Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   ...   6   7   8   9   10   11   12   13   14

29 

 

zərərli  qatışıqların,  yəni  xlorlu  Na  və  Na



2

O

4



,  dəmir  oksidinin  olmasıdır.  Şüşə 

sənayesində  ən  çox  mirabilit  (Na

2

O

4



  10H

2

O)  şəklində  Na



2

O

4



  tətbiq  edilir.  Ərimə 

temperaturu 884

0

C-dir. Na



2

O

4



 sodaya nisbətən çox ucuz və az defisit xammaldır. 

Potaş  şüşə  sənayesində  daha  qiymətli  xammaldır.  O  kristall  və 

susuzlaşdırılmış  olur.  Şüşə  birləşməsində  əsasən  ərimə  temperaturu  881

0

C  olan 


susuz  potaş  tətbiq  edilir.  Kalium  oksid  məmulata  parlaqlıq,  şəffaflıq  verir, 

kristallaşmanı  azaldır.  O  yüksək  keyfiyyətli  qablar,  büllur  və  rəngli  məmulatlar, 

optik şüşə hazırlanmasında tətbiq edilir. 

Əhəng  və təbaşir vasitəsilə şüşənin tərkibinə kalsium-oksidi daxil edilir ki, 

bu  da  şüşəyə  kimyəvi  davamlılıq  verir,  şüşə  kütləsinin  işıqlı  olmasına  və  tez 

bişməsinə səbəb olur. Əhəng çöküntü suxurudur, təbaşir-kalsitin müxtəlif növüdür, 

yumşaq  və  boş  suxurludur.  Əhəng  600

0

C-dən  yuxarı  temperaturda  parçalanır  və 



kalsium oksid ayrılır. Zərərli qatışıq dəmir oksidi sayılır ki, 0,03 faizə qədər icazə 

verilir. 



Dolomit  (CaCO

3

.

MgCO

3

)  karbon  turşusundan  ibarət  olub,  qızdıran  zaman 

kalsium  və  maqnezium  oksidləri  ayrılır.  Maqnezium  oksidi  şüşənini  termiki 

genişlənməsini və kristallaşmasını azaldır, həmçinin özlülüyünü, möhkəmliyini və 

kimyəvi davamlılığını artırır. 



Sink  belili  -  o  şüşəyə  sink  oksidi  daxil  etmək  üçündür.  Onlar  bişmə 

prosesində  tam  şüşəyə  keçirirlər.  Tərkibində  sink  oksidi  olan  məmulatlar  işıq 

şüasını  sındırır,  yüksək  parlaqlığı  və  şəffaflığı  ilə  fərqlənir.  Sink  oksidi 

laboratoriya, texniki və bəzi başqa xüsusi növ şüşə istehsalında geniş tətbiq edilir. 



Surik  yüksək sıxlıqlı, xarakter parlaqlı  və işıqda bərq vuran qiymətli büllur 

məmulatına  və  optik  şüşə  istehsalına  işlədilir.  Surik  880

0

C  temperaturda 



parçalanaraq  atom  halında  oksigen  ayrılır  ki,  şüşə  kütləsinin  şəffaflaşmasını 

asanlaşdırır. Tərkibində qurğuşun suriki olan məmulatlar asan cilalanır, pardaqlanır 

və s. onlar işıq şüasını asan sındırır, kimyəvi davamlılıq aşağıdır, rentgen şüalarını 

udur.  Büllur  məmulatların  xüsusiyyəti  təmiz,  melodik  olması  və  ağac  çubuqla 

toxunduqda  uzun  cingiltili  səs  verməsidir.  Qurğuşun  büllurun  çatışmayan  cəhəti 



30 

 

bişmənin oksidləşdirici bərpaedici şəraitinə yüksək həssaslığıdır. Qurğuşun-barium 



büllurun  bu  çatışmayan  cəhəti  yoxdur,  öz  xassələri  ilə  qurğuşun  büllurundan 

fərqlənmir. 

Son illərdə şüşə bişirlməsinə başqa oksidlər, o cümlədən dörd valentli nadir 

elementlər də tətbiq etməyə başlayıblar. Məsələn,  geranium  oksidi, titan  iki oksid 

sirkonium iki oksid, torium oksidi, germanium oksidi sındırma göstəricisini artırır, 

titan  iki  oksid,  bundan  başqa,  kimyəvi  davamlılığını  artırır  və  spektrin 

ultrabənövşəyi şüalarını udur. 

Sirkonium  iki  oksid  şüşənini  kimyəvi  və  termiki  davamlılığını,  sıxılma  və 

dartılma  zamanı  möhkəmliyini  artırır,  kövrəkliyini  azaldır  (termiki  genişlənmə 

əmsalını azaldır). 

Göstərilən  maddələrdən  başqa,  tərkibində  eyni  zaman  bir  neçə  şüşə  əmələ 

gətirici  oksidlər  olan  materiallar  tətbiq  edilir.  Buraya  əsasən  dağ  suxurları  – 

nefelin, traxit gülü və s. daxildir. 

Şüşə  qırıntıları  şüşə kütləsinin bişməsini sürətləndirir. O şixtanın tərkibinə 

15-30  faizə  qədər  əlavə  edilir.  Şüşə  qırıntısının  kimyəvi  tərkibi  əsas  şixtanın 

tərkibinə  uyğun  olmalıdır.  Müxtəlif  tərkibli  qatışıq  şüşə  qırıntısından  istifadə 

edilmir, belə ki, bu şüşə kütləsini bişmə prosesinin rejimini və məmulatın formaya 

salınmasını dəyişə bilər. 

Köməkçi    materiallar.    Əsas  köməkçi  materiallar  boyalar,  tutqunluq 

verənlər,şüşənin  rəngini  alanlar,  şəffaflıq  verənlər,  oksidləşdiricilər,  bərpaedicilər 

və şüşə kütləsinin bişməsini sürətləndirənlər daxildir. 

Boyaqlar  şüşəyə müəyyən rəng vermək üçün şüşənin tərkibinə daxil edilir. 

Şüşə  kütləsinin  bişmə  prosesində  boyaqlar  ya  həll  olur,  ya  kremzyonla  birlikdə 

boyanmış  silikat  əmələ  gətirir,  ya  da  kalloid-disper  hissəcikləri  halında  qalar. 

Şüşənin bu və ya digər işıq şüalarını seçib udmasını təmin edir. 

I. Molekulyar boyaqlar, II. Kalloid-dispersiya boyaqları deyilir. 

Molekulyar boyaqlar bir qayda olaraq ağır  metal oksidləri (CO, Ni, Mg, Si, 

Cr) daxildir. Onlar əlavə isti emalsız müəyyən rənglər verir. Şüşənin rəngi boyayıcı 



31 

 

oksidin xarakter və miqdarından, şüşə kütləsinin kimyəvi tərkibindən, mühitdən və 



bişmə  şəraitindən  asılıdır.  Az  miqdarda  (0,1-0,5  faiz)  ən  aşağı  dərəcədə 

oksidləşmiş kobalt şüşəyə göy rəng, çox miqdarda qırmızı çalarlıqlı bənövşəyi-göy 

rəng verir. Şüşəyə kobalt və manqan peroksid birləşməsini daxil etdikdə al-qırmızı, 

bənövşəyi və qara rəngli şüşə alınır. 

Manqan  peroksidi  natrium-kalsium  şüşəsini  qırmızımtıl  bənövşəyi  rəngə, 

dəmirlə  birlikdə  narıncı  və  qırmızımtıl  qəzvəyi  rəngə  boyayır.  Manqan  peroksidi 

və  xrompik  əlavə  etməklə  qara  şüşə  alınır.  Manqan  oksidi  şüşəyə  bənövşəyi  rəng 

verir və s. Ən ağır dərəcədə oksidləşmiş nikel kalium-kalsium şüşəsini qırmızımtıl 

–  bənövşəyi  rəngə,  natrium-kalsium  şüşəsini  qəhvəyi  çalarlıqlı  bənövşəyi  rəngə 

boyayır. 

Mis oksidi (1-2 faiz) şüşəyə mavi, yaxud yaşıl, xrom-oksidi yaşıl rəng verir. 

Şüşə  kütləsinin  tərkibində  kalium  sulfid,  dəmir  sulfid,  uran  oksidi  daxil  etməklə 

sarı  rəng  alına  bilər.  Müxtəlif  boyaqların  kombinələşdirilməsinə  müxtəlif  rəng  və 

çalarlıqlı  şüşə  alınır.  Sarı  və  qırmızı  boyaqları  qarışdırmaqla  narıncı  və  qəhvəyi 

rəngli şüşə alınır. Ən aşağı dərəcədə oksidləşdirilmiş dəmir şüşəni göy-yaşıl rəngə, 

dəmir  oksidi  Sarı  rəngə  boyayır,  hər  ikisini  birlikdə  şüşənin  tərkibinə  daxil 

etməkdə yaşıl rəngli şüşə alınır. Iki oksidli qalay və kriolit şüşəyə ağ rəng, manqan 

oksidi (12-13 faiz) və dəmir sulfid qara rəng verir. 



Kolloid    dispersiya  boyaqları    şüşəyə  isti  emalından  sonra  rəng  verir. 

Boyağın 


intensivliyi, 

isti 


emal 

zamanı 


ayrılan 

boyaq 


hissəciklərinin 

böyüklüyündən  və  miqdarından  asılıdır.  Belə  boyaqlara  qızıl,  gümüş,  miss,  selen, 

sürmə  və  başqaları  daxildir.  Onlardan  yaqutu-qırmızı  rəngli  şüşə  almaq  üçün 

istifadə edilir. 



Tutqunluq    verənlər  -    şüşəyə  süd-ağ,  süd  rəng  vermək,  həmçinin  onu 

tutqunlaşdırmaq  və  yüksək  işıq  səpələmə  qabiliyyəti  verən  maddələrə  deyilir.  Elə 

maddə tutqunluq  verən kimi tətbiq edilir ki, bu şüşənin əriməsi prosesində ya həll 

olur,  ya  da  həll  olmur,  şüşə  soyuduqda  ərintidən  xırda  kristallar  halında  ayrılır. 

Onların  işıq  sındırma  əmsalı  şixtanın  başqa  komponentlərinə  nisbətən  kəskin 



Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə