FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Hər dəfə başlıq yazı taxtasına yazıldığından təmsilin planı alınır



Yüklə 0,72 Mb.
səhifə65/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   60   61   62   63   64   65   66   67   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Hər dəfə başlıq yazı taxtasına yazıldığından təmsilin planı alınır.
Dördüncü hissə. Təmsilin axırınadək. Suallar: “Qarışqa Cırcıramadan nə soruşdu?”, “O nə üçün Cırcıramaya belə sual verdi? ”,“ Qarışqa nə üçün Cırcıramaya yemək vermədi? ”, “ Qarışqa Cırcıramaya kömək etsə idi nə olardı? ” ( Başlaq yazı taxtasında yazılır).
Hər dəfə başlaq yazı taxtasına yazıldığından orada təmsilin planı alınır.
4.Təmsilin məzmununun plan əsasında nəql edilməsi. Bir şagird məzmunu qısaca nağıl edir, lazım gəlsə, yoldaşları düzəliş verirlər.
5.Ümumiləşdirici müsahibə. Suallar: « Şair təmsildə insanların hansı
nöqsanlarına gülür? », « Bu məna şerin hansı misralarında verilmişdir?» , « Onu tapıb oxuyun» (Şagirdlər oxuyurlar).
Yayda oxurdun demək?
İndi də bəs oyna bəy.
- Təmsildən nə kimi nəticə çıxır?
- İnsanların həyatından ona bənzər hallar haqqında danışın.
- Cırcırama necə adamlara bənzəyir? Bəs qarışqa?
- Qarışqa Cırcıramanın xahişini rədd etməklə haqlı idimi? Siz qarışqanın yerində olsanız nə edərdiniz?
6. Təmsilin ifadəli oxunmasına hazırlıq.
- Gəlin təmsili ifadəli oxumağı öyrənək.
- Nə üçün bahar sözündən sonra fasilə edilir?
- Kef sözü nə üçün ucadan oxunur?
- Ay aman sözləri nə üçün ucadan və təəccüblə oxunur?
« qaldı o biçarə ac,
Susdu daha naəlac».
Misraları nə üçün aşağı tonla oxunur? Və s.
Sonra iki – üç şagird təmsili ifadəli oxuyur.
7. Qruplar üzrə iş. Qruplardan biri təmsili rollar üzrə (biri şairin, ikincisi cırcıramanın, üçüncüsü qarışqanın sözlərini) oxumağa hazırlaşır: ikinci qrup təmsilə sözlə şəkil çəkməyə hazırlaşır; üçüncü qrupp təsviri sənətə müraciət etməklə müvafiq şəkillər çəkir, plastilindən, təbiət materiallarından fiqurlar, illüstrasiyalar hazırlayır; dördüncü qrup təmsilə aid atalar sözləri və məsəllər (“ İşləməyən dişləməz”, “Hər işin öz vaxtı var”, “Yayda çəkən zəhməti, qışda görər ləzzəti”, “Qarışqa kimi işləyən adamdır”, “Zəhmətsevən ac qalmaz” vəs. ) tapır, beşinci qrup cırcırama və qarışqaya harada rast gəldikləri, onların necə hərəkət etmələri, cırcıramaya nə üçün belə adın verilməsi, qarışqa haqqında daha nələri bilmələri, hansı əsərləri oxumaları ( “Göyərçin və qarışqa ” , “Süleyman şah və qarışqa” ) yaxud məzmununu nəqletməyə. İnsanlar arasında belə hadisələrin baş verməsindən bəhs etməyə hazırlaşır.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə