Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qlossit hansı orqanın xəstəliyidir?



Yüklə 1,84 Mb.
səhifə9/23
tarix20.09.2017
ölçüsü1,84 Mb.
#1068
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

341) Qlossit hansı orqanın xəstəliyidir?
A) Burunun

B) Dilin


C) Qulağın

D) Damağın

E) Yemək borusunun

“ Qlossa “ latınca dil demıkdir , “it “ şəkilçisi isə iltihabı bildirir.


Ədəbiyyat : F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 539. Bakı. “Təbi “1998
342) Orqanizmdə hansı vitamin çatışmazlığı sinqa və ya skorbut xəstəliyinə səbəb olur?
A) Vitamin C

B) Vitamin D

C) Vitamin E

D) Vitamin A

E) Vitamin K

C vitamininin ,yəni askorbin turşusunun orqanizmdə çatış mazlığı sinqa və ya skorbut xəstəliyinə səbəb olur. C vitamininə gündəlik tələbat 75- 100 mq- dır. C vitamini əsasən sitrus meyvələrində , qarpızda , bibərdə və s. olur. Orqanizmdə C vitamini çatmadıqda hemorragik diatez əlamətləri, damaqlarda qansızma olur, anemiya , hipotoniya və s. kimi əlamətlər müşahidə edilir.


Ədəbiyyat :Справочник фельдшера .Под редакцией А.Н.Шабанова.Стр.4 Москва « Медицина «1983»
343) Seroz boşluqlara toplanan iltihabi maye necə adlanır?

1. Transsudat ;

2. Ekssudat ;

3. Bəlğəm ;

4. İrin
A) 1 ;2

B) 4


C) 2

D) 1 ; 4


E) 3

Seroz boşluqlara iltihab iltihabi maye yığıla bilər , bu maye ekssudat adlanır. Ekssudatın xüsusi çəkisi 1016-1025 arasında olur , onun tərkibində 3-5 % zülal tapılır. Ekssudat mayesində leykositlərin sayı görmə sahəsində 50 -100 – dən artıq olur , bəzən bütün görmə sahəsini tutur.


Ədəbiyyat : Axunbəyli A.Ə;Alimetov S.N. Daxili xəstəliklər. Səh.442. Şərq- Qərb. Bakı 1998.
344) Seroz boşluqlara toplanan durğunluq mayesi necə adlanır?

1. Ekssudat ;

2. Bəlğəm ;

3. Transsudat ;

4. İrin
A) 3

B) 4


C) 1 ;2

D) 2


E) 1

Seroz boşluqlara durğunluq nəticəsində durğunluq mayesi yığıla bilər , bu maye transsudat adlanır. Transsudatın xüsusi çəkisi 1002-1015 arasında olur , onun tərkibində 0,5-2,5 % zülal tapılır. Transsudat mayesində leykositlərin sayı görmə sahəsində 15-20 – dən artıq olmur .


Ədəbiyyat:Axunbəyli A.Ə;Alimetov S.N.Daxili xəstəliklər.Səh.442 Şərq- Qərb. Bakı 1998.
345) Ödem mayesinin döş qəfəsi boşluğunda toplanması necə adlanır?
A) Hidrotoraks

B) Sinovit

C) Assit

D) Hidroperikard

E) Anasarka

“Hydro”- latınca maye , “toraks” döş qəfəsi deməkdir.

“Hydro”- latınca maye , “toraks” döş qəfəsi deməkdir.
Ədəbiyyat : F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 87. Bakı. “ Təbib “ 1998
346) Ürək astması –----------- kəskin çatışmazlığıdır.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) Venaların

B) Periferik damarların

C) Sağ mədəciyin

D) Sol mədəciyin

E) Arteriyaların

Sol mədəcik çatmamazlığı zamanı kiçik qan dövranında təzyiq artır , nəticədə ağ ciyərlərdə venoz durğunluq yaranır ,alveol-kapilyar qaz mübadiləsi pozulur ,bu da kliniki olaraq təngnəfəslik və öskürəklə müşahidə olunur,nəticədə ürək astması tutması baş verir.

Ədəbiyyat : Axunbəyli A.Ə ;Alimetov S.N. Daxili xəstəliklər. Səh.221 Şərq- Qərb.Bakı 1998
347) Xroniki pankreatitin müalicəsində əvəzedici terapiya məqsədilə hansı dərman tətbiq edilir?
A) Almagel

B) Fosfolügel

C) Pankreatin

D) Morfin

E) No-şpa

Mədəaltı vəzin xarici sekretor çatışmazlığında əvəzləyici terapiya məqsədilə ferment preparatları təyin edilir ki , pankreatin də bunlardan biridir.Pankreatin 0,5-1 qr-dan gündə 3-4 dəfə təyin edilir.


Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 391. Bakı “Təbib “1998
BÖLMƏ: 2 Pediatriya
348) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
A) Hipertermiya ilə

B) Cinsi krizlə

C) Anemiya ilə

D) Hipoksiya ilə

E) Hiperbilirubinemiya ilə

Düzgün cavab –hipoksiya ilə

Uşaq doğulan andan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft qan dövranı kəsildikdən sonra qanda O2 azalır və karbon qazının artıq miqdarda toplanması nəticəsində tənəffüs mərkəzi qıcıq-lanır və uşaq ilk dəfə nəfəs alır. Beləliklə, uşağın ilk qışqırıq mexaniz-mi hipoksiya ilə əlaqədar olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 30.
349) Anadan gəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?
A) Qızılca

B) Sifilis

C) Məxmərək

D) Listerioz

E) Toksoplazmoz

Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. Məxmərəklə xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır və dölü yoluxdurur. Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun əmələ gəlməsinə səbəb olur.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
350) Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?
A) Pnevmopatiya

B) Bətndaxili infeksiya

C) Əmmə-udma refleksinin olmaması

D) Hipertermiya

E) Donor südü ilə qidalanma

Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olma-lıdır. Yarımçıq doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə qoyulmur, refleks əmələ gələnə qədər zondla yedizdirilir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” .”Bakı” 2007 Səh 136
351) Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyələnir?
A) Sarılıq gec əmələ gəlir

B) Gedişi uzun müddətli olur

C) Cüzi olur

D) Sarılıq tez keçir

E) Anadan gəlmə olur

38-41 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda fizioloji sarılığın gedişi uzun müddətli olur.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124
352) Yeni doğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?
A) Bitki yağı

B) 96% spirt məhlulu

C) Qaynanmış su,1%-li tetrasiklin məlhəmi

D) 3% perekis məhlulu

E) 5% yod məhlulu

Göz zərif bir görmə orqanıdır. Spirt,yod,perekis, yağ və s. mayelərlə yumaq olmaz.Yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54
353) Sepsis nədir?
A) Qan dövranı pozğunluğu

B) Konstitusional anomaliyalar

C) Bakterial infeksiyanın qan dövranında dövr etməsi

D) Rh-konflikt

E) Mübadilə pozğunluğu

Sepsis orqanizmdə hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir. Xəstəlik ümum əlamətlərlə yanaşı xəstədə yüksək qızdırma ilə də xarakterizə olunur.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234
354) BCJ vaksinasiyasından sonra immunitet nə vaxt yaranır?
A) 10 həftəyə

B) 4 aya


C) 6 aya

D) 8 həftəyə

E) 3 həftəyə

BCJ vaksini yeni doğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd vərəmlə yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50.
355) Qarışıq qidalanma nə vaxt tətbiq edilir?
A) Ana südü çatmadıqda

B) İlin isti fəslində

C) Yarımçıq doğulmuşlarda

D) Sünii qidalanmada

E) Təbii qidalanmada

Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana südünün çatmamasıdır.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145.
356) Bətndaxili infeksiyalara hansılar aiddir?

1. Sitomeqalovirus

2. B hepatit virusu

3. Məxmərək virusu

4. Herpes virusu

5. A hepatit virusu

6. Adenovirus
A) 1,3,5

B) 3,5,6


C) 1,3,4

D) 2,4,6


E) 2,5,6

Sitomeqalovirus,məxmərək,herpes virusu bətndaxili infeksiya törədir.Bu viruslar cift vasitəsilə və ana südündən uşağa keçə bilər. Xəstəlik sepsis və pnevmoniya əlamətləri ilə özünü biruzə verir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192 .
357) Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?
A) 2-3 günə

B) 3 aya


C) 2-3 həftəyə

D) 5-6 günə

E) 2 aya

Cinsi kriz cinsindən asılı olmayaraq yeni doğulmuş uşaqlarda:həm qızlarda,həm də oğlanlarda ola bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə esterogen hormon keçdiyindən, onun təsiri nəticəsində doğulandan sonra uşaqlar da ilk günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
358) Omfolit nəyin iltihabıdır?
A) Mədənin

B) Göbəyin

C) Dalağın

D) Dərinin

E) Qara ciyərin

Yeni doğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa göbək yarası infeksiyalaşır, nəticədə göbək və ətrafı toxumada iltihab baş verir. Bu isə omfolit adlanır.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
359) Hipoqalaktiya nədir?
A) Mədə-bağırsaq pozğunluğu

B) Vitamin çatışmazlığı

C) Ana südünün çatışmazlığı

D) Qan azlığı

E) Qida çatışmazlığı

Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır. Səbəbləri isə müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün qidalanmamasıdır.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132 .
360) Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?
A) Hormonal kriz

B) Yenidoğulmuşların asfiksiyası

C) Yenidoğulmuşların dəri xəstəlikləri

D) Fizioloji sarılıq

E) Istilik mərkəzinin tam inkişaf etməməsi

Yeni doğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdə hələ tam inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinət olmaması nəticəsində tranzistor hipertermiya baş verir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
361) Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?
A) Pis qulluq

B) Maye itkisi və süd azlığı

C) Fizioloji sarılıq

D) Virus infeksiyası

E) Fizioloji mastit

Yeni doğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama qədər olur. Bunun səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35 .
362) Yenidoğulmuşlarda hormonal krizə nə aiddir?
A) Çəki itkisi

B) Sidik turşusu infarktı

C) Tranzitor qızdırma

D) Fizioloji mastit, fizioloji vulvovaginit

E) Fizioloji eritema

Hormonal krizə fizioloji mastit və fizioloji vulvovaqinit aiddir. Fizioloji mastit uşağın cinsindən asılı olmayaraq, uşaq həyatının 3-4 günü baş verir, 2-3 həftə ərzində tədricən yox olur. Müalicə tələb etmir. Fizioloji vulvovaginit qızlarda, doğulandan 6-7 gün sonra baş verir.Xüsusi müalicə tələb etmir. Cinsiyyət üzvlərini tez-tez ilıq kalium-permanqanat (1:50-ə) məhlulu ilə yumaq lazımdır.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
363) Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?
A) Sepsisin

B) Dermatitin

C) Qonoblenoreyanın

D) Sistitin

E) Omfolitin

Uşaq doğulan kimi qonoblenoreyanın profilaktikası aparılır.Bu zaman 1%-li tetrasiklin, 0,5%-li eritromisin məlhəmindən və natrium sulfasil məhlulundan istifadə edilir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33 .
364) Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
A) Sinverman

B) Dubovic

C) Apqar

D) Neceporenko

E) Ortner

Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət uşaqda ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzəzlə tonusu , dərinin rəngi müayinədən keçirilərək balla hesablanır


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34 .
365) Yenidoğulmuşlarda əmələ gələn doğuş şişi nədir?
A) Dölyanı mayenin aspirasiyası

B) Öndə gələn hissənin ödemi

C) Dölyanı mayenin toxumalara toplanması

D) Bətndaxili infeksiya

E) Sümük və sümüküstlüyü arasına qansızma

Doğuş şişi doğum zədələri arasında birinci yeri tutur. Başda, dərialtı toxumada, limfa və qan damarlarında olan durğunluq nəticəsində nöqtəvari qansızmalar və ödem əmələ gəlir. Adətən müalicə tələb etmir. Şiş 24-36 saatdan sonra , bəzi hallarda 2-3 gündən sonra sorulur.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
366) Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?
A) Sarılıq

B) Hemorragik sindrom

C) Hipertermiya

D) Hipotermiya

E) Qıcolma

Baş beynin zədələnməısi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
367) Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?
A) Anada Rh(+) və uşaqda Rh(-)qan

B) Anada Rh(-) və uşaqda Rh(+) qan

C) Anemiya

D) Hər ikisində Rh(+) qan

E) Hər ikisində Rh(-)qan

Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş verir. Eritrositlər hemolizə uğrayır ki, nəticədə hemolitik xəstəlik əmələ gəlir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306 .
368) Doğum evində qonoblenoreyanın profilaktikası nə vaxt aparılır?
A) Doğuşdan sonra ilk 1 saat ərzində

B) Doğuşdan 2 saat sonra

C) Doğuşdan 1 saat sonra

D) Doğuşdan 4 saat sonra

E) Doğuşdan 3 saat sonra

Qonoblenoreyanın profilaktikası doğuşdan sonra ilk 1 saat ərzində aparılır. Əsas məqsəd gələcəkdə gözün qonokok infeksiyasından zədələnməsinin qarşısını almaqdır. .

$$

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198.



.”Sağlam yenidoğulmuşa qulluq üzrə klinik protokol”
369) Hamiləliyin antinatal risk faktoruna nə aid deyil?
A) Vaxtı keçmiş hamiləlik

B) Geçikmiş toksikozlar

C) Çox döllü hamiləlik

D) Hamiləlik vaxtı qanaxma

E) Doğuş vaxtı narkoz vermə

Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antinatal risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil .


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007.səh.71
370) Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya neçə balla qiymətləndirilir?
A) 4-5 bal

B) 8-10 bal

C) 6-7 bal

D) 3-4 bal

E) 1-2 bal

Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptom kompleksidir.Asfiksiya zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qanla təmin olunması pozulur. Hər əlamət 2 balla qiymətləndirildikdə asfiksiyanın dərəcəsi Apqar şkalasına görə 5 əlamətlə qiymətləndirilir .Orta ağır asfiksiya Apqar şkalasına görə 4-5 balla qiymətləndirilir.8-10 yaxşı, 6-7 kafi, 4-5 bal orta ağır asfiksiya sayılır.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145 .
371) Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı preparat istifadə edilir?
A) Adrenalin

B) ATF


C) Noşpa

D) Kokarboksilaza

E) Vitamin C

Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146 .
372) Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?
A) Vaxtında doğulanlar

B) Çox döllü hamiləlik

C) Vaxtından əvvəl doğulmuşlar

D) Çox saylı hamiləlik

E) Vaxtından gec doğulanlar

Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128 .
373) “B” virus hepatiti əleyhinə vaksin hara vurulur?
A) Budun ön nahiyəsinə

B) Vena daxilinə

C) Sağrı nahiyəsinə

D) Dəri daxilinə

E) Sağ çiyin nahiyəsinə

“B” virus hepatiti əleyhinə vaksin budun ön divar nahiyyəsinə vurulir.


Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” (metodik göstərişlər) Modul 2 .2010səh.10
374) Tənəffüsün dayanması necə adlanır?
A) Bradipnoe

B) Kuss - Mayl tənəffüsü

C) Apnoe

D) Taxikardiya

E) Çeyn-Stoks tənəffüsü

Apnoe tənəffüsün dayanması deməkdir. Ən çox yarımçıq doğulmuşlarda və ağır asfiksiyalar zamanı təsadüf edilir.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007. Səh 146 .
375) Apqar şkalasına görə uşağın vəziyyəti balla qiymətləndirildikdə uşaq döşə qoyulur.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) 7-8

B) 8-10


C) 6-7

D) 4-5


E) 2-3

Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə 8-10 bal sağlam uşaq sayılır. Belə uşağı döşlə əmizdirmək əks göstəriş deyil.


Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 147
376)

Feldşer 3 yaşlı uşağa çağırışa gedib.Uşaq bağçaya gedir.3 gündür xəstədir.Uşağın temperaturu 38,0-38,3 oC ,güclü öskürəyi ,zökəm əlamətləri var.Ümumi vəziyyəti orta ağırlıqdadır.Əsnəyi qızarıb,konyuktivit əlamətləri var,işığa baxa bilmir, bədənində nöqtəvari səpgilər var.Uşaq 2 yaşında vaksinasiya edilib,ACDS vaksini vurulub və poliomielit damcısı verilib.Uşaqda hansı xəstəlikdən şübhələnmək olar?

A) Qızılca


B) Adenovirus ifeksiyası
C) Məxmərək
D) Skarlatina
E) Difteriya

Uşaq qızılcaya qarşı peyvənd almayıb.3 gündür qızdırması var.Bədənində nöqtəvari səpgilər,konyuktivit və zökəm əlamətləri var,işığa baxa bilmir.Yumşaq damaqda enantema,Filatov-Koplik ləkəsi aydın görünür.Uşaqda qızılca,xəstəliyi var,Onu yüngül halda evdə müalicə etmək olar,ağır halda stasionara göndərmək və 21 gün karantin elan etmək lazımdır.

$$

Л.А.Исаева.Л.К.Баженова.Детские болезни.Москва 1986 стр.488


377) Vərəmli xəstəni aşkar etmək üçün hansı üsul vacibdir?
A) Qanın biokimyəvi və bakterioloji müayinəsi

B) Tuberkulin diaqnostikası və flüroqramma

C) Sidiyin ümumi və bakterioloji müayinəsi

D) Klinik əlamətlər,anamnez

E) Qanın ümumi və biokimyəvi müayinəsi

Vərəm diaqnozu təsdiq etmək üçün tuberkulinlə Mantu sınağı qoyulur flüroqrafiya edilir , yoluxmuş uşaqlar ftiziatra göndərilir.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 430
378) Hansı halda mantu sınağı müsbət sayılır?
A) 3-4 mm

B) 5-12 mm

C) 1-2 mm

D) 2-3 mm

E) 4-5 mm

Mantu sınağı zamanı tuberkulin dəri daxili yeridilir və 72 saatdan sonra yoxlanılır. 5-12 mm diametri olan papula müsbət sayılır.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 429
379) Vərəmin müalicəsində əsas müalicə prinsipləri hansılardır?

1. Törədiciyə təsir etmək

2. Müqaviməti yüksəltmək

3. Klinik əlamətləri aradan götürmək

4. Vitaminterapiya təyin etmək

5. Hormonlar təyin etmək

6. Pəhriz təyin etmək
A) 1,2,3

B) 1,5,6


C) 2,4,5

D) 2,4,6


E) 3,5,6

Vərəm yoluxucu xəstəlik olduğu üçün ilk xəstliyinin müalicəsində əsas prinsip törədiciyə təsir etməkdir. Bununla yanaşı orqanizmin müqavimətini yüksəltmək lazımdır ki, klinik əlamətlər və fəsadlar tez aradan götürülsün .


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 428
380) Tuberkulinin yeridilmə yolu hansıdır?
A) Dəri içi

B) Əzələ daxilinə

C) Vena daxilinə

D) Sublinqval

E) Dərialtına

Mantu sınağı tuberkilinlə aparılır .Preparat hazır 5 ml (doza) və ya 3 ml (30 doza) steril standart məhlul şəklində buraxılır. Hər il 17 yaşına qədər birdəfəlik şpris ilə dəri içi yeridilir.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр115
381) Meninqokokk bakteriyaları orqanizmə hansı yolla daxil olur?
A) Mədə-bağırsaq

B) Sidik-ifrazat

C) Hematogen

D) Tənəffüs

E) Limfogen

Meningitlə yoluxma zamanı meninqokoklar hava damcı yolu ilə yayılir. Giriş qapısı yuxarı tənəffüs yollarıdır.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 441
382) Meningit xəstəliyinə yoluxmuş uşaqla təmasda olan uşaq neçə gün karantində olmalıdır?
A) Karantin müddəti qoyulmur

B) 10 gün

C) 7 gün

D) 5 gün


E) 21 gün

Meningit aşkar edilərsə təmasda olan uşaqlar izolə edilir, 10 gün müddətində hər gün termometriya aparılmalıdır, burun boğaz və dəri örtükləri müayinə olunmalıdır.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 442
383) Difteriya xəstəliyinin törədicisi nədir?
A) Streptokokklar

B) Löffler çöpləri

C) Göbələklər

D) Viruslar

E) Borde-Janqu çöpləri

Difteriya infeksion xəstəlikdir. Törədici Löfter çöpləridir. Daxil olduğu yerdə fibrinoz iltihab əmələ gətirir və infeksiya baş verir.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 449
384) Difteriya xəstəliyinə yoluxma yolu hansıdır?
A) Hava-damcı

B) Kontakt-məişət

C) Limfogen

D) Fekal-oral

E) Hematogen

Difteriya hava -damcı yolu ilə yayılır. İnfeksiya mənbəyi xəstələr və batsil daşıyıcılarıdır.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 449
385) Hansı xəstəlik zamanı antitoksiki zərdab təyin edilir?
A) Qızılca

B) Skarlatina

C) Su çiçəyi

D) Qripp


E) Difteriya

Diferiya yoluxmuş uşaqlar mütləq hospitalizə edilir və belə xəstələrə Bezredka üsulu ilə anatoksin yeridilir.Difteriyaya qarşı anotoksin tez və effektli dozada yeridildikdə (15000 bv – 50000 bv) xəstənin vəziyyəti yaxşılaşır.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр280
386) Difteriyadan qorunmaq ücün ən etibarlı üsul hansıdır?
A) Fizioterapiya

B) B vitaminoterapiya

C) Hormonoterapiya

D) Antibiotikoterapiya

E) Aktiv immunizasiya

Difteriyadan qorunmaq ücün ən etibarlı üsul aktiv immunizasiyadır.Difteriya əleyhinə peyvənd uşaqlara 2-3- 4-18aylarında AGDT kombinə olunmuş vaksin şəklində əzələdaxili yeridilir.


Ədəbiyyat: “Təcrübədə immunlaşdırma”.Metodik göstərişlər.Modul 2.Bakı 2010.səh7
387) Difteriyaya yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün karantində olmalıdır?
A) 5 gün

B) 1,5 ay

C) 7 gün

D) 2 ay


E) 1 ay

Difteriyalı uşaqla kontaktda olan uşaq 7 gün ərzində izolə edilir. Bu uşaqlara gündə 2 dəfə termometriya və bir dəfə bakterioloji müayinə aparılmalıdır.Ocaqda dezinfeksiya işləri aparılır.


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр280
Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə