Fizika-1Qacarallnsonjavad layout 1


səhifə47/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   44   45   46   47   48   49   50   51   52

162
Bu hadisələrə ay dınlıq gətirmək üçün professor Qavro laboratoriyada diametri 1,5 metr olan fitçalan, yəni
infrasəs generatoru düzəldir. Bu fit bir bina daxilində tam gücü ilə çalındıqda onu uçurmağa, insanların isə
ölümünə səbəb ola bilərdi. Belə ki, fit 100 Vt gücdə səs ləndikdə binanın divarlarında çatlar əmələ gəlmişdir. Mü -
qa yisə üçün nəzərə alaq ki, bu fitin tam gücü 2 kVt, adi polis fitinin gücü isə 1 Vt-dır.
Tədqiqatlardan müəyyən edilmişdir ki, xırda dəniz heyvanı - meduzaların eşitmə orqanları tezliyi 8 Hs-dən 13 Hs-ə qədər
olan infrasəsləri qəbul edə bilir. Dənizdə baş verən tufan zamanı havaya qalxıb yenidən suya çırpılan su infrasəs
əmələ gətirir. Meduzalar bu dalğaları 100 km-ə qədər olan məsafədə qəbul edib tufanın həmin yerə çatmasına
20 saat qalmış dənizin dibində gizlənir, özlərini məhv olmaqdan qoruyurlar.
Biotexnika mühəndisləri meduzaların eşitmə orqanlarına əsaslanan, dəniz tufanının başlanmasını əvvəlcədən
xəbər verən cihazlar yaratmışlar. Bu cihazlar tufanın olacağını 15 saat qabaqcadan xəbər vermək imkanına
malikdir. Halbuki dəniz barometri üçün bu müddət 2 saatdan çox deyildir.
İnfrasəs diapazonunu da əhatə edən, aşağı tezlikli kərənay adlanan qədim, nəfəsli musiqi aləti türk
xalqlarının məişətində indiyə qədər də istifadə olunur. Türk ordusunun hərbi orkestrinin tərkibinə daxil olan
bu alət səsləndikdə düşmən tərəfdə qorxu və vahimə hissləri yaradır, türkün qələbəsini asanlaşdırırdı. Səsinin
çox uzaq məsafəyə yayıldığını nəzərə alaraq kərənaydan səs siqnalı göndərmək məqsədi ilə də istifadə
olunmuşdur.
Kərənay aləti uzunluğu üç metr  həndəvərində olan düz və dirsək şə killi olmaqla iki növdə hazırlanır. Bu
gün kərənayı Özbəkistan, Qazaxıstan və Qırğızıstan milli ordularının hərbi orkestrinin tərkibində görmək müm -
kündür.
İnfrasəsin insan orqanizminə təsiri
İnfrasəsin insan orqanizminə bioloji təsirinin öyrənilməsi infrasəsin təsirinə qarşı onun çox
böyük  həssaslığa malik olduğunu göstərdi. Belə təsirlər insanda başgicəllənməsi, qarında
ağrı, ürəkbulanması, təngnəfəslik, qorxu hissi, uzunmüddətli təsir zamanı öskürək, boğulma
və əsəb pozğunluğu kimi halların yaranması ilə nəticələnə bilər. Fizikadan məlumdur ki,
müəyyən təsirə məruz qalan hədəfin məxsusi tezliyi xarici təsirin tezliyi ilə bərabərləşərsə,
onun rəqs amplitudası böyüyər, yəni rezonans hadisəsi baş verər. Əgər insanın daxili üzvləri,
qan-damarı yaxud əsəb sistemi belə hədəf olarsa, o zaman ürək çatışmazlığı, yaxud qan
damarlarının dağılması nəticəsində ölüm hadisəsi qaçılmaz olar. Ona görə də tezliyi insanın
bədən üzvlərinin rezonans tezliyinə yaxın olan infrasəs rəqslərindən qorunmaq, rezonansın
qarşısını almaq üçün xüsusi tədbirlər görmək lazım gəlir.
İnsanın bəzi bədən üzvlərinin  Kiev-security.orq.ua saytında göstərilmiş məxsusi rezonans 
tezliyi aşağıdakı kimidir:
20-30 Hs   -  başda rezonans
40-100 Hs - gözdə rezonans
05-13 Hs  - əsəb sistemində rezonans
4-6 Hs      -  ürəkdə rezonans
2-3 Hs      -  mədədə rezonans
2-4 Hs      -  bağırsaqda rezonans
6-8 Hs      -  böyrəkdə rezonans


163
Uçan hollandiyalı - kabus gəmi
Hər il dünya okeanlarında yük və sərnişin daşıyan ol-
ma q   la onlarca gəmi yoxa çıxır. Dənizdə tez-tez heyəti ö l- 
müş və ya yoxa çıxmış, sularda özbaşına dolaşan gə mi -
lərlə qarşılaşmaq mümkündür. Bu hadisələri eşidən hər bir
in sanın  yadına  Uçan hollandiyalı gəmisi haqqında olan
məlum əfsanə düşür.
Əfsanəyə görə, nə vaxtsa dini-imanı olmayan, içki düş -
künü olan Van der Deken adlı bir hollandiyalı kapitan ya -
şa yırmış. Bir dəfə onun gəmisi Ümid burnu yaxın l ığın da
tufana düşür. Köməkçi məsləhət görür ki, buxtaların bi -
rində daldalansınlar. Bu zaman kapitan tapançasını çıxarıb
köməkçisinə və haraya gələn bir neçə dənizçisinə atəş
açaraq öldürür. Allahın lənətinə gələn gəmi o zaman-
dan indiyə qədər okean sularında sərgərdan  gəzir. 
Deyilənlərə görə, Uçan hollandiyalı - kabus gəmi ilə
qar şı laşmaq böyük bədbəxtliklə, əksər hallarda ölümlə
nəti cələnir. Dənizdə tez-tez yelkənləri açılmış vəziyyətdə
heyətsiz gəmilərin müşahidə edil məsi haqqında yayılmış
əfsanələr burada bir həqiqətin olduğunu göstərir.
1850-ci ilin günəşli bir səhərində Amerikanın Rod-Aylend ştatı sahillərində, Nyuport şəhəri yaxınlığında
Dəniz quşu gəmisi göründü. Sahilə toplaşan insanlar gördülər ki, gəmi yelkənlərin təsiri altında qayalığa tərəf
hərəkət edir. Qayalığa bir neçə metr məsafə qalanda güclü bir dalğa onu ehmalca qaldırıb quru sahilə qoyur.
Gəmiyə yaxınlaşan qəsəbə sakinləri heyrətdən donub-qalırlar: gəmidə heç bir canlı yox idi. Elektrik qızdırıcısı
üzərində çay qaynayır, külqabında siqaret tüstülənir, boşqablar isə stola düzülmüşdü. Naviqasiya cihazları,
xəritələr və gəminin bütün sənədləri öz yerində idi. Gəmi jurnalından məlum olurdu ki, qəhvə yüklənmiş bu
gəmi Hondurasdan Nyuporta gedirmiş. Gəminin kapitanı isə Con Darema imiş. Yerli polis işçilərinin apardığı
dəqiq və hərtərəfli araşdırmalar gəmi heyətinin yoxa çıxmasının səbəbini aydınlaşdıra bilmədi. 
1894-cü ilin sentyabrında Hind okeanında üzən Pikkyben gəmisinin dənizçiləri yaxınlıqda fəlakət siqnalı
verən üçdorlu Ebiy Ess hart gəmisini gördülər. Onlar gəlib gəminin göyərtəsinə çıxdıqda artıq 38 gəmi
heyətinin hamısı sifətləri tanınmaz hala düşmüş ölü, kapitan isə dəli vəziyyətində idi.
1913-cü ilin oktyabrında İngiltərənin Conson xilasetmə gəmisinin heyəti dənizdə özbaşına üzən bir
yelkənli gəminin göyərtəsinə çıxdı. Gəminin dor ağaclarını və yelkənlərini yaşıl rəngli kif basmışdı, Malboro
adı isə çətinliklə oxunurdu. Göyərtənin taxtaları çürümüşdü. Pilləkənlərdən çürümüş insan cəsədləri
sallanırdı. Kayutlarda və keçidlərdə ancaq sür-sümükdən ibarət daha 20 insan cəsədi aşkar edildi. Gəmi
jurnalının səhifələri pozulub-qaralandığı üçün oxuyub başa düşmək qeyri-mümkün idi. Kapitan kabus gəmini
yedəyə almadı, lakin gördükləri barədə mərkəzə ətraflı məlumat verdi. Aydın oldu ki, Malboro 1890 -cı ilin
yan va rında yun və qoyun əti yükü ilə kapitan Hirdin komandanlığı altında Yeni Zelandiyanın Litlton
limanından çıxmışdır. Axırıncı dəfə yelkənli gəmi 1890-cı il aprelin 1-də Sakit okeanda Odlu Torpaq adaları
yaxınlığında görünmüşdür. İnanılmaz görünsə də, məlum oldu ki, gəmi 23 il dənizdə sərgərdan gəzmiş, var-
gəl etmişdir.
Dünya alimləri uzun illərdir bu sirli hadisələri izah etməyə çalışırlar. Son illər bu izahlar içərisində
infrasəsin təsirinə əsaslanan varianta üstünlük verilir. Güclü külək və tufan zamanı dəniz səthində hava
təbəqəsində infrasəs tezlikli eninə və uzununa dalğalar - dəniz səsi yaranır. Küləyin sürəti 20 m/s olduqda
su səthinin hər kvadratmetrinə düşən dəniz səsinin gücü 3 Vt-a çatır. Çox da şiddətli olmayan qasırğa 6 Hs
tezlikdə onlarca kilovat gücə malik olan infrasəs yarada bilir. Belə səsin təsirindən insanda müvəqqəti kor-
luq, həyəcanlanma və ağlını itirmə kimi halların baş qaldırması mümkündür. Bu zaman insanın özünü dənizə
atması, qarşısına çıxanı öldürməsi və sonda özünə qəsd etməsi kimi hadisələrin baş verməsi adi hala çevrilir.
Əgər yaranan infrasəsin tezliyi 7 Hs olarsa, ölüm gəmidə olan insanları ani olaraq haqlayacaqdır. Bermud
üçbucağı ərazisində gəmi və təyyarələrin sirli olaraq yoxa çıxması hadisəsini də infrasəslərin təsiri ilə izah
etmək olar.
Uçan hollandiyalı kabus gəmi. Baham..


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə