Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?



Yüklə 1,84 Mb.
səhifə4/23
tarix20.09.2017
ölçüsü1,84 Mb.
#1068
1   2   3   4   5   6   7   8   9   ...   23

134) Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?
A) 100 ml natrium-hidrokarbonat məhlulu

B) 100 ml 25%-li maqnezium-sulfat məhlulu

C) 1-2 litr təmiz su

D) 10 litr təmiz su

E) 100 ml natrium-xlorid məhlulu

Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün ən yaxşı üsül sifon imaləsidir. Sifon imaləsi üçün 10-12 litr 380 C-yə qədər isidilmiş qaynanmış su götürülür. Bu miqdarda maye bağırsaqların zəhərli maddələrdən təmizlənməsini təmin edir.


Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50 “Azərnəşr” Bakı 1984
135) Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?
A) Təmizləyici imalədən

B) Hipertonik imalədən

C) Dərman imaləsindən

D) Yağ imaləsindən

E) Sifon imaləsindən

Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi üçün istifadə olunur.


Ədəbiyyat : N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43 “Çıraq ” 2008.
136) Hirudoterapiya zamanı hansı nahiyələrə zəli qoymaq olmaz?
A) Ənsə nahiyəsinə

B) Ayaqlara

C) Qulaq seyvanının arxasına

D) Qaraciyər nahiyəsinə

E) Əlin ovuc səthinə və ayağın altına

Hirudoterapiya zamanı əlin ovuc səthinə və ayağın altına zəli qoymaq olmaz, çünki bu nahiyələrdə dəri çox qalın olur, zəli oraya dişlərini batıra bilmir. Həmçinin səthi yerləşən vena və arteriyaların üzərinə zəli qoymaq olmaz, çünki bu yerlərdə dəri çox nazik olduğundan ,bu arzuolunmaz qanaxmalara səbəb ola bilər.


Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.41 “Çıraq ” 2008.
137) Qadınlarda sidik kisəsini kateterizasiya etmək üçün hansı kateterdən istifadə olunur?
A) Sərt

B) Şüşə


C) Yumşaq

D) Polietilen

E) Yarım sərt

Qadınlarda sidik kisəsinin kateterizasiyası kişilərə nisbətən sadədir. Qadınlarda sidik kanalı qısa və düz olduğu üçün (5-6sm),sidik kanalına kateter yeritmək çətinlik törətmir. Travmatik fəsadların baş verməməsi üçün tibb işçisi yumşaq kateterdən istifadə etməlidir. Kateterizasiya müasir tibbi praktikada yumşaq rezin kateterlərlə aparılır.Qadın arxası üstə uzanıb,ayaqlarını aralayır,sidiyi toplamaq üçün təmiz ləyən qoyulur.


Ədəbiyyat H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(303)
138) Dərialtı inyeksiya zamanı ən çox nə qədər maye yeritmək olar?
A) 4 ml

B) 2 ml


C) 10 ml

D) 5 ml


E) 8 ml
Dərialtı inyeksiyalar zamanı dərman maddələri orqanizmin dərialtı piy təbəqəsi ilə zəngin, lakin magistral arteriya və venalar olmayan nahiyələrinə yeridilir. Məs, budun ön xarici səthinə, qarının ön yan səthinə və s. Bu nahiyələrdə qan damarları dərində olduğu üçün məhlul gec sorulur ,ona görə dərialtına maksimum 2 ml maye yeritmək olar.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.63 “Çıraq ” 2008
139) Xəstənin rektoromanoskopiyaya hazırlanmasında aşağıdakılardan hansından istifadə olunur.
A) Müayinədən bir gün əvvəl təmizləyici imalə

B) Axşam-səhər təmizləyici imalə

C) Kontrast maddənin yeridilməsi

D) Düz bağırsağa qidalandırıcı məhlulların yeridilməsi

E) Düz bağırsaqda temperaturun ölçülməsi

Rektoromanoskopiya düz və S-vari bağırsağın rektoskop vasitəsi ilə müayinə metodudur. Bu metoddan düz və S-vari bağırsağın şişləri, eroziya, qansızmalarını aşkara çıxarmaq üçün istifadə olunur. Düzgün nəticə almaq üçün rektoromanoskopiyadan əvvəlki gün axşam və müayinə günü səhər təmizləyici imalə etmək vacibdir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 345
140) Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb işçisi nə etməlidir?
A) İynəni dəyişdirməlidir

B) Sistemdə təzyiqi qaldırmalıdır

C) Kanyulanı təmizləməlidir

D) Dərhal həkimi çağırmalıdır

E) Proseduranı tamamilə dayandırmalıdır

İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb işçisi iynəni dəyişməlidir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “Çıraq ” 2008.
141) Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?
A) Qazların bağırsaq vasitəsilə xaric olmasını

B) Bağırsaqlarda patoloji qaz əmələ gəlməsini

C) Mədədəki qazların qida borusu vasitəsilə ağızdan xaric olmasını

D) Mədə möhtəviyyatının qida borusuna keçməsini

E) Mədə möhtəviyyatının ağızdan xaric olmasını

Gəyimə xəstəlik deyil, xəstəliyin əlamətidir.Mədədən qida borusuna keçən hava ağız boşluğundan xaric olur.

Ədəbiyyat :N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “Çıraq” 2008.
142) Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt vermir?
A) Çobanyastığı dəmləməsi ilə imalə etmək

B) Xəstənin mədəsinin yuyulması

C) Qazçıxarıcı boru qoymaq

D) Xəstəyə aktivləşdirilmiş kömür vermək

E) Qara çörək, kələm, süd və s. qaz əmələ gətirən qidaları yeməyi qadağan etmək

Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür. Adətən meteorizm enterokolitlərdə, qarın boşluğunda aparılan operasiyadan sonra, qara çörək, tərəvəz, süd və s. kimi qidalardan sonra da əmələ gəlir. Xəstədə meteorizm olduqda mədənin yuyulması heç bir effekt vermir, digər cavablarda göstərilən yardımlar isə meteorizmi əhəmiyyətli dərəcədə azaldır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.56 “Çıraq ” 2008 .
143) Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?
A) Həb şəklində qəbul etmək

B) Dəriyə sürtmək

C) Vena daxili inyeksiya

D) Gözə damızdırmaq

E) Dəriiçi inyeksiya

Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dilin altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura şəklində yeridilir.Vena daxili və dəriicinə yeritmə dərmanların parenteral, yəni həzm traktından kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.

Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ” Bakı 1998 .
144) Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?
A) Aşağı içəri

B) Aşağı xarici

C) Sağrının orta hissəsində

D) Yuxarı xarici

E) Yuxarı içəri

Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya edilmir.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı 1998.
145) Mədənin yuyulmasına əks- göstəriş hansıdır?
A) Qida borusundan olan qanaxmalar

B) Dərman zəhərlənmələri

C) Qida zəhərlənmələri

D) Alkoqolla zəhərlənmələr

E) Mədə turşuluğunun artması

Mədə diaqnostik və müalicəvi məqsədlə yuyulur. Qida borusundan qanaxma zamanı zondun mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman mədənin yuyulması əks-göstəriş sayılır.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ” Bakı 1998.
146) Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir?
A) Xəstə öyüyür

B) Zonddan mədə möhtəviyyatı xaric olur.

C) Zondla mədəyə maye yeridilir

D) Xəstə hıçqırır

E) Xəstə göyərir,narahat olur

Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond düz yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, öskürmə, göyərmə olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən salınmalıdır.


Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “Çıraq ” 2008
147) İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir?
A) Anafilaktik şok

B) Abses


C) Sepsis

D) Tromboflebit

E) Sinir kötüklərinin zədələnməsi

Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən tutmuş 30-40 dəqiqə ərzində baş verir, əsasən antibiotklər, zərdablar vurduqda yaranır Bu zaman dərhal dərmanın yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.


Ədəbiyyat : C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998.
148) Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi ) əsasən hansı dərmanın yeridilməsindən sonra müşahidə olunur?
A) Antibiotiklər

B) Vitaminlər

C) Narkotiklər

D) Vaksinlər

E) İnsulin

Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin inyeksiyası olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998
149) Müayinə üçün əsnəkdən material götürərkən tibb işçisi aşağıda sadalananlardan hansını düz etmir?
A) Yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürür.

B) Yaxmanı xəstə ağzını dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra götürür

C) Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürür

D) Əsnəkdən götürülən yaxma tez quruduğuna görə laboratoriyaya tez çatdırır

E) Əsnəkdən yaxma götürərkən dili şpatellə tutub saxlayır

Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürürlər, bu zaman dili şpatellə tutub saxlayırlar; yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürürlər. Yemək yeyən kimi və ya ağzı dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra yaxma götürmək olmaz, çünki bu analizin göstəricisini dəyişə bilər.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51 Bakı 2008
150) Nəbzi hansı arteriyalarda saymaq mümkündür?
A) Gicgah arteriyasında

B) Sadalanan bütün arteriyalarda

C) Yuxu arteriyasında

D) Mil arteriyasında

E) Bud arteriyasnda

Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. Nəbzi adətən mil arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün olmasa gicgah, yuxu və bud arteriyalarında da saymaq olar.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.64 Bakı 2008.
151) Stasionarda müalicə alan zaman yataq rejimində olan xəstəyə aşağıda sadalananlardan hansına icazə verilir?
A) Yalnız çarpayıda hərəkət etmək

B) Xəstəxananın həyətində gəzmək

C) Yalnız ayaqyoluna getmək

D) Xəstəxananın ərazisindən kənarda gəzmək

E) Şöbədə gəzmək

Stasionarda müalicə alan xəstəyə xəstəliyin ağırlıq dərəcəsindənasılı olaraq həkim 5 rejim təyin edir: ciddi yataq, yataq, yarımyataq, ümumi və sərbəst rejim. Ciddi yataq rejimində xəstəyə hətta yataqdda belə hərəkətə icazə verilmir; yataq rejimində o ancaq yataqda hərəkət edə bilər, durmağa icazə verilmir; yarımyataq rejimində yalnız ayaqyoluna gedə bilər; ümumi rejimdə yalnız şöbədə, sərbəst rejimdə isə xəstəxananın həyətində gəzə bilər, lakin xəstəxananın ərazisindən çıxmağa icazə verilmir.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 31. “ Təhsil ” Bakı 1998.
152) Böyüklərdə mədənin yuyulması üçün təmiz suyun miqdarını göstərin (litrlə).
A) 4

B) 1


C) 10

D) 2


E) 0,5

Mədənin yuyulması müalicə və diaqnostik məqsədlə aparılır. Bunun üçün yoğun mədə zondundan istifadə olunur. 30-350C temperaturda 10 litr su götürülür.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
153) Sadalanan simptomlardan hansı həzm sistemi xəstəliklərinin əsas simptomlarındandır?
A) Təngnəfəslik

B) Qusma


C) Boğulma

D) Bəlğəm ifrazı

E) Öskürək

Qusma mürəkkəb, qeyri-iradi aktdır, bu zaman mədə möhtəviyyatı mədədən ağız vasitəsilə xaricə atılır. Qusma əsasən həzm sistemi xəstəliklərində, bəzən də mərkəzi sinir sistemi xəstəliklərində müşahidə olunur. Sadalanan digər simptomlar isə əsasən tənəffüs və ürək-qan-damar sistemi xəstəliklərində müşahidə olunur.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 187. “ Təhsil ” Bakı 1998 .
154) Yataq yaralarının profilaktikasına nə aiddir?

1. Yataq ağlarının tez-tez dəyişdirilməsi

2. Xəstəyə tənəffüs gimnastikası etdirmək

3. Yataq ağlarının həftədə bir dəfə dəyişdirilməsi

4. Xəstənin dərisinin dezinfeksiya edici məhlullarla silinməsi

5. Xəstəni rejimlə qidalandırmaq
A) 1,4

B) 1,3


C) 4,5

D) 2,5


E) 2,4

Uzun müddət yataqda olan xəstələr tez-tez tərlədiyindən islanmış ağların vaxtaşırı dəyişdirilməsi və dərinin dezinfeksiyaedici məhlullarla silinməsi yataq yaralarının yaranmasına mane olur.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 58-59 Bakı 2008
155) Dodaqların və barmaq uclarının göyərməsi necə adlanır?
A) Hipotermiya

B) Avazıma

C) Hiperemiya

D) Diffuz sianoz

E) Akrosianoz

Kəskin inkişaf edən damar çatışmazlığı zamanı periferik qan dövranının pozulması və A/T(arterial təzyiqin)-in kəskin enməsi nəticəsində dəri və görünən selikli qişalar avazıyır, sonra göyərir. Ilk növbədə dodaqlar, barmaq ucları, burnun ucu, sonra isə əllər, ayaqlar göyərir.


Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 197
156) Qızdırıcı kompresin düzgün qoyulmaması özünü nə ilə göstərir?
A) Kompres qoyulan yerdə ağrı azalır

B) Kompres qoyulan yer isinir

C) Kompres qoyulan yerdə iltihabi proses sorulur

D) Xəstə üşüyür

E) Kompres qoyulan yerdə qan damarları genişlənir

Kompres 3 qatdan ibarətdir.I)6-8 qatlı tənzif II)müşəmbə III)pambıq və ya qalın parça.Müşəmbə və ya pambıq I qatı tam örtmədikdə kompreslə dərinin arasına hava daxil olur və dəri soyuyur, xəstə üşüyür.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 55 “ Çıraq ” 2008.
157) Tac damarların aterosklerozu zamanı əsas simptom hansıdır?
A) Ürəkbulanma

B) Hipertenziya

C) Təngnəfəslik

D) Döş sümüyü arxası ağrı

E) Baş ağrısı

Tac damarların aterosklerozu zamanı döş sümüyü arxası ağrı, tac damarların topoqrafik anatomiyasına uyğun olaraq lokalizə olunur. Bu zaman ürək əzələsi lazımi miqdarda qanla təchiz olunmadığından ilk növbədə ağrı simptomu ortaya çıxır.


Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990 Стр 194-198
158) Miokard infarktının hansı forması atipik forma deyil?
A) Aritmik forma

B) Serebral forma

C) Anginoz forma

D) Abdominal forma

E) Astmatik forma

Miokard infarktı zamanı ürək əzələsinin nekrozu baş verir. Bu da ilk növbədə döş sümüyünün arxasında güclü ağrı ilə müşayət olunur (status anginosu). Xəstəliyin tipik gedişi bu formada olur. Anginoz formadan başqa digər formalar miokard infarktının atipik formaları sayılır.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 307-317
159) Bədənin hansı nahiyələrində temperatur digər nahiyələrdən 1 dərəcə yüksək olur?

1. Düz bağırsaqda;

2. Uşaqlıqda;

3. Qoltuqaltında;

4. Qasıqda;
A) 1; 2

B) 1; 4


C) 2; 3

D) 1; 3


E) 2; 4

Düz bağırsaqda və uşaqlıqda selikli qişa olduğundan temperatur digər nahiyələrdəkindən 1 dərəcə yüksək olur.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 82 “ Çıraq ” 2008
160) Böyük adamda sakit halda tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə neçə olur?

1. 16 ;

2. 10 ;

3. 20 ;

4. 40 ;
A) 1; 2

B) 1; 4


C) 2; 3

D) 2; 4


E) 1 ; 3

Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə tənəffüsün sayı artır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 83 “ Çıraq ” 2008.
161) Qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsinə hazırlarkən xəstəyə imalə nə zaman qoyulur?
A) Bir gün əvvəl səhər-axşam

B) Həmin gün səhər

C) Bir gün əvvəl axşam

D) Qoyulmur

E) Müayinədən əvvəl

İmalə adətən yoğun bağırsağın instrumental müayinələrindən əvvəl qoyulur. Mədə və onikibarmaq bağırsağın müayinəsi zamanı imalənin heç bir köməkçi rolu olmadığından istifadə olunmur.


Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 207
162) Xroniki qastritin müalicəsi üçün istifadə olunan ferment preparatları hansılardır?
A) Vikalin, simetidin

B) Atropin, qastrosepin

C) Panzinozm, festal

D) Vikаlin, platifillin

E) Atropin, festal

Sekretor çatışmazlıqla müşaiyət olunan xroniki qastritin müalicəsi üçün bu pankreatik fermentlər əvəzedici terapiya kimi böyük rol oynayır.


Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990 Стр 299-300
163) Ürək qüsurlarının yaranması ilə fəsadlaşan xəstəlik hansıdır?
A) Revmatizm

B) Eksudativ plevrit

C) ÜİX

D) Kəskin qastrit



E) Hipertoniya

Revmatizm infeksion-allergik xəstəlik olub, birləşdirici toxumanın sistemli sürətlə iltihabı zədələnməsi ilə xarakterizə olunur. Bu zədələnmə əsasən ürək-damar sistemini əhatə edir. Xəstəlik qapaq aparatının üzvi dəyişikliyinə səbəb olur.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 287
164) Mədə və 12 barmaq bağırsaq xorasının ağırlaşmasına aid deyil?
A) Xoranın penetrasiyası

B) Perforasiya

C) Başqa orqanlara metastaz

D) Bədxassəli transformasiya

E) Qanaxma

Mədə və 12 barmaq bağırsaq xorası yalnız bədxassələşdikdən sonra, yəni mədə xərçənginə keçid aldıqdan sonra metastaz verə bilər. Əsas ağırlaşmalar isə digər variantlarda sadalanan ağırlaşmalardır.


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 349
165) Kəskin qlomerulonefrit xəstəliyi zamanı hansı müayinə metodları ilk növbədə aparılmalıdır?
A) Ekskretor Uroqrafiya

B) Böyrəklərin USM-si

C) Böyrəklərin R-Skopiyası

D) Sistoskopiya

E) Qanın və sidiyin ümumi müayinəsi

Kəskin qlomerulonefrit xəstəliyi zamanı qanda (leykositoz, EÇS-nin yüksəlməsi) və sidikdə (hematuriya, proteinuriya, silindruriya) gərgin ifadə olunan dəyişikliklər müşahidə olunur. Qalan müayinə metodları sonradan yerinə yetirilə bilər.


Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 396
166) Böyrəkdaşı sancısı zamanı həkiməqədər ilk yardım nədən ibarətdir?
A) Xəstəyə üfüqi vəziyyət verib, ayaqlarını azacıq qaldırmaq

B) Dəri altına promedol

C) Xəstəyə sidikqovucular vermək

D) Xəstəni hospitalizasiya etmək

E) Bel nahiyəsinə quru isti, ilıq vannalar, analgetiklər və spazmolitiklər

Böyrək daşı sancısı zamanı bel nahiyəsinə quru isti, ilıq vannalar, analgetiklər və spazmolitiklər əzələ toxumasının, sidik yollarının divarlarının genişlənməsinə (bu zaman daşın sidik kisəsinə keçidi asanlaşır) səbəb olur.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 414
167) Uzun müddət yataqda olan xəstədə yataq yaraları hansı nahiyədə müşahidə edilmir?
A) Qarın nahiyəsində

B) Kürəkdə

C) Ənsədə

D) Omada


E) Dabanda

Adətən yataq yaraları uzun müddət yataqda qalan xəstələrdə bədənin yataqla təmas edən sahələrində əmələ gəlir. Tipik hallarda xəstə arxası üstə yatdığından omada, kürəkdə, ənsədə,dabanda yataq yarası əmələ gəlir. Arxası üstə yatan xəstədə qarın nahiyyəsində yataq yarası əmələ gəlmir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.52 “Çıraq ” 2008
168) Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır?
A) Ağciyər vərəmi

B) Xolesistit

C) Pielonefrit

D) Miokard infarktı

E) Xroniki qastri
Xəstənin yataqda 3 cür vəziyyəti olur: fəal, passiv, məcburi. Xəstə yataqda oturur, çevrilirsə fəal vəziyyət sayılır; xəstə yataqda uzanıb sərbəst hərəkət edə, çevrilə, başını, qolunu qaldıra bilmirsə passiv vəziyyət sayılır; xəstə öz vəziyyətini yüngülləşdirmək üçün aldığı vəziyyət isə məcburu vəziyyət sayılır. Miokard infarktı zamanı hər bir hərəkət ürəyin işini artırdığı üçün tibb bacısı xəstənin passiv vəziyyətdə olmasına nəzarət etməlidir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.107 “Çıraq ” 2008.
169) “Çəlləyəbənzər” döş qəfəsi hansı xəstəlik üçün xarakterik sayılır?
A) Ağciyərlərin emfizeması

B) Bronxial astma

C) Krupoz pnevmoniya

D) Xroniki bronxit

E) Quru plevrit
Ağciyərlərin emfizeması (yunan.emphyse-üfürmək) zamanı qabırğaaraları genəlir, qabırğalar üfiqiləşir, döş qəfəsi ön-arxa tərəfdə böyüyür və çəlləyəbənzər forma alır.

dəbiyyat: Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 234


170) Krupoz pnevmоniya üçün xarakterik olan bəlğəm hansıdır?
A) “Paslı” bəlğəm

B) Selikli bəlğəm

C) Selikli-irinli bəlğəm

D) Bəlğəm olmur

E) İrinli bəlğəm

Krupoz pnevmоniya xəstəliyi zamanı ilk günlərdən başlayaraq xəstədə çətin ifraz olunan, tərkibində qan hissəcikləri olan bəlğəm müşahidə olunur. Bəlğəm tezliklə qəhvəyi-qırmızımtıl rəng alır ki, bu da eritrositlərin parçalanması ilə əlaqədardır. Bəlğəmin bu rənginə görə onu “paslı” bəlğəm adlandırırlar.


Ədəbiyyat: А.С.Cметнев. «Внутренние болезни». Москва «Медицина». 1990. Стр 20.
171) Bronxial astma xəstəliyinin əsas ağırlaşması hansıdır?
A) Miokardit

B) Ağciyər qanaxması

C) Astmatik status- Tənəffüs çatışmazlığı

D) Ürək çatışmazlığı

E) Spontan pnevmotoraks

Astmatik status (astmatik vəziyyət) adi boğulma tutmasından fərqli olaraq bronxolitiklərə və simpatomimetiklərə qarşı rezistentliyi, hipoksiya əlamətlərinin surətlə inkişafı ilə xarakterizə olunur. Astmatik status xroniki prosesin kəskinləşməsi və ya kəskin prosesin qoşulması nəticəsində baş verə bilər.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 215-216
172) Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa ehtiyac yoxdur?
A) Zərdabları

B) Narkotikləri

C) Məlhəmləri

D) Vaksinləri

E) Dərman şamlarını

Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları soyuducuda saxlamağa ehtiyac yoxdur.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh.128 . “ Təhsil ” Bakı 1998.
Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə