi, adamlıq dininin ən maraqlı xüsusiyyəti Quran və İslamın əslindən və ruhundan tamamilə ayrı inancda olmasına baxmayaraq, mənsublarının çoxunun özlərini inanclı zənn etmələridir. Çünki adamlıq dini -Qurandan ayrı olaraq- bir insanın dini anlayışının necə olacağını və nəyi tətbiq edəcəyini, Allah inancının və əxlaq anlayışının necə olduğunun gərəkdiyini bütün əsasları ilə müəyyən etmişdir. Bu azğın dinin inanc və ibadətləri də əsl möminlərin inanc və ibadətlərindən tamamilə fərqlidir. Hətta bir çox yöndən tam ziddir.

İnsana müsəlman olduğunu göstərib, əslində, İslamdan tamamilə uzaq bir dini mənimsədib yaşatması adamlıq dininin ən mühüm hiylələrindəndir. Adamlıq dininin qaydalarını, inanclarını və əxlaqını mənimsəyən insan gerçək dininin adamlıq dini olduğunun fərqində belə olmaz. O, yalnız şeytanın öz nəfsinə görə bəzəyib təqdim etdiyi batil dini yaşayır, ancaq bunun şüurunda deyil.

Bu batil dində lazımi qədər Allah qorxusu olmayan, lakin Allahın varlığını öz şərtlərinə görə qəbul edən baxış yönü vardır. Allahın "Yaradan" sifəti qəbul edilir, amma yaratdıqlarının üstündəki sonsuz Qüdrəti və Gücünə diqqət yetirilməz. Qəza anında insanı qurtaran, yaxud ümidsiz xəstəliyi yaxşılaşdıran Allahdır. ölüm anını da Allahın təyin etdiyi qəbul edilir. Lakin bunun xaricində gündəlik həyatda, birjada, texnologiyada, elmi araşdırmalarda, ticarət və siyasətdə hər şeyin Allahın təqdirilə olduğu qəbul edilməz. Bu batil inancda olanlar belə yerlərdə insanın gücünün, ağıl və müdaxiləsinin etibarlı olduğuna inanırlar. Allah -Rəbbimizi hər cür nöqsandan tənzih edirik- qədim ibtidai dini inanclarda olduğu kimi, yalnız bəzi təbii hadisələri yaradan İlah olaraq qəbul edilir. Bu səhv məntiqə görə, küləyi əsdirən, fırtınanı qopardan, zəlzələni yaradan Odur, lakin təyyarəni, kosmik gəmini, nüvə stansiyasını düzəldən insanın dahiliyidir! Heç şübhəsiz, bu, son dərəcə batil və Qurana uyğun olmayan bir baxış yönüdür. Kainatdakı hər şey, bir insanın həyatındakı hər an, NASA-nın apardığı araşdırmalardan CERN-dəki bütün təcrübələrə qədər hər şey, yeni kəşf edilən bir bilgi, yeni bir görüş, qısaca, hər an və hər bir şey Allahın diləməsilə, üstün ağlı və təqdirilə meydana gəlir.

Bu batil inanc sisteminə görə isə Allahın insanı gördüyü yerlər də müəyyəndir. Namaz, oruc kimi ibadətlərdə və ya dua edildiyində Allahın hüzurunda olduqlarını düşünürlər, amma bunun xaricində uca Rəbbimizin eşitmədiyi, görmədiyi anların olduğu düşüncəsi kimi son dərəcə azğın və həqiqətdənkənar bir inanc hakimdir. Buna görə də saxtakarlıqların, dedi-qoduların və gizli işlərin Allahdan gizli qalacağını düşünürlər. Quranda bu batil düşüncənin əsassızlığı belə xəbər verilir:


Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir! (Mücadilə surəsi, 7)

Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. Suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın! (Ənam surəsi, 59)
O, qeybi də, aşkarı da biləndir, böyükdür, ucadır! Sizdən sözünü gizlədən də, onu açıq deyən də, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Rəd surəsi, 9-10)
Bir başqa ayədə adamlıq dininin mənsublarının bu yanılması belə izah edilir:
Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz yazırlar! (Zuxruf surəsi, 80)
Adamlıq dininin mənsubları Allahdan lazımı kimi qorxmadıqları üçün din əxlaqının əsası olan anlayışları da öz mənfəətlərinə uyğun şəkildə təhrif etməyə cəhd edirlər. Məsələn, müsəlmanlığın mənasını dəyişdirməyə çalışırlar. Quranda tərifi edilən müsəlman anlayışının yerinə səhv bir müsəlman anlayışı çıxarırlar. Halbuki, bu mənasız səydir, bu insanların ortaya çıxardığı və ya inandığı iddialar hər nə olursa olsun, həm dünyada, həm də axirətdə etibarsızdır. Məsələn, "mən də imkan tapsam, arada namazlarımı qılıram, heç kimə bir pisliyim toxunmayıb, qatil deyiləm, oğru deyiləm, oxuyuram, yaxşı bir işim var, müvəffəqiyyətliyəm, niyə və nəyə görə Cəhənnəmə gedim!" kimi İslam dinində yeri olmayan ifadələr tez-tez bu dinin mənsubları tərəfindən istifadə edilir. Müsəlmanlığın başqa insanlara pislik etməməkdən ibarət olduğunu düşünən və haqq dinin təməlinin Allaha qeyd-şərtsiz itaət olduğunu anlamayan bu insanlar özlərini aldadırlar. Allahın dinini dilənçilərə az miqdarda pul vermək və ya qonşusu ilə yaxşı davranmaqdan ibarət olduğunu düşünən və Quranın yüzlərlə hökmünə əhəmiyyət verməyən bu insanlar bəzən etdikləri bu səmimiyyətsizliyə məntiqi izahlar da gətirməyə çalışırlar. Quranın bəzi hökmləri mövzusunda yaşadıqları əsrdə həyat tempinin yüksək olduğunu və bu səbəblə namaza vaxt tapa bilmədiyini, yaxud bu dövrün insanlarının fərqli olduğunu və özünü qorumaq üçün məcbur halda dürüstlükdən, təvazö və mərhəmətdən güzəştə getməsinin lazım olduğu kimi səhv məntiqlərlə ibadətlərdən qaçırlar. Quran ayələrinə öz düşüncələrinə görə bəzi şərhlər verməyə çalışan bu insanlar aşağıdakı ayənin hökmünədirlər:
De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki, Allah göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyi biləndir! (Hucurat surəsi, 16)
Adamlıq dini mənsubları gerçək axirət inancına da sahib deyildirlər. Axirəti dinin bir çox hökmündə olduğu kimi, dilucu qəbul edirlər. Əslində, ona iman etməzlər. Ancaq Quranda bu səhv məntiqdə olanların mövqeləri və ibrətverici sonları bu şəkildə təsvir edilir:
İnsan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümidsizliyə qapılıb məyus olar. Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək, mütləq: “Bu elə mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət gözləyir!” – deyər. Biz kafir olanlara nə etdiklərini mütləq xəbər verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq. (Fussilət surəsi, 49-50)
Adamlıq dinində bir qrup da vardır ki, bəzi eşidilən məlumatlarla günahlarının cəzasını bir müddət Cəhənnəmdə çəkdikdən sonra Cənnətə girəcəkləri düşüncəsilə bu dünyada hər cür haram və günahı işləməyi özlərinə qanuni görürlər. Cəhənnəmdə bir müddət sıxıntı çəkdikdən sonra Cənnətə girməyi yanlış şəkildə zəmanət zənn edirlər. Halbuki, bu, batil bir inancdır və insanın özünü aldatmasının başqa bir nümunəsidir. Quranda bu mövzudan belə danışılır:
Bu onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır. Elə isə şübhə edilməyən bir gündə onları topladığımız zaman halı necə olacaq? (O gün) hər kəsə qazandığının əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.(Ali-İmran surəsi, 24-25)
Yenə bir başqa ayədə də eyni batil inancdan danışılır:
Onlar: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. Onlara söylə: “Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz? (Bəqərə surəsi, 80)
Halbuki, vəziyyət bildikləri kimi deyil. Bir sonrakı ayədə axirətdəki vəziyyət belə xəbər verilir:
Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. (Bəqərə surəsi, 81)
Belə olmaqla yanaşı, Allahdan bir rəhmət olaraq Peyğəmbərimizin (s.ə.v) belə bir hədisi də vardır:

Hz. Peyğəmbər (s.ə.v) belə buyurur: "Ürəyində zərrə qədər iman olan kimsə atəşdən çıxacaq". Əbu Səid deyir ki: "Kim (bu xəbərin ifadə etdiyi həqiqətdən) şübhəyə düşsə, bu ayəni oxusun: "Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz." (Nisa surəsi, 40) (Tirmizi, Sifatu-Cəhənnəm 10, (2601))

Adamlıq dini mənsublarının və ümumiyyətlə, bütün inkarçıların Cəhənnəm əzabı mövzusunda öz yanlış düşüncələrilə belə çirkin cəsarət göstərmələri, əslində, Allaha və axirətə olan imanlarının zəif olmasından və ya heç olmamasından qaynaqlanır. Buna qarşı, möminlər bu mövzuda son dərəcə həssas və həmişə ümid və qorxu içində olurlar. Allahın əzabından qorxub çəkinir, Allahın razı olmaması ehtimalından şiddətlə qorxurlar. Uca Rəbbimiz Allaha davamlı günahlarının bağışlanması, qəlblərinin dönməməsi üçün dua edirlər. Quranda keçən “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxş edənsən! (Ali-İmran surəsi, 8)” kimi dualar bunun nümunəsidir. Peyğəmbər hz. Yusif də: "Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (Yusuf surəsi, 101)” -deyə dua edir.

Qısası, möminlər qəti olaraq özlərini mükəmməl, səhvsiz, nöqsansız insanlar olaraq görməz, əksinə, əllərindən gəldiyi qədər nöqsanlarını aradan qaldırmağa, səhvlərini düzəltməyə, yetkinləşməyə çalışarlar. Bu səbəblə də Quranın bir çox ayəsində bildirildiyi kimi, özlərinə edilən xəbərdarlıqlara son dərəcə ciddi yanaşarlar. Adamlıq dini mənsubları özlərini bəyəndikləri, qüsursuz gördükləri üçün heç bir şəkildə özlərinə verilən öyüdləri dinləməzlər. Allahın kitabına dəvət edildiklərində üz çevirər və özlərinin onsuz da nümunəvi müsəlman olduqlarını iddia edərək mövzunun üzərindən keçməyə çalışarlar. Belə insanların vəziyyəti bir ayədə belə xəbər verilir:


Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə etdiyi günahları unudan adamdan daha zalım kim ola bilər?! Onu anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik. Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər. (Kəhf surəsi, 57)
Hətta "mən çox dindar bir ailənin uşağıyam", "mənim babam din mövzusunda təqdir edilən, fikri qəbul edilən bir alim idi, hacı idi, müəllim idi" və s. deməklə özünü təmizə çıxaranlar da olur. Və ya keçmişdə etdikləri bir yaxşılığı, məsələn, bir kasıba verdikləri bir miqdar puldan bəhs edib necə də yaxşı insan olduqlarını eyham edirlər. Quranda bu insanlardan belə bəhs edilir:
Özlərini təmizə çıxaranları görmürsənmi? (Xeyr) Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz! Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir! (Nisa surəsi, 49-50)
Bundan əlavə, adamlıq dini mənsubları öz səhv məntiqləri ilə bəzi ibadətlər çıxarırlar və bunları etməklə Cənnətə gedəcəklərini düşünürlər. Bu dinin mənsublarının ağzından "işləmək də ibadətdir" sözünü tez-tez eşitmək mümkündür. İşləmək bir gözəllikdir və hər mömin təmiz və yaxşı əxlaq göstərərək işləyər. Ancaq işi bəhanə edib Allahın hökmlərini tətbiq etməmək, əlbəttə, səmimi davranış deyil. Adamlıq dini mənsubları bu məntiqlə hərəkət edib öz peşələrinin də bir ibadət olduğunu söyləyirlər. Bu səhv məntiqə görə, peşələrilə "xidmət etdikləri"nə görə, ayrıca Quranın hökmlərini yerinə yetirmələrinə ehtiyac yoxdur. Bunu söyləyən bəzən məmur, bəzən bərbər, bəzən həkim, bəzən tacir, bəzən də dərzi olur. Hamısı da insanlara peşələrilə kömək etdiklərini, bunun da ən böyük ibadət olduğunu düşünürlər. İnsanlara kömək etmək yaxşı xüsusiyyətdir, amma təkbaşına yetərli deyil. Üstəlik, bu, böyük yanılmadır.

Bu insanlar özlərinə ən yaxşı pulu, ən yaxşı mövqeni, ən yaxşı şöhrəti gətirən və ya asan olan iş və həyat tərzini seçir və sonra da etdikləri bu işlə ibadət etdiklərini iddia edirlər. İbadət Allaha qulluq etmək deməkdir. İnsanlara edilən kömək, həqiqətən, Allahın razılığını qazanmaq üçün edilərsə, ibadət olar. Ancaq bir insan Quran əxlaqını yaşamayıb, sonra da: "Mən bu insana kömək edirəm, bunu müalicə edirəm, bu ibadətdir", -deyə bilməz. Əgər ibadət etmək, yəni Allaha qulluq etmək istəyirsə, Allahın fərz etdiyi hökmləri əksiksiz olaraq yerinə yetirmək üçün işləməli, bununla yanaşı, Allahın əmr etdiyi əxlaqı tam şəkildə yaşamalıdır.



“Tövbə” surəsindəki bəzi ayələr bu mövzunu ən yaxşı şəkildə açıqlayır. Ayələrdə Peyğəmbərimizin (s.ə.v) dövründə Məkkədəki müşriklərin Kəbəni təmir etmə və həcc üçün Kəbəyə gələnlərə su vermə adətindən bəhs edilir və müşriklərin bu işlərinin müsbət olsa da, ibadət sayılmadığı bildirilir. Çünki ibadət əvvəl də ifadə etdiyimiz kimi, Allaha qulluq etmək deməkdir. Halbuki, müşriklər Allah rizası üçün deyil, göstəriş üçün və bir də adət-ənənələri olduğu üçün bunu edirdilər:
Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəmdə (əbədi qalacaqlar!) (Tövbə surəsi, 17)
Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! (Tövbə surəsi, 19)
Adamlıq dininin çıxardığı yanlış İslam anlayışının növlərini saymaqla bitməz. Bu dinin bəzi mənsubları tutduqları yolun doğru olduğundan əmindir və "Allah məni sevir; sevməsəydi, bu evi, ailəni, malı, mülkü, verməzdi. İndiyə qədər Allahdan istədiyimin hamısı olub" şəklində ifadələrlə özlərinə olan etibarlarını ifadə edirlər. Belə düşüncələrlə özlərini təmizə çıxarmağa çalışarkən aşağıdakı ayənin hökmünə girdiklərinin fərqində deyildirlər:
Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 55-56)
Bir başqa ayədə hadisənin əsl mahiyyəti belə açıqlanır:
Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər. (Tövbə surəsi, 55)
Heç kimin özündə imtiyaz görməyə haqqı yoxdur. Bir insan ancaq Allaha itaət edib, Onun hökmlərinə əlindən gəldiyi qədər riayət edib, günahlarından ötrü Allahdan bağışlanma diləyərsə, Allah qatında qurtuluş və xoşbəxtlik ümid edə bilər. Allaha üsyan edən, Onun hökmlərinə bilə-bilə üz çevirən, Ondan başqa ilahlar qəbul edən insanların özlərini dindar kimi göstərməyə çalışması isə səmimiyyətsizlikdir. Necə ki, Allah Quranda bənzər iddianı qarşıya qoyan bəzi yəhudilərlə əlaqədar belə buyurur:
De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, doğru deyirsinizsə, onda ölüm diləyin! Halbuki, onlar öz əlləri ilə etdikləri əməllərə görə heç vaxt diləməzlər. Allah zalımları çox gözəl tanıyandır! (Cümə surəsi, 6-7)
Adamlıq dini mənsublarının müsəlmanlıq anlayışında yalnız bəzi ibadətlər vardır, yaxud da çox vaxt heç olmaz, amma dillərində olur. Müsəlmanlara dəstək olmağın, Allah üçün yaşamağın, beş vaxt namaz qılmağın, Quran oxumağın lazım olduğundan tez-tez bəhs edər, amma bu ibadətləri yerinə yetirməzlər. Onsuz da adamlıq dinində Quran əxlaqının hara kimi yaşanacağı və sərhədləri Qurandan fərqli olaraq müəyyən edilmişdir. "Din də yaşanar, amma bir yerə qədər, hər şeyin həddi vardır. Dərinliyinə getmək lazım deyil, hər şey qədərində yaxşıdır" kimi yanlış məntiqlər bu insanlardan tez-tez eşidilir.

Bu yanlış məntiqə sahib olan insanlar dinin dərinliyi deyərkən din üçün edilən hər hansı bir fədakarlığı nəzərdə tuturlar. Bu insanlar müsəlmanlardan olduqlarının bilinməməsi, onlarla adlarının eyni çəkilməməsi, Allah üçün cəhd göstərməməsi, malından və canından Allah yolunda istifadə etməməsi və ya bunu öz mənfəətlərinə zidd düşməyəcək qədər etməsi üçün çox səy göstərirlər. Quranda dinin yalnız mənfəətlərinə zidd olmayan yönlərini tətbiq edənlər belə təsvir edilir:



İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, arxayın olar. Yox, əgər ona bir bəla üz versə, çöhrəsi dəyişər. Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu! (Həcc surəsi, 11)
Quranda təsvir edilən müsəlman isə Allahın razılığını və sevgisini bütün şəxsi mənfəətlərindən üstün tutan, yalnız axirətdən gözləyən, ciddi səy göstərən və Allaha qarşı dürüst olan müsəlmandır. Buna qarşı, adamlıq dinində mənfəətlər hər cür inanc, dostluq və sevgidən üstündür. Buna görə də adamlıq dininin mənsubları möminləri açıq şəkildə dəstəkləməkdən qorxurlar. Etibar itkisi qorxusu ilə inanclarını dürüst yaşamazlar. Doğru bildiklərini həmişə müdafiə etməzlər. Onlar üçün yaşadıqları cəmiyyətin düşüncələri, işləri, yoldaşları və ya malları Allahdan və Onun razılığından daha önəmlidir. Quranda bu vəziyyətdə olan insanlar haqqında belə deyilir:
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə