GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ



Yüklə 0,8 Mb.
səhifə1/13
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1483
  1   2   3   4   5   6   7   8   9   ...   13


CAHİLİYYƏ CƏMİYYƏTİNİN SİTAYİŞ ETDİYİ DİN

ADAMLIQ

DİNİ

Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər?

Tam qənaət sahibi olan bir camaat üçün

Allahdan daha yaxşı hökm verə bilən kimdir?!

(Maidə surəsi, 50)


HARUN YƏHYA

(ADNAN OKTAR)
Bu kitabda istifadə edilən ayələr Ziya Bünyadovun və Vasim Məmmədəliyevin birlikdə hazırladığı Qurani-kərimin Azərbaycan dilində tərcüməsindən götürülmüşdür.

.

Beşinci nəşr: 2004-cü il, mart



Altıncı nəşr: 2004-cü il, oktyabr

Yeddinci nəşr: 2005-ci il, fevral

Səkkizinci nəşr: 2006-cı il, yanvar

Doqquzuncu nəşr: 2006-cı il, fevral

Onuncu nəşr: 2006-cı il, mart

On birinci nəşr: 2009-cu il, dekabr

ARAŞDIRMA

NƏŞRİYYAT

Talatpaşa məh. Emirgazi küçəsi

İbrahim Almaz iş mərkəzi

A Blok mərtəbə 4 Okmeydanı - İstanbul

Tel: (0 212) 222 00 88
Nəşr: Seçil Ofset / 100-cü İl Məhəlləsi

MAS-SİT Mətbəəçilər binası

4-cü küçə nömrə: 77 Bağcılar-İstanbul

Tel: (0 212) 629 06 15



www.harunyahya.org-www.harunyahya.net

MÜNDƏRİCAT


Yaradılış həqiqəti

Giriş


Haqq dinə qarşı olan adamlıq dini

Adam olmaq

Adamlıq dini mənsublarının psixologiyası

və davranış tərzi


1- Süni münasibət və davranışlar

2- Danışıq pozuntusu

3- Lağ etmək

4- Laqeydlik

5- Zalımlıq

6- Əsəbiləşdirmək üsulları

7- Yeni fikirlərə və tənqidə qarşı olmaq

8- Qonaqlara münasibət

9- Adamlıq dinində yaşlılıq psixologiyası

10- Adamlıq dinində ayrı-seçkilik

11- Adamlıq dinində dost seçmə meyarları

12- Öz mənfəətini axtarmaq

13- Yaltaqlıq

14- Adamlıq dinində dalaşqan üslub

15- Cavanlıq psixologiyası

16- Qurana uyğun olmayan hörmət anlayışı


Adamlıq dinində məktəbli psixologiyası

Adamlıq dinində eşqbazlıq psixologiyası

Adamlıq dinində evlilik psixologiyası

Toy psixologiyası

Evlilikdən sonra

Adamlıq dinində qadın psixologiyası

Kokona xarakteri

Adamlıq dinində iş psixologiyası

Adamlıq dinindəki yanlış İslam anlayışı

Batil dindən qopub-ayrılmaq



Nəticə

Təkamül yalanı



Oxucuya
Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.
Qeyd edilməli başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.
Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.
Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.
Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.
Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.
Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazımi ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.

Yazıçı və əsərləri haqqında
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.
Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.
Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayımlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.
Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.
Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.
Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.
Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.
Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.
Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda çox gec ola bilər.
Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

Yaradılış gerçəyi
Foklar sürü halında yaşayır. Necə olur ki, sürünün içində ana fok balasını tanıyır? Digər bir çox canlı kimi, ana fok da doğuşdan sonra balasını qoxulayır, toxunur. Bu sayədə balasının qoxusunu tanıyır və onu başqa balalar ilə heç vaxt qarışdırmır. Allah hər canlını ehtiyacı olan xüsusiyyətləri ilə yaradandır.
www.unludarwinistyalanlar.com
Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!. (Ənam surəsi, 59)
Böyümə hormonu bədəndə hansı nahiyələrin böyüməli olduğunu bilir. Bədən də hormonu tanıyaraq lazımi reaksiyanı verir. Böyümə hormonu sümüyə çatdığında sümük dərhal böyüməyə başlayır. Körpənin bədəninin mütənasib şəkildə böyüməsi də Allahın bu hormonu vəsilə etməsi sayəsindədir.
www.yaratilismuzesi.com
Ana ayı yuvanın tavanını 75 sm və ya 2 m qalınlıqda hörür. Tədqiqatçılar yuvalardakı istiliyi ölçmüş və çox maraqlı bir vəziyyətlə qarşılaşmışlar. Çöldəki istilik -30 dərəcə olarkən, yuvadakı istilik 2 ya da 3 dərəcədən az olmamışdır. Bütün bunları qütb ayısına öyrədən hər şeyi bilən üstün güc sahibi Allahdır.
Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!. (Hədid surəsi, 1-2)
İnsanın bədəninə hər gün çox sayda mikrob daxil olur. Bu mikroblar immun sisteminin ilk mərhələsində təsirsiz hala gətirilir. Ancaq bəzi mikroblar və viruslar bədənimizə daxil olaraq həyati təhlükə meydana gətirə bilər. Hər insanın sahib olduğu immun sistemi Allahın rəhmətinin bir dəlilidir.
Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Nəhl Surəsi, 17)
www.darwinnedenyanildi.com
İnsan burnunda 1000-ə qədər dəyişik qoxu qəbuledicisi vardır. Bu sayədə 10.000-dən çox fərqli qoxunu qəbul edə bilirsiniz. Məsələn, bananı, almanı və ya portağalı iylədiyinizdə o qoxunu qəbul etmənizi təmin edən molekullar qoxu qəbuledicilərilə birləşir və meyvələrə aid kodu meydana gətirir. Yaddaşınızda çoxdan var olan bu kod iylədiyiniz meyvənin hansı olduğunu sizə təkrar xatırladır. Allah insan bədənində yaratdığı mükəmməl sistemlə bizə yaratma sənətini tanıdır.
www.yenibilgiyenikonu.com
Kainatdakı nizamlanmanı təmin edən xüsuslardan biri də simmetriyadır. Təbiətdə gördüyümüz hər hansı bir obyekt, məsələn, toxum, meyvə və ya yarpaq araşdırıldıqda simmetriyanın varlığı dərhal görünər. Kəpənəklərin hər iki qanadında da eyni rəng tonu və eyni naxış vardır. Bir qanadda olan naxış digər qanadda da eynilə mövcuddur. Canlılardakı bənzərsiz nizam və möhtəşəm sənət Allahın üstün yaratmasıdır.
www.kurandaadigecencanlilar.com
Uçan balıqlar quyruq üzgəcinin çox sürətli hərəkətilə sudan çıxan və müəyyən bir məsafə uçduqdan sonra yenidən yavaş-yavaş suya düşən balıqlardır. 100 milyon ildir ki, ən kiçik bir dəyişikliyə belə uğramayan bu balıqlar təkamülçülərin canlıların mənşəyi və tarixi haqqındakı bütün iddialarını yerlə bir edir.
Uçan balıq

Dövr: Mezozoy erası, Trias dövrü

Yaşı: 95 milyon il

Tapıldığı yer: Liviya


Müasir dövrdə yalnız iki soyunu davam etdirən mərsin balıqları həmişə mərsin balığı olaraq var olmuşdur. Başqa bir canlıdan törəməmiş, başqa bir canlıya da çevrilməmişlər. Bu həqiqəti təsdiq edən qalıq tapıntıları digər bütün canlılar kimi, mərsin balıqlarının da təkamül keçirmədiklərini söyləyir.
Mərsin balığı

Dövr: Mezozoy erası, Trias dövrü

Yaşı: 144 - 65 milyon il

Tapıldığı yer: Çin


Dağdağan ağacı orta böyüklükdə, təxminən 10-25 metr uzunluğundadır. Tapılan bütün dağdağan fosilləri bundan on milyonlarla il əvvəl yaşamış nümunələrinin müasir nümunələri ilə tamamilə eyni olduğunu göstərir. Bu eynilik təkamül iddiasını puç bir edir.
Dağdağan yarpağı

Dövr: Kaynozoy erası, Paleogen dövrü

Yaş: 45 milyon il

Tapıldığı yer: Green River, Wyoming, ABŞ


 Buğumayaqlılar fəsiləsinə daxil olan Amerika qılıncquyruğu (Limulus polyphemus) Chelicerata (xeliserilər) yarımtipinə daxildir və hörümçək və əqrəb tipinə daha yaxındır. Şəkildə verilən 150 milyon il yaşındakı Amerika qılıncquyruğu fosili Yaradılışın açıq bir həqiqət olduğunu, təkamülün heç bir zaman yaşanmadığını bir daha təsdiq edir.
Amerika qılıncquyruğu

Dövr: Mezozoy erası, Yura dövrü

Yaşı: 150 milyon il

Tapıldığı yer: Solnhofen, Almaniya


Bundan 100 milyon il əvvəl yaşayan skatların (Rajiformes) sahib olduqları bütün xüsusiyyətlərə hazırda yaşayan skatlar da malikdir. Bunun mənası isə vatozların 100 milyon il keçməsinə baxmayaraq, heç dəyişmədikləri, yəni təkamül keçirmədikləridir.
www.proteinolusumu.com
Skat (Rajiformes)

Dövr: Mezozoy erası, Trias dövrü

Yaşı: 100 milyon il

Tapıldığı yer: Livan


Əldə edilən saysız fosil nümunələri hər bitkinin özünəməxsus xüsusiyyətlərlə yaradıldığını və bu günə qədər dəyişmədiyini göstərir. Bu həqiqəti sübut edən tapıntılardan biri də şəkildə verilən 54 - 37 milyon illik budaqları ilə birlikdə qaraağac yarpağı fosilidir.
www.darwinistpanik.com
Budaqları ilə birlikdə qaraağac yarpağı

Dövr: Kaynozoy erası, Poleogen dövrü

Yaşı: 54 - 37 milyon il

Tapıldığı yer: Cache Creek, Kanada


Darvinistlər canlıların fasiləsiz olaraq dəyişdiklərini, yəni təkamül keçirdiklərini söyləyirlər. Fosillər isə canlıların yaradıldıqları andan etibarən heç dəyişmədiklərini göstərir. Bunun mənası isə açıqdır: Canlılar təkamül keçirməmiş, uca Allah tərəfindən yaradılmışdır.
www.unludarwinistyalanlar.com
Donqar ağcaqanadlar (Phoridae) milyonlarla ildir eyni quruluşdadır. 45 milyon illik ənbər də bu həqiqətin dəlillərindəndir. Əgər canlı 45 milyon ildir ən kiçik dəyişikliyə belə uğramamışdırsa, o canlının təkamül keçirdiyindən bəhs etmək yersizdir. Fosillər təkamülçülərin yalan danışdıqlarının ən mühüm göstəricisidir.
Donqar ağcaqanad (Phoridae)

Dövr: Kaynozoy erası, Poleogen dövrü

Yaşı: 45 milyon il

Tapıldığı yer: Rusiya


Qalıqların göstərdiyi kimi, hazırda yaşayan böcək növlərinin hamısı yaradıldıqları andan etibarən bu günkü qüsursuz quruluşlarına malikdir, mərhələlərlə inkişaf etməmiş və heç zaman dəyişikliyə uğramamışlar. Bu həqiqətin dəlillərindən biri də şəkildə verilən ənbər içindəki 50 milyon illik bitki birəsidir. (Homopteran)

Bitki birəsi (Homopteran)

Dövr: Kaynozoy erası, Poleogen dövrü

Yaşı: 50 milyon il

Tapıldığı yer: Polşa
Pelobatidae fəsiləsinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içində, bir qismi də suda yaşayır. Bu heyvanlar birdən ortaya çıxmışlar, yəni yaradılmışdılar və ilk ortaya çıxdıqları andan bu günə heç bir "təkamül" keçirməmişlər.
www.guncelhaber.org
Dövr: Kaynozoy erası, Poleogen dövrü

Yaşı: 50 milyon il

Tapıldığı yer: Messel, Almaniya
Ən qədim çanaqlı bağa fosilləri təxminən 200 milyon il əvvələ aiddir və o dövrdən bu günə kimi bu canlılarda heç bir dəyişiklik olmamışdır. Şəkildə verilən 37 - 23 milyon illik çanaqlı bağa fosili də mükəmməl detalları ilə hazırda yaşayan çanaqlı bağalardan fərqli olmadığını göstərir.
www.yaratilismuzesi.com
Hazırkı çanaqlı bağalarla və milyonlarla il əvvəlki çanaqlı bağalar arasında heç bir fərq yoxdur.
Şəkildə 37-23 milyon illik çanaqlı bağa fosili

ADAMLIQ DİNİ

Giriş

İnsanların çoxunu fərqində olmadan öz təsiri altına salmış batil bir din vardır. Bu, özünü birüzə verməyən, gizli bir dindir. Heç bir yazılmış qaydası yoxdur. Adı da yoxdur. Lakin insanların hərəkət və davranışlarını, düşüncələrini təsiri altına salır. İnsanların çoxu fərqində olmadan həyatları boyu bu dinin qaydalarını tətbiq edir, bu dinin əmr və qadağalarına görə yaşayırlar. Bu batil din İslam, Xristianlıq və ya Yəhudilik deyil. Bu batil dinin qanunları ilə yaşayan insanlardan soruşduqda, bəlkə: "Mən müsəlmanam", -və ya: "Mən xristianam", -deyə bilərlər. Bəziləri də dinsiz, hətta ateist də ola bilərlər. Lakin hər biri, əslində, bu gizli dinin mənsubudur.


Bu batil din başlanğıcda insanlara bir din kimi tanıdılmır. İnsanlar bu dini dünyaya gəldiklərindən etibarən aldıqları təlqinlər nəticəsində mənimsəyirlər. Buna görə də hərəkət, düşüncə, hətta mimikalarının belə bu dindən qaynaqlandığını düşünməzlər.
Bu batil din ona bağlananlara ilk olaraq "adam olmağı” öyrədir. "Adam olmaq" bu dinin dəyər və mühakimələrini mənimsəmək, qaydalarını və davranış tərzini yerinə yetirmək, xarakterinə yiyələnmək deməkdir. Cəmiyyət tərəfindən qəbul edilmək, mühakimə olunmamaq, müəyyən bir mövqe qazanmaq üçün adam olmaq vacibdir. Biz bu dinə qısa olaraq "Adamlıq dini" adını veririk. Adamlıq dini insanları səmimiyyətsizliyə, süni və məcburi davranış tərzinə sürükləyir. Bu batil dinə tabe olan insanların çoxusu olduqları kimi rahat və təbii davrana bilmirlər. Yaşadıqları mühitə uyğun olduğunu düşündükləri davranış və danışıq tərzindən, mimikalardan istifadə edir, hər rola girə bilirlər. Və buna rəğmən özlərinin son dərəcə təbii və normal həyat yaşadıqlarını zənn edirlər.
Bu batil sistem, nəticədə, özünə belə səmimi ola bilməyən, saxta şəxsiyyətə malik olan insan modellərini ortaya çıxarır. Hər cəhətdən çətin olan şeytani bir dinin cəmiyyətin bütün təbəqələrini təsiri altına salmasının ən mühüm səbəbi yuxarıda qeyd etdiyimiz kimi, adının olmamasıdır. Bu şeytani dinin mənsubları dinlərini mühakimə etməyi, tərk etməyi, ya da dəyişdirməyi ağıllarının ucundan belə keçirmirlər. Çünki yaşadıqları sistemin bir din olduğundan xəbərsizdirlər. Tabe olduqları sistemi həyatın həqiqətləri, dəyişilməyən qaydaları olaraq görməyi də bir fəzilət zənn edirlər.
İnsan yaşadığı bu halı tərk etmədikcə, adamlıq dinindən qopub ayrılmadıqca İslamı əsl mənasilə qavraya və yaşaya bilməz. Çünki İslamın əsas şərtlərindən biri səmimiyyət və təbiilikdir. İnsanın İslamı yaşaması və bilavasitə əsl xoşbəxtliyi tapması ancaq Allaha, özünə və digər insanlara qarşı son dərəcə səmimi olması ilə mümkün ola bilər. İman ancaq səmimiyyətin üzərinə qurulur. Adamlıq dininin təsirindən xilas olmaq üçün isə, əvvəlcə, bu şeytani dini təsvir etmək lazımdır. Bu kitabın məqsədi də budur. Növbəti səhifələrdə adamlıq dininin xüsusiyyətlərini təfərrüatı ilə araşdıracağıq.
Oxucudan istənilən bu batil dinin xüsusiyyətlərini araşdırarkən özünü nəzərdən keçirməsidir. Çünki hər nə qədər qəbul etmək istəməsə də, adamlıq dininin hər kəsin üzərində müəyyən bir təsiri olur. İnsan həyatının hər anına müdaxilə edən bu dindən xilas olmaq üçün, əvvəlcə, diqqət və səmimiyyət lazımdır.
Haqq dinə qarşı olan adamlıq dini
Peyğəmbərimiz (s.ə.v.) "Din nədir?" sualına cavab olaraq: "Getdiyiniz yoldur", -cavabını vermişdir. Bu cavab mövzunu ən hikmətli şəkildə nəticələndirir. Din insan və cəmiyyətin bütün dəyərlərini, əxlaqını, həyat tərzini ehtiva edir. Məsələn, “Yusif” surəsinin 76-cı ayəsindəki "din" sözü bu mənadadır:
(Yusif doğma) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır! (Yusif surəsi, 76)
Quranda inkar edənlərin də bir dinə mənsub olduqları müxtəlif ayələrdə xəbər verilir. Məsələn, firon hz. Musa haqqında qövmünə belə demişdir:
Firon dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”. (Mömin surəsi, 26)
Başqa ayələrdə də kafirlərin rəsulların gətirdiyi haqq dinə qarşı batil dinlərinə bağlılıqları belə izah edilir:
Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! Əcaba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir. Onların əyanları çıxıb gedərək belə dedilər: “Gedin öz tanrılarınıza möhkəm olun. İstənilən şey budur. Biz bunu sonuncu dində də eşitməmişik. Bu, ancaq bir uydurmadır. (Sad surəsi, 4-7)
Yazılanlardan aydın olduğu kimi, hər insanın bir dini vardır. Allahın dininə tabe olmayanlar, hətta özünü ateist olaraq adlandıranlar belə, əslində, dinsiz deyildirlər, batil bir dinin mənsubudurlar. Bu dinlərin bir qismi müasir dövrdə din olaraq tanınmaya bilər. Ancaq Quranda ifadə edildiyi kimi, hamısı bir dindir. Məsələn, marksizm də batil dindir, çünki bu ideologiya bir qisim insanların getdikləri yoldur. Marksistlər Marksın ortaya qoyduğu düşüncə sistemini mənimsəmiş, onun düşüncə tərzini qəbul etmişlər. Dünyanı onun qoyduğu meyarlara görə qiymətləndirirlər. Necə var olduqlarını və ölümün nə olduğunu da Marksın (və Engelsin) elmdən kənar məntiqlərinə əsaslanaraq açıqlayırlar. Qısacası marksizmə inanır, həyatlarını ona görə yaşayır və hadisələri ona görə qiymətləndirırlər.
Marksizm yalnız bir nümunədir. Ona bənzər yüzlərlə fərqli din (yəni fəlsəfə, düşüncə sistemi və s.) ola bilər. Marksizmə tamamilə zidd olan ideologiyalar da dindir. Təbii ki, bütün bu dinlər batil dinlərdir və əsasən də insanları Allahın yolundan azdırmaq məqsədilə ortaya çıxmışdır.
Burada ən mühüm nöqtə budur: dünyada ideologiyası, fəlsəfəsi nə olursa olsun, haqq dindən uzaqlaşmış insanların tabe olduqları yeganə batil bir din vardır. Bu din də girişdə qeyd etdiyimiz və ana xətlərini vurğuladığımız "adamlıq dini"dir. Və şeytanın insanları haqq dindən azdırmaq və uzaqlaşdırmaq üçün istifadə etdiyi ən hiyləgər və ən təsirli silahlarından biridir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə