ənənələrdə (o cümlədən Qərb-Şərq problematikası kontekstində), elmin inkişafının
xüsusiyyətlərinin, elmi metodologiyasının tədqiqinə istiqamətləndirilmişdir.
Bu problematikaya maraq onunla izah edilir ki, mənəvi mədəniyyətin və elmin böhranı
(keçid dövrün çarpışmaları kontekstində) şəraitində elmi iqlimin və elmin inkişafının
formalaşmasının sosioloji mexanizmlərinin öyrənilməsi aktuallığı meydana çıxdı. Elmin
sosioloji aspektlərinin öyrənilməsi həm Qərb, həm də Şərq mədəniyyətlərində tədqiq
edilmiş fəlsəfi və metodoloji konsepsiyaların hərtərəfli təhlili üçün obyektiv şərait yaradırdı.
Təsadüfi deyildir ki, son illərdə şöbənin əməkdaşları, əsasən müasir idrak nəzəriyyələrinin
tədqiqinə, ənənəvi (pozitivist və marksist) metodologiyasının böhranının dərk edilmesi və
elmim yeni metodologiyasının axtarışına istiqamətlənmişlər. Bu cür axtarışlar mənəvi
mədəniyyətin və elmin keçid problemlərinin həlli baxımından xüsusi aktuallıq kəsb edir.
Müasir idrak nəzəriyyələrin tədqiq edilməsi həm dünya fəlsəfəsinə və elmi metodologiya
problemlərinin işlənməsinə daha yaxın olmaq cəhətindən, həm də suveren Azərbaycanın
gerçəklik və
tələbatlarına cavab verən yeni metodolgiyanın formalaşması
məqsədəuyğunluğu cəhətindən çox aktualdır. Belə ki, keçid dövrünün böhranı kontekstində
Azərbaycanın mənəvi mədəniyyəti və elmi bir çox ciddi problemlərlə və hər şeydən əvvəl
ölkə üçün daha yararlı olan fəlsəfi metodologiyanın axtarışı və seçimi məsələsi ilə
qarşılaşmışdır. Bu seçim bir çox kompleks mühüm məsələlərin: azərbaycan xalqının
düzgün tarixinin reanimasiyası, suveren dövlətin ideologiyasının seçimi, milli ideyanın
xüsusiyyətlərinin dərk edilməsi və s. məsələlərin həlli üçün çox vacibdir. Yeganə marksist
ideologiyası olan totalitar cəmiyyətin dağılması ilə əlaqədar bütün yeni müstəqil dövlətlər
üçün problemlər- əvvəlki mənəvi dəyərlərə yenidən baxılma və elm, mədəniyyət, ideologiya
problemlərinin müvəffəqiyyətli həlli üçün yeni metodologiyanın seçilməsi zərurəti meydana
çıxmışdır. Yeni gerçəkliklər öz fəlsəfi keçmişinə yenidən baxmaqla yanaşı, dünya
fəlsəfəsinə yiyələnmək üçün yeni metodoloji baxımın formalaşmasına şərait yaratdı. Məhz
bu faktora görə əvvəllər "burjua" nəzəriyyələri kimi təqdim edilən müasir idrak
nəzəriyyələrini dərindən öyrənmək zəruriyyəti və məqsədəuyğunluğu meydana çıxdı.
Söhbət, hər şeydən əvvəl keçmiş marksist yanaşmanın məhdudiyyət stereotiplərinin
aradan qaldırılması və yeni metodoloji yanaşmadan gedir.
Hal-hazırda müstəqil inkişaf şəraitində dünya elmi və fəlsəfi irsinə yiyələnmək perspektivləri
açılır və ideya plüralizmi, daha düzgün elmi tədqiqatlar üçün şərait yaranır, yaradıcılıq
axtarışı total ideologiya ilə məhdudlaşdırılmır.
Cəmiyyətdə davam edən böhranlı hadisələrə baxmayaraq, keçid dövrünün bir xüsusiyyətini
- bütün elmi problemlərin hərtərəfli öyrənilməsi üçün "aşkarlıq"ın mövcud olmasını qeyd
etmək lazımdır. Belə şərait yeni metodologiya işlənib hazırlanması üçün perspektivlər açır.
Şübhəsizdir ki, axtarış zamanı müxtəlif dünyagörüşləri (marksizm, pozitivizm və
postpozitivizm, sosiomədəni təhlil və i.a.) əsasında işlənmiş bütün metodoloji yanaşmaların
pozitiv və neqativ cəhətlərini xüsusi diqqətlə nəzərdən keçirmək lazımdır. Müasir idrak
nəzəriyyələrinin ətraflı təhlili daha münasib metodologiyanın seçilməsi üçün zəruridir.
Bundan başqa belə bir yanaşma metodologiyanın düzgün tarixinin də bərpası üçün son
dərəcə vacibdir.
Müstəqil Azərbaycan XXI əsrə yeni ideologiya, metodologiya və mənəvi orientasiya axtarışı
konstekstində daxil olur. Belə bir şəraitdə fəlsəfi irsin öyrənilməsi sahəsində düzgün
metodoloji istiqamətin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Şöbə əməkdaşlarının son illərdəki elmi-tədqiqat fəaliyyətini məhz bu istiqamətə
yönəlmişdir.
Şöbədə 12 nəfər işçi çalışır. Elmi işçilərin hamısı "Müasir idrak nəzəriyyəsi: metodoloji
təhlil" mövzusu üzrə tədqiqat işini davam etdirirlər.
Fəlsəfə elmləri doktorları Həsən Quliyev linqvistik fəlsəfə və postpozitivizm, Əli Abasov
təbiətşünaslıq və fəlsəfədə məkan-zaman problemi mövzularında işləmişlər.
Fəlsəfə elmləri namizədi Tağı Bəşirov fenomenologiya, həyatın fəlsəfəsi və tənqidi
rasionalizm; f.e.n. Rəhilə Yusifzadə pozitivizm, praqmatizm və neorasionalizm; f.e.n.
Gündüz Sarıyev bilinqvizm problemləri; Səidə Məmmədova elmi idrakda ideallaşdırma
metodunun rolu; f.e.n. İlham İsmayılov neorealizm; elmi işçilərdən Fəxrəddin Hacıyev
psixoanaliz, personalizm, intuitivizm, Novruz İmanov neokantçılıq və ekzistensializm
mövzuları üzrə tədqiqatlar aparmışlır.
Bununla yanışı şöbə əməkdaşları müasir elmin metodologiyasının aktual problemlərinin
tədqiqini də davam etdirirlər.
ƏBÜLHƏSƏN ABBASOV
SOSİAL FƏLSƏFƏ VƏ SOSİOLOGİYA ŞÖBƏSİ
Sosial fəlsəfə şöbəsi tədqiqat obyektinə müvafiq olaraq müxtəlif adlarda fəaliyyət
göstərmişdir. Şöbəyə vaxtilə akademik F.Q.Köçərli, Akademiyanın müxbir üzvü
M.M.Səttarov başçılıq etmişlər. Həmin dövrdə onlarca monoqrafiya, toplu, kitab və kitabça,
xeyli elmi məqalə nəşr olunmuş,
çoxlu doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Bununla belə, dövrün
tələblərinə uyğun olaraq, 1996-cı ildən etibarən sosial fəlsəfə və sosiologiya şöbəsinin
fəaliyyətində ciddi dönüş yaranmışdır.
Əmək intizamı, elmi-tədqiqat işlərinin aparılması, şöbədaxili mühit, aspirant və
dissertantlarla işin təşkili xeyli dərəcədə müsbət istiqamətdə dəyişmişdir.
Azərbaycan cəmiyyətinin müasir dövrün tələbləri baxımından bir sıra mühüm problemləri
diqqət mərkəzinə çəkilmiş, yeni aktual mövzular tədqiqat istiqamətləri kimi müəyyənləşmiş
və bu mövzular üzrə işlər davam etməkdədir.
Keçmiş illərə xas olan problemlərə marksist-leninçi yanaşma tərzi zamanın tələblərinə
uyğun şəkildə öz yerini səmərəli yanaşmalar, tədqiqat meyllərinə vermiş; fəlsəfi
araşdırmalarda elmi plyuralizm prinsipləri özünü göstərməkdədir.
"Müasir azərbaycan cemiyyətinin inkişafının sosial-fəlsəfi problemləri" mövzusu 1996-
2000-ci illər üçün şöbənin ümumi tədqiqat istiqaməti kimi müəyyənləşmiş, problemin ayrı-
ayrı aspektləri əməkdaşlar tərəfindən fərdi tədqiqat mövzuları səviyyəsində (müqavilələr
əsasında) araşdırılmışdır. Tədqiqatlarda sosial fəlsəfənin idrakı, proqnostik, akseoloji,
dünyagörüşü funksiyalarının həyata keçməsi məsələsi, sosil-siyasi həyata təsir qüvvəsinin
artması zərurəti diqqət mərkəzinə çəkilmiş, həyat və fəlsəfə, gerçəklik və təfəkkür arasında
uçurumun götürülməsinə səylər göstərilmişdir. Belə bir həqiqətdən çıxış edilir ki, gerçəkliyin
kəsərli idraki silahı rolunu daşımayan, uydurma, sxolastik mülahizələrin, yersiz, köhnəlmiş
stereotiplərin şərhi ilə əlləşən "fəlsəfə" bu gün yeniləşən cəmiyyətin həyat fəlsəfəsi ola
bilməz. Elə bu həqiqəti rəhbər tutaraq çalışırıq ki, fəlsəfi təfəkkur tərzində və üslubunda
müasir tələblərə uyğun yeniləşmə qərarlaşsın. Bu məqsədlə şöbə müdiri Ə.F.Abbasbv
tərəfindən tənqidi-sinergetik təfəkkür konsepsiyası işlənmiş, həmçinin şöbənin aspirantları
Z.Şabanov və A.Veysəlova bilavasitə yeni təfəkkur tərzinin formalaşması ilə bağlı mövzular
üzərində elmi iş aparırlar.
Yeni təfəkkür tipinə kecidlə bağlı iki mühüm məsələ qarşımızda durur:
1.Cəmiyyətin inkişafında ciddi maneəyə çevrilmiş burokratik-avtoritar, totalitar, doqmatik
təfəkkür tiplərinin qnoseoloji, sosial-siyasi və iqtisadi köklərinin
açıqlanması, bu təfəkkür növlərinin müasir tələblər üçün yararsızlığını göstərmək.
2. Müasir elmi tələblərə cavab verən və yeni elmi istiqamətlərin (mürəkkəb sistemlər
nəzəriyyəsi, qeyri-səlist çoxluqlar nəzəriyyəsi və s.) mahiyyətindən doğan tənqidi-sinergetik