Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   2   3   4   5   6   7   8   9   ...   16

 



Film Fiction | Yanvar, №5 

və yaxın dostu Müzəffər Özdəmir çəkilir. Bu film 

“İstanbul film festivalı”ında, “Berlin 

kinofestivalı”nda və “Köln film festivalı”nda 

mükafatlar qazanır. 



 

3. May buludları ( Mayıs sıkıntısı ) 

1999 

 

 

 

 



 

Rejissorun ilk rəngli filmi və 

avtobioqrafik seriyanın ardı kimi yadda qalır. 

Bu filmdə də “Qəsəbə”də olduğu kimi rejissorun 

valideynləri, əmioğlusu Emin Toprak və dostu 

Müzəffər Özdəmir çəkilir. Film Nurinin 

böyüdüyü Yenicədə çəkilir. Yenə sırf bir mövzu 

yoxdu. Rejissor görüntülərlə və tamaşaçı 

düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu 

dəfə xronometraj 2 saatdan da çox olur. Amma 

bu dəfə də filmin büdcəsi çox az olduğundan 

açıqlanmağa ehtiyac duyulmur. “May buludları” 

“Siyad mükafatları”nda, “Antalya”, “İstanbul”, 

“Ankara”, “Buenos Ayres” və “İsgəndəriyyə” film 

festivallarında bolluca mükafatlar qazanır və 

rejissorun ildən ilə daha iddialı olduğunu 

sübuta yetirir. 

 

 



4. Uzaq ( Uzak ) 2002 

 

Yenə Müzəffər Özdemir, Emin Toprak və 



Nuri Bilge Ceylan triosu Avropanı fəth edir. Bu 

dəfə “Kann”da “Jüri mükafatı” Nuriyə bu böyük 

filminə görə təqdim edilir. “Antalya”, “İstanbul”,  

 

 



 “Ankara”, “Meksika”, “Çikaqo”, “Monpelye”, 

“Trieste”, “Beyrut” film festivallarında, “Siyad” 

və “Orhan Anburnu mükafatları”nda qucaq 

dolusu mükafatlar qazanır. “Uzaq” 

avtobioqrafiya kimi qeyd olunmasa da Nurinin 

həyatına bələd olan insan bu filmdə onu 

asanlıqla görə bilər. Mükəmməl görüntülərlə 

Avropa rejissorlarına meydan oxudu bu filmi ilə 

Nuri və illər sonra Kannda yenə alqışlar bir 

Türk üçün coşdu. Yusuf Güney və Şerif 

Görenden sonra Nuri Bilge Ceylan vətənini 

layiqincə təmsil etmişdi. Həm də çox az büdcəsi 

olan filmlə. Film tənqidçilər tərəfindən də 

müsbət qarşılandı və hazırda da müxtəlif 

sorğularda son 20 ilin ən yaxşı 10 filmindən biri 

kimi qeyd olunur. Nuri bu filmi ilə Kşiştof 

Keslevski və Tarkovskidən təsirlənib.  

Filmdə əsas rola görə Kann, Ankara və 

Antalyada “Ən yaxşı aktyor” olan Mehmet Emin 

Toprak “Ankara festivalı”ndan qayıdarkən yol 

qəzasına uğrayır və 28 yaşında dünyasını 

dəyişir. Bu Nuri Bilge Ceylan üçün faciə olur və 

rejissor bu itki ilə uzun müddət barışa bilmir.  

 

5. İqlimlər ( İklimler ) 2006 

Dörd illik fasilədən sonra rejissor yenə iş başına 

keçir. Bu dəfə həm rejissor, həm əsas rol ifaçısı 

olaraq. Rejissorun tərəf müqabili öz xanımı, 




 



Film Fiction | Yanvar, №5 

tanınmış fotoqraf Ebru Ceylan olur. Bu film Nurinin digital kameraya 

çəkdiyi ilk film kimi də yadda qalır. Filmdə görüntü o qədər 

mükəmməldir ki, bəyənməmək mümkünsüz. Bu filmdəki “hoqqalar” 

rejissorun necə gözəlliklərə və ustalığa malik olduğunu göstərir. 

Uzunluğu 7 dəqiqəyə (!) qədər olan kadrlardakı dramatizmi tamaşaçıya 

çatdırmaq çox nadir rejissora nəsibdir ki, bunlardan biri də Nuridi. 

Filmdə ssenari yenə ikinci plandadı və tamaşaçı yenə baş qəhrəmanın iç 

dünyasını öz düçüncəsində çözməlidi. Film “Kann”da, “Skip city”, 

“İstanbul”, “Antalya” festivallarında 

müxtəlif nominasiyalarda mükafat 

qazanır.  

6. Üç meymun ( Üç maymun ) 

2008 

Bu film Nuri Bilge Ceylanın 5-ci tam 

metrajlı filmidi. Bu film Fransa, İtaliya və 

Türkiyənin ortaq istehsalı oldu. Bu dəfə 

rejissor tam yeni aktyor heyəti ilə işlədi və bu heyət onu “Kann”da “Ən 

yaxşı rejissor” və “Palma budağı”na nominant etdi. Film “üç meymun” 

fəlsəfəsi üzərində cərəyan edir. Rejissor tərzinə sadiqdir. Uzun və səssiz 

mükəmməl kadr yığınları və tamaşaçı ilə səssiz dialoqlar. Bu dəfə də 

görüntü göz oxşayır. Nuri Bilge Ceylan pis filmi olmadığını təsdiqləyir. 

Rejissorun hələ mükafatsız qalan filmi olmayıb.  



 

7. Bir zamanlar Anadoluda 

(2011) 

Və nəhayət rejissorun hələlik sonuncu filmi olan “Bir zamanlar 

Anadoluda”… Filmin təqdimatı rejissora doğmalaşan “Kann” 

festivalında oldu və film “Jüri mükafatı” qazandı. Filmdə tam 

professional aktyor heyəti çəkilib və xronometraj da rejissorun 

digər filmlərindən daha çoxdu. Bu filmi haqda Nuri Bilge Ceylan bu 

cür fikir söyləyib: “Hər rejissorun özünü təsdiq etmə, möhürlü bir 

filmi olur. Hiss edirəm ki, bu film o cür oldu.” Filmə “Guardian” 

jurnalı da maraqlı yanaşıb: “Dostoyevskinin film formatı”… Filmdə 

bir cinayətin fonunda cərəyan edən insan taleləri gərgin və zəngin 

psixoloji aspektlərdən təqdim olunur. Səmimi dialoqlarla yanaşı, 

yenə səssiz dramatizm hökm sürür film boyu. Filmdəki aura və 

həmin auranı ustalıqla tamaşaçıya hiss etdirmə mükəmməldir. 

Rejissor bu filmi ilə sözün əsl mənasında heyran edir.  

 

 



 

 

 



 


 



Film Fiction | Yanvar, №5 

Tom Hanks    

 

 



Tomas Ceffri “Tom” Henks – amerikalı 

aktyor, prodüser, yazıçı və rejissor. Fəaliyyətinə 

televiziyada başlayan Tom “Big” (Böyük) – 1988 

filmi ilə uğurların başlanğıcını qoydu. 

“Philadelphia” (Filodelfiya) - (1993) filmi ilə 

“Oskar” alan aktyor növbəti il “Forrest Gump” 

(Forrest Qamp) ilə yenidən mükafata sahib 

çıxdı. Yüzlərlə mükafata namizəd olan Henks 

Hollivudun canlı əfsanələrindən sayılır. 

İlk İllər: Tom Henks 9 iyul 1956-cı ildə 

Kaliforniyada, səyyar aşbaz Amos Mefford 

Henks və xəstəxana işçisi Canet Merilinin 

ailəsində dünyaya gəlib. Atası ABŞ-ın 16-cı 

prezidenti Avraam Linkolnun uzaq qohumu idi. 

1960-cı ildə valideynləri ayrıldı. Tom da daxil 

olmaqla ailənin üç uşağı atası ilə getdi, kiçik Cim 

Henks isə anası ilə qaldı. Sonradan onların hər 

ikisi evləndi. O, katolik kimi tərbiyə almışdı. 

Tom “Chabot” kollecində teatr dərslərinə yazıldı 

və iki ildən sonra Kaliforniya Dövlət 

Universitetinə keçirildi. O, bu dövrü belə 

xatırlayırdı: “Səs-küyü sevən mənim kimi bir 

oğlan üçün aktyorluq dərsləri çox yaxşı yer idi. 

Vaxtımın çox hissəsini tamaşalarda keçirirdim. 

Sadəcə teatra gedir, bilet alır, auditoriyada 

oturur və tamaşanı izləyirdim. Bertold Brext, 

Tennessi Uilyams, Henrik İbsen kimi 

dramaturqların əsərlərinə çox baxmışam. Və 

aktyorluq mənim işimdir ”. 

 

Karyera: 1979-cu ildə Henks Nyu-Yorka 

köçdü və növbəti il aşağı büdcəli “He Knows 

You're Alone” (O bilir sən təksən) filmi ilə  

 

 

 



kinoda debüt etdi. 1980-82-ci illərdə o “Bosom 

Buddies” (Yaxın Dostlar) serialında rol aldı. 

1982-ci ildə “Happy Days” (Xoşbəxt Günlər) 

serialında qonaq aktyor kimi göründü. Bu 

serialda onu görən rejissor Ron Hovard Henksi 

1984-cü ildə çəkdiyi və dəniz qızı və insanın 

sevgisindən bəhs edən “Splash” (Sıçrama) 

filminə dəvət etdi.  Film kassa yığımında böyük 

uğur qazandı. Bir neçə serial və filmdən sonra 

1988-ci ildə “Big” (Böyük) filmi ekranlara çıxdı. 

Film Henksi Hollivudun əsas aktyorları sırasına 

daxil etdi. O, “Ən Yaxşı Aktyor” kateqoriyasında 

ilk nominasiyasını aldı. Bu filmin ardınca 

Henksin bir neçə filmi kassada uğursuz oldu. 

Yalnız “Turner & Hooch” (Törner və Xuç)- 

(1989) filmi uğurlu alındı. 




Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə