Fesil indd



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix26.08.2018
ölçüsü4,67 Mb.
#64794
  1   2   3   4   5   6   7   8   9


264

FƏSİL 9.

Gender bərabərliyi və insan inkişafı

Gender bərabərliyi özü-özlüyündə bir məqsəd olmasından əlavə, həm 

də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli 

idarəçiliyin qurulması üçün zəruri olan şərtdir.  

Kofi Annan, BMT keçmiş baş katibi

İnsan inkişafı uzun, sağlam və yaradıcı həyat sürmək, dəyər verdikləri 

hər hansı məqsədlərə nail olmaq və hamı üçün ümumi olan planetdə ədalətli 

və dayanıqlı inkişafa fəal surətdə qoşulmaq üçün insanların azadlıqlarının 

genişləndirilməsi deməkdir. İnsanlar istər fərd kimi, istərsə də qrup olaraq 

insan inkişafının həm benefisiarları, həm də aparıcı qüvvələridir. 

İnsan İnkişafı Hesabatı, 2010-cu il

9.1  

İnsan inkişafı, insan qabiliyyətləri və bərabərlik

İnsan  inkişafı  həyatda  qarşımızda  duran  seçimlərin  genişləndirilməsindən 

ibarətdir. Təbii ki, insanların arzuladıqları, seçdikləri məqsədlər saysız-hesabsız-

dır və hətta eyni insanın arzu və məqsədləri zamanla dəyişə bilər. İnsan inkişafı 

nəzəriyyəsi bu müxtəlifliyin içərisindən ən zəruri üc seçimi belə müəyyən edir: 

  uzun və sağlam həyat sürmək



  istədiyi biliklərə yiyələnmək;

  ləyaqətli həyat üçün zəruri olan ehtiyatları əldə etmək



1

.  


Yuxarıda qeyd olunan seçimlər cinsi, yaşı, maliyyə durumu, dini, milli və 

sosial statusundan asılı olmayaraq hər insan üçün təmin olunmayınca, real insan 

inkişafına nail olmaq mümkün deyil.

Artıq bildiyiniz kimi, insan inkişafı nəzəriyyəsinin mərkəzində insanlarin 

azad seçim anlayışı dayanır. Qlobal və yerli iqtisadi, sosial və mədəni inkişafın 

əsas məqsədini məhz insan həyatının keyfiyyətinin artırılmasında görən bu ya-

naşma nədən məhz azad seçim məsələsinə bu qədər böyük diqqət yetirir? Məsələ 

burasındadır ki, insan inkişafı nəzəriyyəsi təkcə bərabər hüquq və imkanların 

yaradılması tələbi ilə kifayətlənməyərək məhz konkret insanların mövcud hüquq 

və imkanlardan istifadə etmək qabiliyyətində olmasını inkişafın əsas amili olaraq 

görür. İnsan inkişafı nəzəriyyəsinin ərsəyə gəlməsində mühüm rol oynayan Mar-

ta Nissbauma görə “insan qabiliyyətləri” (human capabilities) “insanların real 

həyatda istədiyinə nail olmaq və istədiyi fəaliyyətlə məşğul ola bilmək bacarığı-

1

 BMTİP İnsan İnkişafı Hesabatı, 1999-cu il




265

nı” əks etdirir

2

. Insan qabiliyyəti heç də həmişə sırf fərdi xüsusiyyətlərdən asılı 



deyil. İnsan inkişafı nəzəriyyəsinə əsasən insan qabiliyyəti bir sıra sosial, iqtisadi 

və mədəni amillərin təsiri nəticəsində əmələ gəlir. Bu amillər içərisində konkret 

sosial mühitdə insanların cinsi mənsubiyyətinə görə rastlaşdığı məhdudiyyətlər 

mühüm yer tutur. Gəlin bu yanaşmanı adi bir misalda araşdıraq. 



Böyük şəhərdə, qonşuluqda, oxşar iqtisadi və sosial şəraitdə üç qız böyü-

yür. Qızlar eyni orta məktəbi eyni qiymətlərlə bitirir. Lalə eyni ildə istədiyi ali 

təhsil müəssəsinə sənədləri təqdim edir. Səidə ali təhsil almaq istəyir, lakin ailəsi 

qız üçün ali təhsilin faydasız olduğunu düşünür. Ailəsinin qadağası nəticəsində 

Səidə  arzusundan  vaz  keçməli  olur.  Cəmilə  isə  valideynləri  ilə  məsləhətləşib 

qərar verir ki, məktəbi bitirəndən sonra işə düzəlib ali təhsildə ixtisas seçimini 

bir ildən sonra etsin.

Hər üç halda, milli qanunvericiliyə əsasən, qızların təhsil almaq hüququ var. 

Praktiki olaraq imkanlar da mövcuddur (şəhərdə onlarla ali təhsil ocağı fəaliyyət 

göstərir, hər üç qız kifayət qədər hazırlıqlı və biliklidir, ailələri maddi cəhətdən 

çətinlik çəkmir). Fərq ondadır ki, Lalə mövcud hüquq və imkanlardan istifadə 

etmək qabiliyyətindədir, Cəmilədə də o qabiliyyət var, ondan istifadə etməmək 

seçimini özü verir. Lakin Səidədə azad seçim xarici məhdudiyyətlər nəticəsində 

alınmır.  İnsan  inkişafı  nəzəriyyəsinə  əsasən,  inkişaf  yalnız  hər  üç  amilin  - 

müəyyən ehtiyatlara (məsələn, təhsilin verdiyi biliklərə) yiyələnmək üçün hü-

quq, imkanın və qabiliyyətin olduğu şəraitdə yer tuta bilər. Beləliklə, insan in-

kişafı üçün əlverişli şəraitin olub-olmamasını öyrənmək məqsədi ilə biz bu üç 

amilin təsiri altinda formalaşan konkret həyat təcrübələrinə müraciət etməliyik. 

Gətirdiyimiz  misalda  üç  qız  hüquq  və  imkanlardan  istifadə  etmək 

qabiliyyətlərinə görə bərabər şəraitdə deyil. Konkret ailə içərisində olan qərar 

vermə strukturu və qızlar üçün olan xüsusi qadağa Səidəni arzusuna çatmaqdan 

məhrum edir. Burada konkret sosial mühitdə (ailədə) müəyyən kateqoriyalı in-

sanlara (qızlara) tətbiq olunan xüsusi qadağalar fərdin seçimini məhdudlaşdırır. 

Məhz bu qadağalar nəticəsində yaranan bərabərsizlik şəraitində müəyyən kate-

qoriyaya aid insanlar öz inkişafında ciddi əngəllərlə üzləşirlər.

Seçimlərimizi məhdudlaşdıran müxtəlif faktorlar arasında cəmiyyətdə və 

ailədə bərqərar olan bərabərsizlik mərkəzi yer tutur. Qeyri-bərabər hüquq 

və imkanlar şəraitində seçimlərin genişləndirilməsi yalnız konkret kateqori-

yalara aid insanlar üçün mümkün olur. Beləliklə, bərabərsizlik nəticəsində 

“insan inkişafı” yalnız konkret kateqoriyalı insanların inkişafı ilə əvəzlənir. 

Bəs qalanları necə? Təbii ki, cəmiyyət hər hansı bir kateqoriyanın qeyri-

bərabər mövqeyinə bəraət qazandırırsa, bu kateqoriyaya aid insanların inkişafını 

məhdudlaşdıran formal və qeyri-formal qadağaları da adi bir hal olaraq qəbul 

2

 Martha Nussbaum. Women and Human Development: The Capabilities Approach, Cambridge 



University Press, 2008, p. 5


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə