Fesil indd



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
1   2   3   4   5   6   7   8   9

276

9.5.2 

Qadın və inkişaf (Women and Development/WAD). 

Növbəti mərhələdə formalaşan inkişaf siyasəti öncəki yanaşmanın çatış-

mazlıqlarını nəzərə almağa çalışırdı. “Qadınları dəyişdirməkdənsə, inkişafın 

üsul  və  istiqamətlərini  dəyişdirmək  lazımdır”  fikri  getdikcə  populyarlaşırdı. 

WAD çərçivəsində qadınların modernizasiya və sənayeləşmə prosesində iştira-

kı yenidən araşdırıldı. Yoxsul ölkələrdə qadınların yerli və beynəlxalq kapita-

lın istismar qurbanlarına cevrilməsi WAD siyasətinin əsas mövzularından biri 

idi. Tədqiqatlar, qeyri-hökümət təşkilatlarının hesabatları, media araşdırmaları 

göstərdi ki, bəzi ölkələrdə işçi qadınların imkanlar dairəsi nəinki genişlənmir, 

əksinə, daha da kiçilir. Qlobal geyim sənayesinin yoxsul ölkələrin hüquqsuz 

ucuz əmək qüvvəsinin istismarı hesabına fəaliyyət göstərməsi WAD-ın tənqid 

hədəfinə gəlmişdir. 

Bu yanaşma dünyanın müxtəlif bölgələrində gender bərabərsizliyinin inki-

şaf üçün fərqli problemlər yaratdığını göstərdi. İnkişaf etmiş Qərb ölkələrinin 

təcrübəsinə  əsaslanan  qənaətlər  qadınların  formal  əmək  işçi  qüvvəsinə  qo-

şulmasını inkişafa və gender bərabərliyinə doğru atılan uğurlu addım olaraq 

qiymətləndirirdi.  Lakin  dünyanın  digər  bölgələrində  toplanmış  məlumatlar 

çox  fərqli  mənzərəni  təqdim  edirdi.  Patriarxal  ailə  dairəsindən  çıxıb  əmək 

kollektivinə daxil olan qız və qadınlar yeni patriarxal münasibətlər sisteminə 

düşürdü. Bu dəfə qadağalar, məhdudiyyətlər və bəzən fiziki və seksual zora-

kılıq iş rəhbərləri tərəfindən tətbiq edilirdi. Çox cüzi əmək haqqı alan, təhsil 

və səhiyyə xidmətlərindən məhrum edilmiş bu yeni fəhlələr üçün yoxsulluq 

səviyyəsindən yuxarı qalxmaq şansları həddindən artıq zəif idi. 

WAD qadınlar üçün kişilərlə bərabər iş şəraitinin yaradılması, qadınların 

gəlir gətirən fəaliyyətlərə cəlb olunmasını dəstəkləyirdi. Bu mərhələdə inki-

şaf siyasətinin hədəfi olaraq ictimai sahədə gender bərabərsizliyi  seçilmişdi. 

Özəl sahədə mövcud olan ayrı-seçkilik və zorakılıq, həmçinin qadınların ailə 

və  icma  daxilində  yerinə  yetirdiyi  reproduktiv  fəaliyyət  (uşaqların  tərbiyəsi 

və müalicəsi, xəstə, qoca və şikəst ailə üzvlərinə qayğı göstərilməsi, icmalar-

da vəzifələrin qadınlar tərəfindən pulsuz icra edilməsi və s.) WAD-ın diqqət 

mərkəzindən kənarda qalmışdı.

9.5.3 

Gender və inkişaf (Gender and Development/GAD).  

WID və WAD çərçivəsində əldə edilən uğurlara baxmayaraq 90-ci illərdə 

gender və inkişaf sahəsində çalışan qurumlar və mütəxəssilər yeni mürəkkəb 

suallarla üz-üzə qaldı. Artıq məlum idi ki, gender bərabərsizliyi inkişafın yo-

lunda təkcə keçmişdən qalmış bir əngəl deyil. İnkişaf prosesinin özü gender 

bərabərsizliyini yeni formalarda ərsəyə gətirirdi.  




277

Qadınların  inkişaf  prosesinə  inteqrasiyası  bəzi  bölgələrdə  istismar,  gen-

der əsaslı tabelik və cinsi ayrı-seçkilik əsasında qurulmuş yeni münasibətlər 

sistemlərinin əmələ gəlməsi ilə nəticələnirdi. Qlobal ticarətin və kommunika-

siyaların inkişafı insan alveri və seksual istismarın, qeyri-leqal miqrasiya və 

qeyri-formal iqtisadiyyatın artımı ilə müşayiət olunurdu. Bu artımın mühüm 

mənbəyini  yoxsul  ölkələrin  qadın  və  uşaqlarının  seksual  və  fiziki  istismarı 

təşkil edir. 

GAD  yanaşması  ümumiləşdirilmiş  “qadın”  konsepsiyasını  rədd    edir 

və dünyanın müxtəlif ölkələrində qadınların və kişilərin fərqli təcrübələrinə 

əsaslanmağa üstünlük verir. Bu yanaşma həmçinin öncəki inkişaf siyasətinin sırf 

qadınların produktiv (yəni gəlir gətirən) fəaliyyətinə diqqət yetirdiyini tənqid 

etmişdir.  GAD  qadınların  gəlir  gətirməyən,  ancaq  cəmiyyətin  varlığı  üçün 

zəruri  olan  reproduktiv  fəaliyyətinin  (uşaqların  tərbiyəsi,  ev  şəraitində  qida 

istehsalı, xəstə və şikəst ailə üzvlərinə qayğı) iqtisadi və ictimai əhəmiyyətini 

diqqət mərkəzinə çəkdi. Bərabərsizlik probleminin həllində GAD diqqəti qa-

dından daha çox gender münasibətlərinə yönəldir. Qadını dəyişmək əvəzinə 

sistemi dəyişməyə üstünlük verir. Bu yanaşmanı daha aydın anlamaq üçün aşa-

ğıdakı kiçik hekayəyə müraciət edək:

Yadplanetlilərlə görüş

Günlərin birində nəhəng kosmik gəmi planetimizə enir. Gəmini qarşı-

layan insanlar inanılmaz həyəcan və sevinc hissləri keçirir. Hamı gəmidən 

kimin çıxacağını səbrsizliklə gözləyir... lakin gəminin parıltılı metal divar-

larında nə qapı, nə də pəncərə var. Qərar verilir ki, gəmidə olanlara yar-

dım olaraq divarında bir qapı kəsilsin. Standart dairəvi qapı quraşdırılır, 

açılır və gəmidən nəhayət ki, bir neçə yumru yaşıl yadplanetli çıxır. On-

lar insanlarla gözəl ünsiyyət yaradır, öz planetleri haqqında çox maraqlı 

və faydalı məlumatlar verir və bir neçə saata geri dönməyə qərar verir. 

Vidalaşanda  insanlardan  biri:  “bəs  qalaktikanızın  başqa  planetlərində 

həyat  varmı?”  deyə  soruşur.  Qonaqlardan  biri:  “Təbii  ki,  bizdən  başqa 

qalaktikamızın 105 planetində yüksək səviyyədə inkişaf etmiş müxtəlif si-

vilizasiyalar var”, deyir, “əslində biz bu səyahəti bir yerdə edirik, onla-

rın nümayəndələri gəmidə gözləyir”. Insanlar qulaqlarına inanmır: “Bəs 

onlar nə üçün bizimlə kontakta girmədi?” deyə soruşurlar. “Onlar kvad-

rat, romb və üçbucaq formasındadır, qapıdan keçə bilmədilər”, deyə yaşıl 

yadplanetli cavab verir.  

İnkişaf siyasətini həyata keçirən müxtəlif qurumlar (nazirliklər, beynəlxalq 

təşkilatlar, təhsil ocaqları, səhiyyə və sosial xidmətləri, qeyri-hökumət və dövlət 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə