Azərbaycan döVLƏt neft və SƏnaye üNİversiteti FƏNN: FƏLSƏFƏ



Yüklə 8,16 Kb.
tarix23.12.2023
ölçüsü8,16 Kb.
#156805
FƏLSƏFƏ TƏQDİMAT

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE ÜNİVERSİTETİ

FƏNN: FƏLSƏFƏ

MÜƏLLİM:ƏHMƏDOV YAŞAR

TƏLƏBƏ:İBADZADƏ MURAD QRUP:761.22

MÖVZU:FƏLSƏFƏNİN VƏZİFƏLƏRƏRİ ÖZÜNƏMƏXSUSLUĞU

plan:

  • Fəlsəfənin predmeti və dünyagörüşü
  • Fəlsəfənin yaranması
  • Fəlsəfənin özünəməxsusluğu
  • Fəlsəfənin vəzifələri

FƏLSƏFƏ


Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir. Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.
Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir . Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək fəlsəfə tarixini öyrənir.
Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir,
lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəmiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan — roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.
Fəlsəfənin 5 bölməsi vardır:
  • Ontologiya: Varlıq haqqında elm
  • Qneseologiya: İdrak haqqında təlim
  • Sosiologiya: Cəmiyyət haqqında elm
  • Praksiologiya: İnsanın əməli haqqında təlim
  • Aksiologiya: İnsanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlim

Fəlsəfəni inkşaf mərhələlərinə görə dövrlərə bölmək olar:

Fəlsəfənin əsas istiqamətləri: Mifologiya Ontologiya Qneseologiya (idrak nəzəriyyəsi) Epistemologiya Məntiq Etika Estetika Siyasət fəlsəfəsi Din fəlsəfəsi Dil fəlsəfəsi Hüquq fəlsəfəsi Tarix fəlsəfəsi İnsan fəlsəfəsi Elm fəlsəfəsi


Dünyagörüşü,onun strukturu və formaları
Zəkalı varlıq olan insan çохtərəfli fəaliyyət göstərir. Нəmin fəaliyyətin uğurlu olması üçün düzgün məqsəd müəyyənləşdirmək, müvafiq qərar qəbul etmək son dərəcə vacibdir. Bu isə dünya haqqında hərtərəfli və düzgün təsəvvürlərə malik olmağı tələb edir. Onların məcmusu dünyagörüşü adlanır. Dünyagörüşü insana obyektiv rеаllıq və burada insanın yeri haqqında, insanın onu əhatə edən gerçəkliyə və özünə münasibəti haqqında sistemli biliklər verir. Onun məzmununa həm də bu biliklər əsasında formalaşan əqidə və ideallar, idrak və fəaliyyət prinsipləri, dəyər oriyentasiyaları daxildir.
Dünyagörüsü - mürəkkəb, yekcins olmayan, çoxcəhətli və ziddiyyətli sosıalmənəvi və emosional-psixoloji fenomendir. Onun elmi, fəlsəfi, ümumbəşəri, milli, sosial-sinfi, siyasi, mənəvi, dini, ateist, esletik və digər çalarları vardır. Dünyagörüşü - insan həyatının özünəməxsus yol göstəricisi, şəxsiyyətin həyat mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-mənəvi, elmi, siyasi prinsip, norma və baxışların məcmusudur.
Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə