Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   ...   6   7   8   9   10   11   12   13   14

35 

 

salınırlar.  Əl  üsulu  ilə  mürəkkəb  formalı  və  yüksək  bədi  ğöstəricilərə  malik 



məmulatlar hazırlanır. Sadə formalı məmulatlar, o cümlədən məişət şüşə qablarının 

bəziləri yüksək məhsuldar avtomat və yarımavtomat maşınlarda  istehsal edilir. 

 

Məmulatların  formaya  salınmasında  presləmə,  üfürmə,  press-üfürmə, 



dartma,  yayma,  tökmə,  həmçinin  kombinələşdirilmiş  (birləşdirmə)  mərkəzdən 

qaçma  (fırlanma)  üsulları  tətbiq  edilir.  Bir  qrup  məmulatlara  sabit  forma  vermək 

üçün  çuğun,  yaxud  polad  presformalardan  istifadə  edilir.  Bu  formaların  daxili 

istiyədavamlı, paslanmayan metal ərintiləri ilə örtülür. 



Üfürmə    üsulu.      Həm  əl  vasitəsilə,  həm  də  mexaniki  üsullarla,  yerinə 

yetirilir. Əl  vasitəsilə  icra edilən  üfürmə  üsulu çox əmək  və  vaxt aparan olmasına 

baxmayaraq  ğeniş  yayılmışdır  və  qiymətli  hesab  edilir  .  Burada  əsas  alət  xüsusi 

polad borucuqdan  ibarət  olub,  uzunluğu 1200-1400  mm-dir.  Başında  hava körüyü 

yerini verən rezin ballon olur.  

Borucuğun aşağı ucu ilə peçdən az miqdarda ərimiş şüşə kütləsi götürülür və 

rezin  ballon  vasitəsilə  həmin  şüşə  kütləsi  üfürülüb  qalın  divarlı  «banka»  deyilən 

qovuğa  çevrilir.  Bu  «banka»  müəyyən  emaldan  sonra  (peçdə  isidilməsi,  bəzən 

üzərinə  təkrar  peçdən  şüşə  kütləsi  əlavə  edilməsi,  xüsusi  fırlancıqlar  vasitəsilə 

formaya  salınması,  və  ya  pulka  alması  üçün)  xüsusi  çuğun  qəliblərə  salınıb 

üfürülərək lazımi məmulat şəklinə salınır. 

Qəliblərin daxili tərəfi müəyyən bir məmulatın (stəkan, qrafin, qənd qabı və 

s.), yaxud onun hissəsinin formasını təmsil etdiyi üçün borucuğun ucundakı banka 

üfürüləndə həmin məmulatın şəklini alır.  

Şüşə  kütləsi  qəlibin  divarlarına  yapışmasın  deyə  onlara  karbon  maddəsinə 

malik  materiallar,  məsələn,  qrafit,  ağac  ovuntusu  ilə  yağ  sürtülür.  Üfürülən 

məmulatın  mürəkkəbliyindən  asılı  olaraq  çuğun  qəliblər  bütöv,  yəni  açılmayan 

(stəkan, nəlbəki və s.) və çıxan konstruksiyalı (qrafin, dolça) olurlar. 

Uca ayaqlı məmulat hissə-hissə hazırlanır və hələ şüşə yumşaqkən asanlıqla 

birləşdirilir.  Məsələn,  qədəh  istehsalında  qabaqca  qəlibdə  qədəhin  yuxarı  hissəsi 

üfürülür, sonra buna isti şüşə topası yapışdırılır və həmin şüşə topası da xüsusi alət 



36 

 

vasitəsilə dartılıb qədəhin ayağı şəklinə salınır, həmin ayaq hissəsinə qızdırıldıqdan 



sonra  yenidən  bir  topa  isti  şüşə  kütləsi  yapışdırılır  və  lazımi  alət  vasitəsilə  altlıq 

şəklinə salınır. 

Qrafin,  dolça  və  s.  məmulatın  qulpu,  gövdəsi  üfürüldükdən  sonra 

yapışdırılır.  Üfürüldükdən  sonra  məmulatı  borucuqdan  ayırmaq  üçün  isti 

məmulatın  borucuğunun  ucuna  yapışdığı  yerə  soyuq  metal  plastinkası  sürtülür. 

Birdən-birə  soyuduğu  üçün  şüşədə  çatlar  əmələ  gəlir  və  məmulat  asanlıqla 

borucuqdan ayrılır.  

Əl  üsulu  ilə  üfürülmənin  məhsuldarlığı  6-10  nəfərdən  ibarət  briqadada  bir 

növbədə  400-dən  900-ə  qədər  məmulatdan  ibarətdir.  Üfürmə  üsulu  mürəkkəb 

formalı  müxtəlif  məmulatların,  ən  çoxu  isə  içi  boş  məmulatın  hazırlanmasında 

tətbiq  edilir.  Əl  üsulunun  maşında  əvəz  edilməsi  əmək  məhsuldarlığının  kəskin 

artmasına və məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur. 



Presləmə  üsulu.      Presləmə  üsulu  ilə  məmulatın  formaya  salınması  yüksək 

məhsuldar  və  geniş  yayılmış  ysuldur.  Bu  üsulda  şüşə  məmulatlar  xüsusi  avtomat 

və yarımavtomat, az halda isə əl ilə istehsal edilir. 

Müəyyən miqdar şüşə kütləsi press-formaya tökülür. Avtomatın stolu dərhal 

müəyyən  bucaq  altında  dönür  və  forma  şüşə  kütləsi  ilə  birlikdə  presləyici  detalın 

puansonun  altında  daxil  olur.  Şüşə  kütləsi  puansonun  təzyiqi  altında,  puanson  ilə 

presforma  (matris)  arasındakı  boşluğa  dolur.  Hazır  məmulatın  divarının  qalınlığı 

bu  məsafədən asılı olur.  Bir qədər saxladıqdan sonra  məmulat  lazımi  möhkəmliyi 

alır,  puanson  qalxır,  məmulat  press-formadan  itələnir  və  soyumaya  göndərilir. 

Press-formanın  daxili  səthi  relyef  naxışlı,  yaxud  hamar  ola  bilər.  Buna  görə  də 

məmulatın səthi qabarıq naxışlı olur. 

Preslənmənin  böyük  üstünlüyü  onun  yüksək  məhsuldarlığıdır.  Çatışmayan 

müəyyən  cəhəti  isə  birinci  növbədə  ondan  ibarətdir  ki,  bu  üsulda  yuxarısı  dar, 

tutumlu,  orta  qabarıqlı  və  çox  uca  məmulat  istehsal  edilə  bilmir.  Məsələn,  qrafin, 

dolça.  Bundan  başqa  preslənmiş  qab  üfürmə  qaba  nisbətən  qalın  divarlı  olur  və 

səthində formanın xırda nahamarlıqları qalır. 




37 

 

Üfürmə üsulu ilə istehsal edilən qablara nisbətən preslənmiş qabların termiki 



davamlılığı  aşağıdır.  Bunun  səbəbi,  presləmə  üsulu  ilə  istehsal  edilən  qabların 

qalın  divarlı  olması,  qızıb-soyuması  zamanı  genişlənməsinin  və  sıxılmasının  bir 

bərabərlikdə  getməsidlir.  Ona  görə  də  kəskin  temperatura  tərəddüdündə  bunlar 

üfürmə qablara nisbətən daha tez çatlayırlar. 



Press-üfürmə  üsulu.   Bu  üsulla  məhdud  çeşidli  məmulatların (su  və şərab 

üçün  qrafin,  ədva  dəsti,  yağ  qabı,  nazik  divarlı  stəkan  və  s.)  istehsalında  tətbiq 

edilir.  Qrafin,  stəkan,  ədva  dəsti  iki  mərhələdə  hazırlanır:  əvvəl  qaralama 

zaqatovkası preslənir və qabın yuxarı kənarı müəyyən şəkilə salınır, təmiz formaya 

yerləşdirilərək sıxılmış hava ilə üfürülür. 

Mərkəzdənqaçma    üsulu.      Bu  üsulla  tutumlu,  iri  qabaritli  və  ağır 

məmulatlar hazırlanır. Fırlanan stola quraşdırılmış  müəyyən ölçülü  metal  formaya 

şüşə kütləsi yerləşdirilir. Forma fırladılır, şüşə kütləsi mərkəzdənqaçma qüvvəsinin 

altında formanın divarlarına bərabər paylanır, onun artığı isə kəsilir və kənar edilir. 

Qab  formaya  salındıqdan  sonra  forma  açılır,  məmulat  çıxarılır  və  müəyyən 

emaldan keçirilir. 

Məmulatın  xarici  və daxili səthi  hamar  və parlaq olur. Mərkəzdənqaçma  ilə 

formaya  salmanın  üstünlüyü  məhsulunun  yüksək  keyfiyyətli  və  digər  üsullara 

nisbətən  bu  üsulun  yüksək  əmək  məhsuldarlağına  malik  olmasıdır.  Bu  üsulla  iri 

ölçülü gül vazları, naxışlı büllur məmulatlar hazırlanır. 

Məmulat  formaya  salındıqdan  sonra  ona  uyğun  görünüş  və  lazımi  xassələri 

vermək  üçün,  isti,  kimyəvi,  yaxud  mexaniki  emaldan  da  keçirilir.  Belə  emala 

kövrəkliyin  alınması,  qapağın  kəsilməsi  (üfürmə  məmulatla),  kənarının  emalı 

cilalama, istidən ərimə və s. daxildir. Belə emal ən çox üfürmə üsulu ilə hazırlanan 

şüşə məmulatlarda istifadə edilir. 

 

 



 


Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə