FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Təmsilin əzbərlənməsi üzrə iş



Yüklə 0,72 Mb.
səhifə66/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   60   61   62   63   64   65   66   67   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

8. Təmsilin əzbərlənməsi üzrə iş.
Təmsilin bir hissəsi sinifdə əzbərlənir. Ola bilər ki, bəzi şagirdlər bütöv əzbərləsinlər.
9. Evə tapşırıq. Təmsili bütöv əzbərləyib ifadəli oxumağı öyrənmək, avaraçılığa və tənbəlliyə aid atalar sözləri, rəvayət və s. öyrənmək.
İbtidai siniflər üzrə “Oxu” dərsliklərində şerlər geniş yer tutur. Dərsliklərin hər birində xalq ədəbiyyatı və yazılı ədəbiyyat üzrə onlarla şerlər verilmişdir.
Metodiki baxımdan şerlərin tədrisinin özünəxas xüsusiyyətləri vardır.
Tədrisdə birinci mərhələ – birinci məsələ şerin ifadəli oxusuna və onun mətni üzrə leksik - semantik, sintakik izaha həsr edilir. Bu zaman hər bir söz, hər misra, nəhayət, hər bənd məzmun və məna baxımından ayrıca izah edilir.
İkinci mərhələ şerin təhlilinə həsr olunur. Şerin müəllifi, janrı, bədii xüsusiyyətləri haqqında məlumat verilir, onun ideya xüsusiyyətləri, dil və üslubu şərh edilir.
Lirik şerlərlə, epik nəzm əsərlərinin tədrisində fərqli və oxşar cəhətləri vardır. Bu tip əsərlərə həm mətn, həm də məzmun baxımından yanaşılır.
Ümumiyyətlə, ibtidai siniflərdə şerin tədrisi üzrə məşğələlər həm metodiki, həm də praktiki baxımdan sistemli aparılmalıdır.
MÖVZU 15:
ÜMUMİLƏŞDƏRİCİ DƏRSLƏRİN VE SİNİFDƏNXARİC OXUNUN METODİKASI
PLAN:


1. Ümumiləşdirici dərslər və onların əhəmiyyəti.
2. DƏRSDƏ ÜMUMİLƏŞDİRİCİLİK: İbtidai siniflərdə qiymətləndirmƏ
2. Mövzular və fəsillər üzrə ümumiləşdirici dərslər.
3. Sinifdənxaric oxu və onun əhəmiyyəti.
4. Sinifdənxaric oxu üçün materialən seşilməsi.


ƏDƏBİYYAT:
1. İbtidai siniflərdə ana dili tədrisinin metodikası ( Abdullayev A. S., Kərimov Y.Ş.). Maarif, Bakı, 1968.
2. Ədəbiyyat tədrisi metodikası. Universitet Nəşriyyatı, Bakı, 1992.
3. İbtidai siniflərdə sinifdənxaric oxu üzrə işin sistemi. Bakı, 1978.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə