Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə4/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   2   3   4   5   6   7   8   9   ...   166

93.  Və  (yadınıza  salın)  o  zaman(ı)  ki,  sizdən  əhd-peyman  aldıq  və  Tur  dağını  başınız  üzərinə 
qaldırdıq  (və  dedik):  «(Tövratın  ayələrindən)  sizə  verdiklərimizi  ciddiyyətlə  öyrənin,  eşidin  və 
qəbul edin.» Onlar (dilləri ilə) «eşitdik», (qəlbləri ilə isə) «itaətsizlik etdik» dedilər və küfrlərinə 
görə buzovun məhəbbəti onların qəlblərində möhkəmləndi. De: «Əgər möminsinizsə (və buzova 
pərəstiş  etməyi,  peyğəmbərləri  öldürməyi  və  təkzib  etməyi  sizə  imanınız  əmr  edirsə),  onda 
imanınızın sizə əmr etdiyi şey nə qədər də pisdir!» 
94. De: «Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər 
doğruçusunuzsa onda ölümü arzulayın.» 
95. Onlar özlərindən qabağa göndərdikləri şeylərə (pis əməllərinə) görə, ölümü əsla arzulamazlar. 
Allah zalımların (halından) xəbərdardır. 
96.  Əlbəttə  (ki,)  sən  onları  (uzun)  ömür  sürməyə  bütün  insanlardan  –  hətta  (Allaha)  şərik 
qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür 
onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir. 
97. («Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: 
«Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur’anı sənin qəlbinə Allahın 
əmri  (və  ya  əzəli  iradəsi)  ilə  ondan  qabaq  olan  (səmavi  kitab)ların  təsdiq  edicisi  və  möminlər 
üçün hidayət və müjdə olaraq nazil edib.» 
98. Kim Allah, Onun  mələkləri,  peyğəmbərləri, Cəbrail  və Mikail  ilə düşmən olsa (kafirdir və) 
şübhəsiz Allah da kafirlərə düşməndir.  
99.  Həqiqət  budur  ki,  Biz  sənə  aydın  və  aydınlıq  gətirən  ayələr  nazil  etdik  və  onlara  ancaq 
fasiqlər kafir olarlar. 
100.  Nə  üçün  onlar  nə  vaxt  (Allah  və  Onun  peyğəmbərləri  ilə)  əhd  bağlayıblarsa,  onların  bir 
dəstəsi onu pozub?! (Bunlar nəinki əhdi pozurlar,) hətta əksəriyyəti iman gətirmir. 
101. Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən 
bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qur’ana və ya 
öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi arxa çevirdi.  
102.  (Yəhudilər)  Süleymanın  zamanında  şeytanların  (özlərinin  tərtib  etdikləri  cadu  kitabından) 
oxuduqlarına  tabe  oldular.  Süleyman  kafir  olmadı  (həmin  dövrdə  küfrə  səbəb  olan  və  ya  küfr 
hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil 
diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. 
Halbuki  o  ikisi  «biz  yalnız  imtahan  vasitəsiyik  (və  sehri  sənə  yalnız  sehrbazlarla  mübarizə  və 
onların  sehrini  batil  etmək  üçün  öyrədirik)»  deməkdən  başqa  heç  kəsə  (bir  şey)  öyrətmirdilər. 
Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki 
mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) 
izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran 
və  faydası  olmayan  şeylər  öyrənirdilər.  Həqiqətən,  (yəhudi  tayfası)  belə  bir  əməli  satın  alanın 
axirətdə  bir  nəsibinin  olmayacağının  qətiliyini  bilirdilər.  Özlərini  satdıqları  şey  olduqca  pisdir, 
əgər bilsəydilər! 
103. Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah 
tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər! 
104.  Ey  iman  gətirənlər!  (Peyğəmbərə  xitab  edərkən)  «raina»  (bizi  riayət  elə)  deməyin, 
«unzurna» (bizə nəzər sal) deyin (-çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır-) və 
(Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır. 
105.  Nə  kitab  əhlindən  olan  kafirlər,  nə  də  müşriklər  Rəbbiniz  tərəfindən  sizə  (vəhy,  kitab  və 
qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus 
edər. Allah böyük lütf, mərhəmət sahibidir.  
106.  Hər  hansı  bir  nişanəni  aradan  aparsaq,  ya  yaddaşlardan  silsək,  ondan  daha  xeyirlisini,  ya 
onun bənzərini  gətirərik (hər hansı bir Qur’an ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi 
dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik). Məgər Allahın hər bir şeyə 
qadir olmasını bilmirsən?! 


107.  Məgər  bilmirsənmi  ki,  göylərin  və  yerin  həqiqi  mülkiyyəti,  səltənəti  və  höküməti  yalnız 
Allaha məxsusdur?! (Çünki hər bir şeyin  yaradılışı, qorunması,  idarə olunması  və yox edilməsi 
Onun istəyindən asılıdır.) Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!  
108. Yoxsa siz də Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən 
kimi (qeyri-mümkün və ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən 
şəxs, həqiqətən, doğru yolu itirmişdir.  
109. Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından 
qaynaqlanan  paxıllıq  üzündən  sizi  imanınızdan  sonra  küfrə  qaytarmaq  istəyirlər.  Buna  görə  də 
Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. 
Həqiqətən, Allah hər şeyə qadirdir. 
110. Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) 
Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir.  
111.  Və  dedilər:  «Cənnətə  yəhudi,  ya  xristiandan  başqa  əsla  heç  kəs  daxil  olmayacaqdır.»  Bu, 
onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin.» 
112.  Bəli,  özünün  bütün  vücudunu  Allaha  təslim  edən  kəs,  yaxşı  əməl  sahibi  olsa,  onun  üçün 
Rəbbinin  yanında  məqamına  uyğun  bir  mükafat  vardır.  Onlar  üçün  (axirətdə  heç)  bir  qorxu 
yoxdur və onlar qəmgin olmayacaqlar. 
113.  Yəhudilər  dedilər:  «Xristianlar  haqq  dində  deyildirlər.»  Və  xristianlar  dedilər:  «Yəhudilər 
doğru  dində  deyildirlər.»  Halbuki,  onların  hamısı  (səma)  kitab(ı)  oxuyurlar.  (Deməli  iddiaların 
hər ikisi səhvdir  və hər  iki şəriət yalnız öz  zamanlarında haqdır.) (Müşriklər  kimi) nadanlar da 
onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa 
düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir.  
114.  Allah  məscidlərində  Onun  adının  çəkilməsinə  mane  olan  və  onların  viran  edilməsi 
(istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) 
qorxu(su)  ilə daxil  olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə 
böyük bir əzab vardır. 
115.  Şərq  və  qərb  (yer  kürəsi,  eləcə  də  şərq  və  qərbi  olan  bütün  planetlər)  Allaha  məxsusdur. 
Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz 
Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.  
116. Və (kitab əhli) dedi: «Allah (Özü üçün)  övlad götürmüşdür!» O (bütün  bunlardan) pakdır! 
Əksinə,  göylərdə  və  yerdə  olanların  hamısı  Onun  həqiqi  mülküdür  (çünki  onların  yaradılışı, 
qorunması,  idarə  olunması  və  yox  edilməsi  Onun  əlindədir).  Hamı  Onun  qarşısında  təslimdir. 
(Belə olan halda, mülkiyyət necə övlad ola bilər və mülkiyyət sahibinin ona nə ehtiyacı var?) 
117. (O,) göyləri və yeri yoxdan (layihə və plansız) yaradandır. Bir şeyin vücuda gəlməsi əmrini 
verəndə, ona yalnız «ol!» deyər, (həmin şey də) dərhal olar. (Bir şeyi  istədiyi zaman həmin şey 
dərhal vücuda gələr.) 
118. (Müşrik və kafirlərdən olan) nadanlar dedilər: «Allah bizimlə nə üçün danışmır  və ya bizə 
(sənin peyğəmbərliyinə dəlalət edən) bir möcüzə gəlmir?!» Onlardan qabaqkılar da buna bənzər 
sözlər  dedilər.  Onların  qəlbləri  (nadanlıq  və  inadkarlıqda)  bir-birinə  bənzəyir.  Şübhəsiz,  Biz 
(tovhid və Öz dinimiz barəsindəki) aydın dəlilləri inam əhli üçün bəyan etmişik.   
119. Şübhəsiz, Biz səni  haqq və doğru olaraq müjdə verən və qorxudan kimi göndərdik və sən 
(risaləti  çatdırdıqdan  və  dəlil  gətirərək  bəhanəyə  yer  qoymadıqdan  sonra)  Cəhənnəm  əhli  üçün 
(onların vəziyyətləri barəsində) qətiyyən məsuliyyət daşımırsan. 
120.  Sən  yəhudi  və  xristianların  dinlərinə  tabe  olmayınca,  onlar  heç  vaxt  səndən  razı 
qalmayacaqlar. De: «Həqiqətən (əsl) hidayət yalnız A llahın hidayətidir». Əgər sənə gələn elmdən 
sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı 
olmayacaqdır. 
121.  Ona  (Qur’ana,  ya Peyğəmbərə)  iman  gətirənlər  (yəhudi  və  xristianlar  kimi  səma)  kitab(ı) 
verdiyimiz  və  onu  layiqincə  (təhrif  etmədən,  düşünüb  əməl  etməklə)  tilavət  edən  kəslərdir. 
Ziyana uğrayanlar isə onu inkar edənlərdir. 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə