Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   2   3   4   5   6   7   8   9   ...   19

məqalələr hazırlamışdır.  

Şöbənin  əməkdaşı  Əmirşah  Əmirəhmədov Füzuli irsini-fəlsəfi və teoloji aspektlərinin 

tədqiqi üzərində işləyir.  

XIX-XX əsr Azərbaycan fəlsəfə tarixi fikri şöbənin bir sıra əməkdaşlarının tədqiqat mövzusu 

kimi secilib. Səbəb bu dövrün fəlsəfi fikrinə yeni baxışın xüsusi əhəmiyyət və vacibliyi və 

çoxçildlik Azərbaycan fəlsəfə tarixinin XIX-XX əsrlərini  əhatə edən cildlərinin 

hazırlanmasıdır. Şöbənin əməkdaşlarından akademik F.T.Köçərli M.Ə.Sabirin, f.e.n. Rəfail 

Əhmədov S.Ə.Şirvaninin, f.e.n. Nicat Məmmədov M.Ə.Rəsulzadənin dünyagörüşünü 

tədqiq edirlər. 

Eyni zamanda şöbədə metodologiyanın işlənməsi sahəsində  də  tədqiqatlar aparılır. 

Şöbənin elmi işçisi f.e.n. Arzu Hacıyeva germenevtik metod və onun Azərbaycan fəlsəfi 

poeziyasının tədqiqində yeri və rolu mövzusu üzərində işləyir. 

60-cı illərdən başlayaraq  şöbədə Azərbaycan fəlsəfə tarixinə dair çoxsaylı  tədqiqatlarla 

yanaşı,  İranda fəlsəfi fikrə aid də araşdırmalar aparılıb. Bu tədqiqatlar  İran marksist 

filosoflarının irsini (bu məsələ f.e.d.,prof.Əbdülhüseyn Agahi və f.e.d.,prof. Ə.Əminzadənin 

monoqrafik  əsərləridə  tədqiq edilib), İran Azərbaycan fəlsəfi  əlaqələrini (xüsusən 

M.F.Axundovun irsi ilə bağlı baxın: f.e.n.Şəmsəddin Cəfərov və f.e.n. Rüstəm  Əminov 

tədqiqatlarına) və bilavasitə İran fəlsəfi fikrini əhatə edir. 

Adı  çəkilən tədqiqatlar arasında  şöbənin  əməkdaşı a.e.i., f.e.n. Həsən Hüseynovun 

tədqiqatları müntəzəmliliyi ilə  fərqlənir. H.Hüseynov monoqrafiyaları  və çoxsaylı elmi 

məqalələrində müasir İran sosiologiyası, müasir İran sosial-siyasi həyatında islamın yeri və 

rolu,  İran dini-siyasi və  fəlsəfi fikrində "islam inqilabı" konsepsiyası, islam amili və müasir 

ideoloji mübarizə, S.M.Taleqaninin dini-siyasi təlimi və sosial fəlsəfəsi, "Suveren dövlətlər" 

dini-siyasi konsepsiyası: mif və reallıqlar, islam və yeni təfəkkür (bu mövzunun üzərində iş 

davam etməkdədir) mövzularını işləyib və öz tədqiqatları ilə hazırda şöbə fəaliyyətinin İran 

fəlsəfəsi istiqamətini təmsil edir. 

İllər ərzində şöbədə aparılan tədqiqatlar fəlsəfə və fəlsəfə tarixi elminin müxtəlif və müstəqil 

sahələrini əhatə etdiyindən şöbə potensialı əsasında ateizm, estetika, etika, Şərq fəlsəfəsi 

və dinşünaslıq şöbələri yarandı. 

Ötən illər boyu şöbə əməkdaşları tərəfindən 2000-dən çox samballı monoqrafiya, kitabça, 

çoxsaylı elmi məqalə və tezislər çap edilib. Əməkdaşlarımız respublikada və respublikadan 

kənar elmi konfranslarda çıxışlar ediblər. 

Şöbə işçilərinin uzun illər ərzində əgsər halda ilk mənbələrin ilkin elmi tədqiqinə əsaslanan 

əsərləri Azərbaycan fəlsəfə elminin təşəkkül və inkişafını əks etdirir. 

Şöbədə aparılan tədqiqatlar və  şöbənin çap məhsulu fəlsəfə tariximizin müxtəlif konkret 

problemlərini və dövrlərini əhatə edir. 

Elmimiz qarşısında duran əsas problem isə Azərbaycan fəlsəfə tarixini tam şəkildə 

qədimdən bu günədək əks etdirən əsərlərin yaranmasıdır. 

Bu mürəkkəb və şərəfli vəzifənin reallaşması üçün şöbə iki ciddi cəhd göstərib; 

Təxminən  1960-cı illərdə  şöbədə bütövlükdə Azərbaycan fəlsəfə tarixinin oçerklərini 

yazmaq planı  tərtib edildi. Bu plana müvafiq iş 2 cilddən ibarət Azərbayçan fəlsəfə tarixi 

oçerklərinin çapa redaktə edilməsi ilə bitdi. 

1966-cı ildə oçerklərin birinci-qədim dövrdən XVIII əsrə  qədər Azərbaycan fəlsəfə tarixini 

əhatə edən cildi nəşr edildi və çoxsaylı oxucuların sərəncamına verildi. 

Təəssüflə qeyd etməliyik ki, oçerklərin 2-ci cildi müxtəlif obyektiv və subyektiv səbəblər 

üzündən nəşr edilmədi. 

Lakin, buna baxmayaraq şöbənin elmi planları fəlsəfə tariximizi əhatə edən çoxçildli əsərin 

yaranmasına yönəldildi. Bu proses uzun və mürəkkəb oldu. Zaman keçdikcə müəlliflər 

dünyasını, ölkə iqtisadi-siyasi quruluşunu və ideologiyasını dəyişdi. Elmin metodologiyası, 



dəyər meyarları, tədqiqat obyektinə münasibət, tədqiqat üsulları müzakirələr obyektinə 

çevrildi. 

Ötən illər  ərzində  şöbəyə çoxcildlikdə çap üçün təqdim edilmiş  və  şöbə  tərəfindən çapa 

məsləhət görülmüş  əsərlər, eyni ilə çoxcildliyin müzakirə  və  qəbul edilmiş plan-prospekti 

yeni dövrün tələbləri işığında bir daha düşünülməli oldu və çoxcildliyin müxtəlif calarlı 

problemlərinə yenidən qayıtmaq ehtiyacı yarandı. Çoxcildliyin, xüsusən XIX-XX əsrləri 

təmsil edən cildlərin üzərində aparılan işin müəyyən hallarda tamamilə  həm metodoloji

həm obyekt seçimi baxımından yenidən qurulması tələbi nəşrin çıxması üçun ciddi ənkələ 

çevrildi. Digər tərəfdən hazırda Azərbaycan mədəniyyət tarixini təmsil edən elmlər arasında 

zəruri uzlaşmanın təmin edilməməsi də  fəlsəfə tariximizin çoxcildlik şəklində çapa 

hazırlanmasına ciddi mane olan amillərdəndir. 

Deyilənlərə baxmayaraq, Azərbaycan çoxcildli fəlsəfə tarixinin 1-ci cildi artıq çapa təqdim 

edilib, 2-ci cild üzərində redaktə  işləri tamamlanıb, 3-cü və 4-cü cildlər üzərində  iş 

getməkdədir. 

Çoxcildliyin baş redaktoru şöbə əməkdaşı akademik F.Köçərli, 1-ci və 2-ci cildlərin məsul 

redaktoru şöbə əməkdaşı f.e.d. Z.Quluzadə, 3-cü cildin məsul redaktoru f.e.d. İ.Rüstəmov, 

4-cü cildin məsul redagtoru f.e.d. Ə.Abasovdur. 

Əsasən  şöbə  əməkdaşlarının fəaliyyətinin məhsulu olan çoxcildliyə müəllif və redaktor 

simasında respublikanın  şöbədə  işləməyən mütəxəssisləri - Azərbaycan EA-nın həqiqi 

üzvü, f.e.d., prof. A.Daşdəmirov, müxbir üzvlər, f.e.d., prof. F.Qasımzadə, f.e.d., prof. 

M.Səttarov, prof. M.İsmayılov, hüquq e.d.,prof. A.Rzayev və b. dəvət edilib. 

Şöbənin təşəbbüsü ilə  dəfələrlə beynəlxalq elmi konfranslar keçirilib və  nəticədə müxtəlif 

ölkələrin mədəniyyətini təmsil edən alimlərlə  fəlsəfə tarixinin metodoloji problemlərinin 

tədqiqinə və orta əsr Şərq fəlsəfəsi tarixinə həsr edilmiş toplular dərc edilib. 

1992-ci ildə  şöbə  tərəfindən geçirilmiş beynəlxalq elmi konfransın qərarına müvafiq şöbə 

və institutun əməkdaşlarının təşəbbüsü ilə  "Şərq fəlsəfəsi problemləri" jurnalı azərbaycan 

və rus dillərində dərc edilir və altı dildə - ərəb, fars, türk, inkilis, fransız, alman - dillərində 

geniş xülasələrlə tamamlanır. 

Şöbənin kadr hazırlığı sahəsində işindən danışarkən aşağıdakı məqamları qeyd etməliyik: 

1. Fəlsəfə üzrə mütəxəssilərin  əksər sayı,  şöbə  tərəfindən onun işçilərinin iştirakı ilə 

aparılan fəlsəfə tarixindən namizədlik imtahanlarını verib. 

2.  İnstitutda fəlsəfə tarixi üzrə hazırlanan namizədlik və doktorluq dissertasiyalarının 

hamısı, respublika miqyasında isə - əksəri şöbədə müzakirədən keçərək müdafiəyə təqdim 

edilib. 


3. Fəlsəfə tarixinə aid respublikada çapa təqdim edilən tədqiqatların böyük bir qismi 

şöbədə elmi müzakirədən kecib və şöbənin rəyi ilə çapa təqdim edilib. 

4.  Şöbə  işçilərindən A.O.Makovelski və  Ə.K.Zəküyev müstəsna olmaqla, demək olar ki, 

hamısının namizədlik və doktorluq dissertasiyaları  şöbə  tərəfindən müdafiəyə tövsiyyə 

edilib. 

Son  15 ildə  şöbənin 20 nəfərə yaxın aspirant və dissertantı namizədlik dissertasiyası 

üzərində çalışıb və müdafiə edib. 

Hazırda şöbənin aspirantı R.T.Məmmədovun "Zərdüştlüyün fəlsəfi aspektləri" mövzusunda 

namizədlik dissertasiyası müdafiəyə  təqdim edilib. A.Məmmədova və C.Hacıyev 

dissertasiya üzərində işləyirlər. 

Eyni zamanda şöbə  əməkdaşlarından  Ə.Əmirəhmədov namizədlik, M.Ağayev, 

R.Əhmədov, A.Hacıyeva, N.Məmmədov doktorluq dissertasiyaları üzərində işləyirlər. 

Hazırda  şöbə  aşağıdakı  tərkibdə  fəaliyyət göstərir: elmi məsləhətçi, akademik F.Keçərli, 

b.e.i., f.e.d., prof. Ə.Şakirzadə,  şöbə müdiri, f.e.d. Z.Quluzadə, aparıcı elmi işçi, f.e.n. 

S.Rzaquluzadə, aparıcı e.i., f.e.n. H.Hüseynov, b.e.i., f.e.n. M.Ağayev, e.i. f.e.n. 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə