278
müəssisələri, banklar, maliyyə-kredit, biznes və ticarət müəssisələri və sair) öz
fəaliyyətlərini müəyyən qaydalar əsasında qurur. Əhaliyə xidmət göstərərkən
öz fəaliyyətində insanların fərqli imkanları, maraqları və ehtiyaclarını nəzərə
almayan qurumlar, standart dairəvi qapısı olan gəmiyə bənzəyir. Onlar yalnız
bir tipli müştəriyə xidmət göstərə bilir və beləliklə də tətbiq etdiyi dar standart-
lara uyğun gəlməyənlər üçün qeyri-bərabər, ədalətsiz şərait yaradır. Nəticədə
inkişaf prosesi insanların seçimlərini genişləndirmək əvəzinə qarşılarına əlavə
məhdudiyyətlər qoyur. Eyni zamanda, cəmiyyət inkişafdan kənarda qalmış in-
sanların bilikləri, istedad və bacarıqlarından bəhrələnə bilmir və beləcə ümumi
tərəqqi prosesinə ziyan vurulur.
GAD yanaşmasına görə, dünyanın bir çox bölgələrində ailə və icma
çərçivəsində hökm sürən gender bərabərsizliyi ailədən kənarda olan və in-
kişaf siyasətini milli və qlobal səviyyədə həyata keçirən qurumlarda davam
edir. Əksər ölkələrdə inkişafdan kənarda qalan və ya zərər çəkən əhali qrupları
(bunların arasında qadınlar əksəriyyət təşkil edir) məhz cəmiyyətdə fəaliyyət
göstərən əsas qurumların ədalətsiz qaydaları üzündən inkişafda fəal iştirak
etmək imkanından məhrum olur. Bu şəraitdə insan inkişafına nail olmaq üçün
institusional (yəni təsisatlar və qurumların fəaliyyət qaydalarına aid olan) is-
lahatların keçirilməsinə ehtiyac var. Eyni zamanda, əlverişsiz mövqedə olan
qrupların inkişaf siyasətinin müəyyənləşdirilməsində və icrasında fəal iştirakı
təmin olunmalıdır.
9.6
Gender yönümlü həssas yanaşma
GAD yanaşması gender münasibətlərini dəyişən institusional dəyişikliklər
sahəsində “gender meynstriminq” strategiyasını irəli sürmüşdür. Gender yö-
nümlü həssas yanaşmanın bütün sahələrə tətbiq edilməsi (gender mainstre-
aming) – istənilən sahədə və istənilən səviyyədə (qanunvericilik, siyasət və
proqramlar da daxil olmaqla) planlaşdırılan fəaliyyətin kişi və qadınlara olan
təsirinin qiymətləndirilməsi prosesidir. Bu strategiya, siyasi, iqtisadi və sosial
sahələrdə həyata keçirilən siyasət və proqramların işlənib hazırlanması, ic-
rası, monitorinqi və qiymətləndirilməsində tətbiq olunur və qadın və kişilərin
maraq və təcrübələrində ola biləcək fərqləri hər zaman nəzərə alır. “Gender
meynstriminq” – strategiya, gender bərabərliyi isə məqsəddir
13
.
“Gender meynstriminq” strategiyası 1995-ci ildə Pekində keçirilmiş BMT-
nin dördüncü Dünya Qadın Konfransı tərəfindən dəstəklənmişdir və dünyanın
bir çox ölkələrində (o cümlədən Azərbaycanda) dövlət siyasəti səviyyəsində
13
Agreed Conclusions on Gender Mainstreaming. Geneva: United Nations Economic and
Social Council, 1997, http://www.un.org/documents/ecosoc/docs/1997/e1997-66.htm
279
tətbiq olunmaqdadır. Dördüncü Dünya Qadın Konfransından sonrakı dövrdə bu
strategiyanın tətbiq edilməsi bəzən uğurla, bəzən isə böyük çətinliklərlə həyata
keçmişdir. Məsələn, son 15 il ərzində “gender meynstriminqin” tərkib hissəsi
olan gender statistikası dünyada uğurla inkişaf etmişdir. Gender statistikası -
cinslər üzrə toplanaraq təhlil edilmiş və cəmiyyətdə gender məsələlərini əks
etdirən statistik məlumatlardır.
Gender yönümlü həssas yanaşmanın tətbiqində üzə çıxan problemlər hal-
hazırda BMT konfranslarında və digər beynəlxalq forumlarda müzakirə edi-
lir. Məsələn, bu strateqiyanı tənqid edənlərin bir hissəsi qeyd edir ki, gen-
der yönümlü həssas yanaşma əsas mübarizəni, yəni gender əsaslı istismar və
ayrı-seçkiliklə mübarizəni, texniki bürokratik prosedurların müxtəlif əhali
qruplarının ehtiyaclarına daha dəqiq cavab verməsi ilə əvəz edir. Digər irad
ondan ibarətdir ki, gender yönümlü həssas yanaşmanın davamlı tətbiqi yal-
nız səmərəli şəkildə idarə edilən təsisatlarda mümkündür. Səmərəli idarəçilik
prinsipləri, məsələn, siyasətlərin şəffaf şəraitdə, müxtəlif ictimai qrupların
iştirakı ilə formalaşdırılması, inkişaf edən ölkələrin reallıqlarından kifayət
qədər uzaq olan ideal mənzərədir. Bu ölkələrin bir çoxunda milli hökumətlər
səviyyəsində “gender meynstriminq” davamlı strategiya kimi yox, bir dəfəlik
konkret layihə çərçivəsində tətbiq edir.
9.7
Gender bərabərsizliyi göstəricisi və insan inkişafı
Gender bərabərliyi sahəsində ayrı-ayrı ölkələrdə mövcud vəziyyəti araş-
dırmaq, zamanla onun dinamikasını izləyə bilmək və ayrı-ayrı ölkələr və
dünya regionları arasında müqayisələr aparmaq məqsədi ilə BMT-nın İnsan
İnkişafı Hesabatları 1995-ci ildən başlayaraq GDI (Gender related Develop-
ment Index) və GEM (Gender Empowerment Measure) göstəricilərindən
istifadə etmişdir. Hər iki göstəricinin müsbət tərəfləri ilə bərabər metodolo-
ji nöqsanları da mövcud idi. Ən son olaraq, 2010-ci ildə İnsan İnkişafı He-
sabatının 20-ci yübiley buraxılışı qadınlarla kişilərin nailiyyətləri arasında
olan uyğunsuzluğu ölçən göstəricini (Gender Inequality İndex/GII) təqdim
etmişdir. GII gender bərabərsizliyi üzündən insan inkişafına vurulan ziyanı
əks etdirir. Ölkənin Gender Bərabərsizlik İndeksinin 0-a yaxın olması gen-
der bərabərsizliyinin aşağı səviyyədə, 1-ə yaxın olması isə yuxarı səviyyədə
olmasını göstərir
14
. Cədvəl 1 Əfqanistan, Norveç, Qətər, Azərbaycan və Uk-
rayna üçün Gender Bərabərsizliyi İndeksi və İnsan İnkişafı İndeksi əsasında
mövqeyi təqdim edir.
14
Human Development Reports, Gender Inequality Index, http://hdr.undp.org/en/statistics/gii/