FinEx Kredit” bokt asc


Maliyyə Risklərinin İdarə Edilməsi



Yüklə 0,76 Mb.
səhifə13/14
tarix24.02.2018
ölçüsü0,76 Mb.
#27808
1   ...   6   7   8   9   10   11   12   13   14

19.Maliyyə Risklərinin İdarə Edilməsi


Təşkilat daxilində risklərin idarə edilməsi maliyyə (kredit, bazar, coğrafi, valyuta, likvidlik və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski. Maliyyə aləti üzrə əməliyyat aparan bir tərəf öz öhdəliyini yerinə yetirməməsi nəticəsində digər tərəfə maliyyə zərəri vurduqda, Təşkilat kredit riskinə məruz qalır. Kredit riski Təşkilatın qarşı tərəflərlə həyata keçirdiyi kredit və digər əməliyyatlar nəticəsində ortaya çıxır ki, bu da maliyyə aktivlərinin yaranmasına gətirib çıxarır.

Təşkilatın İdarə Heyəti tərəfindən təsdiqlənmiş Kredit Siyasətinə uyğun olaraq mümkün kredit risklərinin diversifikasiyasını və azaldılmasını təmin etmək üçün kredit portfeli üzrə bəzi limitlər müəyyən edilmişdir.

Bu limitlər aşağıda göstərilir:


  1. Biznes və istehlak kreditləri portfeli üzrə limitlər;

  2. İqtisadi sektorlar üzrə limitlər;

  3. Regionlar üzrə limitlər;

  4. Konsentrasiya limitləri; və

  5. Təminatın növü üzrə limitlər.

Risklərin İdarə Edilməsi Departamenti hər rüb limitləri müəyyən edir və onları nəzərdən keçirir. Bazar şəraitində əhəmiyyətli dəyişikliklər baş verdiyi təqdirdə həmin limitlərə yenidən baxıla bilər. Limitlərin dəyişməsi ilə bağlı təklif əvvəlcə Kredit Komitəsi, sonra isə İdarə Heyəti tərəfindən təsdiqlənir.

Kredit Əməliyyatları və Hesabatı Departamenti müntəzəm olaraq bütün limitlərə riayət edilməsinə nəzarət edir və bəzi limitlər (bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna verilmiş kreditlərin maksimum məbləği və əlaqəli tərəflərə verilmiş kreditlərin maksimum məbləği) hər hansı yeni kreditin verilməsindən əvvəl yoxlanılır.

Bundan əlavə, Azərbaycan Respublikası Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən bütün maliyyə təşkilatları tərəfindən riayət edilməsi məcburi hesab olunan bəzi limitlər müəyyən edir və bu limitlərə müntəzəm olaraq nəzarət edir.

Kredit risklərinin idarə edilməsi Təşkilatın əməliyyatlarının tərkib hissəsidir. Risklərin idarə edilməsi funksiyası kreditlərin verilməsi və təsdiqlənməsindən onun geri qaytarılmasınadək baş verən kredit prosesinin bütün mərhələlərini əhatə edir. Təşkilatın Risklərin İdarə Edilməsi Komitəsi və Kredit Komitəsi müntəzəm olaraq yığışır və ən azı ayda bir dəfə İdarəetmə Komitəsinə hesabat verir. Bu komitələr, ARMB-nin İdarə Heyəti tərəfindən 29 dekabr 2004-cü il tarixində təsdiqlənmiş Risklərin İdarə Edilməsi Standartları və Prosedurları, aktivlərin təsnifləşdirilməsi və aktivlərin idarə edilməsi üzrə Təşkilatın daxili siyasətinə uyğun olaraq risklərin maksimum səviyyəsi ilə bağlı vəzifələri və təlimatları aydın şəkildə müəyyən etmişdir.

ARMB-nin müəyyən etdiyi Risklərin İdarə Edilməsi Standartları və Prosedurlarına əsasən risklərin idarə edilməsi prosesinə onların müəyyən edilməsi və qiymətləndirilməsi yolu ilə risklərə nəzarət edilməsi və azaldılması, bu cür risklərlə bağlı hesabatların hazırlanması (məsələn, Rəhbərlik, komitələr və risklərin idarə edilməsi üzrə mütəxəssislər tərəfindən) və Rəhbərlik tərəfindən risk limitlərinin qəbul edilməsi aid edilir.

Risklərin idarə edilməsi funksiyasının əsas məqsədləri aşağıda göstərilir. ARMB-nin müəyyən etdiyi Risklərin İdarə Edilməsi Standartlarına görə risklərin idarə edilməsi infrastrukturu və bankların üzləşdiyi risklər kənar mütəxəssis və ya auditor tərəfindən ən azı ildə bir dəfə qiymətləndirilməlidir. Ümumiyyətlə, ARMB-nin müəyyən etdiyi standartlarda konkret kəmiyyət limitləri və ya standartlar nəzərdə tutulmasa da, Təşkilat tərəfindən risklərin qiymətləndirilməsi üzrə müvafiq metodologiyanın qəbul edilməsi tələb olunur.

Təşkilatdə risklərin idarə edilməsi funksiyası Təşkilatın Müşahidə Şurası və bütün əməkdaşlarının vəzifə və səlahiyyətlərinin ümumi strukturuna daxildir.

Bu funksiya aşağıdakıların müəyyən edilməsini tələb edir: (i) risklərin idarə edilməsi funksiyası çərçivəsində nəzarət edilən risklərin həcmi və ya səviyyəsi, (ii) Təşkilatın daxili strukturunda risklərin idarə edilməsi funksiyasının yerinə yetirilməsinə görə məsul olan işçinin vəzifəsi və (iii) risklərlə bağlı məlumatların qiymətləndirilməsi metodologiyası, müvafiq hesabatların hazırlanması və bu cür risklərə nəzarət edilməsi (risk limitlərinin müəyyən edilməsi) və qərarların qəbul edilməsi prosesində bu cür məlumatların nəzərə alınması.

ARMB-nin müəyyən etdiyi Risklərin İdarə Edilməsi Standartlarında kredit risklərinin xarakteri, eləcə də onların müəyyən edilməsi və qiymətləndirilməsi metodologiyası əks etdirilir. Bundan əlavə, Standartlarda Təşkilatın Müşahidə Şurası tərəfindən aşağıdakı risk limitlərinin qəbul edilməsi nəzərdə tutulur: kapital riski, bazar riski, kredit riski və konsentrasiya riski üzrə limitlər.

Təşkilat məruz qaldığı kredit riskinə bir borcalan, eləcə də coğrafi və ya fəaliyyət seqmentləri üzrə limitlər müəyyən etməklə nəzarət edir. Bu cür risklərə Kredit Komitəsi kimi Təşkilatın müvafiq bölmələri tərəfindən gündəlik nəzarət olunur. Bu cür risklərə həmçinin İdarəetmə Komitəsi tərəfindən hər ay nəzarət olunur və vaxtı keçmiş kreditlərin sayının azaldılması tələb olunduqda, prosedurların təkmilləşdirilməsi məqsədilə il ərzində mütəmadi olaraq nəzərdən keçirilir. Kredit riski səviyyəsinin məhsul, borcalan və sənaye sahələri üzrə limitləri müntəzəm olaraq Rəhbərlik tərəfindən təsdiqlənir.

Bir borcalan, o cümlədən banklar və broker şirkətlərinin məruz qaldığı kredit riski əlavə olaraq balans və balansdankənar riskləri əhatə edən ARMB-nin normativ sub-limitləri vasitəsilə, eləcə də gün ərzində forvard valyuta müqavilələri kimi ticarət vasitələri üzrə risk limitlərini ötürməklə məhdudlaşdırılır. Qəbul edilə bilən risk səviyyəsi üzrə limitlərə faktiki olaraq hər gün nəzarət edilir. Təşkilat tərəfindən aşağıdakı sub-limitlər tətbiq edilir:


  1. Kreditor və ya əlaqəli borc alanlar üçün maksimum kredit məbləği aşağıdakı kimidir:

(i) Təminatın bazar dəyəri kredit dəyərinin ən azı 100 faizinə bərabər olduqda Şirkətin ümumi kapitalının 10 faizi; və

(ii)Təminatın bazar dəyəri kredit dəyərinin 100 faizindən az olduqda Şirkətin ümumi kapitalının 10 faizi 7 faizi;


(2) Əlaqəli borc alanlar üçün maksimum kredit məbləği aşağıdakılardan çox olmamalıdır:

(i) Şirkətin ümumi kapitalının 10 faizindən; və

(ii) Hüquqi şəxsə düşən Şirkətin ümumi kapitalının10 faizindən;

Təşkilatın kredit siyasəti kreditlərin verilməsi prosesinə cəlb olunan Təşkilatın hər bir əməkdaşının vəzifə və səlahiyyətlərini tənzimləyir, eləcə də kreditlərin verilməsi limitlərini, kreditlərə nəzarət qaydalarını, Təşkilatın tətbiq etdiyi reytinq sisteminin prinsiplərini və kreditlərin verilməsi prosedurlarını müəyyən edir.



Kreditin təsdiqlənməsi proseduru və səlahiyyətlərin müəyyən edilməsi. Kreditin təsdiqlənməsi prosesi Təşkilatın Kredit Siyasətində nəzərdə tutulan prosedurlara uyğun olaraq həyata keçirilir. Kreditin təsdiqlənməsi səlahiyyətləri hər bir biznes vahidi üzrə Təşkilatın Rəhbərliyi tərəfindən təsdiqlənmiş limitlər çərçivəsində müəyyən edilir.

Kreditlərin təsdiqlənməsi üzrə səlahiyyətlər.Kredit Verilməsi Qaydalarına uyğun olaraq, bir borcalana verilmiş kreditin maksimum məbləği 50,000 Azərbaycan Manatına bərabərdir.

Kreditlərin verilməsindən əvvəl Təşkilat, potensial borcalanların ətraflı qiymətləndirilməsini aparır. Bu təhlil potensial borcalanın maliyyə vəziyyətinə, bazardakı mövqeyinə, kreditin təminatı üçün qoyulmuş girovun növünə və dəyərinə, eləcə də kredit tarixçəsinə əsaslanır.

Kreditlər üzrə monitorinq borcalan üzrə Təşkilatın daxili risk reytinqini nəzərə alaraq, kreditin ümumi müddəti ərzində müntəzəm şəkildə aparılır. Bir çox hallarda planlaşdırılmış monitorinq hər rüb aparılır. Kreditin vaxtı keçdikdə, borcalana on gün ərzində bildiriş göndərilir. Borcalan krediti ödəyə bilmədikdə 30 gün ərzində ikinci bildiriş göndərilir. Kreditlərin böyük hissəsi üzrə faiz ödənişləri hər ay aparıldığına görə, bu Təşkilata borcalanın maliyyə vəziyyətinə dair əlavə məlumat əldə etmək imkanı verir. Ödənişlərin vaxtı gecikdirildiyi halda, Kredit Komitəsi tərəfindən əlavə monitorinq keçirilir. Həmin Şöbə Təşkilatın aktivlərinin təhlükəsizliyi və mümkün kredit riskləri və zərərlərin azaldılmasını təmin etmək məqsədilə, bütün kredit növləri üzrə monitorinq aparır və monitorinqin nəticələrinə dair xüsusi hesabat hazırlayaraq onu Təşkilatın Kredit Komitəsinə təqdim edir. Fiziki şəxslərə verilmiş kreditlər istisna olmaqla, Təşkilatın bütün kreditlər üçün zəmanətlər və müxtəlif girov növləri (daşınmaz əmlak, əsas vəsaitlər, dövriyyədə olan mallar, qiymətli kağızlar və s.) şəklində təminat alınmasını nəzərdə tutur. Girovun qiymətləndirilməsi müstəqil peşəkar şirkət tərəfindən aparılır.

Bazar riski.Təşkilat bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) valyuta (b) faiz dərəcəsi və (c) pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazar risklərinin idarə edilməsində Təşkilatın məqsədi valyuta məzənnələri və faiz dərəcələrindəki mənfi dəyişikliklərə görə Təşkilatın məruz qala biləcək açıq bazar mövqeləri üzrə mümkün zərər məbləğlərinin məhdudlaşdırılması və azaldılmasından ibarətdir. İdarəetmə Komitəsi qəbul edilə bilən risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarət edir. Bu limitlər ARMB-nin Açıq Valyuta Mövqeyi Limitlərinin Müəyyən Edilməsi və Tənzimlənməsi Qaydalarına uyğun olaraq müəyyən edilir. Təşkilatın hər-hansı bir valyuta üzrə açıq valyuta mövqeyi Təşkilatın məcmu kapitalının 10.0 faizindən, bütün xarici valyutalar üzrə isə 15.0 faizindən artıq olmamalıdır. Təşkilat, ehtiyac yarandıqda ARMB-nin müəyyən etdiyi limitlərdən daha sərt limitlər müəyyən edə bilər.

Xarici valyuta riski.Təşkilat Azərbaycan manatına qarşı xarici valyuta məzənnələrindəki dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar xarici valyuta riskinə məruz qalır. İdarəetmə Komitəsi hər bir valyuta üzrə və ümumilikdə risklərin səviyyəsi ilə əlaqədar günün sonuna, həmçinin bir gün ərzində limitlər müəyyən edir və bu limitlərə gündəlik nəzarət edir.

Təşkilat spekulyativ fəaliyyət və ya hecinq məqsədləri üçün hər hansı derivativ alətlərlə əməliyyat aparmır. Bu cür alətlər Azərbaycan Respublikasında geniş yayılmamışdır.



Hesabat dövrünün sonunda Təşkilatın məruz qaldığı valyuta riski üzrə ümumi təhlil aşağıdakı cәdvәldә əks olunur:




31 dekabr 2015

31 dekabr 2014

Azərbaycan Manatı ilə

Pul maliyyə aktivləri

Pul maliyyə öhdəlikləri

Mövqe

Pul maliyyə aktivləri

Pul maliyyə öhdəlikləri

Mövqe






















AZN

2,653,843

(2,158,223)

495,620

1,025,829

(514,099)

511,730











































Cəmi

2,653,843

(2,158,223)

495,620

1,025,829

(514,099)

511,730






















Yuxarıdakı cədvələ yalnız pul aktivləri və öhdəlikləri daxildir. Təşkilat hesab edir ki, pay alətləri üzrə investisiyalar və qeyri-pul aktivləri əhəmiyyətli valyuta riskinin yaranmasına gətirib çıxarmır.

Valyuta məzənnələrindəki dəyişikliklər Şirkətin mənfəət və ya zərərindən başqa, digər kapitalına heç bir təsiri yoxdur. Açıqlama Şirkətin funksional valyutasından fərqli valyutalarda ifadə olunan pul qalıqları üçün hesablanmışdır.Şirkət həssaslıq təhlili həyata keçirərkənaşağıdakı mülahizələri irəli sürür:

Həssaslıq təhlili Şirkətin növbəti illik hesabat dövründə açıqlamalarını təqdim edən dövr ərzində mümkün dəyişikliklərin təsirini göstərir.

Şirkət bütün mümkün dəyişikliklərin deyil, yalnız müvafiq risk dəyişənlərinin mümkün limitləri çərçivəsində təsirini açıqlayır.



Faiz dərəcəsi riski. Təşkilat bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları arta bilər, lakin faiz dərəcələri üzrə gözlənilməyən dəyişikliklər baş verdiyi təqdirdə faiz marjaları həmçinin azala və ya zərərin yaranmasına səbəb ola bilər. İdarəetmə Komitəsi faiz dərəcələrinin dəyişməsinin qəbul edilə bilən səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarət edir.

Bu cədvəldə Təşkilatın cəmi maliyyə aktiv və öhdəlikləri müqavilə üzrə faiz dərəcələrinin dəyişməsi tarixlərinə və ya ödəmə tarixlərinə görə (bunlardan hansı daha tez olarsa) təsnifləşdirilir.



Azərbaycan Manatı ilə

Tələb edilən və ya 1 ay ərzində

1-6 ay ərzində

6-12 ay ərzində

12 ay-5 il

ərzində

Cəmi



















31 dekabr 2015
















Cəmi maliyə aktivləri

155,554

783,576

946,851

767,861

2,653,843

Cəmi maliyə öhdəlikləri

15,131

278,192

254,388

1,610,512

2,158,223



















31 dekabr 2015-ci il tarixinə faiz dərəcələrinə həssaslıq üzrə xalis çatışmazlıq

140,423

505,384

692,463

(842,651)

495,620





































31 dekabr 2014
















Cəmi maliyə aktivləri

206,409

263,072

193,067

363,281

1,025,829

Cəmi maliyə öhdəlikləri

(29,264)

(75,827)

(112,992)

(296,016)

(514,099)



















31 dekabr 2014-cü il tarixinə faiz dərəcələrinə həssaslıq üzrə xalis çatışmazlıq

177,145

187,245

80,075

67,265

511,730



















Həssaslıq təhlili apararkən Təşkilat aşağıdakı mülahizələri irəli sürür:

Təşkilat bütün mümkün dəyişikliklərin deyil, yalnız müvafiq risk dəyişənində mümkün ola biləcək dəyişikliklərin limitləri çərçivəsində təsirini açıqlayır.



Təşkilat öz maliyyə alətləri üzrə faiz dərəcələrinə nəzarət edir. Təşkilatın baş rəhbərliyi tərəfindən təhlil edilmiş hesabatlara əsaslanan faiz dərəcələri aşağıdakı cədvəldə göstərilir:

İllik %.

2015

2014

AZN

ABŞ dolları

Digər

AZN

ABŞ dolları

Digər






















Aktivlər



















Müştərilərə verilmiş kreditlər və avanslar

6%-42%

-

-

6%-42%

-

-











































Öhdəliklər



















Müddətli borc vəsaitləri

1%-15%

-

-

1%-15%

-

-

İstiqrazlar

14%

-

-

14%

-

-





















Yuxarıdakı cədvəldə göstərilən “-“ işarəsi Təşkilatın müvafiq valyutada aktiv və öhdəliklərə malik olmadığını bildirir.



Coğrafi risk. 31 dekabr 2015-ci il tarixində Təşkilatın maliyyə aktiv və öhdəliklərinin coğrafi təhlili aşağıda göstərilir:

Azərbaycan Manatı ilə

Azərbaycan Respublikası

İƏİT-ə üzv olan ölkələr

Cəmi













Aktivlər










Pul vəsaitləri və onların ekvivalentləri

52,161

-

52,161

Müştərilərə verilmiş kreditlər və avanslar

2,601,487

-

2,601,487













Cəmi aktivlər

2,653,843

-

2,653,843

Öhdəliklər










Müddətli borc öhdəlikləri

843,353

-

843,353

İstiqrazlar

1,294,077

-

1,294,077

Mənfəət vergisi öhdəliyi

6,761

-

6,761

Digər öhdəliklər

14,033

-

14,033

Cəmi öhdəliklər

2,158,223

-

2,158,223

Balans üzrə xalis mövqe

495,620

-

495,620













31 dekabr 2014-cü il tarixində Təşkilatın maliyyə aktiv və öhdəliklərinin coğrafi təhlili aşağıda göstərilir:




Azərbaycan Manatı ilə

Azərbaycan Respublikası

İƏİT-ə üzv olan ölkələr

Cəmi













Aktivlər










Pul vəsaitləri və onların ekvivalentləri

125,937

-

125,937

Müştərilərə verilmiş kreditlər və avanslar

899,892

-

899,892

























Cəmi aktivlər

1,025,829

-

1,025,829

Öhdəliklər










Müddətli borc öhdəlikləri

313,305

-

313,305

İstiqrazlar

189,487

-

189,487

Mənfəət vergisi öhdəliyi

4,118

-

4,118

Digər öhdəliklər

7,189

-

7,189













Cəmi öhdəliklər

514,099

-

514,099













Balans üzrə xalis mövqe

511,730

-

511,730












Aktivlər və öhdəliklər adətən qarşı tərəfin fəaliyyət göstərdiyi ölkə üzrə təsnifləşdirilmişdir. Azərbaycanlı qarşı tərəflərin ofşor şirkətləri ilə aparılmış əməliyyatlar üzrə qalıqlar həmin qarşı tərəflər ilə qalıqlar kimi “Azərbaycan Respublikası” sütununda göstərilir. Nağd pul, binalar və avadanlıqlar fiziki olaraq saxlanıldığı ölkə üzrə təsnifləşdirilmişdir.

Digər risk konsentrasiyaları. Rəhbərlik, verilmiş kreditlərin ümumi məbləği xalis aktivlərin 10%-dən yuxarı olan borcalanlar haqqında məlumatları əks etdirən hesabatlara əsasən kredit riski üzrə konsentrasiyaya nəzarət edir və bu cür məlumatları açıqlayır. 31 dekabr 2015-cü il tarixində Təşkilatın əhəmiyyətli risk konsentrasiyaları olmamışdır.

Likvidlik riski. Likvidlik riski Təşkilatın maliyyə öhdəliklərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində Təşkilatın çətinliklərlə üzləşəcəyi riskdir. Buraya depozitlərin geri götürülməsi tələblərinə cavab vermək və

faktiki olaraq ödəmə vaxtı çatmış maliyyə alətləri ilə üzrə digər maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsaitlərin mövcud olması aiddir. Likvidlik riski aktivlər üzrə əməliyyatların yerinə yetirilmə müddətinin öhdəliklər üzrə əməliyyatların ödəmə müddətləri ilə uzlaşmadığı hallarda ortaya çıxır. Təşkilatın Rəhbərliyinin fikrincə aktiv və öhdəliklərin ödəmə müddətlərinin və faiz dərəcələrinin uyğunluğu və/və ya nəzarət olunan uyğunsuzluğu maliyyə təşkilatlarının idarə olunması üçün əsas amillərdir.

Likvidlik risklərinin idarə edilməsi məqsədilə, Təşkilat aktiv/öhdəliklərin idarə edilməsi prosesinin bir hissəsi kimi bankların əməliyyatları üzrə gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinə hər gün nəzarət edir. Borc alınmış vəsaitlərin geri götürülməsi tələblərinə cavab vermək və həmçinin normal və gərgin vəziyyətdə vəsaitlərin ödənilməsini təmin etmək üçün İdarəetmə Komitəsi və İdarə Heyəti banklararası və digər borc vəsaitlərinin minimum səviyyəsi üzrə və ödəmə müddəti başa çatan vəsaitlərin minimum səviyyəsi üzrə limitlər müəyyən edir. Onlar həmçinin öhdəlik bazasının diversifikasiya riski üzrə parametrlər müəyyən edir.

Təşkilatın likvidlik siyasəti aşağıdakılardan ibarətdir:



  • Pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması və müxtəlif vaxt çərçivələrində likvidliyin təmin edilməsi üçün lazımi likvid aktivlərin səviyyəsinin saxlanması;

  • Təşkilatın strateji məqsədlərinə uyğun maliyyə planının hazırlanması;

  • Müxtəlif maliyyələşdirmə mənbələrinin saxlanması və beləliklə, Təşkilatın ölkədaxili və xarici mənbələrdən borc almaq imkanlarının artırılması;

  • Yüksək likvidli və yüksək keyfiyyətli aktivlərin saxlanması;

  • Məhsul bazasının vaxt çərçivələrində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması;

  • Aktiv və öhdəliklər strukturunun vaxt çәrçivәlәrinәdәk daimi monitorinqi.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə