Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Rentgenoqrafiyada, dolma defekti,, hansı xəstəlik üçün xarakterikdir?



Yüklə 1,84 Mb.
səhifə8/23
tarix20.09.2017
ölçüsü1,84 Mb.
#1068
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

305) Rentgenoqrafiyada, dolma defekti,, hansı xəstəlik üçün xarakterikdir?
A) Mədə xorası

B) Qastrit

C) Mədə sallanması

D) 12 barmaq bağırsaq xorası

E) Mədə xərçəngi

Rentgenoloji müayinə xəstəliyin erkən mərhələlərində diaqnozu təsdiq etməyə və şişin lokalizasiyasını müəyyən etməyə imkan verir. Mədə xərçənginin əsas rentgenoloji əlaməti mədədə kontrast kütlə ilə dolmayan sahənin olmasıdır ki, buna “ dolma defekti “deyilir.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 338.Bakı.“Təbib“1998.
306) Xoranın xərçəngə çevrilməsi necə adlanır?
A) Pilorostenoz

B) Maliqnizasiya

C) Perforasiya

D) Penetrasiya

E) Regenerasiya

Xoranın bəd xassəli transformasiyası maliqnizasiya adlanır. Çox vaxt pilorik hissənin xorası maliqnizasiyalaşır , bu zaman mədənin sekretor funksiyasının azalması qeyd edlir, iştaha azalır, EÇS artır.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 327 Bakı.“Təbib“1998.
307) Qida qəbulundan 30 dəqiqə sonra epiqastral nahiyədə əmələ gələn ağrılar hansı xəstəlik üçün xarakterikdir?
A) Mədə xorası

B) Xroniki qastrit

C) Kəskin pankreatit

D) 12 barmaq bağırsaq xorası

E) Ezofagit

Mədə xorası zamanı qidalanmadan sonra erkən əmələ gələn ağrılara səbəb mədədə gedən həzm prosesi zamanı peristaltikanın və mədə şirəsinin artması nəticəsində xoranın qıcıqlanmasıdır , ona görə belə xəstələrə mədə sekresiyasını azaldan , mədə və 12 barmaq bağırsağın motor funksiyasını ləngidən dərmanlar təyin edilir

Ədəbiyyat : Daxili xəstəliklər F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 327. Bakı. “Təbib “1998
308) 36 yaşlı xəstə epiqastral nahiyədə yeməkdən 30 dəqiqə sonra başlayan ağrılarla feldşerə müraciət edib. Ağrılar çox intensiv olduqda qusma baş verir, Dediyinə görə qusmadan sonra ağrılar nisbətən azalır , bu səbəbdən hətta bəzən xəstə süni qusma yaradır , iştahası saxlanılıb. Bir neçə ildir xəstədir , xəstəliyi yaz –payız fəsillərində kəskinləşir.Feldşer hansı xəstəlikdən şübhələnməlidir?
A) Kəskin pankreatit

B) Ezofagit

C) 12 barmaq bağırsaq xorası

D) Xroniki qastrit

E) Kəskinləşmə mərhələsində olan mədə xorası

Diaqnoz xəstənin şikayətlərinə və anamnezə əsasən qoyulur.Epiqastral nahiyədə yeməkdən 30 dəqiqə sonra əmələ gələn və qusmadan sonra azalan ağrılar mədə xorası xəstəliyinə xasdır. Ağrılara səbəb mədədə gedən həzm prosesi zamanı peristaltikanın və mədə şirəsinin artması nəticəsində xoranın qıcıqlanmasıdır.Anamnezə görə xəstəlik yaz- payız fəsillərində kəskinləşir ki , bu da mədə xorasına xasdır.


Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 321. Bakı.“Təbib “1998
309) Mədə xorası zamanı xəstənin vəziyyətini nə yüngülləşdirir?

1. Qusma ;

2. Gəyirmə;

3. Ağrı zamanı qida qəbulu

4. Qələviləşdirən maddələrin qəbulu
A) 2; 4

B) 1; 4


C) 3,4

D) 1;2


E) 2;3

Mədə xorası zamanı qələviləşdirən maddələr ( məs. natrium hidrokarbonat, almagel, fosfolügel və s.) mədə şirəsinin HCl turşusu ilə reaksiyaya girir və həll olan duzlar əmələ gətirir , ona görə də belə maddələrin qəbulu xəstəni vəziyyətini yüngülləşdirir. Qusma nəticəsində isə xoranın qida maddələri ilə qıcıqlanması azalır və bu da ağrının zəifləməsinə səbəb olur.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh.321. Bakı.“Təbib “1998
310) Epiqastral nahiyədə gecə, acqarına və gecikmiş ağrılar hansı xəstəliyə xasdır?
A) Kəskin pankreatit

B) Kəskin qastrit

C) Mədə xərçəngi

D) Mədə xorası

E) 12 barmaq bağırsaq xorası

12 barmaq bağırsağın xorası epiqastral nahiyədə gecə , gecikmiş və acqarına ağrıların yarnmasına səbəb olur. Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır ,bu da bərk ağrıya səbəb olur . Ağrı olduqda xəstə qida qəbul edərsə ağrı dərhal kəsilir.


Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 321. Bakı.“Təbib “1998
311) 12 barmaq bağırsağın xorası zamanı hansı preparatın qəbulu xəstənin ağrılarını azaltmır?
A) Biseptol

B) Natrium hidrokarbonat

C) Almagel

D) Fosfolügel

E) Maaloks

Biseptoldan başqa digər preparatların hamısı antasidlərdir.12 barmaq bağırsaq xorası zamanı bunların qəbulu xəstənin vəziyyətini yüngülləşdirir, çünki bunlar qələvi əsaslı maddələrdir və mədə şirəsinin HCl turçusu ilə reaksiyaya girərək həll olan duzlar əmələ gətirirlər və xoranın qıcıqlanmasının qarşısını alırlar.Biseptol sulfanilamid preparatlarına aid olduğu üçün onun qəbulu məqsədəuyğun deyil.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. Bakı. “Təbib“ 1998
312) Xroniki qastrit zamanı xəstəyə hansı qida qadağan edilir?
A) Kartof püresi

B) Suda bişmiş toyuq

C) Düyü sıyığı

D) Qızardılmış ət

E) Manna sıyığı

Xroniki qastrit zamanı müalicə qidalanması mühüm yer tutur. Yağlı , qızardılmış qidalar mədənin selikli qişasını qıcıqlandırdığına görə məsləhət görülmür.


Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.310. Bakı. “Təbib“ 1998
313) Mədə qanaxması zamanı xəstənin qusuntusu necə olur?
A) Selikli

B) Al qırmızı qanlı

C) Pis qoxulu

D) “Qəhvə xıltı” şəklində

E) Öd qarışıqlı

Mədə şirəsinin tərkibində olan HCl turşusunun təsirindən hemoqlobin parçalandığına görə qanın rəngi tündləşir “ qəhvə xıltını “ xatırladır.


Ədəbiyyat :Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.325. Bakı.“Təbib “1998
314) Mədə xərçəngi zamanı xəstədə hansı qidaya qarşı ikrah hissi olur?
A) Süd

B) Ət


C) Tərəvəz

D) Yumurta

E) Meyvə

Mədə xərçəngi zamanı xəstəliyin başlanğıc dövrü üçün xas olan erkən əlamətlərdən biri xəstədə ətli qidalara qarşı ikrah hissinin olmasıdır, çünki ətli qidaları nəinki yedikdə ,hətta gördükdə belə xəstədə güclü öyümə, bəzən qusma olur.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 337. Bakı. “Təbib “1998
315) 20 yaşlı xəstə qarnında yeməkdən 4-5 saat sonra ,acqarnına, bəzən gecə başlanan ağrılarla feldşerə müraciət edib. Dediyinə görə qida qəbulundan sonra ağrıları azalır, qəbizliyə meyllidir, iştahası pozulmayıb. Anamnezdən məlum olur ki , xəstə içkiyə aludədir.Baxış zamanı xəstənin rəngi avazımış ,dili ağ ərplə örtülüdür.Palpasiya zamanı 12 barmaq bağırsağın proyeksiyası bərk ağrılıdır.Təxmin edilən diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Kəskin pankreatit

B) Kəskin qastrit

C) Mədə xərçəngi

D) Mədə xorası

E) 12 barmaq bağırsaq xorası ,kəskinləşmə mərhələsində

Anamnezə əsasən : qarında gec , gecikmiş və gecə ağrılarının olması , qəbizliyə meyllik .Bunlara səbəb odur ki,mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır və bu da bərk ağrıya səbəb olur ,ona görə ağrı olduqda xəstə qida qəbul edirsə ağrı dərhal kəsilir.Obyektiv müayinəyə əsasən dilin ərpli və bağırsaq proyeksiyasının ağrılı olması diaqnozu bir daha təsdiqləyir.


Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. Bakı.“Təbib“1998
316) Enterit hansı orqanın xəstəliyidir?
A) Soxulcanabənzər çıxıntının

B) Yoğun bağırsağın

C) 12 barmaq bağırsağın

D) Düz bağırsağın

E) Nazik bağırsağın

“ Entero” latınca nazik bağırsaq deməkdir , “it” şəkilçisi isə iltihabı bildirir.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 347. Bakı. “Təbib“1998
317) Xroniki enterit zamanı hansı qrup preparatların təyini məsləhət deyil?
A) Disbakteriozu aradan qaldıran probiotiklər

B) Patogen floranı zəiflədən antibakterial dərmanlar

C) Antibiotiklər

D) Vitaminlər

E) Həzm fermentləri

Geniş təsir spektrli antibiotiklər xroniki enterit zamanı işlədilmir, çünki bu preparatların disbakteriozu gücləndirmək təhlükəsi mövcuddur.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ;V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 353. Bakı. “Təbib“1998
318) 27 yaşlı qadın göbək ətrafında yeməkdən 3-4 saat sonra başlanan küt ağrılar , qarının köpməsi , qarında güclü qurultu, gün ərzində 3-4 dəfə çoxlu miqdarda duru nəcis ifrazı, halsızlıq ,yorulma, arıqlama , südə qarşı tolerantlığın pozulması şikayətləri ilə feldşerə müraciət edib. Anamnezdən məlum olur ki , bu simptomlar xəstəni 2 ildir narahat edir, ədavalı ,istiotlu qida qəbulundan sonra halı pisləşir. Feldşer hansı xəstəlikdən şübhələnməlidir?
A) Kəskin qastrit

B) Mədə xorası

C) Kəskin pankreatit

D) Mədə xərçəngi

E) Kəskinləşmə mərhələsində olan xroniki enterit

Xroniki enterit zamanı ağrılar küt və ya spastik xarakter daşıyıb ,əsasən göbək ətrafında lokalizasiya edir. Qarnın palpasiyası zamanı göbəkdən bir qədər sola və yuxarı , nazik bağırsağın müsariqəsi boyunca ağrıların olması , xəstənin südə davamsız olması, xəstəliyin kəskin və ədavalı yeməklərdən sonra kəskinləşməsi və gün ərzində 3-4 dəfə çoxlu nəcis ifrazı diaqnozu təsdiqləyir.


Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.348. Bakı. “Təbib “1998
319) Göstərilənlərdən hansı öd durğunluğuna səbəb olmur?
A) Qida qəbulunun seyrək olması

B) Hamiləlik

C) Az hərəkətli həyat tərzi

D) Piylənmə

E) İdmanla müntəzəm məşgul olmaq

Öd durğunluğu ödün axmasına maneə olduqda yaranır , məsələn hamiləlik,piylənmə zamanı öd kisəsi basılır ödün axması çətinləşir, qida qəbulu seyrək olduqda isə öd kisəsi tam boşala bilmir və bu səbəblərdən öd durğunluğu yaranır.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 439. Bakı. “ Təbib “ 1998
320) Xoranın hansı ağırlaşması penetrasiya adlanır?
A) Xərçəngə çevrilməsi

B) Qonşu orqana keçməsi

C) Qanaxma verməsi

D) Deşilməsi

E) Çapıqlaşması

Xoranın qonşu orqana keçməsi penetrasiya adlanır. Əsasən xora kiçik piyliyə, mədəaltı vəzə, bəzən qara ciyərə penetrasiya edir.


Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 326. Bakı.“Təbib“1998
321) 42 yaşlı kişi feldşerə müraciət edib. Obyektiv müayinə zamanı bədən temperaturu 37,3 dərəcə , ümumi vəziyyəti qənaətbəxşdir.Skleralar və yumşaq damaq subikterikdir( zəif sarılıq). Dilin üzəri sarıyaçalan ərplə örtülüdür.Palpasiyada qarnı yumşaq , sağ qabırğaaltı zəif ağrılıdır. Qaraciyər sağ qabırğaaltından 3 sm çıxıb. Dalaq əllənmir.Anamnezə görə 10 il əvvəl kəskin viruslu hepatit keçirib. Xəstəyə ilk olaraq hansı diaqnozu qoymaq olar?
A) Kəskinləşmə mərhələsində olan xroniki hepatit

B) Mədə xərçəngi

C) Qaraciyər sirrozu

D) Kəskin qastrit

E) Kəskin pankreatit

Xəstəyə diaqnoz anamnezə və obyektiv müayinəyə əsasən qoyulur.

Xroniki hepatit müalicəsi tam aparılmadıqda kəskin hepatitdən 6 ay və daha çox sonra meydana gəlir.Anamnezdən bəlli olur ki, xəstə 10 il əvvəl viruslu hepatit keçirib .Obyektiv olaraq qaraciyərin böyüməsi , damağın və skleraların subikterik olması , sağ qabırğa altında ağrı və ağırlıq hissi diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 408. Bakı.“Təbib“1998
322) Feldşer 66 yaşlı xəstə qadına baxmaq üçün evə çağırılıb.Xəstə sağ qabırğaaltında olan , sağ çiyinə , sağ kürəyə vuran güclü ağrıdan , ürəkbulanma və qusmadan şikayət edir. Ağrılar gecə ,qəflətən başlayıb . Axşamüstü yağlı ət yeyib.Belə ağrılar ilk dəfədir baş verir. Palpasiyada sağqabırğaaltı bərk ağrılıdır və həmin nahiyədə əzələlər gərilib.Xəstəyə hansı diaqnozu qoymaq olar?
A) Böyrək daşı xəstəliyi , böyrək sancısı

B) Öd daşı xəstəliyi, qaraciyər sancısı.

C) Qaraciyər çatmamazlığı

D) Kəskin pankreatit

E) Qaraciyər sirrozu

Xəstəyə diaqnoz anamnezə və obyektiv müayinəyə əsasən qoyulur. Ağrının qəflətən , yağlı ət yedikdən sonra başlaması, sağqabırğa altında olması, xəstənin yaşlı qadın olması , ürəkbulanma .qusma diaqnozu dəqiqləşdirməkdə mühüm əhəmiyyət kəsb edir.Belə ki,öd daşı piylənmə və hamiləliklə əlaqədar olaraq qadınlarda daha çox müşahidə edilir. Xəstənin axşamüstü yağlı ət yeməsi öd ifrazını artırıb, bu da öz növbəsində kisədə olan daşı tərpədərək öd axarlarına doğru itələyib ,nəticədə daş mexaniki olaraq ödün axmasına maneçilik törədib, eyni zamanda tutma vaxtı öd axarlarının spazmı kisənin boşalmasını ləngidir və nəticədə sağ qabırğaaltı nahiyədə palpasiyada kəskin ağrı və qarın əzələlərinin gərilməsi baş verir.


Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 445. Bakı. “Təbib“1998
323) İştahanın olmaması necə adlanır?
A) Disfagiya

B) Bulimiya

C) Polidipsiya

D) Polifagiya

E) Anoreksiya

Latınca “ an” inkar şəkilçisidir , “oreks” isə iştaha deməkdir.


Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh.393. Bakı “Təbib“1998
324) 18 yaşlı xəstə başağrısı , bel nahiyəsində sızıldayıcı ağrı , ümumi halsızlıq, sidiyinin çəhrayı rəngdə olması şikayətləriylə feldşerə müraciət edib. Baxma zamanı xəstənin üzundə şişkinlik müşahidə edilir. Anamnezdən məlum olur ki , 3 gündür xəstədir , 2 həftə əvvəl angina keçirib. A/T (arterial təzyiq) 165/ 100 mm.c. süt. Təxmin edilən diaqnoz hansıdır?
A) Böyrək daşı

B) Kəskin pielonefrit

C) Kəskin qlomerulonefrit

D) Sistit

E) Xroniki böyrək çatışmazlığı

Qlomerulonefrit yumaqcıq damarlarının zədələnməsinin üstünlüyü ilə gedən , böyrəklərin tez-tez rast gəlinən immunokompleks xəstəliyidir.Kəskin qlomerulonefrit zamanı bel nahiyəsində sızıldayıcı ağrılar, ümumi halsızlıq , baş ağrısı olur, hematuriya müşahidə edilir. Xəstənin 2 həftə əvvəl angina keçirməsi böyük diaqnostik əhəmiyyət kəsb edir, çünki xəstəlik əsasən streptokokk infeksiyasından sonra başlayır. Üzdə ödemin olması, arterial təzyiqin göstəricisi də qlomerulonefrit diaqnozunu təsdiqləməyə əsas verir.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 459. Bakı. “ Təbib “ 1998
325) Öd sancısı tutması zamanı hansı preparatın istifadəsi əks- göstərişdir?
A) No-şpa

B) Omnopon

C) Allaxol

D) Papaverin

E) Yessentuki -17

Öd sancısı zamanı əsas məqsəd ağrını və spazmıaradan qaldırmaqdır. Narkotiklər Oddi sfnkterində spazm yaratdığına görə öd sancısı zamanı istifadəsi əks- göstərişdir, omnopon da narkotik olduğundan bu baxımdan istifadəsi əks-göstərişdir


Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.445. Bakı. “Təbib “1998
326) Xroniki pankreatit zamanı sadalanan dərmanlardan hansının işlədilməsi məqsədəuyğun deyil?
A) Almagel

B) Digestal

C) Xolenzim

D) Pankreatin

E) Festal

Almagel antasid preparat olub ,əsasən hipersekretor qastritdə istifadə olunur , sadalanan digər preparatlar isə ferment preparatları olduğuna görə mədəaltı vəzin xarici sekretor çatmamazlığında əvəzləyici terapiya məqsədilə tətbiq edilir.


Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.392. Bakı. “Təbib “1998
327) Assit zamanı maye hara yığılır?
A) Plevra səhifələri arasına

B) Orta divararalığına

C) Oynaq kisəsinə

D) Qarın boşluğuna

E) Perikard boşluğuna

Assit latınca “ askos “ – tuluq demək olub, qarın boşluğuna maye yığılmasını göstərir. Əsasən qara ciyərin sirrozu , ürək , böyrək xəstəliklərində müşahidə edilir.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 420.Bakı. “ Təbib“1998
328) Tübaj hansı xəstəlikdə tətbiq olunur?
A) Qara ciyər sirrozu

B) Qastrit

C) Xroniki xolesistit

D) Hepatit

E) Duodenit

Tübaj xroniki xolesistit zamanı öd axınını yaxşılaşdırmaq məqsədilə tətbiq olunur. Bu zaman xəstə 10- 15 dəqiqə sağ böyrü üstə uzanaraq kiçik qurtumlarla 50 ml 25 %-li maqnezium sulfat və ya isti mineral su içir və 1 saat ərzində qara ciyər nahiyəsinə isti isitqac qoyub uzanır.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.444. Bakı.“ Təbib “ 1998
329) Qlomerulonefrit zamanı ödemlər ilk əvvəl hansı nahiyədən başlayır?
A) Plevral boşluq

B) Ayaq


C) Üz

D) Qarın boşluğu

E) Perikard boşluğu

Qlomerulonefrit zamanı ödem erkən əlamət hesab olunub, əsasən üzdən başlayır və xəstəyə xarakterik “ nefritik sifət” verir. Sonra ödem digər boşluqlara keçir . Ödemin əmələ gəlməsinə səbəb diurezin azalmasıdır.


Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 461. Bakı. “ Təbib “1998
330) Sidik sindromuna sadalananlardan hansı aiddir?
A) Proteinuriya

B) Makrohematuriya

C) Hamısı

D) Silinduriya

E) Mikrohematuriya

Kəskin nefrit zamanı sidik sindromuna sadalananların hamısı aiddir.Proteinuriya sidikdə zülalın , silindruriya silindrlərin, hematuriya isə qanın olması deməkdir.Sidikdə bu dəyişikliklərin olması yumaqcıq kapilyarlarının divarının zədələnməsi ilə izah olunur.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 461. Bakı. “ Təbib “ 1998
331) Kəskin qlomerulonefritin profilaktikasında sadalananlardan hansı mühüm əhəmiyyət daşımır?
A) Virus infeksiyası zamanı vaksin və zərdabların yeridilməsinə qəti qadağa

B) Kəskin soyuqdan qorunma

C) Qidada xörək duzunun məhdudlaşdırılması

D) Kəskin infeksion xəstəliklərin qarşısının alınması

E) Orqanizmdəki infeksiya ocaqlarının sanasiyası

Kəskin qlomerulonefrit zamanı yumaqcıqların kapilyarları üzərinə anticism- antigen kompleksi çöküb , böyrəklərin süzmə funksiyası pozulur. Qidada xörək duzunun məhdudlaşdırılması isə kəskin qlomerulonefritin profilaktikasında əhəmiyyət daşımır.


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 459.Bakı. “Təbib“1998
332) Hansı xəstəlik zamanı sidiyin xüsusi çəkisi azalır?
A) Endemik ur

B) Şəkərsiz diabet

C) Sadalananların hamısı

D) Kəskin pielonefrit

E) Şəkərli diabet

Şəkərsiz diabet qanda antidiuretik hormonun tam defisiti nəticəsində yaranır. Bu zaman xəstə gündə 25-30 litrə qədər sidik ifraz edir. Sidiyin xüsusi çəkisi sidikdə həll olan maddələrin ,məsələn sidik cövhəri , kreatin, sidik turçusu, duzlar və s. konsentrasiyasından və ifraz edilən mayenin miqdarından asılıdır.Diurez nə qədər çox olsa və sidikdə həll olan maddələrin konsentrasiyası nə qədər aşağı olsa sidiyin xususi çəkisi bir o qədər az olar.


Ədəbiyyat : Axunbəyli A.Ə ; Alimetov S.N. Daxili xəstəliklər. Səh.367. Şərq- Qərb. Bakı 1998.
333) Xroniki qlomerulonefrit zamanı ödemlər olduqda qidalanmada nə məhdudlaşdırılır?
A) Natrium xlorid

B) Karbohidratlar

C) Zülallar

D) Yağlar

E) Vitaminlər

Xroniki qlomerulonefritin ödemlər kəskin ifadə olunan nefrotik və qarışıq formalarında NaCL miqdarı 1,5- 2,5 qrama qədər məhdudlaşdırılmalıdır , çünki NaCl –un artıq miqdarda qəbul edildikdə orqanizmin suya ehtiyacı artır . Ödem zamanı isə əsas məqsəd orqanizmdə mayenin miqdarın azaltmaqdır.


Ədəbiyyat :F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh.459. Bakı. “ Təbib “1998
334) Hemodializə göstəriş hansıdır?
A) Kəskin ödem

B) Stabil arterial hipertenziya

C) Salananların hamısı

D) Qanda kreatinin miqdarının 1,2 mmol/l- dən çox olması ( XBÇ)

E) İnfeksion ağırlaşmalar

Xroniki böyrək çatmamazlığı daim proqressivləşən xəstəlikdir. Buna görə xəstənin ömrünün uzadılması yalnız hemodializin köməyi ilə mümükündür. Hemodializ üçün isə əsas göstərici qanda kreatinin miqdarıdır , bu göstərici 1,2 mmol/l-dən çox olarsa bu böyrəyin süzmə funksiyasının kəskin azaldığını göstərir , bu halda hemodializ qaçınılmazdır.


Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh.474. Bakı. “Təbib “1998
335) Xroniki böyrək çatışmazlığını təsdiqləyən əsas göstərici hansıdır?
A) Xəstənin apatiya vəziyyəti

B) Arterial təzyiqin yüksək olması

C) Qanda kreatinin artması

D) Proteinuriya

E) Hiperqlikemiya

XBÇ zamanı böyrək nefronları sıradan çıxır ,onların əvəzinə birləşdirici toxuma inkişaf edir. Böyrəklərdə sağ qalmış nefronların miqdarı 30%-dən aşağı düşdükdə, böyrəklərin süzmə qabiliyyəti 30 -35 ml/dəqiqədən aşağı olduqda kreatinin miqdarı artır, kreatinin miqdarının artması XBÇ- nin əsas göstəricisi hesab olunur. Sadalanan digər əlamətlər isə başqa xəstəliklərdə də rast gəlinir.


Ədəbiyyat :F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 478. Bakı. “ Təbib “ 1998
336) Böyrək sancısı zamanı sadalananlardan hansı feldşer edə biməz?
A) Oturaq isti vanna tətbiq etmək

B) Çox miqdarda maye vermək

C) 0,1 %-li atropin inyeksiyası

D) Cərrahi yolla daşı kənar etmək

E) 2%-li baralgin inyeksiyası

Cərrahi yolla daşı kənar etmək yalnız cərrahın səlahiyyətinə aiddir. Sadalanan digər yardımları isə feldşer sərbəst edə bilər.


Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər.Səh. 495. Bakı “ Təbib“1998
337) Sadalanan məhsullardan hansında dəmirin miqdarı azdır?
A) Süddə

B) Paxlada

C) Yumurtada

D) Ətdə


E) Qaraciyərdə

Dəmir qida məhsullarından ən çox ətdə ,qara ciyərdə ,ən az isə süddə olur .Süd əsasən kalsiumla zəngindir. Dəmirin sorulması fosfor tuşuları , çoxlu miqdarda kalsium olduqda azalır ,əksinə askorbin turşusu ,limon, sorbit qəbulunda güclənir.


Ədəbiyyat :F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 543. Bakı.“Təbib“1998
338) Sadalananlardan hansı anemik sindroma aid deyil?
A) Qulaqlarda küy

B) Zəiflik

C) Təngnəfəslik

D) Başgicəllənmə

E) Qusma

Anemik sindrom zəiflik, başgicəllənmə, qulaqlarda küy, azacıq yükdə təngnəfəslik,ürəkdöyünmə ilə xarakterizə olunur. Anemik sindromun ifadəliliyi anemiyanın inkişaf dərəcəsindən asılıdır.


Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 556. Bakı. “ Təbib “ 1998
339) Hansı anemiyada xəstə təbaşir, əhəng, gil,torpaq yeməyə ehtiyac duyur?
A) Aplastik

B) Bütün anemiyalarda

C) Hemolitik

D) Dəmir defisitli

E) B 12 defisitli

Dəmirdefisitli anemiyalı xəstələr üçün təbaşir, əhəng, gil, torpaq yeməyə cəhd şəklində dadın təhrif olunması xarakterik hesab olunur.Buna səbəb dəmir defisitli anemiya zamanı dil məməciklərinin atrofiyası nəticəsində dadbilmənin təhrif olunmasıdır.


Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər.Səh. 539. Bakı.“Təbib “1998
340) Talassemiya hansı xəstəliklərə aiddir?
A) Oynaq xəstəlikləri

B) Qan xəstəliklərinə

C) Birləşdirici toxumanın sistem xəstəliklərinə

D) Maddələr mübadiləsinin pozulması

E) Endokrin sistem xəstəliklərinə

Talassemiya irsi anemiyalara aiddir. Bu xəstəlik zamanı eritrositlər sümük iliyində məhv olurlar. qanda hemoqlobinin miqdarı 30-50 qr/l-ə qədər azalır.


Ədəbiyyat : Axunbəyli A.Ə ; Alimetov S.N. Daxili xəstəliklər. Səh.319. Şərq- Qərb. Bakı 1998
Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə