FinEx Kredit” bokt asc



Yüklə 0,76 Mb.
səhifə14/14
tarix24.02.2018
ölçüsü0,76 Mb.
#27808
1   ...   6   7   8   9   10   11   12   13   14

20.Kapitalın idarəedilməsi


Kapitalın idarə olunmasında Təşkilatın məqsədi ARMB-nin kapitalın məbləği ilə bağlı müəyyən etdiyi tələblərə riayət edilməsini, Təşkilatın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin və kapitalın adekvatlıq əmsalının 20% həcmində saxlanılması üçün kifayət qədər kapital bazasının saxlanılmasını təmin etməkdir.

İdarə heyəti hesab edir ki, Şirkət 2014-cü il üçün xarici bütün normativ tələblərə cavab verir.


21.Şərti Öhdəliklər


Məhkəmə prosedurları. Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Təşkilata qarşı irəli sürülə biləcək iddialarla əlaqədar, Təşkilatın Rəhbərliyi öz təxminlərinə, eləcə də daxili və kənar peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır.

Vergi qanunvericiliyi. Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Təşkilatın əməliyyatlarına və fəaliyyətinə tətbiq edilən bu cür qanunvericiliyə dair Rəhbərliyin şərhlərinə müvafiq dövlət vergi orqanları tərəfindən etiraz edilə bilər.

Azərbaycan Respublikasında cərəyan edən son hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyi şərh edərkən və vergilərin məbləğini müəyyənləşdirərkən daha sərt mövqe nümayiş etdirə bilər və keçmişdə etiraz edilməyən əməliyyat və fəaliyyətlərə yenidən baxıla bilər. Bunun nəticəsində, Təşkilata qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablana bilər. Vergi orqanları tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. Qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.



Kapital məsrəfləri ilə bağlı öhdəliklər. 31 dekabr 2015 və 2014-cü il tarixlərində Təşkilatın binaları və avadanlıqları ilə əlaqədar kapital məsrəfləri ilə bağlı öhdəlikləri olmamışdır.

22.Maliyyə Alətlərinin Ədalətli Dəyəri


Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı və yaxşı məlumatlandırılmış tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və ən yaxşı olaraq fəal bazar qiyməti ilə təsdiqlənir.Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Təşkilat tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Azərbaycan Respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır, lakin iqtisadi şərtlər maliyyə bazarlarında aktivliyin həcmini məhdudlaşdırmaqda davam edir. Bazar qiymətləri köhnəlmiş ola bilər və ya aşağı qiymətlərlə satışın dəyərini əks etdirə bilər və bu səbəbdən maliyyə alətlərinin ədalətli dəyərini əks etdirməyə bilər. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

Pul vəsaitləri və onların ekvivalentləri.Banklarda yerləşdirilmiş pul vəsaitləri və onların ekvivalentləri təxminən onların cari ədalətli dəyərinə bərabər olan amortizasiya olunmuş maya dəyərində qeydə alınır.

Amortizasiya olunmuş maya dəyərində qeydə alınan kreditlər və debitor vorcları. Sürüşkən faiz dərəcəli maliyyə alətlərinin ədalətli dəyəri onların balans dəyərinə bərabərdir. Sabit faiz dərəcəli maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri analoji kredit riskinə və ödəmə müddətinə malik yeni alətlər üçün mövcud faiz dərəcələrini tətbiq etməklə diskont edilmiş gələcək pul vəsaitlərinin hərəkəti metoduna əsaslanır.

23.Maliyyə Alətlərinin Qiymətləndirmə Kateqoriyaları üzrə Təqdim Edilməsi


BMS 39, Maliyyə Alətləri: Tanınması və Qiymətləndirilməsi Standartına uyğun olaraq Təşkilat maliyyə aktivlərini aşağıdakı kateqoriyalara təsnifləşdirir: (a) kreditlər və debitor borcları; (b) satıla bilən maliyyə aktivləri; (c) ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri və (d) mənfəət və zərərdə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri (“MZƏD”). “Mənfəət və zərərdə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri” kateqoriyası iki alt-kateqoriyaya bölünür: (i) ilkin uçot zamanı bu kateqoriyaya aid edilmiş aktivlər və (ii) satış üçün maliyyə aktivləri.

Bütün maliyyə aktivləri kreditlər və debitor borcları kateqoriyasına aiddir.

Bütün maliyyə öhdəlikləri amortizasiya olunmuş maya dəyərində qeydə alınır.

24.Əlaqəli Tərəflərlə Əməliyyatlar


Tərəfl-ər o zaman əlaqəli hesab olunur ki, onlar eyni qrupun nəzarəti altında olsun və ya onlardan biri digərinə nəzarət edə bilsin və yaxud maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı qərar qəbul edərkən digər tərəfə əhəmiyyətli təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

Rəhbərliyə ödənişlər haqqında məlumat aşağıda təqdim edilir:



Azərbaycan Manatı ilə

2015

2014










Əmək haqqı və mükafatlar

56,186

36,400



















Cəmi

56,186

36,400


31 dekabr 2015 tarixinə olan il ərzində, İdarə Heyəti üzvləri və aparıcı rəhbər işçilərin əmək haqları və bonuslardan ibarətdir.

25.Hesabat Dövründən Sonra Baş Vermiş Hadisələr


Hesabat Dövründən Sonra heç bir mühüm hadisə baş verməmişdir.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə