Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   ...   6   7   8   9   10   11   12   13   14

41 

 

Rəngli  səpmə  naxışı.  Kiçik  xırdalanmış  (0,5  mm)  müxtəlif  rəngli  şüşə 

metal  plitkaya  səpilir.  Eyni  zamanda  rəngsiz  şüşədən  olan  qızdırılmış  pulka 

diyirləndirilir,  nəticədə  xırdalanmış  rəngli  şüşə  onun  səthinə  əriyib  yapışır.  Sonra 

pulka qızdırılır. Xırda rəngli şüşə tam əriyərək, yaxud rəngli şüşə fonunda müxtəlif 

rənglilik əmələ gətirilir. 



Şüşə  parça  və  sap  naxışı.  Bu  üsulla  naxışlamada  şüşədən  olan  çubuq 

formaya  qoyulur,  sonra  ora  şüşə  bankası  yerləşdirilərək  üfürülür.  Bu  zaman 

dekorativ  element  (parça)  şüşənin  səthində  əriyib  yapışır.  Məmulat  üfürülərək  öz 

həcmini  artırır,  parçanın  sapları  ayrılaraq  məmulatın  səthində  sərbəst  naxış  əmələ 

gətirir.  Dekorativ  elementi  şüşə  məmulatını  divarının  daxilində  də  yerləşdirmək 

olar. Bu halda naxış şüşə kütləsinin qatı ilə örtülür. 



Rəngli  şamot  kütləsi  ilə  naxışlama.  Rəngli  şamot  kütlə  parçasını 

naxışlanacaq  məmulatın səthində əritmək  olar. Nəticədə qabarıq  naxış alınır.  Belə 

naxış məmulatın termiki davamlılığını kəskin surətdə azaldır. 

Quten  emalı.  Məmulat  ərimiş  şüşə  kütləsindən  forma  tətbiq  edilmədən 

sərbəst  üfürmə  üsulu  ilə  istehsal  edilir.  Quten  məmulatı  hamar  konfiqurasiya  ilə 

xarakterizə olunur. Məmulatın səthində müxtəlif formalı yapışdırmalar ola bilər. 

Sulfidsink şüşə. Qab və bədii şüşə istehsal edən Sank-Peterburq zavodunun 

elmi-tədqiqat  laboratoriyası  sulfid  tərkibli  şüşə  hazırlamışdır  ki,  bundan  çox  qat, 

yaxud  səthində  müxtəlif  naxışları  olan  ucuz  məmulatlar  istehsal  etmək  olar.  Bu 

şüşənin  tərkibinə  73%  -  SiO

2

,  1%  -  Al



2

O

3



,  8%  -  ZnO,  18%  -  Na

2

O  və  3-4%  -  S 



daxildir.  Həmçinin  müxtəlif  boyaqlarda  tətbiq  oluna  bilər.  Sudfidsink  şüşəsindən 

olan  məmulat  xarici  görünüşcə  zəif  tutqunluğu  olan  şüşəni  xatırladır.  Sulfidsink 

şüşəsinin  dekorativliyini  artırmaq  üçün  daxili  səthində  çıxıntısı  olan  formalara 

üfürülür.  Şüşənin  bu  qırıntılara  toxunması  nəticəsində  bir-birini  əvəz  edən  rəngli 

zolaqlar əmələ gəlir ki, bu da dekorativ elementdən ibarətdir. 

Şüşədən naxış. Qızdırılmış üfürmə məmulatın üzərinə şüşə çubuğu qoyulur, 

sonra naxışlı xüsusi metal ştampla naxış (yarpaq və s.) məmulatın üzərinə sıxılır. 




42 

 

Atlas şüşə. Süd rəngli şüşə kütləsi müxtəlif çıxıntılı (kvadrat, zolaqlı) xüsusi 

formalara  sıxılır,  sonra  da  rəngli  şüşə  bankasından  hazırlanmış  uzunsov  qıfa 

salınır.  Bunlar  üfürmə  zamanı  birləşir.  Süd  rəngli  şüşənin  divarı  rəngli  şüşənin 

yalnız qabarıq  hissələrində birləşir, çökək  yerlərində  hava qalır  ki, bu da  münasib 

effekt verir. Xarici səthinə yeyici turşu sürtülür. 



Optik  naxış.  Bu  naxışı  almaq  üçün  şüşə  kütləsi  əvvəlcə  hazır  məmulat 

ölçüsündən  kiçik  ölçülü  formaya  üfürülür.  Bu  formanın  iri  naxışı  var.  Sonra 

məmulat  normal  ölçüyə  qədər  hamar  formada  fırladılaraq  üfürülür.  Bunun 

nəticəsində  bütün  naxış  xaricdən  qismən,  yaxud  tam  hamarlanır,  yalnız  divarının 

daxili qalınlığı qalır. 

Fiqurlu  qulp  və  ayaq.  Şüşə  kütləsi  daxili  səthində  dərin  kəsikləri  olan 

metal formada sıxılır. Bunun nəticəsində şüşədə münasib çıxıntılar əmələ gəlir. Bu 

zaqatovka  fiqurlu qulp  və ayaq  hazırlanmasına  işlədilir. Məmulatların çoxu soyuq 

halda  naxışlanır.  Bunlara  əsas  naxışlar  deyilir.  Əsas  naxışlara  mexaniki,  kimyəvi 

üsullarla  əmələ  gətirilən  naxışlar  və  rəssamlıq  naxışı  daxildir.  Mexaniki  üsulla 

naxış  əmələ  gətirməyə  tutqun  lenta,  sadə  cilalanma,  mürəkkəb  cilalanma,  almaz 

naxışı, enli düz til naxışı, qumvurma emalı, nəqqaşlıq daxildir. 

Tutqun  lent.  Bu  naxış  məmulat  gövdəsini  əhatə  edən  tutqun  zolaqdan 

ibarətdir.  Ən  sadə  naxış  növüdür.  Tutqun  lent  naxışı  xüsusi  dəzgahda  əmələ 

gətirilir.  Bu  naxışı  vurmaq  üçün  məmulat  ağac  və  ya  rezin  ucluğu  olan  şpindelə 

geydirilir.  Və  məmulata  müəyyən  eni  olan  polad  lövhəciyi  sıxılır.  Bu  lövhəciklə 

məmulatın  arasına  daima  qum  və  sudan  ibarət  horra  tökülür.  Burada  məmulat 

fırlandıqca  lövhəcik  qum  dənələrini  məmulatın  səthinə  sıxır,  qum  onun  səthini 

cırmaqlayır  və  polad  lövhəciyin  eni  qədər  məmulatın  səthində  tutqun  zolaqlar 

əmələ gətirir. 



Sadə  cilalama.  Bu  naxışı  əmələ  gətirmək  üçün  şüşə  məmulatlar  fırlanan 

dövrələrə sıxılır və onların üzərində dağınıq girdə və ya oval oyuqlar əmələ gətirir. 

Hazırda bu naxış tətbiq edilmir. 



43 

 

Mürəkkəb cilalama. Bu naxış üsulu mürəkkəb olmayıb, bir və ya iki cərgə 

xırda  oyuqlardan,  novlardan,  zolaqlardan,  əyri  kəsiklərdən  ibarətdir.  Ayrı-ayrı 

oyuq  və  kəsiklərin  uyğunlaşdırılması  nəticəsində  çiçək,  meyvə,  yarpaq  növündə 

naxış alınır. 

Almaz  naxışı.  Almaz  naxışı  müxtəlif  və  çox  zaman  şüa  dəstəsinə,  yaxud 

ulduza bənzər dərin künclərdən  ibarət olur. Sadə naxışlar  gözəyarı əmələ  gətirilir. 

Çox  mürəkkəb  naxış  qabaqcadan  xüsusi  alət  vasitəsilə  nişanlanır.  Almaz  naxışı 

elektrokorund  dövrələrdə  əmələ  gətirilir.  Bu  naxışların  əmələ  gətirilməsini 

sürətləndirmək  üçün  tərkibində  almaz  tozu  olan  abraziv  dövrələr  tətbiq  edilir. 

Naxış cilalandıqdan sonra tutqun, pardaqlandıqdan sonra isə şəffaf olur. Məmulatın 

cilalanması  qurtardıqdan  sonra  mexaniki  və  kimyəvi  üsullarla  pardaqlanır. 

Məmulat mexaniki üsulda probka və keçə dövrələrdə pardaqlanır. 

Hal-hazırda  mexaniki  pardaqlamanı  geniş  surətdə  kimyəvi  üsulla 

pardaqlama  əvəz  edir.  Çünki  bu  üsulla  pardaqlama  çox  faydalıdır  və  naxış  parlaq 

olur.  Kimyəvi  üsulla  pardaqlama  aparmaq  üçün  məmulat  içində  1  hissə  40%-li 

flüroid  turşusu  və  1  hissə  92-96%-li  kükürd  turşusu  qarışığı  olan  vannaya 

doldurulur. Onlar bu qarışıqda 2 saniyə saxlanır, sonra  içərisində su olan  vannaya 

yığılıb  yuyulur.  Bu,  bir  neçə  dəfə  təkrar  edilir  ki,  mexaniki  pardaqlanmaya 

nisbətən yüksək keyfiyyətli pardaqlanma alınsın. 

Üfürmə şüşə  məmulatda almaz  naxışları 1-7  nömrədə, büllur  məmulatlarda 

isə 4-10 nömrəyə qədər olur. Almaz naxışının nömrəsi yüksək olduqca məmulatın 

da qiyməti bahalaşır. 



Nəqqaşlıq.  Nəqqaşlıq  vasitəsilə  istənilən  mürəkkəğlikdə  naxışlar  əmələ 

gətirilir. Nəqqaşlıq almaz naxışından fərqli olaraq yastı və ya böyük olmayan kontr 

relyef növündə ola bilər. Bu naxış müxtəlif diametrli fırlanan mis disklər vasitəsilə 

əmələ  gətirilir  (bu  disklərin diametri 1-100  mm qədər olur).  Həmin disklərə  narın 

üyüdülmüş  sumbata  tozunun  maşın  yağı  və  ya  kerasinlə  qarışığından  ibarət 

cilalayıcı  pasta  sürtülür.  Diskin  diametrini  və  abraziv  dənələrinin  ölçüsünü 




Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə