Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   2   3   4   5   6   7   8   9   ...   16

 

13 


Film Fiction | Yanvar, №5 

 

1997-ci ildə üç, 1998-ci ildə dörd filmə 



çəkilən aktrisaya film təklifləri bitib tükənmirdi. 

Amma yenə də qeyri-ciddi rollar və obrazlar 

onun potensialını tam üzə çıxarmağa imkan 

vermirdi. Eyni zamanda modellik biznesində də 

uğurlar qazanan Monika 1-ci dərəcəli aktrisa 

statusu qazanır. Bu o demək idi ki, onu öz 

filmində görmək istəyən prodüsserlər yaxşı 

qonorar təklif etməli idilər. 2000-ci ildə isə 

Monika “Malena” (Malena) filminə çəkilir. Bu  

 

 



 

film aktrisaya böyük uğur qazandırır. Filmdə 

yaratdığı obrazı ilə milyonlarla tamaşaçının, 

kino tənqidçilərinin qəlbini fəth edir. 2001-ci 

ildə aktrisa həyat yoldaşı olan Vinsent Kassellə 

bərabər “Canavar qardaşlığı” (Le pacte des 

loups) filminə çəkilir. Aktrisanın növbəti rolu 

2002-ci ilin ən böyük büdcəli filmi olan “Asteriks 



və Obeliks Kleopatraya qarşı” (Asterix & Obelix: 

Mission Cleopatre) filmində olur. Eyni ildə 

Monika yenidən Vinsent ilə kamera qarşısına 

keçir. Bu dəfə Qasper Noenin “Dönməzlik” 

(Irreversible) filmində. Film bu günə qədər kino  

 

 



 

tarixinin ən cəsarətli filmlərindən sayılır. 

Aktrisa bu filmi haqda belə deyib: “Mən özüm bu 

filmə baxa bilmirəm” 

 

Aktrisanın növbəti filmləri “Məni 



unutma” (Ricordati di me), “Günəşin göz yaşları” 

(Tears of the sun), Vaçovski qardaşlarının 

Matriks” (Matrix) filmləri trilogiyasının 2-ci və 

3-cü hissələri olur. 2004-cü ildə Mel Gibsonun 

ağır “İsanın son ehtirası” (The passion of the 

Christ) filmində Mariya Maqdalena obrazını  

 

 

 



canlandırır. Həmin il cütlüyün bir ilk qız övladı 

dünyaya gəlir. Uşağı Deva adlandırırlar. Eyni 

ildə “Gizli agentlər” (Agents secrets), “O mənə 

nifrət edir” (She hates me), “Qrim qardaşları” 

(The brothers Grimm) filmlərində rol alır. 2006-

cı ildə isə “Şaytan” (Sheitan), “Daş qardaşlığı” (le 

concile de piere), “N- Mən və Napoleon” (N, le o 

Napoleone), 2007-ci ildə isə “Onları 

güllələ”(Shoot’em up), “İkinci nəfəs”( Le 

deuxième souffle), sonrakı illərdə “Vəhşi qan” 

(Sanguepazzo), “Bavariya” (Baaria), “Pi Linin 

şəxsi həyatı” (The private lives of Pippa Lee), 

Arxaya baxma” (Ne te reotourne pas), 

Sehrbazın şagirdi” (The sorcerer’s apprentice) 

filmlərinə çəkilir. Hələlik sonuncu filmi 2011-ci 

ildə Venesiyada təqdimatı olan “Ehtirasın ötən 

yayı” (Un ete brulant) filmidir.  

 

2010-cu ildə Monika və Vinsentin daha 



bir qızları dünyaya gəlir. Ona Leoni adı verilir.  

2004-cü ildə “Ask men’s” jurnalının rəyinə 

əsasən dünyanın 100 ən gözəl qadını siyahısına 

başçılıq edir. Monikanın modellik biznesinə Nyu 

Yorkun “Elle+” şirkəti nəzarət edir. 2011-ci ilin 

oktyabrında isə “Oriflame” firmasının “Şəhzadə 



ətir” kompaniyasının simasıdır. 


 

14 


Film Fiction | Yanvar, №5 

TOP 30 

 

 



 

Bu dəfə ki “Top 30”luqda sizə rejissor işi 

gözəl olan ən yaxşı 30 filmi təqdim edəcəyik. 

 

 



’’Ayna’’ (Зеркало)- Andrey Tarkovski 

 

Trier ‘’Antixrist’i Tarkovskiyə həsr 



eləmişdi. Bir çox müsahibələrində də qeyd 

eləmişdi ki, mən ‘’Ayna’’ filminə demək olar ki, 

hər gün baxıram. İlk dəfə bu filmə baxandan 

sonra mən televizorun önündə baş əymişəm. 

 

 

 



 

 

’’Qurbanvermə’’ (The Offert)- Andrey 

Tarkovski 

 

Filmin özündən çox səhnə arxası 



şəkillərinə baxmaq lazımdır. Tarkovski incə bir 

iş görüb. 

 

 

‘’Onunla danış’’ (Talk with her)- Pedro 

Almodovar 

 

Almodovarın çox filmini bu siyahıya daxil 



etmək olar,amma bu filmi sırf sürrealist 

kadrlara görə əlavə etmək lazımdır. 

Almodovarın filmlərindəki rəngarənglik bu 

filmdə də yerli yerindədir. Bu filmin ssenarisi 

isə çox fərqlidir. 

 

 



 

 

 



 ‘’Fotoböyütmə’’ (Blow-Up)- 

Mikelancelo Antonioni 

 

1966-cı il və bu film. Filmin sonuncu 



səhnəsi şedevrdir. Səhnələrin quruluşu çox 

gözəldir. Aktyorların haradan başlaması və 

əşyaların harada dayanması çox dəqiqliklə 

seçilib. 

 

 

’’Sevgi əhvalı’’ (İn the mood for love)- 

Vonq Kar Vai 

 

Bu filmin hər səhnəsinə və qadın 



qəhrəmanın geyindiyi paltarlara fikir vermək 

lazımdır. İşıq effektləri çox gözəldir. 

 

 

 



 

’’Boş ev’’ (3-iron)- Kim Ki Duk 

 

Demək olar ki, dialoqlardan istifadə 



olunmayıb və hər səhnəsi sanki bir dialoqdur. 

Məkanlar və yaşıl rəng bu filmin əsas 

üstünlüyüdür. 

 

 



’’Malholand Drayv ‘’ (Mullholand 

Drive)- Devid Linç 

 

Devid Linç dünya kinosunda yeganə 



adamdır ki, sürrealizmi sırf öz tərzində çəkir. Nə 

Dali ilə Bunuelin ‘’Andalus Köpəyi’’ni təqlid edir, 

nə də yuxuda belə görmədiyimiz varlıqları 

filmdə canlandırır. Sadəcə öz tərzini yaradıb və 

Mallohand Drayv filmi bunun bariz 

nümunəsidir. Montaj işi isə çox möhtəşəmdir. 

 

 



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə