Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudursa, bu nəyi göstərir?



Yüklə 1,84 Mb.
səhifə2/23
tarix20.09.2017
ölçüsü1,84 Mb.
#1068
1   2   3   4   5   6   7   8   9   ...   23

48) Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudursa, bu nəyi göstərir?
A) Aritmiya

B) Taxipnoe

C) Taxikardiya

D) Bradikardiya

E) Bradipnoe

Normada nəbz vurğularının sayı bir dəqiqədə 60-80-dır. Bir dəqiqədə 60 vurğudan az olduqda bradikardiya, 80 vurğudan çox olduqda taxikardiya adlanır.


Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
49) Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
A) Dəriiçi

B) Venadaxili

C) Daxilə qəbulu

D) Əzələdaxili

E) Dərialtı

Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur.


Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998
50) Havanın məhlulla birgə yeridilməsi hava emboliyasına səbəb ola bilər. Nöqtələrin yerinə uyğun cavabı seçin.
A) Bronx daxili

B) Dəri içi

C) Dəri alt;na

D) Vena daxili

E) Əzələ daxili

Şprisdən və ya qanköçürmə sistemindən havanın venaya keçməsi nəticəsində hava emboliyası baş verir.


Ədəbiyyat: C.N.Hacıyev. R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 160 “Təhsil” Bakı 1998
51) Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?
A) 60 mm

B) 50 mm


C) 80 – 90 mm

D) 40 mm


E) 30 mm

Əzələ daxilinə inyeksiya edilən zaman iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçib əzələyə çatmalıdır, ona görə də bu inyeksiya zamanı uzunluğu böyük olan iynə götürülür. Əgər dərman bundan qısa iynə ilə yeridilərsə sorulması çətinləşər, bu da infiltrasiya, absess kimi ağırlaşmalara səbəb olar.


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 49 “Çıraq” 2008
52) Mədənin yuyulmasına göstəriş hansıdır?
A) Xroniki kolit

B) Xroniki enterit

C) Kəskin xolesistit

D) Kəskin kolit

E) Kəskin qastrit
Kəskin qastritə səbəb zəhərli maddələrin, yararsız qidanın mədəyə düşməsidir. Xəstəyə yardım etmək üçün mədəyə düşmüş yararsız maddələr tez bir zamanda oradan çıxarılmalıdır, bunun üçün ən yaxşı üsul mədənin yuyulmasıdır. Mədəni adətən zondla yuyurlar, əgər zond salmaq mümkün deyilsə xəstəyə çoxlu miqdarda su içirir və qusmağa məcbur edirlər.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.59 “Çıraq” 2008
53) Anafilaktik şok zamanı təxirəsalınmaz yardım harada göstərilməlidir?
A) Palatada

B) Hadisə baş verdiyi yerdə

C) Prosedur otağında

D) Qəbul şöbəsində

E) Təcili yardım maşınında
Anafilaktik şok sürətlə baş verən allergik reaksiyadır.Bu zaman təxirəsalınmaz yardım dərhal hadisə baş verən yerdə başlanmalıdır. Dərhal allergenin orqanizmə daxil olma yolları kəsilməlidir. (Əgər arı sancıbsa onun iynəsi pinsetlə çıxarılmalıdır, iynə vurulan yerdən proksimal hissədə turna qoyulmalıdır).
Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 736
54) Xardal yaxmasının dəri üzərində qalma müddəti nə qədərdir?
A) 10 – 15 dəqiqə

B) 3 – 5 dəqiqə

C) 15 – 20 dəqiqə

D) 20 – 30 dəqiqə

E) 20 – 25 dəqiqə
Əgər xardal yaxması birbaşa dərinin üzərinə qoyularsa 10-15 dəqiqəyə hiperemiya əmələ gəlir, bu müddətdən artıq qaldıqda dəridə yanıq əmələ gələ bilər. Yanığın qarşısını almaq üçün xardal yaxmasını vaxtından artıq saxlamaq olmaz.
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 115. “Təhsil”, Bakı 1998
55) Sifon imaləsi üçün neçə litr su götürülməlidir?
A) 5 – 7 l

B) 4 – 6 l

C) 6 – 8 l

D) 1- 2 l

E) 10 – 12 l

Sifon imaləsi əsasən ağızdan qəbul edilmiş zəhərli maddələri kənar etmək üçün istifadə edilir, zəhərli maddələri tamamilə kənar etmək üçün bağırsaq yaxşı yuyulmalıdaır, bunun üçün sifon imaləsi zamanı digər imalələrdən fərqli olraq daha çox - 10-12 l su götürülür.


Ədəbiyyat: C.N.Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.206. “Təhsil” Bakı 1998
56) Spastik qəbizlik zamanı təmizləyici imalənin temperaturu necə dərəcə olmalıdır?
A) 38° – 40°

B) 30° - 32°

C) 15° – 20°

D) 20° – 25°

E) 45° - 50°

Spasitik qəbizliyə səbəb adından məlum olduğu kimi bağırsaqların spazmıdır, spazm aradan qaldırmaq üçün temperaturu 40 dərəcədən artıq, 38 dərəcədən aşağı olmayan su götürülür.


Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.203“Təhsil”, Bakı 1998
57) Arterial hipertenziya nədir?
A) Arterial təzyiqin azalması

B) Mərkəzi venoz təzyiqin artması

C) Mərkəzi venoz təzyiqin azalması

D) Arterial təzyiqin artması

E) Damar tonusunun azalması
Hipertenziya müxtəlif səbəblərdən ( məs: endokrin, böyrək, MSS ,travmatik və s.)

damar tonusunun artmasıdır , bunun da nəticəsində arterial təzyiq qalxır.Hiper-latın dilində cox,tenzion-təzyiq deməkdir.


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 138 “Çıraq” 2008
58) Biokimyəvi müayinə üçün qan nə vaxt götürülür?
A) Ac qarına, səhər

B) Qida qəbulundan 30 dəqiqə sonra

C) Qida qəbulundan 15 dəqiqə sonra

D) Qida qəbulundan asılı olmayaraq

E) Qida qəbulundan 45 dəqiqə sonar
Biokimyəvi müayinə üçün qan səhər saat 7-9 arasında acqarına götürülür, analizə təsir göstərə biləcək dərmanlar analiz götürməkdən 2-3 gün əvvəl saxlanılır, çünki qəbul edilən qida və dərman analizin göstəricisini dəyişə bilər
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.27 “Çıraq” 2008
59)HİV/AİDS( QİÇS-in (qazanılmış immun çatışmazlıq sidromu)) mümkün olan yoluxma yolu hansıdır?
A) Həşəratların dişləməsi

B) Yoluxmuş qanın köçürülməsi

C) Eyni qabdan qida qəbulu

D) Hava damcı yolu

E) Əl ilə təmas

QİÇS xəstəliyinin törədicisi xəstə insanın qanında olur.Həmin virusla infeksiyalaşmış qan və onun fraksiyaları sağlam adama köçürüldükdə, infeksiyalaşmış alətlər vasitəsilə, xəstə anadan körpəyə və cinsi yolla yoluxma baş verir.


Ədəbiyyat: «Справочник терапевта». Г.П.Матвейков. Минск «Беларусь» 2000. Səh. 672
60) BCJ vaksininin yararlılıq müddəti nə qədərdir?
A) 1 il

B) 3 ay


C) 2 il

D) 1 il 6 ay

E) 6 ay
Vaksinin yararlılıq müddəti control nömrə vurulan gündən başlayaraq 2 ildir.

Vaksini işıq düşməyən yerdə +8 dərəcə Selsi temperaturda saxlamaq lazımdır.


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısınn məlumat kitabı”.Səh.167“Çıraq” 2008.
61) Ürək astması zamanı təxirəsalınmaz yardımda hansı preparatlardan istifadə olunur?
A) Vikasol, jelatinol,poliqlükin

B) Droperidol, baralgin, prednizolon

C) Eufillin, laziks, nitroqliserin

D) Atropin, no-şpa, platfillin

E) Mezaton, kordiamin, panangin
Ürək astması kəskin sol mədəcik çatışmazlığıdır. Eufillin bronxları genişləndirir, təzyiqi aşağı salır, laziks (sidikqovucu) artıq mayenin bədəndən çıxarılmasına səbəb olur, nitroqliserin damar genəldici preparatdır, periferiyada qanı depolaşdıraraq, ürəyin işini yüngülləşdirir.
Ədəbiyyat: «Справочнык врача скорой и неотложной помощи». «Феникс» 2001. Стр. 141-142.
62) Qanhayxırma nədir?
A) Öskürək zamanı qan və ya qanlı bəlğəm ifrazı

B) Bəlğəmdə nöqtələr və saplar şəklində qanın olması

C) Qan lifləri olan köpüklü bəlğəm

D) Paslı bəlğəm ifrazı

E) “Qəhvə xıltı ” şəklində qusma

Müxtəlif xəstəliklər, məsələn ağ ciyərin kavernoz vərəmi, ağ ciyər xərçəngi zamanı damarlar zədələnir , bu zaman xəstə öskürdükdə al qırmızı rəngdə qan və ya qanlı bəlğəm ifraz edir - buna qanhayxırma deyilir. Bəzən burundan və diş ətindən qanaxma nəticəsində qanhayxırma baş verir ki, buna yalançı qanhayxırma deyilir.


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511 “Çıraq” 2008
63) Kollaps zamanı istifadə olunan dərman preparatları hansılardır?
A) Mezaton, kofein

B) Nitroqliserin, nifedipin

C) Poliqlükin, vikasol

D) Baralgin, no-şpa

E) Laziks, furosemid

Mezaton damar büzücü, kofein MSS-nə stimulə edici təsir göstərir ki, bu da kollaps zamanı yaranan simptomları aradan qaldırır.


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 321
64) Ağciyər qanaxması zamanı xəstəyə hansı vəziyyəti verilməlidir?
A) Xəstəni uzandırılır

B) Xəstəyə yarımoturaq vəziyyət verib, ayaqlarını aşağı salınır

C) Xəstəni böyrü üstə uzadırılır

D) Xəstənin başı aşağı salınır

E) Xəstəni otuzdurulur

Ağciyər qanaxması zamanı xəstədə aspirasiya baş verməsin və qanaxmanın artması üçün xəstəyə yarımoturaq vəziyyət verib, ayaqlarını aşağı salmaq daha məqsədəuyğundur.


Ədəbiyyat: Е.И.Цазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990. Стр. 209.
65) Rektoromanoskopiya hansı orqanın müayinə üsuludur?
A) Mədənin

B) 12 barmaq bağırsağın

C) Öd yollarının

D) Düz bağırsağın

E) Qida borusunun

Düz və siqmavari bağırsağın rektoskop adlanan cihazla müayinəsinə rektoromanoskopiya deyilir.

Latınca “rekto”, yəni düz bağırsaq sözündən götürülüb.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.215. “Təhsil” Bakı 1998.
66) Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi zamanı baş verir?
A) Parenteral

B) İnhalyasion

C) Xaricə (məlhəm şəklində)

D) Daxilə

E) Sublinqval (dilaltına)
Dərman maddələri parenteral yolla yeridildikdə qana daha tez daxil olur. Buna görə də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş verir.
Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 735
67) Kolonoskopiya hansı orqanın müayinə üsuludur?
A) Öd yollarının

B) Qida borusunun

C) Düz bağırsağın

D) Yoğun bağırsağın

E) 12 barmaq bağırsağın

Yoğun bağırsağların kolonoskop vasitəsilə gözlə müayinəsinə kolonoskopiya

deyilir. “Kolon” latınca yoğun bağırsaq deməkdir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998.
68) Yağ imaləsini nə vaxt aparırlar?
A) Zəhərlənmələrdə

B) Uzun sürən qəbizlikdə

C) Doğuşdan qabaq

D) Ağır xəstələri qidalandırmaq üçün

E) Qarın boşluğunda aparılacaq əməliyyatdan qabaq

Yağlı imalələr aparıldıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir. İsidilmiş 50- 100 ml yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi bürüyür, bağırsaq əzələlərini boşaldır və nəcisin çıxmasına kömək edir, ona görə nəcis kütlələrinin yaxşı yumşalması üçün yağ imaləsini axşam aparmaq lazımdır.

Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.205 “Təhsil” Bakı 1998.
69) İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur?
A) Vena daxili

B) Mədə-bağırsaq

C) Tənəffüs

D) Dəri altı

E) Əzələ daxili
İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman məhlulları xüsusi toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman maddələri buxar halında da udulur, bunun üçün xüsusi buxar inhalyatorundan istifadə edilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “ Çıraq” 2008.
70) Kişilər üçün istifadə olunan kateterin uzunluğu nə qədərdir?
A) 5 sm

B) 15 sm


C) 40 sm

D) 30 sm


E) 10 sm

Kişilərdə sidik kanalının uzunluğu 25-30 sm-dir, ona görə də sidik kanalının uzunluğuna müvafiq olaraq 30 sm-lik kateterdən istifadə olunur.


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 56 “ Çıraq” 2008
71) Dəm qazı ilə zəhərlənmənin ilkin əlamətləri hansılardır?
A) Ürəkdöyünmə, qusma

B) Başgicəllənmə, lənglik, huşun itməsi

C) Təngnəfəslik, qıcolma

D) İshal, qarında ağrılar

E) Yanıqlar, səpkilər
Dəm qazı hipoksik, neyrotoksik, hemotoksik təsirə malikdir. Bu da ilk növbədə lənglik, başgicəllənmə və huşun itməsinə səbəb olur.
Ədəbiyyat: Е.И.Цазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990. Стр. 265
72) Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə edilmir?
A) Biliqnost

B) Biliqrafin

C) Bilitrast

D) Barium

E) Xolevid

Xolesistoqrafiya yolu ilə orqanizmə kontrast maddə yeritmək və sonra rentgen şəkli çəkməklə öd kisəsinin və öd yollarının formasını, funksiyasını öyrənirlər. Öd kisəsinin rentgen müayinəsi üçün tərkibində yod olan maddələrdən- xolevid, biliqnost və s. istifadə edilir . Barium bu zaman istifadə olunmur.


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 102 “ Çıraq ” 2008.
73) Hansı vitamin suda həll olur?
A) E

B) D


C) K

D) A


E) C

Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda, C, B qrup vitaminləri, PP vtamini isə suda həll olan vitaminlərə aiddir.


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq ” 2008
74) Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu olur?
A) K

B) C


C) A

D) E


E) D

A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ” 2008
75) Sümüklərin normal inkişafı üçün hansı duzlar vacibdir?
A) Kalium

B) Maqnezium

C) Barrium

D) Kalsium

E) Natrium

Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117. “ Çıraq ” 2008
76) Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) tutması zamanı ətraflara turna qoyarkən tibb işçisi nəyə fikir verməlidir?
A) Sadalananların hamısına

B) Turna ancaq venaları sıxsın

C) Turnalar ətrafların hamısından eyni vaxtda açılmasın

D) Arteriyalarda nəbz yaxşı əllənsin

E) Turna qoyulan ətraflar qaralmasın

Kəskin sol mədəcik çatışmazlığı( ürək astması) zamanı çox vaxt ətraflara turna qoyulur. Bu zaman tibb bacisi mütləq yuxarıda göstərilənlərə əməl etməlidir, belə ki, turna ancaq venaları sıxaraq, ürəyə gedən qanın miqdarını azaltmalıdır; turna arteriyaları sıxsa müvafiq ətrafın qanla təchizatı pozular; ətraflardan turnaların hamısı eyni vaxtda açılsa xəstə kollapsa düşə bilər; arteriyalarda nəbz palpasiya edilməsə bu venayla birgə arteriyanın da sıxılmasını göstərir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.505 “ Çıraq ” 2008
77) Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?
A) Cinsiyyət sistemi

B) Sidik –ifrazat sistemi

C) Tənəffüs sistemi

D) Həzm sistemi

E) Ürək-qan-damar sistemi

Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür, əsasən bağırsaq diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan operasiyalardan sonra əmələ gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru qoyulur.


Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq ” 2008.
78) Nikturiya nədir?
A) Sidiyin xüsusi çəkisinin sabit qalması

B) Gecikmiş sidiyin xaric olması

C) Sidikdə qanın olması

D) Gecə sidiyinin miqdarının çox olması

E) Sidikdə irinin olması

Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı müşahidə olunur.


Ədəbiyyat :C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh.224. “Təhsil” .Bakı 1998.
79) Dəm qazı ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım?
A) Xəstəni intubasiya etmək

B) Xəstəni təmiz havaya çıxartmaq, oksigen inhalyasiyası aparmaq

C) Xəstəyə antihistamin preparatı vurmaq

D) Xəstəyə vena daxili NaHCO3 yeritmək

E) Xəstənin mədəsini yumaq
Dəm qazının hipoksik təsirini aradan qaldırmaq üçün xəstə dərhal təmiz havaya çıxarılaraq, oksigen inhalyasiyasına başlanılmalıdır.
Ədəbiyyat: Е.И.Цазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990. Стр. 268
80) Sidikdə şəkərin miqdarını təyin etmək üçün sidik necə toplanır?
A) Səhər yuxudan durduqdan sonra 100-200 ml

B) Xəstəyə acqarına 1,5 l maye içirdikdən sonra ilk 4saat ərzində

C) Yalnız gecə saat 22-dən səhərə qədər ifraz etdiyi sidik

D) Steril sınaq şüşəsinə 10 ml sidik yığılır

E) Bir sutka ərzində

Sidiyi şəkərə yoxlamaq üşün xəstə səhər saat 8-də sidik ifraz edib, bu sidiyi tullayır, sonra səhəri gün səhər saat 8-ə kimi ifraz etdiyi sidiyi bir qaba toplayır, sonra tibb bacısı sidiyin ümumi miqdarını ölçür, qabı çalxalayıb, ondan 100-150 ml sidiyi təmiz, quru qaba töküb, laboratoriyaya göndərir.


Ədəbiyyat : C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.225. “Təhsil”. Bakı 1998
81) Zimnitski sınağı aparmaq üçün sidik neçə porsiyada yığılır?
A) 6

B) 8


C) 4

D) 2


E) 3

Zimnitski sınağı böyrəklərin orqanizmin müxtəlif patoloji və fizioloji vəziyyətlərinə uyğunlaşma qabiliyyətini müəyyən etməyə imkan verir. Bu sınaq zamanı xəstənin sutka ərzində hər 3 saatdan bir ifraz etdiyi sidik 8 porsiyada toplanaraq laboratoriyaya göndərilir. Zimnitski sınağının köməyi ilə sutkalıq, gündüz və gecə ifraz olunan sidiyin miqdarını, hər porsiyadakı sidiyin miqdarını və xüsusi çəkisi təyin edilir.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 228 “Təhsil”. Bakı 1998
82) Sidik kisəsinin kateterizasiyası nə zaman aparılır?
A) Sidik kisəsinə müxtəlif dərmanlar yeritmək üçün

B) Sadalanan bütün hallarda

C) Sidik kisəsinə rentgenokontrast maddə yeritmək üçün

D) Sidik kisəsini antiseptik məhlullarla yumaq üçün

E) Sidik kisəsindəki sidiyi boşaltmaq üçün
Sidik kisəsindən sidiyi boşaltmaq, ona müxtəlif dərmanlar yeritmək, sidik kisəsini rivanol, kalium - permanqanat və s. məhlullarla yumaq üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər. Sidik kisəsinə yeridilmiş kateterdən rentgenokontrast maddə yeritməklə, onun rentgen şəklini də çəkmək mümkündür.
Ədəbiyyat : C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səhə 229. “Təhsil ” Bakı 1998
83) Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb işçisi xəstəyə hansı vanna tətbiq edə bilər?
A) İlıq vanna

B) Soyuq vanna

C) İsti vanna

D) İndifferent vanna

E) Sərin vanna
Böyrək daşı sancısı zamanı ilk yardım kimi isti vanna tətbiq edilə bilər.İsti vannanın təsirindən sidik axarlarının spazmı aradan götürülür və daşın xaric olması asanlaşır,xəstənin vəziyyəti yaxşılaşır.
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ” 2008
84) Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?
A) Kartof

B) Çuğundur

C) Ağ çörək

D) Noxud


E) Yumurta

Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 1984
85) Stenokardiya tutması zamanı aşağıdakılardan hansı əks göstərişdir?
A) Nifedipin

B) Nitroqliserin

C) Mezaton

D) İzoket

E) Baralgin

Stenokardiya ürək damarlarının mənfəzinin daralması nəticəsində yaranır. Mezaton damar büzücü preparat olduğundan vəziyyəti daha da ağırlaşdıra bilər.


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 308.
86) Stenokardiya tutması zamanı göstərilən yardımdan sonra xəstənin vəziyyəti yaxşılaşmırsa, bu nəyə şübhə yaradır?
A) Hipotonik kriz

B) Hipertonik kriz

C) Miokard infarktı

D) Aortanın anevrizması

E) Ağciyər ödemi

Stenokardiya tutması ilə miokard infarktının əlamətləri oxşardır. Miokard infarktı zamanı ürək əzələsinin nekrozu baş verir.Oİna görə də göstərilən yardım xəstənin vəziyyətinə təsir göstərmir.


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 309-310.
87) Göstərilənlərdən hansı ambulator tipli müalicə müəssisəsinə aiddir?
A) Klinika

B) Sanatoriya

C) Hospital

D) Xəstəxana

E) Poliklinika
Ambulatoriya tipli müalicə müəssisələrində həm ora müraciət edən, həm də evdə olan xəstələr müalicə olunurlar, bu baxımdan poliklinika da ambulator tipli müalicə müəssisələrinə aiddir. Poliklinikada müvafiq həkim kabinetləri olur: cərrahlıq, terapiya, nevrologiya, urologiya, endokrinologiya və s.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 19 . “ Təhsil ” Bakı 1998.
88) Miokard infarktı zamanı həkiməqədər yardım nədən ibarətdir?
A) Xəstənin mədəsini yumaq

B) Xəstəyə tam üfiqi vəziyyət verib, əzələ daxilinə analgin vurmaq

C) Xəstəni sakitləşdirmək

D) Xəstəyə sidikqovucu vurmaq

E) Xəstəyə tam fiziki (yarımoturaq) və psixi sakitlik vermək,dil altına nitroqliserin

Xəstəyə tam fiziki (yarımoturaq) və psixi sakitlik vermək, dil altına nitroqliserin


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 310-311.
89) Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?
A) Təcili yardım stansiyası

B) Həkim məntəqəsi

C) Qadın məsləhətxanası

D) Xəstəxana

E) Poliklinika

Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə bu müəssisədə yatdıqda aparılır, bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edılır.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ” Bakı 1998.
90) Hiperqlikemik komanın əlamətləri hansılardır?
A) Quru dəri, küylü tənəffüs, ağızdan aseton iyinin gəlməsi

B) Tərləmə, oyanıqlıq

C) Qarın nahiyyəsində ağrı, temperaturun qalxması

D) Arterial təzyiqin kəskin qalxması

E) Qıcolmalar

Hiperqlikemik koma zamanı qanda qlükozanın miqdarı kəskin artır, bu da dərinin qurumasına səbəb olur. Qanda keton turşularının parçalanması aseton iyinin gəlməsinə səbəb olur.


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 436
91) Hiperqlikemik koma zamanı təxirəsalınmaz yardım nədən ibarətdir?
A) Dehidratasiya

B) Vena daxili poliqlükin məhlulu

C) İnsulin terapiyası, rehidratasiya

D) Vena daxili 5%-200 ml Qlükoza məhlulu

E) Əzələ daxilinə ağrıkəsicilər

Hiperqlikemik koma zamanı,insulin qanda qlükozanın səviyyəsini stabilləşdirir. Rehidratasiya isə damar tonusunu,ürəyin dəqiqəlik həcmini artıraraq ürək-damar sisteminə müsbət təsir göstərir.


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 436-437
92) Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?
A) İstənilən vəziyyətdə

B) Sağ böyrü üstə

C) Başın səviyyəsi aşağı vəziyyətdə

D) Oturaq vəziyyətdə

E) Yarımoturaq vəziyyətdə

Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün xəstədə bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə, başı aşağı vəziyyətdə nəql edirlər.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil ” Bakı 1998.
Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə