FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


TƏMSİLLƏRİN TƏDRİSİ ÜZRƏ İŞİN METODİKASI



Yüklə 0,72 Mb.
səhifə62/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

TƏMSİLLƏRİN TƏDRİSİ ÜZRƏ İŞİN METODİKASI .
Təmsil uşaqları çox maraqlandıran janırlardan biridir. Təmsillərin əsasında alleqoriya durur. Təmsil yazanlar heyvan, quş, həşərat, btki və başqa əşyaların obrazlarında insanların tipik xasiyyətlərinə (yalançı, oğurluq, ədalətsizlik, lovğalıq, acgözlük, qorxaqlıq və s.) gülür, öyüd – nəsihət verirlər. Bütün bunlar müəllimdən aktyorluq məharəti tələb edir.
Təmsil yığcamlıq, fabulanın dinamikliyi, hadisənin dramatikliyi, əxlaqi nəticənin ironik şəkildə verilməsi ilə seçilir. Təmsilin dili sadə, zəngin və rəngarəngdir. Təmsillərin oxunması prosesində bütün bu cəhətlər nəzərə alınır. Onun oxusu kiçik bir pyesin oxusunu xatırladır.
Təmsillərin dili üzərində iş aparmaq lazım gəlir. Personajın xasiyyətnaməsini verərkən onun dilində işlənən sözlərdən istifadə edilir: məsələn, M.Ə. Sabirin “Qarğa və tülkü” təmsilində tülkü qarğaya müraciətlə deyir:
Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa.
Bəzədin sən bu gün bizim çəməni.
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə xoşqılıqsan sən!
Yeri var söyləsəm hümasan sən!
Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən olsun vücudun iraq!
Bu yəqindir ki, var sevimli səsin,
Oxu versin mənə səfa nəfəsin!
Bu sözlərə əsasənşagirdlər onu nə qədər yaltaq olduğunu yəqin edirlər. Uşaqlara məlumdur ki, qargada nə tülkünün dediyi görkəm, nə də səs var. Qarga tülkünün əlinə keçsə, parçalayıb yeyər, lakin buna imkan olmadığından dilini işə saləb, qarğanı aldadır və onun ağzından yerə düşən pendiri yeyir.
Təmsil üçün də elə səciyyəvi cəhət odur. Müəllifin özü də təmsilin axırında həmin nəticəni verir:
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəyqin ki, yaltaqlar.
Burada, həmçinin təmsillərin əksəriyyətində mənəviyyatın mənası təmsilin məzmununa uyğun gəlmir. Daha doğrusu, o, bilavasitə ifadə olunmur. “Qarğa və tülkü ” təmsilində yaltaq deyil, yaltağa inanan mühakimə edilir. S.Ə. Şirvaninin “Qurd və quzu” təmsilində qurd quzunu axmaq olduğuna inandırır. Beləliklə, oxucuda gülünc vəziyyətə düşən qarğaya və avam quzuya təəssüf və tənə hissi yaranır.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə