Fizika-1Qacarallnsonjavad layout 1


Səsin yazılması və əks etdirilməsi


səhifə50/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   44   45   46   47   48   49   50   51   52

170
Səsin yazılması və əks etdirilməsi
Səsin yazılması və səsləndirilməsi qurğuları qədim mexaniki
və müasir elektron növlü olmaqla iki qrupa ayrılır. Biz burada ta-
rixi ardıcıllığı gözləməklə ancaq mexaniki növ səs 
yaz 
ma
qurğuları ilə oxucuları tanış edəcəyik.
Müəyyən edilmişdir ki, dünyada ilk səsyazma 9.IV.1860-cı il
tarixdə fransız ixtiraçı Eduard-Leon Skott de Martinvill tərə findən
düzəldilmiş  fonoavtoqraf adlı qurğunun köməyi ilə həyata
keçirilmişdir. Cəmi 10 saniyə davam edən bu yazıda bir fransız
xalq mahnısının mətnindən götürülmüş “Pyero Ay işığında cavab
verdi” ifadəsini ayırd etmək mümkün olurdu. Fonoavtoqraf qur -
ğusu akustik konusdan və iynə bağlanmış, rəqs edə bilən mem-
brandan ibarət idi. İynə əl ilə fırladılan silindrin kağızla örtülü
səthinə toxunaraq orada konusda yayılan və membranı hərəkətə
gətirən rəqslərə uyğun iz salır. İxtiraçı bu yazını səsləndirmək fik -
rində olmamış, sadəcə, səs rəqslərini təsvir şəklinə salıb
saxlamağı qarşısına məqsəd qoymuşdur.
Fonoqraf - səsi yazmağa və səsləndirməyə imkan verən ilk
qurğudur. Qurğu 21 noyabr 1877-ci ildə amerikalı Edison tərə -
findən ixtira edilmişdir. Burada səs xüsusi səs cığırına yazılır.
Fonoqrafın səs cığırı fırlanan baraban üzərində yerləşən silindr-
vari yay şəklində olan xüsusı maddə ilə örtülü yazı cığırıdır.
Səsyazma zamanı iynə bu cığırla hərəkət edərək membrandan
aldığı rəqslərə uyğun iz salır. Səsləndirmə zamanı da iynə səs
cığırında saldığı izlə
hərəkət edərək aldığı
rəqsləri elasti ki mem-    
brana ötürür və mem-
brandan səs yayılır. Bu
tex nikanın  kö məyi  ilə ilk
ola raq “Me ri nin balaca quzusu var” adlı fransız uşaq mahnı sından
sözlər yazı lmışdır. 
Cihazın ictimaiy yət arasında nüma yiş etdirilməsi dərhal Edisonu
məş hur laşdırdı. İnsanların bir çoxu səslənməni sehrbazlıq əməli
kimi qiymətləndirdi. Onlar Edisonu Menlo Parkli “sehrbazı” kimi
qəbul etdilər.
Səsin yazılması və səsləndirilməsi öz dövrünün son dərəcə
heyrətləndirici ixtirası hesab olunurdu. Fonoqrafı Edison yaxın
dostu, fransalı fizika alimi Teodor dü Monselin təşəbbüsü və təş -
kilatçılığı ilə Parisdə Fransa Akademiyasında nümayiş etdirməyə
razılıq verir. Bu hadisə 1878-ci il martın 11-də baş tutur və Edison
Fonoavtoqraf.
Edison fonoqrafının modeli.
Edisonun fonoqrafı. 1899-cu il.


çıxışının sonunda fonoqrafını nümayiş etdirir. Fonoqraf qutusundan
ətrafa səs yayılanda filologiya professoru Jan Buyyar yerindən qalxıb
sürətlə Monselə tərəf qaçır. O, Monselin yaxasından yapışıb onu
boğmağa çalışır və qışqırır: “Əclaf! Elə bilirsiniz ki, bu ventroloq
bizi aldada bilər? Necə olur ki, siz bir fırıldaqçıya aldanıb paslı metal
parçasının məlahətli insan səsi çıxara biləcəyinə inanırsınız?”.
Qrammofon -1888-ci ildə Emil Berliner tərəfindən ixtira edilmişdir.
Bu ixtirada səsi yazmaq və səsləndirmək üçün qramplastinkadan istifadə
edi lirdi.  Əvvəllər  sənayedə  buraxılan  qram  -
plas tinkalar  sellü loiddən,  pla s tik  kütlə  və
qatranlı mad 
dələrdən hazırlanır, səs
ancaq qra mplas tin kanın bir üzünə ya -
zı  lırdı.  1903-cü  ildən  etibarən  ikiüzlü
plas tinkalar mey dana gəldi. Bu plas-
 tinka larda səslənmə müddəti beş dəqi -
qə həcmində idi. Bu dövrdə qrammofon
istehsalı güclü sənaye sahəsinə çev 
-
rilmişdir. Beynəlxalq aləmdə tanı nan ən
böyük firmalar “Grammophone” və
“Kolumbiya”, Rusiya ərazisində isə
“Pi şu şiy  amur”  idi. 
Patefon - qrammofonun əllə daşına bilən bir növüdür. XX əsrin 20-40-cı
illəri patefonun dünyanın hər yerinə geniş yayıldığı dövr hesab olunur.
Qrammofondan fərqli olaraq patefon kiçik ruporlu, yığcam və çamadan şəklində hazırlanırdı. Sonradan
elektronikanın inkişafı ilə əlaqədar olaraq meydana gələn elektrofonlar
tamamilə patefonları sıxışdırıb meydandan çıxardı. Elektrofonlar qrammo-
fon və patefonlardan onunla fərq lənir ki, onlarda iynənin mexaniki rəqsləri
əvvəlcə elektrik rəqslərinə, sonra isə elektroakustik sistemin köməyi ilə səsə
çevrilir. 
Elektrofonların ardınca maq  ni tofonlar görünməyə başladı. Maqnitofonlar səsi
maqnit da şı yıcısına
yazmaq və səslən dir -
mək üçün nə zərdə
tutul muş  elek tro  me xa -
 niki  qur ğu lardır.
Maqnit  daşı yı cı sı
dedikdə  tər  ki bin də
maqnit  xas  səli  ma d -
də olan maqnit lenti,
maqnit löv həsi və s.
nəzərdə tutulur. 
Tezliklə bütün bunların hamısı bö yük həcmdə səs
yazıl mış au dio dis klər və universal lazer rəqəmsal səs -
ləndiriciləri tə rə findən sıxışdırılıb səhnədən çıxarıldı.
Patefon. XX əsrin əvvəli.
Qrammofon.
Qrammofon.
Patefon. XX əsrin əvvəli.
Ventrologiya (latınca 
− qarından çıxan səs)
səhnə hərəkəti növüdür. İllüziyaçı
dodaqlarını tərpətmədən elə danışır ki,
dinləyiciyə görə, səs ondan deyil, başqa bir
kənar mənbədən gəlir.
171


172
Zəlzələ təbiətin ən zəhmli və dəhşətli hadisələrindəndir. Bir çox hallarda o, güclü dağıntıya və insan tələfatına
səbəb olur. Zəlzələ Yerin daxilində gedən fiziki proseslərin nəticəsində Yer qabığının titrəməsi - rəqsə gəlməsi
hadisəsidir. Zəlzələ zamanı uzun müddət Yerin daxilində yaranmış gərginlik özünü büruzə verir. Zəlzələ
ocağında yaranan və ətraf mühitdə yayılan elastiki dalğalara seysmik dalğalar deyilir. Yer kürəsində yayılan
eninə və uzununa dalğalara uyğun olaraq seysmik dalğa da iki növ olur. Seysmik dalğalar səs dal ğalarına aid olub
işıq dal ğalarına məxsus sınma, qayıtma, difraksiya və bu kimi xassələri özündə əks etdirir.
Zəlzələni müqayisə etmək və qiymətləndirmək üçün maqnitud və intensivlik şkalalarından istifadə edilir.
Maqnitud şkalasında zəlzələnin qiyməti onun nisbi enerji xarakteristikasının qiyməti ilə müəyyən edilir.
Zəlzələnin enerjisini təyin etmək üçün ən əlverişli şkala Rixter maqnitudu şkalasıdır. Müasir seysmoqraflar
da bu şkala ilə işləməyə üstünlük verirlər.
İntensivlik şkalası zəlzələnin keyfiyyət qöstəricisi olub Yer səthində onun miqyasını, insanlara, heyvanlara,
həmçinin təbii və süni tikililərə təsirini qöstərir. Bir neçə intensivlik şkalası növü vardır. Burada qöstərilən
Merkalli intensivlik şkalasından istifadə olunur. O daha sadə və məlumatlıdır..
Bu cəd vələ görə, 1 bal gücündə olan zəlzələni ancaq cihaz aşkarlaya bilər. 
4 ballıq zəlzə ləni isə bina daxilində olan ad am ların çoxu hiss edir, bu zaman pəncərələr, qab-qaşıq cingil 
dəyir. 
Zəlzələ 8 bal olduqda di var lar çatlayır, bəziləri uçur, ağaclar yerə yıxılır, qaya uçqunları baş verir. 
Nəhayət, 12 ballıq zəlzələ ən dəhşətli olub Yer səthinin quruluşunu dəyişdirir, uçqunlar baş verir, bütün
yaşayış binaları dağılır, yeni çaylar, göllər və şəlalələr əmələ gəlir.
Aparılmış dəqiq hesablamalar göstərir ki, 1900-1925-ci illərdə dünyada baş vermiş güclü zəlzələlər
nəticəsində 500 minə yaxın insan həlak olmuşdur. Belə dağıdıcı zəlzələlər sırasında 1906-cı ildə ABŞ-ın
Zəlzələ
Müasir Merkalli şkalası 
Merkalli şkalası zəlzələnin intensivliyini xarici əlamətlərinə və dağıntıların gücünə
əsasən təyin etmək üçün istifadə edilir.
1 bal  - hiss edilmir.
2 bal - yuxarı mərtəbədə sakit şəraitdə hiss edilir.
3 bal - zəif hiss edilir, asılı əşyalar rəqs edir.
4 bal - sanki binanın qarşısından ağır yük maşını keçir, qapı, pəncərə, qab-qaşıq cingildəyir.
5 bal - küçədə olan adamlar hiss edir, yatanlar yuxudan oyanır, qabdakı su tökülür.
6 bal - hamı tərəfindən hiss edilir, adamlar küçəyə qaçır, kərpic hörgü və suvaqlar çatlayır, mebel
əşyalar çevrilir, pəncərə şüşələri  sınır.
7 bal - ayaq üstə dayanmaq çətin olur, avtomobil sürücüləri də hiss edir, divarların suvağı tökülür,
kərpiclər düşür.
8 bal - avtomobili idarə etmək çətinləşir, bəzi kərpic divarlar, tüstü  boruları, daş abidələr uçur,
ağaclar yerə yıxılır, beton döşəmədə çatlar əmələ gəlir.
9 bal - ümumu həyəcan yaranır, binaların əsas dayaqları  və yeraltı borular sınır, Yer 
səthində catlar və yarğanlar əmələ gəlir.
10 bal -  kərpic tikililər, binaların dayaq hissələri, körpülər dağılır,  torpaq sürüşməsi baş verir.
11 bal -  dəmir yolları ciddi deformasiyaya uğrayır, yeraltı boru xətləri tamamilə sıradan çıxır.
12 bal - tam dağıntı hökm sürür, havada əşya hissələri uçur.
http://en.wikipedia.org/wiki/Earthquake


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə