Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi


 Ekspertiza aparılmasının qayda və metodları



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   2   3   4   5   6   7   8   9   ...   14

18 

 

2.1. Ekspertiza aparılmasının qayda və metodları 

 

Şüşədən  hazırlanmış  məmulatların  keyfiyyət  və  sayının  ekspertizası  eyni 



zamanda aparılır. 

Malları  müşaiət edən sənədlərlə saazişlərin texniki şərtləri  və alış  nümunəsi 

ilə  tanışlıqdan  sonra  ekspert  aşağıdakıları  qeyd  edir:  naryadın  nömrəsi,  tarixi, 

təşkilatın  adı,  ekspertizada  iştirak  edən  vəzifə  adamlarının  telefonu,  familiya,  adı, 

dəmir  yolunda  verilən  yerlərin  sayı,  kontrakt,  trans,  dəmir  yol  fakturasının 

nömrəsi,  vaqonun  (konteynerin)  nömrəsi,  istehsalçının,  mal  göndərənin,  mal  alan 

haqqında məlumat, qablaşdırmanın və markalanmanın vəziyyəti. 

Bütün  xarici  silikat  məmulatların  keyfiyyətinə  görə  yüz  faiz  saf-çürük 

edilməsidir.  Məmulatların  qüsuru  tuş  və  ya  xüsusi  qələmlə  qeyd  edilir.  Ekspertə 

təqdim  edilən  mallar  əvvəlcədən  yerlərinin  nömrəsinə  və  ya  çeşidinə  (adına, 

sayına, ölçüsünə) görə seçilməlidir. 

Iş  partiyalardan  birinin  yoxlanması  ilə  başlanır.  Qablaşdırılmamış  mal 

yeşiklərini  açdıqca  üst  hissədən  vurulmuş  yapışqanlı  kontrol  lentləri  kəsilməli, 

lakin  cırılmamalı,  qopardılmamalı.  Yeşiklərdəki  mallar  stolun  üstünə  yığılır, 

ordaca  saf-çürük  edilir,  keyfiyyət  və  say  kəmiyyətləri  müəyyənləşdirilir.  Sayın 

uyğun olub olmaması yeşiklərin üstündə olan müşaiət vərəqələrindən (qablaşdırma 

vərəqələrindən, yeşiklərin sayı və ya konteynerlərin sayı) bilmək olar. 

Ekspertlər  tərəfindən  açılmış  yeşiklərdə  uyğunsuzluq  olarsa,  bu  zaman 

mallar  daha  diqqətlə  yoxlanır,  yeşiklərin  üstünldəki  kontrol  lentləri,  yeşiyə 

vurulmuş mismarların vəziyyəti, müşaiət vərəqələrindəki yazılar diqqətlə nəzərdən 

keçirilir. Əcər yuxarıda göstərilənlərdə qüsur yoxdursa, bu zaman malların netto və 

brutto kütlə çəkisini dəqiqləşdirməmiş bunu da ancaq malların üstündə olan marka 

və sənədlərdən müəyyənləşdirmək olar. 

Tərtib  edilmiş  aktda  ayrı-ayrı  çatışmamazlıq,  artıq  mal,  asortimentdəki 

uyğunsuzluq  ətraflı  təsvir  edilir.  Sənəddə  göstərilən  ölçülərin  uyğun  olmasını 



19 

 

yoxlamaq  üçün  millimetrlik  xətkeşlərdən,  şpangen  sirkullardan,  şuplardın 



(qüsurları ölçmək üçün lupa, ölçülü stəkan, silindr) istifadə edilir. 

Qabaritli  ölçülər  xətkeşlər  vasitəsilə  –  məmulatın,  diametri  və  hündürlüyü 

(oval şəkilli məmulatların hündürlüyünə, kiçik və böyük diametrlər) ölçülür. 

Iki  düz  xəttin  (horizontal  və  vertikal)  kəsişmə  nöqtəsinə  görə  məmulatın 

hündürlüyü təyin edilir. 

Məmulatın tutumu sm

3

-lə  və ya  məmulatın içinə tökülmüş 20°C qızdırılmış 



suyun qramla ölçülməsi nəticəsində təyin edilir. 

Flakon,  qrafin,  butulkaya  boğaz  hissəyə  çatana  qədər  su  tökülür.  Dolça  və 

bankalara  isə  qapağın  aşağı  kəsiyinə  qədər,  qalan  məmulatlara  isə  ləbələb  su 

tökülməklə tutum ölçülür. 

Məmulatın divarlarını, ağzının, gövdəsinin, oturacağının (dibinin) qalınlığını 

ölçmək üçün ştangensirkullardan istifadə edilir. 

Məmulatdakı  çatın  səbəbini  öyrənmək  üçün  laborotoriya  şəraitində 

polyariskop  cihazından  istifadə  edirlər  (bu  cihaz  şüşənin  daxili  gərginliyini  təyin 

etmək  üçündür).  Daxili  gərginlik  olduqda  bu  qüsuru  gizli  istehsalat  qusuru  kimi 

qəbul edirlər, əks halda isə bu mexaniki qüsur hesab edilir. 

 

 

2.2. Konteynerlərdə gələn şüşə məmulatlarının ekspertizası 



 

Konteynerlərlə  göndərilmiş,  üstündəki  möhrləri  normal  olan  malların 

yoxlanmasını  ancaq  mal  alan  tərəf  tələb  edir.  Konteynerlər  açılmamışdan  əvvəl 

ekspertlər  malların  müşaiət  edən  sənədlərlə  tanış  olmalı,  konteynerlərdəki 

möhürüstü nömrələr nəqliyyat sənədləri ilə uyğun gəlməlidir. 

Ekspertiza  sifariş  etmiş  tərəfin  eksperti  konteynerin  nə  dərəcədə 

doldurulduğunu öyrənir, malların konteyner əbərkidilmə metodlarını, isladılmış və 

ya əzilmiş qutuların vəziyyətini yoxlamalıdır. 




20 

 

Müstəqil  nəqliyyat  vasitəsilə  yerinə çatdırılmış  mallar taralardı olarsa (taxta 



yeşik,  karton  yeşik)  malların  say  vahidi,  ancaq  mallar  boşaldıqdan  sonra 

müəyyənləşdirilə bilər. 

Müstəqil nəqliyyat sayılan nəqiyyat vasitəsi ilə gələn qablaşdırılmış malların 

say  vahidlərinin  yoxlanması,  ancaq  konteynerlərin  açılması  və  malların 

boşaldılması nəticəsində mümkündür. 

Konteynerlərdə  zədələnmə  əlamətləri  müəyyən  edildikdə,  konteyner  açılır. 

Konteynerlər  üzrə  ixtisaslaşmış  ekspertlər,  konteynerdən  boşaldılmış  malların, 

yerlərinin  nömrəsini  qeyd  edir,  ekspertizanı  sifariş  edən  də  öz  növbəsində 

nömrələrin qeydiyyatının müstəqil aparır. 

Yer  nömrələrinin  qeydiyyatı  və  sayı  elə  aparılmalıdır  ki,  onun  yenidən 

sayılmasına  ehtiyac  olmasın.  Konteynerlər  boşaldıqdan,  malların  növlərinə  görə 

ayırdıqdan,  faktiki  sayını  yoxladıqdan,  markalarını,  müşaiət  edən  sənədləri 

sifarişçinin sənədləri ilə müqayisədən sonra yerlər sayılır, ekspertlər ekspertiza aktı 

tərtib edir. 

Həmin  aktda  mal  göndərilən  konteynerlərin  (nəqliyyat  vasitəsini) 

kommersiya  və  texniki  vəziyyəti  göstərilməlidir-plombların  üstünə  vurulmuş 

möhurlər  göndəriş  vərəqəsindəki  möhürə  uyğun  olaraq  gəlməsi  və  yaxud  da 

göndərici  vərəqəsində  plombun  olmadığının  göstərici  olmadıqda-plombların 

olması  və  sayı  haqqında  məlumat,  həmin  plombların  açılması  və  ya  sındırılması 

haqqında, plombun üstündəki möhürün dəqiq təsviri. 

Konteynerdəki  yerlərə  zədələnmiş  və  təzədən  qablaşdırılmış  malların 

vəziyyəti  və  sayına  əsasən  ayrıca  bir  ekspertiza  aktı  tərtib  edilir,  qablaşdırmanın 

daxildən  yoxlanmış  yerlərinə  görə  isə  daha  bir  və  ya  neçə  akt  tərtib  etmək  lazım 

olur. Bu da mal alan idarələr və y a sifarişçilərin sayından asılıdır. 



 

 


Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə