7
Bəzən həyatda qarşıya ciddi bir məsələ çıxdıqda onun həllinə çalışan insanların dilindən “tez-tez”, “tələsin”,
“cəld olun”, “özünüzü təcili çatdırın” və bu kimi sözlər eşidilir. Bu kəlmələrdə hərəkətlə bağlı çox ciddi
hökmlər vardır. Ona düzgün əməl etmək üçün hərəkət haqqında müəyyən biliklərə malik olmaq lazımdır.
“Tələsin” hökmü müəyyən bir məsələnin kiçik vaxt ərzində həllini tələb edir. “Cəld olun”
− iti yeriməyə, kiçik
zaman müddətində böyük məsafə qət etməyə və ya çox iş görülməsinə işarədir. Sonuncu
− “özünüzü təcili
çatdırın” hökmündə isə tələb olunur ki, məsələnin həlli zamanı hərəkət getdikcə yeyinləşsin. Aydınca görünür
ki, bütün bu tələblərin hamısında vaxta qənaət etmək istəyi əsas yer tutur.
Buradan belə bir nəticəyə gəlmək olar ki, cisimlərin
hərəkətini təsvir edən, məsafə və zamanla bağlı elə
kəmiyyətlər vardır ki, onlar haqqında müəyyən təsəv vürlər insanlarda hələ ibtidai dövrdən yaranmışdır.
Bunlardan biri hərəkətin ye yin və ya yavaş baş verməsini müəyyən edən sürət kəmiyyətidir. Sürət cis min
getdiyi yolun onun gedilməsinə sərf olunan zamana nisbəti ilə ölçülür və aşağı dakı kimi təyin olunur:
V = gedilən yol/zaman = S/t
Sürət kəmiyyəti
1 km/saat, 1 m/s, 1 sm/s
kimi vahidlərlə ölçülür və “saatda 1 kilometr”, “saniyədə
1 metr”, “saniyədə 1 santimetr” kimi ifadə edilir. Cismin hərəkəti haqqında bir qədər də ətraflı məlumata ma -
lik olmaq üçün onun sürətinin qiyməti ilə yanaşı, istiqamətini də göstərmək lazımdır. Fizikada qiyməti və
istiqaməti ilə təyin olunan belə kəmiyyətlərə
vektor kəmiyyətlər deyilir. Vektor kəmiy yətlər oxla təsvir olunur.
Sürət kə miy yətini təsvir edən vektor oxunun uzun luğu onun ədədi qiymətini, isti qaməti isə hərə kətin istiqamətini
göstərir. Vektor kəmiy yətlər böyük hərflə işarə olunur; məsələn,
sürət vektoru V, ya
V kimi yazılır. Cisim hərəkət
edərkən saldığı izə hərəkətin
trayek tori -
yası, trayektoriya nın uzunluğuna isə cis-
min
getdiyi yol deyilir.
Trayektoriyanın düz və ya əyri xətt
olmasından asılı olaraq hərəkətlər
düzxət li
və
əyrixətli olmaqla iki növə ayrılır.
Düzxətli hərəkətdə sürət vektoru elə düz
xəttin,
yəni trayek
toriyanın üzərinə
Sürət vektorlarının toplanması.
−
düşür.Əyrixətli hərəkət halında isə sürət vektoru
trayektoriyanın hərəkətə baxılan nöqtəsinə çəkilmiş toxunan
boyunca yönəlir.
Sürətini dəyişən cismin hərəkətinə təcilli hərəkət deyilir.
Təcil cismin sürətyığma qabiliyyətini və ya hərəkət yavaşı -
yandırsa, sürətin dəyişməsini müəyyən edən kə miyyətdir. Əgər
avtomobil birinci saatın sonunda
60 km/saat,
ikinci saatın sonunda
80 km/saat
sürətlə hərəkət etmiş olarsa,
onda onun sürətinin
dəyişməsini əks etdirən orta təcili
20 km/saat
2
olacaqdır.
Təcil cismin vahid zamandakı sürət dəyişməsinin bu dəyişməyə
sərf olunan zamana nisbəti ilə ölçülür:
a = sürətin dəyişməsi /zaman parçası = V
2
- V
1
/ t
Təcilin ölçü vahidləri
sm/s
2
, m/s
2
və km/s
2
-dır.
Qeyd etmək lazımdır ki, təcil də vektor kəmiyyətdir. Yəni bu
kəmiyyətin də qiyməti ilə yanaşı, istiqamətini də bilmək mühüm
əhəmiyyət daşıyır. Əgər hərəkət edən cisim zaman keç dikcə
sürət yığırsa, onda onun təcili müsbət qəbul edilir və bu halda
təcil vektoru sürət vektoru ilə üst-üstə düşür. Əgər cisim getdikcə
sürətini azaldaraq yavaşıyan
hərəkət edirsə, onda onun təcili
mənfi qəbul edilir və sürət vektorunun əksinə yönəlir. Təbiətdə
mövcud olan canlılar hərəkət sürətlərinə görə də bir-birindən
fərqlənirlər; məsələn,
100 m
məsafəni
9,69 saniyəyə
qaçan
Yamayka idmançısı Hüseyn Boltun 2008-ci ildə keçirilən yarış
Ən yavaş hərəkət edən heyvan - ilbiz.
Yavaşsürətli heyvan - tısbağa.
Dünyanın ən yüksəksürətli heyvanı - gepard ovunu qovarkən sürətini 110 - 115 km/saat-a çatdırır. Onun sürətyığma qabiliyyəti 2 saniyədə 75 km/saat-dır.
8
zamanı
qaçışını insana məxsus ən yeyin
hərəkət hesab etmək olar. Bu, saatda
37,15 km
sürətlə hərəkət deməkdir.
Piyada hərəkət
zamanı insanın orta sürəti saatda
5 km
-ə və
ya
1,4 m/s
-y
ə bərabərdir. Buradan
görünür ki,
insanın sürəti hərəkətin növündən asılı olaraq
çox böyük aralıqda dəyişə bilər. Lakin belə bir
mühüm cəhəti də unutmaq olmaz ki, insan
yavaşsürətli hərəkətini saatlarla davam etdirə
bildiyi halda, yüksəksürətli hərəkətini bəzən heç
10 dəqiqə də davam etdirə bilmir.
Ən yavaş hərəkət edən canlılardan biri
ilbizdir. О, saatda
5,4 m
,
yəni
insandan təx -
minən 1000 dəfə kiçik sürətlə hərəkət еdir.
Tısbağa isə saatda
70 m
hərəkət etməklə
sürətdə ilbizi 13 dəfə qabaqlayır. Ən sürətli
heyvan isə gepard (ov pələngi) hesab edilir. Bu heyvan sürətini saatda
115 km
-
ə qədər artıra bilir. Gepardın
bu keyfiyyəti ovçuluqla məşğul olan insanların diqqətini cəlb etmişdi. Orta əsrlərdə Azərbaycan ovçularının
öz peşələrində ov iti, ov quşu ilə yanaşı, belə heyvanlardan da istifadə etdikləri məlumdur.
Suda yaşayan heyvanlar içərisində ən sürətlisi qılıncbalığıdır. Onun maksimal sürəti saatda
130 km
-
ə
çatır. Buradan görünür ki, ilbiz və tısbağa ilə müqayisədə insan çox böyük, qılıncbalığı və gepardla müqayisədə
isə çox kiçik sürətə malikdir. Lakin tarix boyu insanlar yaşamaq üçün sürətli hərəkətə, məişət işlərini
yüngülləşdirən vasitələrə ehtiyac duymuş və onu həll etməyə çalışmışlar. Odur ki bu məqsədlə müxtəlif
vasitələrdən, məsələn, xizəkdən, diyircəkli ayaqqabıdan, at, dəvə, maral, it, öküz,
kəl və bu kimi minik və qoş -
qu heyvanlarından istifadə etməli olmuşlar. İnsanın daha böyük sürətlə hərəkət etmək arzusunun nəticəsi
olaraq velosiped, lokomotiv, avtomobil, təyyarə, raket və başqa müxtəlif növ sürətli hərəkət vasitələri ixtira
edilmişdir.
Süvari at belində.
İt qoşulmuş kirşə.
9