FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə5/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   2   3   4   5   6   7   8   9   ...   129

 

- 14 -


Kitabda J.-P.Sartr yaradıcılığına geniş yer verilməsi onun 

aktuallığını daha da artırır. Müasir ictimai gerçəkliyə, insan 

həyatının kəsb etdiyi yeni məzmun və  mənaya minilliklərin 

ənənəvi fəlsəfi problemləri kontekstində baxmaq, çağdaş fəlsəfə 

ilə klassik fəlsəfi fikir arasında sərhədləri aradan götürmək

fəlsəfə tarixini vahid, bütöv bir proses kimi nəzərdən keçirmək 

– oxuculara təqdim olunan kitabın əsas məqsədlərindəndir. Ona 

görə  də kitabda sələflərin düşüncələrinə artıq keçilmiş, 

tarixləşmiş bir mərhələ kimi yox, bu gün də aktual olan və 

çağdaş həyatı şərtləndirən əsas amillər kimi baxılır.  

Biz kitabda haqqında söhbət açılan bəzi Qərb filosofla-

rına ona görə nisbətən  ətraflı  şərh verdik ki, müəllif onların 

təlimlərinə ancaq müəyyən bir rakursda baxdığından, oxucunun 

aldığı informasiyanın tamamlanmasına ehtiyac yaranır.  

Kitabda dünya fəlsəfi fikrinin ayrı-ayrı parlaq səhifələri 

müasir fəlsəfi fikir müstəvisinə  gətirilir və müəllifin  şəxsi 

mövqeyi kontekstində müqayisəli şəkildə təhlil olunur. Burada 

hansı isə bir filosofun həyatı  və  təlimi haqqında məlumat 

vermək məqsədi qarşıya qoyulmamışdır. Bu baxımdan, 

oxuculara təqdim olunan bu əsər dərslik, dərs vəsaiti və ya 

ensiklopedik bir toplu olmayıb, dünya fəlsəfi fikrinin ayrı-ayrı 

məqamlarına konkret bir fəlsəfi mövqedən baxışdır.  

Bu kitabda müəllifin tədqiqat xarekterli yazıları, araşdır-

maları toplanmış  və qruplaşdırılmışdır. Bununla belə,  əsər 

bütöv, kəsilməz bir ideya axınını xatırladır. Əsərin qəhrəmanları 

Platon, Fərabi, Cavid və s. deyil; onun ayrı-ayrı bölmələri nə 

vaxtsa yaşamış, cismani həyatını başa vurmuş hansı isə 

filosofun ömür hüdudları ilə  məhdudlaşmır. İdeya davam edir; 

həm də bu proses tarixi zaman ardıcılığı üzrə deyil, təməldən 

zirvəyə doğru yüksəliş  xətti ilə davam edir. İcraçılar zaman-

zaman dəyişsə də, görülən iş vahid və bütövdür; sadəcə estafet 

əldən-ələ ötürülür. Düzdür, bu yol düzxətli deyil, enişli-

yoxuşlu, dəyişkən istiqamətlidir; hər bir iştirakçı sürət götürmək 

üçün yenidən  əvvələ qayıdır və  bəzən geriyə doğru qət etdiyi 

yol o dərəcədə çox səy tələb edir ki, sələfləri keçməyə imkan və 

vaxt çatmır, sanki geriyə qayıdış olur. Amma nə vaxtsa, kimsə, 

nəhayət irəliyə  çıxmış olur. Ümumbəşəri səylərlə atılan 

addımlar bəşəriyyətin vahid fəlsəfi fikir məkanını formalaşdırır.  




 

- 15 -


                                                          

Kim tarixin hüdudlarını keçib, bu çağdaş fəlsəfi fikir məkanına 

daxil ola bilibsə, müəllifin diqqətini də  məhz onlar cəlb edir. 

Başqa sözlə bu kitabda fikrin istiqaməti keçmişdən bu günə 

yox, bu gündən (keçmişə baş çəkməklə) bu günədir.     

Əsərə bütövlük verən digər bir cəhət də bundan ibarətdir 

ki, tarixin təfərrüatları yox, ideyanın kəsilməzliyi  əsas 

götürülür. Kitabda tarix, elm və  fəlsəfəni səciyyələndirən  əsas 

cəhətlər nəzərə alınmaqla, Azərbaycanda fəlsəfə tarixinin əsası 

Nizami Gəncəvi tərəfindən qoyulmuş  şərh üsulundan istifadə 

edilir. Başqa sözlə, filosofların məkan və zaman mənsubiyyəti 

yox, ideya eyniyyəti önə  çəkilir. Zaman fərqi aradan 

götürüldüyündən müəllif müxtəlif dövrlərdə yaşamış filosofları 

eyni zaman müstəvisində müqayisə edir. 

Fəlsəfə tarixinə dair kitablar çoxdur. Lakin müqayisəli 

fəlsəfə tarixi, xüsusən  Şərq və  Qərb fəlsəfələrinin müqayisəli 

təhlili (fəlsəfi komparativistika), son illərdə çıxan bir-iki kitabı

1

 



çıxmaqla, bütün MDB məkanında yox dərəcəsindədir. Bu 

baxımdan, kitabın gələcəkdə rus dilində  də  nəşr edilməsi 

məqsədəuyğun olardı. 

 

Ramiz Mehdiyev  

Fəlsəfə elmləri doktoru, professor 

 

 

 

 

 

 

 

 

 

 

1



  Məs.:  Сравнительная  философия. - М.,  «Восточная  литера-

тура», 2000.– 344 с;  История  современной  зарубежной  филосо-

фии: Компаративистский подход. Санкт-Петербург 1997.– 480 с.    



 

- 16 -


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Giriş: FƏLSƏFİ KOMPARATİVİSTİKA  

        TƏDQİQAT İSTİQAMƏTİ KİMİ 

 

Müasir fəlsəfi düşüncənin mənimsənilməsi və inkişaf et-



dirilməsi üçün klassik fəlsəfi irsin nə dərəcədə önəmli olduğunu 

geniş izah etməyə ehtiyac yoxdur. Biz sadəcə bu məsələyə iki 

fərqli yanaşmanın mahiyyətini aydınlaşdırmağa çalışacağıq. 

Birinci yanaşmanın əsasında fəlsəfənin keçdiyi tarixi in-

kişaf yolu haqqında, ayrı-ayrı filosofların həyat və yaradıcılığı 

haqqında məlumat vermək, onların hansı mövzularda və nə ki-

mi  əsərlər yazdığını sistemli şəkildə  şərh etmək dayanır. Belə 

yanaşma fəlsəfi düşüncədən daha çox, elmi-tarixi düşüncənin 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə