Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə5/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113

Cəmiyyətin  daha  liberal  qanunlarla  idarə  edildiyi 

federativ quruluşa malik ölkələrdə dövlət qulluğunun hüquqi 

tənzimlənməsi  spesifik  xarakter  daşıyır.  Belə  ki,  ABŞ  və 

Kanada  üçün  ümumi  səciyyə  daşıyan  bu  məsələ  üzrə  iki 

qanunvericilik  blokunun  mövcudluğudur:  federasiyanın  və 

ştatların  (əyalətlərin)  qanunvericiliyi.  Nəticə  isə  dövlət 

qulluğunun avtonom (muxtar) sistemlərinin mövcudluğudur. 

İnkişaf  etmiş  ölkələrdən  Almaniya  Federativ 

Respublikasında federal hökumət federasiya subyektlərinin: 

torpaqların, icmaların və s. qurumların dövlət qulluğundakı 

şəxslərinin  hüquqi  vəzijryətinə  dair  əsaslı  aktlar  hazırlayır. 

Rəqabətə  girə  biləcək  qanunvericilik  sahəsinə  isə 

qulluqçuların maddi-texniki təminat məsələləri aid edilir. 

Lakin,  bu  məsələlərin  həllinə  unitar  dövlətlərdə  də 

vahid  münasibət  yoxdur.  İtaliyada  dövlət  qulluğunun 

təşkilinin  ümumi  prinsipləri  Parlament  tərəfindən  1983-cü 

ildə  qəbul  edilmiş  qanunla  müəyyən  edilir.  Bununla  belə 

İtaliya  Respublikası  Konstitusiyasının  117-ci  maddəsinə 

görə  vilayətlər  vilayət  tabeli  təşkilatlar  və  inzibati  idarələr 

üzrə qanunvericilik aktları qəbul edə bilərlər. 

Dövlət 

qulluğu 


barədə 

qanunvericiliyin 

təkmilləşdirilməsi  səmərəli  dövlət  aparatı  yaradılması 

məqsədinə xidmət etməlidir. 

Labüd olaraq, ilk növbədə dövləti vəzifələrin formal 

prinsiplərlə verilməsi kimi ənənəvi təcrübədən imtina etmək 

lazım gəldi. 

İndi  daha  demokratik  sistemə  -  vəzifəyə  namizədin 

peşəkar hazırlığının onun dövlət qulluğuna qəbul edilməsi və 

daha  yüksək  postlar  tutması  üçün  əsas  faktor  olaraq  qəbul 

edildiyi sistemə keçilmişdir. 

19

-

 



Konkret  olaraq  dövlət  aparatının  komplektləşdiril- 

məsi  üzərində  nəzarəti  həyata  keçirən  orqanlar  qarşısında 

ikili təbiətə malik vəzifələr durur - yüksək ixtisaslı kadrların 

cəlb  edilməsini  təmin  etmək  və  onlara  qulluq  şəraiti  ilə 

razılaşmadıqları  təqdirdə  öz  maraqlarını  müdafiə  etmək 

imkanı vermək. 

Əslində dövlət qulluğunun struktur cəhətdən yenidən 

qurulması uzun illərlə ölçülən vaxt apardı. Bu islahatlar bəzi 

ölkələrdə  mürəkkəb,  çoxsəviyyəli  və  unifıkasiyalaş- 

dırılmamış  sistemlərin  mövcudluğu  (Böyük  Britaniyada 

olduğu kimi), digərlərində isə dövlət qulluqçularının təsnifat 

sisteminin  olmaması  (ABŞ-da  olduğu  kimi)  nəticəsində 

meydana çıxan boşluqları doldurmaq məqsədi daşıyırdı. 

Sistem  şəklində  dövlət  qulluğunun  strukturunun 

dəyişdirilməsi, həmçinin, dəqiq struktur elementinin - sinif, 

dərəcə,  ranq  və  s.  yaradılması  (Fransada  olduğu  kimi) 

məqsədi ilə həyata keçirilirdi. 

Əsas  etibarı  ilə  dövlət  qulluqçularının  daha  aydın 

təsnif edilməsi nəticəsində xidmət keçilməsi sistemi qaydaya 

salındı.  Belə  ki,  AFR-də  bir  peşə  istiqamətində  bütün 

vəzifələri  əhatə edən “xidməti karyera” kimi  anlayış  qəbul 

edildi. 


Rəy bildirmək gərəkdirsə, qeyd edilməlidir ki, xarici 

dövlətlərin  qanunvericiliyi  üçün  ümumi  cəhətlər  dövlət 

qulluğuna qəbul məsələlərinin ciddi reqlamentasiyasıdır. 

İnkişaf  etmiş  ölkələrdə  qanunvericilik  bloku  iki 

istiqamətdən ibarətdir: 

1)

 



dövlət  vəzifələrinə  buraxılma,  yəni  dövlət 

qulluqçusu statusu almaq üçün şəxsə yönəlmiş əsas tələblər

2)

 

işə qəbul prosedurası. 



-

20




Yüksək  dövlət  vəzifələrinə  buraxılma  məsələsində 

ümumi  cəhət  parlament  deputatlarına  qadağalardır.  Dövlət 

qulluğuna  .qəbul  edilmə  deputat  mandatının  itirilməsi  ilə 

nəticələnir. 

Avropa və Amerikanın  bir sıra dövlətlərində dövlət 

qulluqçusu  vəzifəsini  tutmaq  üçün  vətəndaşlıq  məcburidir. 

Bəzi ölkələrdə isə, məsələn, Kanada və AFR -də bu tələblər 

0

 qədər də sərt deyil. 



Zəngin  təcrübəyə  malik  Fransada  dövlət  qulluğuna 

namizəd  kişilər  orduda  xidmət  məcəlləsinin  tələblərinə 

cayab  verməli,  həmçinin  çağırışın  təxirə  salınması  və  ya 

çağırışdan azad olunmaları barədə sənəd təqdim etməlidirlər. 

Namizədin  fiziki  vəziyyəti  xüsusi  təşkilatlar  tərəfindən 

verilən tibbi şəhadətnamələr əsasında yoxlanılır. 

Məsələyə daha ciddi yanaşan Kanadanın 1967-ci ildə 

qəbul  edilmiş  qanunu  əlahiddə  qaydada  tutulan  dövlət 

qulluğu vəzifələrinin siyahısını müəyyən edir. ABŞ-da təkcə 

dövlət  aparatının  (nazirlər,  onların  müavinləri  və 

köməkçiləri) deyil, həmçinin bir sıra nazirlik və təşkilatların 

(Dövlət departamenti, FTB, MKİ və s.) yüksək vəzifələrinin 

komplektləşdirilməsinin xüsusi qaydası qüvvədədir. 

Aydındır  ki,  dövlət  qulluqçusu  statusunu  müsabiqə 

əsasında  almış  və  vəzifəyə  təyin  edilməsində  digər 

proseduralar nəzərdə tutulmuş şəxslərin kəmiyyət nisbətləri 

müxtəlifdir. Misal üçün, Fransada müsabiqə əsasında qəbul 

edilmiş, şəxslər bütün  dövlət qulluqçularının  yarısını  təşkil 

edirlər. 

Qeyd  etmək  lazımdır  ki,  vəzifələrin  müsabiqə 

əsasında doldurulması məsələsində ümumi cəhətlər çoxdur. 

Namizədlərin ilkin seçimi səlahiyyətli orqanlar tərəfindən 

-21

 -

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə