Fesil indd



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
1   2   3   4   5   6   7   8   9

280

Cədvəl 1

Göründüyü  kimi,  çox  yüksək  İnsan  İnkişafı  İndeksinə  malik  olan  ölkədə 

(Norveç) gender bərabərsizliyi az müşahidə olunur (GII olduqca aşağıdır).  İnsan 

İnkişafı İndeksi çox aşağı olan ölkədə (Əfqanistan) isə gender bərabərsizliyi ol-

duqca kəskindir. İnsan İnkişafı baxımından orta mövqelərde yerləşən Azərbaycan 

və  Qazaxıstanda  GII  səviyyəsi  də  yaxındır.  Bu  arada,  Qətərə  aid  göstəricilər 

ümumi tendensiyadan fərqlənir, olkənin İnsan İnkişafı İndeksi çox yüksəkdir, 

lakin GII qadınlarla kişilərin nailiyyətləri arasında kəskin bərabərsizliyin oldu-

ğunu nümayiş etdirir. Bunun səbəbi Qətərin parlamentində qadın deputatların 

olmamasıdır.

Gender  Bərabərsizliyi  İndeksi  (Gender  Inequality  Index,  GII)  üç  sahədə 

qadınlarla  kişilərin  nailiyyətləri  arasında  olan  uyğunsuzluqların  statistik 

göstəriciləri  əsasında  hesablanır.  İndeks  üç  sahəni  --  reproduktiv  sağlamlıq, 

səlahiyyətlərin genişləndirilməsi və əmək bazarını əhatə edir. Reproduktiv sağ-

lamlıq sahəsində vəziyyət iki göstərici əsasında müəyyənləşdirilir: onlardan biri 

ana ölümü, digəri isə yeniyetmələr arasında nəsilvermə əmsalıdır. Səlahiyyətlərin 

genişləndirilməsi sahəsinə aid məlumat yenə də iki göstərici (parlamentdə iş-

tirak və təhsil səviyyəsi) əsasında hesablanır. Nəhayət, əmək bazarı sahəsində 

cəmi bir göstəricidən (işçi qüvvəsində iştirak səviyyəsi ) istifadə olunur.

9.8  

Azərbaycan: gender bərabərliyi və insan inkişafı

Azərbaycan Respublikasında kişi və qadınların hüquq bərabərliyi ölkənin 

1995-ci  ildə  qəbul  olunmuş  əsas  qanunu  olan  Konstitusiya  tərəfindən  təmin 

edilir.  Konstitusiyanın  25-ci  maddəsi  kişi  və  qadınların  bərabər  hüquq  və 

azadlıqlarını təsbit edir və insan və vətəndaşların hüquq və azadlıqlarının cin-

si  mənsubiyyətə  görə  məhdudlaşdırılmasını  qadağan  edır.  Kişi  və  qadın  ara-

sında hüquq və azadlıqlar bərabərliyi və cinsi mənsubiyyətə görə ayri seçkili-

15 


Cədvəl 1-də təqdim edilən rəqəmlər BMT-nin 2011-ci il üçün İnsan İnkişafı Hesabatından 

götürülüb, http://hdr.undp.org/en/media/HDR_2011_EN_Table4.pdf 




281

yin qadağan olunması Əmək Məcəlləsi, Ailə Məcəlləsi, Cinayət Məcilləsində 

və digər qanuni aktlarda öz əksini tapır. 2006-ci ildə qəbul olunmuş “Gender 

(kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun məqsədi cinsi 

mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişi 

və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində 

bərabər  imkanların  yaradılması  və  gender  bərabərliyinin  təmin  edilməsi  idi

16



2010-cu  ilin  oktyabrında  Azərbaycan  Respublikasının  Milli  Məclisi  “Məişət 

zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanu-

nu”  qəbul etmişdir. Azərbaycan dövləti həmçinin gender bərabərliyi sahəsində 

bütün  əsas  beynəlxalq  sazişlərə,  o  cümlədən  CEDAW  konvensiyasına,  Pekin 

Bəyannaməsi və Fəaliyyət Platformasına, Minilliyin Bəyannaməsi və Minilliyin 

İnkişaf Məqsədlərinə qoşulmuşdur.

Azərbaycanın Gender Bərabərsizliyi İndeksi (GII 0.314) qlobal göstəricidən 

(GII  0.492)  olduqca  aşağı, Avropa  və  Orta Asiyaya  aid  regional  gostəricidən 

isə (GII 0.311) bir qədər yuxarıdır. Gəlin İndeksin tərkibində olan məlumatlarla 

daha yaxından tanış olaq.

Göründüyü  kimi,  reproduktiv  sağlamlıq  sahəsində  hər  iki  göstərici  üzrə 

Azərbaycanda  mövcud  olan  vəziyyət  regional  rəqəmlərlə  müqayisədə  daha 

təhlükəlidir.  Ana  ölümü  halları  qadınların  aldığı  səhiyyə  xidmətlərinin  la-

zımi  səviyyədə  göstərilmədiyindən,  əhali  arasında  ana  sağlamlığına  dair 

məlumatlandırma  səviyyəsinin  aşağı  olduğundan  xəbər  verir.  Azərbaycan 

Ana 

ölümü

Rep


sa

Gen


produktiv 

ağlamlq


Yeniyetm

arasnd

nəsilver

əmsal

nder Bər


g

mələr 

da 

rmə 

l

 

rabərsiz


Səlahiyyətlə

genişləndirilm



Parlamentdə 

iştirak 

zliyi İnd

ərin 

məsi


Təhsil 

səviyyəs

Əmək


bazar

eksi 


si 



i



İşçi 

vvəsində 

iştirak

 

16 


“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 150 IIIQ, maddə 1, 

http://www.meclis.gov.az/?/az/legislation/view/867 




282

Demoqrafiya  və  Sağlamlıq  Sorğusunun  (2006)  nəticələrinə  əsasən  səhiyyə 

xidmətlərindən istifadə etməkdə ən çox çətinliklərlə rastlaşan qadınlar Dağlığ 

Şirvan, Lənkəran və Aran bölgələrində yaşayır.



Cədvəl 2

Sağlamlıq sahəsində qadınların rastlaşdığı digər ciddi problem İndeksə daxil 

olan göstəricilərdə bilavasitə əks edilməmişdir. Gender Bərabərsizliyi İndeksi-

nin əhatə etmədiyi selektiv (gələcək uşağın cinsini seçmək məqsədi ilə aparılan) 

abortlar praktikası minlərlə azərbaycan qadının reproduktiv və ümumi sağlam-

lığına ciddi ziyan vurur. BMT-nin Əhalin Fondunun məlumatına əsasən 2011-ci 

ildə Azərbaycanda  hər  100  qıza  117  oğlan  doğulurdu.  2012-ci  il  yanvar  ayı-

nın  1-nə Azərbaycan  Respublikasının  əhalisi  tərkibində  kişilər  49.6%,  qadın-

lar  isə  50.4%  təşkil  edirdi.  Lakin  müasir  texnologiyalardan  sui-istifadə  edən 

bu təhlükəli praktika nəticəsində 20-25 ilə ölkəmiz ciddi gender disbalansı ilə 

üzləşəcək. Patriarxal dəyərlər sistemi qız uşaqlarının yaşamaq hüququnu və ana-

ların sağlam həyat sürmək hüququnu tanımayaraq onları insan inkişafı üçün əsas 

olan seçimlərdən məhrum edir.

Yeniyetmələr arasında gənc anaların nisbətən yüksək sayı Azərbaycan üçün 

son  illərdə  aktuallaşan  erkən  nikahlar  problemi  ilə  bağlıdır. Yeniyetmə  analı-

ğı ana və uşaq sağlamlığı üçün xüsusi risk zonasıdır. Tədqiqatların nəticələrinə 

əsasən erkən nikahlar həmçinin qızların orta təhsili yarımçıq buraxmasının əsas 

səbəblərindən biridir. Erkən nikahlar problemi timsalında gender bərabərsizliyinin 



Gender 

Bərabərsizliyi 

İndeksi 

Reproduktiv sağlamlq 

Səlahiyyətlərin 

genişləndirilməsi 

Əmək 

bazarnda 

iştirak 

mövqe 

göstərici 

Ana 

ölümü 

(hər 

100,000 

nəfər diri 

doğulana 

ana ölümü)

 

Yeniyetmələr 

arasnda 

nəsilvermə 

əmsal 

(15-19 

yaşnda hər 1000 

qadn arasnda 15-

19 yaşda 

doğanlarn say)

 

Parlamentdə 

qadn 

deputatlar 

(%) 

25 yaşndan yuxar 

əhali arasnda ən az 

orta təhsili 

bitirmişlər (%) 

İşçi qüvvəsində 

iştirak (%) 

 

 

 



 

 

Q  K  Q K 



Azərbaycan 

 

50 

 

0.314 



 

 

38 



 

33.8 


 

16.0 


 

65.4 


 

61.9 


 

59.5 


 

66.8 


Avropa və Orta Asiya regionu 

 

50 

 

0.311 



 

 

29 



 

28.0 


 

13.4 


 

78.0 


 

83.3 


 

49.7 


 

67.8 


 


283

insan inkişafı ilə sıx əlaqədə olduğunu aydın şəkildə görmək olar. Erkən yaş-

larında ailələr tərəfindən nikahlara məcbur edilənlər adətən təhsillərini davam 

etdirmək imkanından məhrum olur. Bu qızların gələcəkdə istədikləri sahədə ix-

tisas sahibi olaraq gəlir gətirən fəaliyyətlə məşğul olmaq şansları azalır. Milli 

qanunvericilikdə qadağan edilən erkən nikah praktikası qeyri-qanuni yollarla, 

rəsmi sənədləşdirmə aparılmadan həyata keçirilir. Beləliklə erkən nikahda olan 

qızların  gələcəkdə  özlərinin  və  uşaqlarının  hüquqlarını  qorumaq  üçün  qanuni 

vasitələrdən istifadə etmək imkanları məhdudlaşır. Erkən nikahların aradan qal-

dırılması və nikaha məcbur edilmiş qadınların hüquqlarını qorumaq məqsədi ilə 

2011-ci ildə Milli Məclisin qərarı ilə Azərbaycanda qızlar üçün nikah yaşının 

həddi bir il artırılaraq 18 yaşa çatdırıldı və Cinayət Məcəlləsinə qadını nikaha 

məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddə əlavə edilidi.  

Qadınların səlahiyyətlərinin genişləndirməsi sahəsində Azərbaycana aid bi-

rinci göstərici  (parlamentdə qadın deputatların faizi) regional səviyyədən daha 

yüksəkdir. Azərbaycan dövlət idarəçiliyi sistemində çalışanlar arasında qadın-

lar hələ də azlıq təşkil edir. 2004-cü ildə Azərbaycanda bələdiyyə seçkilərində 

iştirak edən qadın namizədlər cəmi 4% təşkil etmişdi. 2009-cu ildə keçirilmiş 

bələdiyyə seçkiləri nəticəsində isə seçilənlər arasında qadınların payı 26 faizə 

qədər qalxmışdı.

Azərbaycan dövlət idarəçiliyi sistemində vəziyyət gender bərabərliyindən 

kifayət  qədər  uzaqdır.  Azərbaycan  Respublikasının  Ailə,  Qadın  və  Uşaq 

Məsələləri üzrə Dövlət Komitəsinin sədri və Ombudsman dövlət idarəçiliyinin 

yuxarı  pillələrində  çalışan  yeganə  qadın  məmurlardır.  Dövlət  Statistika 

Komitəsinin  məlumatlarına  əsasən

17

  2012-ci  ildə



18

  Azərbaycan  Respublika-

sının dövlət qulluğunda  qadınlar 28%, kişilər isə 72% təşkil edirdi. Qadınlar 

əsasən yardımçı vəzifələrdə, kişilər isə inzibati vəzifələrdə çalışır. 1-4 təsnifatlar 

üzrə  (rəhbər  vəzifələr)  inzibati  vəzifələrdə  çalışanlar  arasında  kişilər  mütləq 

əksəriyyət (72.6%) təşkil edirdi. Azərbaycanda dövlət qulluğu sistemində çalı-

şan hər üç qadından biri yardımçı vəzifədə çalışırdı. 

Fikrinizcə, parlament deputatları arasında qadınların faizi ümumən qa-

dınların qərarvermə prosesində fəal iştirak etməsinin göstəricisi hesab oluna 

bilərmi? Sizcə, bunu müəyyən etmək üçün başqa hansı göstəricilərə müraciət 

etmək olar? 

Azərbaycan Respublikasında cinsindən asılı olmayaraq bütün vətəndaşlara 

pulsuz  icbari  ümumi  orta  təhsil  almaq  hüququ  dövlət  tərəfindən  təmin  edilir. 

Ölkədə qadınların və kişilərin savadlılıq səviyyəsi 100%-ə yaxındır (kişilər ara-

sında 99.9%, qadınlar arasında 99.7%). Azərbaycanın təhsil sistemində qadınla-

17 


Azərbaycanda qadınlar və kişilər 2012, Azərbaycan Respublikasının Dövlət Statistika 

Komitəsi, Bakı, 2012, səh. 97

18 

2012-cu il yanvarın 1-nə olan statistik məlumatlara görə.




284

rın iştirakı yüksək səviyyədə olsa da, təhsil pillələri ilə yuxarı qalxarkən şagirdlər 

və  tələbələr  arasında  qadınların  sayı  azalır.  Orta  və  ya  daha  yüksək  təhsili 

bitirənlərin  sayı  baxımından  milli  göstəricilər  regional  rəqəmlərdən  aşağıdır 

(Cədvəl 2). 2011-2012-ci tədris ilinin əvvəlinə dövlət ali təhsil müəssisələrində 

oxuyan tələbələr arasında qadınlar  47.6%, kişilər 52.4% təşkil etmişdir. 

Nəhayət,  qeyd  etməyə  dəyər  ki,  regional  göstəricilərlə  müqayisədə 

Azərbaycanda qadınların  işçi qüvvədə iştirak səviyyəsi olduqca yüksəkdir və 

kişi  və  qadınların  işçi  quvvədə  iştirakı  Azərbaycanda  daha  balanslıdır.  Eyni 

zamanda,  İndeksdən  kənarda  qalan,  lakin Azərbaycanda  qadınların  iqtisadiy-

yatda iştrakının mühüm göstəricisi olan orta aylıq əmək haqqı kişilərlə qadın-

ların arasında olan iqtisadi bərabərsizliyi nümayiş etdirir: 2011-ci ildə muzdla 

işləyənlər arasında qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək 

haqqına nisbətdə yalnız 51,1% idi. Ölkə iqtisadiyyatında qadınlar və kişilərin 

yüksək  konsentrasiyası  olan  fəaliyyət  sahələri  mövcuddur.  Qadınlar  əsasən 

dövlət səhiyyə və təhsil müəssisələrində və sosial xidmətlər sahəsi kimi nisbətən 

az gəlirli sahələrdə cəmləşir. Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatında 

gedən mürəkkəb proseslər gender münasibətlərinə də təsir göstərmişdir. Kişilərin 

əmək miqrasiyası, qadınların qeyri-formal iqtisadiyyatda iştirakı, torpaq islaha-

tının əmək bölgüsünə təsiri və digər proseslər ailədə və cəmiyyətdə gender əsaslı 

vəzifələrin və güc balansının dəyişməsinə səbəb olmuşdur

19



Qadınlara  qarşı  zorakılıq  insan  inkişafına  aid  olan  bütün  sahələrə  təsir 

edir.  Azərbaycanda  Qadınlara  Qarşı  Zorakılıq  Sorğusunun  nəticələrinə  görə 

respondentlərin 24%-i nə vaxtsa zorakılığa məruz qalmışdır. Əksər hallarda qız-

lara və qadınlara qarşı zorakılığı törədənlər zorakılıq qurbanlarının yaxınlarından 

biridir. Qadınların 15%-i nə vaxtsa fiziki, 7%-i seksual və 25%-i psixoloji zora-

kılığa məruz qalıb. Bir çox hallarda zorakılıq qurbanları müxtəlif xəstəliklərdən 

əzab çəkir, təhsil və iş imkanlarından istifadə etmək qabiliyyətindən məcburi 

şəkildə  məhrum  edilir.  Zorakılıq  qurbanlarının  əksəriyyəti  yaşadıqları  ağır 

təcrübəni  heç  kəslə  bölüşməmişdi  və  yardım  üçün  dövlət  orqanlarına  və  ya 

qeyri-hökümət təşkilatlarına müraciət etməmişdi

20

.

19 



Azərbaycanda gender münasibətləri: meyllər və cəhdlər, Azərbaycan Respublikasında İnsan 

İnkişafı Haqqında Hesabat, 2007



20 

National Survey Report on Violence Against Women in Azerbaijan, 2008, UNFPA-SCFWCA




285

Müzakirə üçün:

Zəhranın  46  yaşı  var.  O,  Sabirabad  kəndlərinin  birində  anadan  olub. 

Orta məktəbi də orada bitirib. İxtisas seçiminə gəldikdə Zəhranın atası onun-

la  məsləhətləşmədən  sənədlərini  Pedaqoji  Texnikuma  verdi.  Lakin  Zəhra 

müəllimlik  peşəsinə  maraq  gəstərmirdi.  Pedagoji  texnikumda  bir  il  təhsil 

alandan sonra Zəhra yenidən imtahan verib Gəncə Kənd Təsərrufatı İnstitu-

tuna daxil oldu. Ailə üzvləri onun seçimindən narazı idi. Zəhra təhsilini biti-

rib qonşuluqdakı kənddə aqronom işlədi. Orada ailə qurdu. Bir neçə il bun-

dan sonra kəndin camaatı onu bir neçə kəndi birləşdirən bələdiyyənin üzvü 

seçdi.  Zəhra  iki  il  orada  çalışdı.  Öncə  xüsusilə  kənddə  fəaliyyət  göstərən 

məktəbin və bağçanın problemləri ilə məşğul idi. İşə təzə başlayanda Zəhra  

müəyyən çətinliklərlə qarşılaşdı. Özü bu barədə belə danışır: “Məsələn, ic-

laslara  gedirdim,  insanlarla  daimə  ünsiyyətdə  idim,  bəziləri  bunu  düzgün 

qəbul etmirdi. Qadının ictimai sahədə fəal olduğuna mənfi baxan var idi. O 

zaman həyat yoldaşım mənə hər dəstək oldu, onun mənə olan inamı mənə 

əlavə qüvvə verdi”. Bir neçə ildən sonra bir qrup kənd sakini pay torpaqla-

rını (40 sotdan 1 hektara qədər) birgə işlətmək qərarına gəldi. Onların biri 

Zəhra idi. Mütəxəssis kimi o qərara gəldi ki, birgə əkin işləri aparmaq daha 

səmərəli olar. Bunun bir neçə səbəbi var idi. Bundan qabaq kənddə kiçik tor-

paq sahələrinin sahibləri təklikdə bəzən taxıl, bəzən pambıq əkirdi. Təkbaşına 

suvarma işlərini və digər aqro-texniki işləri aparmaq çox baha başa gəlirdi. 

Zəhra və dostları kooperativ yaratdı. Kooperativ iştirakçıları kooperativin 

gəlirindən torpaq payına əsasən pay alırdılar. Bu, Azərbaycanda ilk istehsal 

kooperativlərdən biri idi. 

Suallar:

1.  Zəhra həyatında hansı seçimlərin qarşısında durdu?

2.  Gender bərabərsizliyi Zəhranın seçimlərinə necə təsir göstərdi?

3.  Öyrəndiyiniz gender və inkişaf siyasətlərinə hansı yanaşma 

  Zəhranın problemlərini həll etməkdə yardımçı ola bilərdi?

Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə