FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə6/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   2   3   4   5   6   7   8   9   ...   129

 

- 17 -


məhsuludur. Burada ideyalar qəliblərə salınmış  şəkildə verilir 

və  təsnif olunur. Fəlsəfi fikrin cərəyanlara bölünməsi və 

müxtəlif filosofların bu və ya digər cərəyana daxil edilməsi 

əslində  şərti xarakter daşıyır. Artıq məlum ideyaların kiminsə 

tərəfindən təkrar edilməsi ona «filosofluq statusu» vermir. Bu 

mənada hər bir filosof tarixə özünün fərdi, təkrarolunmaz 

düşüncələri ilə  və ya yaratdığı yeni sistemlə düşməlidir. Daha 

ciddi təsnifat zamanı «davamçılar» və «tərəfkeşlər» sıradan 

çıxır və yalnız ideya müəllifləri önə çəkilir.  

İkinci yanaşma ideyaların sistemləşdirilməsinə  əsaslanır. 

Burada hansı ideyanın nə vaxt və kim tərəfindən söylənməsi 

deyil, ideyanın özü önə  çəkilir. Belə olduqda min il bundan 

əvvəl söylənmiş ideya ilə, yüz il bundan qabaqkı  və ya ən 

müasir ideya eyni qrupa düşə bilər. Qədimdə irəli sürülmüş bir 

fikir çağdaş  tədqiqatçı  tərəfindən yenidən canlandırılır və 

müasir fəlsəfi araşdırmaların strukturuna daxil edilir. Bu zaman 

tarixilik elə bir önəm daşımır, belə ki, fəlsəfə tarixi elə 

fəlsəfənin özü olur.  

Bəzən eyni bir ideya müxtəlif dövrlərdə, fərqli coğrafi 

məkanlarda müstəqil surətdə irəli sürülür; bu halda tarixi il-

kinlikdən daha çox, məhz hansı ideyanın, hansı  fəlsəfi fikrin 

sonrakı inkişaf prosesinə  təsir göstərməsi daha önəmli olur. 

Daha doğrusu, hər hansı ideya yalnız dünya fəlsəfi fikrinin 

strukturuna daxil olarkən, zaman oxunda bütöv proses kimi gö-

türülən fəlsəfə tarixinin tərkib hissəsinə çevrilmiş olur. Lakin bu 

ümumbəşəri fəlsəfi yaradıcılıq prosesindən kənarda qalmış bir 

çox fərdi fəlsəfi sistemlər də vardır ki, fəlsəfə tarixinin əsas 

məqsədlərindən biri, zaman-zaman geriyə dönərək onları da bu 

ümumi prosesin kontekstinə daxil etməkdən ibarətdir. Bu 

axırıncı deyilənlər daha çox dərəcədə bir sıra orta əsr islam 

filosoflarının yaradıcılığına aiddir ki, onlar neçə  əsrlər  ərzində 

diqqət mərkəzindən kənarda qalsa da, öz dəyərini itirməmiş və 

onların bu gün də orijinal bir tədqiqat olaraq ümumi fəlsəfi 

prosesə qatılmasına böyük ehtiyac vardır. 

Tarixi gedişatdan kənarda qalmış belə  tədqiqatların üzə 

çıxarılması, müasir fəlsəfi dildə yenidən şərh olunması təkcə bu 

böyük filosofların xatirəsini əbədiləşdirmək və ya ədaləti bərpa 

etmək baxımından deyil, həm də müasir fəlsəfi fikrin inkişafına 




 

- 18 -


yeni impuls vermək baxımından önəm daşıyır. Belə ki, İbn Sina 

və  Ş.Sührəvərdi kimi böyük mütəfəkkirlərin bir sıra ideyaları 

Q.Dekart, İ.Kant, E.Husserl və s. tərəfindən yenidən deyilibsə, 

bu heç də o demək deyildir ki, indi bizim vəzifəmiz ancaq tarixi 

ədaləti bərpa edərək onların xidmətlərini fəlsəfə tarixinə öz 

adları ilə daxil etməkdən ibarət olmalıdır. Məsələ burasındadır 

ki, heç kim, heç kim tərəfindən tam təkrar olunmur. 

Ş.Sührəvərdinin dedikləri Kantda tamamilə başqa bir 

kontekstdə deyilir və başqa bir nəzəri sistemin tərkib hissəsi 

kimi təqdim olunur. Sührəvərdinin isə öz sistemi vardır və bu 

sistem çağdaş ideya müstəvisinə  gətirildikdə tamamilə yeni 

məqamların üzə  çıxmasına imkan açır. Yəni bizim vəzifəmiz 

heç də yalnız təsadüfdənmi, yaxud məqsədyönlü surətdəmi 

dünya fəlsəfi fikir tarixindən kənarda qalmış (saxlanmış)  Şərq 

filosoflarına «bəraət qazandırmaq», onların haqqını özünə 

qaytarmaqdan ibarət olmayıb, həm də onların ideyalarını çağdaş 

problematika və terminologiya kontekstində yenidən 

canlandırmaq və müasir fəlsəfi axtarışların strukturuna daxil 

etməkdən ibarətdir. Nə vaxtsa söylənmiş fikirlərin, 

konsepsiyaların bu gün aktuallığını saxlayıb-saxlamadığı, 

fəlsəfi baxımdan dəyərini hələ  də itirmədiyi ancaq bu zaman 

məlum olur.  Əks-təqdirdə keçmiş  təlimlər fəlsəfi baxımdan 

yox, ancaq tarixi baxımdan maraqlı ola bilər. Beləliklə min illər 

boyu yaranmış və «fəlsəfə tarixi» adı altında toplanmış müxtəlif 

təlimlərin sinkretik toplusu bu günün elmi-fəlsəfi meyarları 

baxımından nəzərdən keçirilib diferensiallaşdıqda onların 

böyük bir qismi zamanın təsiri ilə köhnələrək məhz  tarixə aid 

olsa da, bəlli bir qismi hələ  də müasir fəlsəfi fikrin simasını 

müəyyən etməklə tarixə deyil, fəlsəfəyə aiddir.   

Açıq demək lazımdır ki, Avropada və Rusiyada çıxan fəl-

səfə tarixi dərslikləri əsasən Qərb fəlsəfəsini əhatə edir. Bunun 

da səbəblərindən biri odur ki, hətta böyük fəlsəfə klassiklərinin 

(Hegel, Feyerbax, Rassel və s.) fəlsəfə tarixinə dair 

mühazilərində  və kitablarında  əsasən Qərb fəlsəfəsi  əhatə 

edilmişdir. Onlar bunu açıq deməkdən də çəkinmirlər ki, fəlsəfə 

elə  Qərb fəlsəfəsindən ibarətdir. Avropa ölkələrinin fəlsəfə 

tarixi dərsliklərində adətən «ərəb fəlsəfəsi» adı ilə  cəmi 2-3 



 

- 19 -


ışdır. 

                                                          

səhifə material verilir.

1

  



Hətta ayrıca orta əsrlər fəlsəfəsi adı altında çıxan kitab-

larda da çox vaxt orta əsr «islam» fəlsəfəsinə demək olar ki, yer 

verilmir. Məsələn, Avropada çox geniş yayılmış olan 

F.Ç.Koplstonun irihəcmli «Orta əsrlər fəlsəfəsi tarixi» kita-

bında

2

 islam fəlsəfəsinə  cəmi 25 səhifə yer ayrılmışdır. Hal-



buki, həmin dövrdə Avropada fəlsəfə, hətta dini-fəlsəfi fikir 

məhz müsəlman filosoflarının təsiri ilə formalaşm

Görünür, tək-tək tədqiqatçıların səmimi etirafına baxma-

yaraq, bütövlükdə  Qərb ictimai fikri (dərsliklərə, ensiklope-

diyalara daxil edilən və geniş kütlələrə, gənc nəslə  təqdim 

olunan prioritet fikir) bundan ibarətdir ki, fəlsəfə elə  Qərb 

fəlsəfəsidir; onu əvvəlcə  qədim yunanlar yaratmış, müəyyən 

fasilədən sonra yenə  də avropalılar davam etdirmişlər.  Şərqdə 

isə fəlsəfənin əvəzinə həmişə mistika yayılmışdır.

3

   



Qərb fəlsəfəsi və Şərq mistisizmi. Ənənəvi olaraq Şərqlə 

bağlanan və «Şərq müdrikliyi» kimi yayılan hikmət dünyası da 

nə isə  fəlsəfədən fərqli bir şey kimi qəbul olunur. Təsadüfi 

deyildir ki, müsəlman filosofları və islam dünyasında yaranmış 

fəlsəfi cərəyanlar haqqında fəlsəfi kontekstdə, fəlsəfə tarixinə 

dair  əsərlərdə deyil, daha çox dərəcədə  şərq-şünaslıq 

istiqamətindəki  əsərlərdə  bəhs olunur. Yəni  Şərq, o cümlədən 

müsəlman dünyası hansı isə sahələrdə ixtisaslaşmış şəkildə yox, 

inteqrativ, hətta sinkretik şəkildə öyrənilir. Motiv isə, görünür, 

budur ki, Şərqdə heç ixtisaslaşma getməmiş, düşüncə özü 

sinkretik olmuşdur. «Şərq müdrikliyi» də  nəzəri təfəkkür 

müstəvisində yox, əməli düşüncə, praktik ağıl müstəvisində 

nəzərdən keçirilir. Burada, əlbəttə, həqiqət də vardır. Müdriklik 

həyatla, əməli işlə sıx surətdə bağlıdır. Avropada Şərqin siması, 

 

1

  Məsələn, Skandinaviya universtitetləri üçün dərslik kimi 



buraxılmış 800 səhifəlik fəlsəfə tarixi kitabı; rusca tərcümə:  Гуннар 

Скирбекк,  Нилс  Гилье.  История  философии.  М., 2000. стр. 250-

255. 


2

 Коплстон Фредерик Чарлз. История средневековой филосо-

фии. М., 1997. – 512 с. 

3

 Bax, məs.:  Тор  Андре.  Исламские  мистики.  С-П.: 2003.  



А.Д.Кныш.  Мусульманский  мистицизм:  краткая  история – Спб.: 

2004. – 464 с. və s. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə