FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə9/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   5   6   7   8   9   10   11   12   ...   129

 

- 26 -


                                                          

realizasiya ilə  və ya tarixi şəraitin dəyişməsi ilə 

«gücsüzləşirsə», yenidən realizasiya potensialını itirirsə, deməli 

o mahiyyəti ifadə etmir. Artıq baş vermiş hadisə ancaq tarixdə 

qala bilər. Mahiyyətlər, ideyalar isə əbədidir. Fəlsəfi təlimlərin 

də tarixdə qalması, yaxud tarixin sədlərini keçərək çağdaş fikir 

dünyasında aktuallığını saxlaması, bu təlimlərin nə  dərəcədə 

həqiqi mahiyyətlər, ideyalar üzərində qurulmasından asılıdır. 

Başqa sözlə, fəlsəfi təlim həqiqətən fəlsəfidirsə o heç də tarixdə 

qalmayaraq həmişə müasir olur.  

Məşhur fəlsəfə tarixçisi Kuno Fişer də diqqəti fəlsəfə ilə 

tarix arasındakı  əksliyə yönəldir. O, «Fəlsəfə tarixi elm kimi» 

adlı  əsərində  fəlsəfə tarixinin hətta mümkünlüyünü belə  şübhə 

altına alır: «Tarix və fəlsəfə anlayışları arasında belə bir əkslik 

vardır: tarix hadisələrin zamana görə varisliyi olmadan təsəvvür 

edilə bilməz, fəlsəfə isə  həqiqətin dərki üzərində qurulur ki, 

həqiqət də ancaq şeylə tam uyğunluq halında olan təsəvvürdən 

ibarətdir. Burada iki imkan vardır: təsəvvür şeyə ya uyğundur, 

ya da uyğun deyil. Birinci halda təsəvvür həqiqi, ikinci halda 

yanlışdır. Həqiqət ancaq birdir, o hadisələrin zamana görə 

varisliyini ifadə etmir və deməli onun tarixi də yoxdur».

1

 



Əgər biz «fəlsəfə» anlayışını onun bütün tarix boyu 

keçdiyi təkamül kontekstində araşdırmalı olsaq, müxtəlif 

dövrlərdə müxtəlif lokal elmi-mədəni mühitlərdə bu anlayışın 

xeyli dərəcədə  fərqli mənaları ifadə etdiyini və bu mənaların 

zaman oxunda düzülüşünün hansı isə ardıcıllığı, qa-

nunauyğunluğu  əks etdirmədiyini və beləliklə, müntəzəm 

təkamüldən danışmağın qeyri-mümkün olduğunu görərik. 

Lakin bu fərqli anlamların geniş spektrində bütün 

dövrlərin və elmi-mədəni mühitlərin, bütün düşüncə tərzləri və 

elmi paradiqmaların sərhədlərini keçərək bu günə  qədər gəlib 

çıxmış parlaq zirvələr vardır ki, onlar bu dəyişkənlikdə  və 

müxtəliflikdə bir növ oriyentir rolunu oynamaqla fəlsəfi fikrin 

bir ana xətti olduğunu və  əsrlərin öz arasında bu zirvələrdən 

keçən vahid ideya xətti ilə bağlandığını göstərir. Bu zirvələr 

 

1

  Куно  Фишер.  История  философии  как  наука // История 



Новой  философии;  Декарт:  его  жизнь,  сочинения  и  учение. – 

СПб.: Мифрил, 1994, стр.4. 




 

- 27 -


böyük fəlsəfə klassiklərinin əsərləridir.  

Piramidanın aşağısı  nə qədər geniş sahəni əhatə etsə  də, 

zirvəyə yaxınlaşdıqca müxtəliflik aradan götürülür və bütün 

böyük klassiklərin eyni problemlər ətrafında və əslində həm də 

eyni bir dildə yazdığı ortaya çıxır. Və ancaq zirvələrin 

müqayisəli təhlili fəlsəfi fikrin nisbi müstəqil bir inkişaf yolu 

keçdiyini sübut edir.  

Fəlsəfənin əsas problematikasını və fəlsəfi fikrin mahiy-

yətini müəyyənləşdirmək üçün ən düzgün yol fəlsəfə tarixinin 

izlənməsi deyil, insan təfəkkürünün müasir mərhələdəki 

strukturunda onun nisbi yerinin təyin olunmasıdır. Başqa sözlə, 

fəlsəfənin özünəməxsusluğu elm, din, incəsənət, əxlaq, siyasət, 

hüquq və s. şüur formaları ilə müqayisədə müəyyənləşdiril-

məlidir. Və ancaq müasir baxımdan, məhz fəlsəfi fikir kimi 

dəyərləndirilməli olan sahənin meyarları ayırd edildikdən sonra 

əvvəlki tarixi mərhələlərdə  həmin bu şüur formalarının 

qarşılıqlı nisbəti haqqında fikir yürütmək olar. Ancaq belə 

yanaşdıqda, məsələn, orta əsrlərdə  fəlsəfəyə aid edilən bir 

mövzunun və ya əsərin müasir anlamda əslində ilahiyyata, ya-

xud elmə, siyasətşünaslığa aid olduğu aşkara çıxır. 

(Müasir dövrdə  fəlsəfi problem kimi qoyulan bir məsə-

lənin tarix boyu hansı formalarda qoyulduğu və hansı kon-

tekstlərdə öyrənildiyi də araşdırıla bilər.)  

Beləliklə, fəlsəfənin mahiyyəti də, predmeti də,  əsas 

problemləri də ilk növbədə onun keçdiyi tarixi inkişaf yolundan 

deyil, müasir insanın müasir düşüncə  və  fəaliyyət me-

xanizminin strukturundan intixab edilməlidir.  

Tarix hadisələrin baş verdiyi dövrdə onların iştirakçısı və 

şahidləri tərəfindən qələmə alınmış səlnamələr, təsvirçi mətnlər, 

arxiv materialları  əsasında sonrakı dövrlərdə yaradılan 

versiyalar və sistemli şərhlərdən yaranır.  

Tarix elm və  fəlsəfə ilə  əks qütb təşkil edir. Fəlsəfə ilə 

tarixin arasında çox geniş bir fikir sahəsi dayanır ki, elmi və 

bədii təfəkkür də bura daxildir. Aristotelin yuxarıda iqtibas 

gətirdiyimiz «poeziya fəlsəfəyə tarixdən daha yaxındır» fikri də 

bu kontekstdə daha çox aydın olur.  



Əvvəla, tarixçi mahiyyətləri yox, hadisələri təsvir edir.  

İkincisi, tarixçi bilavasitə özünün deyil, başqalarının  şa-


 

- 28 -


hidliyi  əsasında, müxtəlif mənbələrdən aldığı informasiyaların 

təhlili əsasında model qurur, şərh verir.  



Üçüncüsü, tarixçi hər bir dövrdə hadisələrin mümkün 

gedişat variantları, imkanlar içərisindən ancaq birinin, gerçək-

ləşmiş, həyata keçmiş variantın təsvirini verir. (İmkan ma-

hiyyətə, gerçəklik isə hadisəyə uyğun gəlir).  



Dördüncüsü, tarixçinin düşüncə tərzi, təfəkkür üslubu ha-

disələr dövründə yaşayan və onları  təsvir edən  şəxslərin 

düşüncə  tərzi və  təfəkkür üslubundan fərqli olduğundan tarix 

bəzənə-bəzənə, «düzənlənə-düzənlənə» gedir. Başqa sözlə, 

təfəkkürün inkişafı keçmişdə qalmış hadisələrin özünə təsir edə 

bilməsə də, təsvirinə, şərhinə təsir göstərir.  

Fəlsəfə hadisələri deyil, mahiyyəti əks etdirdiyindən onun 

tədqiqat obyekti zaman-məkan müəyyənliyinə malik deyil. 

Keçmişdə deyilmiş  fəlsəfi bir fikir, həm də müasir dövrə aid 

olmaq əzmindədir. Başqa sözlə, fəlsəfə klassiklərinin əsərləri bu 

gün yazıb-yaradan müasir filosofların əsərləri ilə eyni zamandan 

və eyni məkandan bəhs edir. Yəni, klassiklər müasir 

filosofların müasirləridir. Platonla, Fərabi ilə, Dekartla tanış 

olmaq üçün keçmişə – tarixin dərinliyinə yox, fəlsəfəyə – ideya 

dünyasının dərinliyinə baş vurmaq lazımdır. 

Beləliklə, tarixdə müasir insan (tarixçi) keçmişi  əks et-

dirdiyi halda, fəlsəfədə keçmiş insan (filosof) təkcə öz dövrünü 

yox, həm də müasirliyi əks etdirir.  

Fəlsəfə tarixində isə müasir insan keçmiş insanın düşün-

cələrini təhlil edir. Eyni dövrdə yaşayanların müəyyən mə-

sələlər haqqında düşüncələrini müqayisə etməklə yanaşı, həmin 

məsələlərə dair müasir informasiya bazasından və çağdaş 

düşüncədən də istifadə edir. Və çox vaxt zaman fərqi itir, 

keçmiş bir təlimin izahı üçün müasir tədqiqatçıya və müasir bir 

təlimin izahı üçün keçmiş tədqiqatçıya istinad edilir. Yaxud, 

iki keçmiş filosofun düşüncələri, aralarında neçə yüz il 

fərq olmasına baxmayaraq, məsələ problemlər üzrə 

qoyularkən və müqayisəli təhlil aparılarkən onlar eyni zaman 

müstəvisində nəzərdən keçirilirlər. (Hadisələr özü də, elə bil ki, 

təkrar olunur. «Yeni – yaxşı unudulmuş köhnədir»).  

Fəlsəfədə kimin «köhnə», kimin daha müasir olması 

xronologiya ilə deyil, təlimlərin və terminologiyanın müasir 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə