6
Malların keyfiyyətinin ekspert qiymətləndirilməsi artıq bir neçə ildir ki,
əmtəəşünaslıq sferasında müvəffəqiyyətlə tətbiq edilməkdədir. Lakin son dövrlər
bədii konstruksiyalaşdırmanın daha da inkişaf etməsi ekspertizanın genişlənməsinə
səbəb oldu.
Hazırda xalq istehlakı mallarının keyfiyyətinin ekspert üsulu ilə
qiymətləndirilməsi nəinki ticarətdə və dizayn işlərində, eyni zamanda yeni növ
malların istehsalı ilə məşğul olan sənaye sahələrində də müvəffəqiyyətlə istifadə
olunur. Bununla belə ekspert üsulu məmulatın hazırlanmasına başlanması
mərhələsindən tutmuş, onun satılması və istehlak edilməsi mərhələsindən, habelə
keyfiyyəti də əhatə edir.
Keyfiyyətin ekspertizasının nəticələrindən layihələndiricilər və bədii-
konstruksiya ilə məşğul olan dizaynerlər yeni mal növlərinin hazırlanmasında,
istehlakçıların hansı növ mallara olan tələbatının öyrənilməsi üçün məlumatların
toplanmasında, yeni yaradılan malların analoji olan məmulatların keyfiyyətindən
üstünlüklərini araşdıran zaman geniş istifadə olunur.
Bunların köməyi ilə ekspert-əmtəəşünaslar ticarət daxili olan malların
keyfiyyət səviyyəsinin normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu,
nöqsanların aşkar edilməsini, əhali tələbinin ödənilməsi səviyyəsini təyin edə
bilirlər. Əvvəllər bu üsuldan malların keyfiyyət akkreditasiyası keçirilərkən və
müasir elmin və texnikanın tələblərinə cavab verməyən köhnəlmiş modellərin
istehsaldan çıxarılması zamanı da mütəxəssislər daha çox istifadə edirdilər.
Malların keyfiyyət ekspertizasının keçirilməsinin elmi-metodiki səviyyəsinin
yüksəldilməsinə son vaxtlar daha ciddi fikir verilir. Bu baxımdan mütəxəssislər
tərəfindən çoxlu sayda elmi və kütləvi ədəbiyyatlar, habelə istehlakçı baxımından
malların keyfiyyətinin təhlili və qiymətləndirilməsi məsələlərinin həlli üçün
normativ-texniki və metodik materiallar buraxılmışdır.
Lakin bununla belə, həqiqi yaşayış tərzi ekspertlər qarşısında daha ciddi
tələblər qoyur. Birincisi, ekspert fəaliyyətinin metodik və nəzəri məsələlərinin daha
dərindən və dəqiq surətdə tədqiq olunması, məmulatın istehlak xassələrinin təhlili
7
və qiymətləndirilməsinin daha da təkmilləşdirilməsi, habelə keyfiyyətin ekspertiza
edilməsinin yeni spesifik üsulları və qaydalarının yeniləşdirilməsi tələb olunur.
Ikincisi, keyfiyyətin ekspertiza olunması prosesində bir neçə yeni
məqamların tətbiq edilməsi vacibliyi meydana çıxır ki, bunlar da təkcə istehlakçı
və cəmiyyət üçün yox, bütövlükdə malların keyfiyyət aspekti üçün vacib
əhəmiyyətə malikdir. Belə ki, malların keyfiyyətinin ekspertr qiymətləndirilməsi
ərəfəsində elektrik məişət cihazlarının, radioelektrik maşın və cihazlarının elektrik
energisi və material tutumunun azaldılması imkanlarına ciddi fikir verilməlidir.
Üçüncüsü, sənaye və ticarətdə malların keyfiyyətinin kompleks idarə
edilməsi çərçivəsində ekspertizanın yeni üsullarından daha geniş istifadə edilməsi
çox vacibdir. Eyni zamanda ekspert xidmətinin özünün və bölmələrinin işinin daha
da səmərəli təşkil edilməsi tələb olunur.
Göründüyü kimi, son dövrlər keyfiyyətin ekspert qiymətləndirilməsi
metodunun istifadəsi dairəsi daha da genişlənməkdədir. Bu hadisənin miqyasının
genişlənməsi təsadüfi deyildir. Bun ə ilə izah olunur? Bu suala cavab vermək üçün
hər şeydən əvvəl müxtəlif məsələlərin həllinin həm elektron hesablama maşınları
və insan düşüncəsi ilə həlli zamanı baş verən ümumi cəhətləri izah etmək lazımdır.
Əlbəttə insanın özünün apardığı hesablamalardan fərqli olaraq hesablama
texnikasının tətbiqi hesablamanın sürətini ölçülməz dərəcədə yüksəldir. EHM bu
zaman hesablama üçün çox böyük miqdarda məlumatlardan istifadə edə bilər ki,
bu ərəfədə insan beyni bu hesablamanı eyni vaxtda yerinə yetirə bilməz. Lakin bir
neçə sinif məsələlərin həllində insan beyni hələlik istənilən EHM-lərin effektli
olmasından qat-qat üstündür. Məsələn, insan tez bir anda praktiki olaraq dəqiq
surətdə baxmaqla, eşitməklə, iyi və dad bilməklə və s. yollarla nümunələri bir-
birindən fərqləndirə bilər.
Müxtəlif oyun vəziyyətlərində məsələlərin optimal həllində insanların,
yaxud ekspertlərin rolunu heç bir müasir elektron hesablayıcı maşınlar belə sürətlə
yerinə yetirə bilmir. Onu yada salmaq kifayətdir ki, ən ağıllı EHM şahmat
oyununda beynəlxalq qrosmeysterlərlə yarışda qalib gələ bilmir. Lakin iş bununla
8
bitmir, çünki əksəriyyət hallarda vəziyyətin qeyri-müəyyən olan bir şəraitdə,
ehtimal olunan xarakterində belə daha dəqiq məlumat almaq mümkün deyil. Buna
görə də keçmiş insanların təcrübəsinin ümumiləşdirilməsi yolu ilə ekspertlərin
çıxardığı qərarlar və hesablamalar riyazi üsullarla hesablanmış nəticədən daha
dəqiq olur. Bəs onda insan fəaliyyətinin hansı şəraitində ekspertlərin təcrübəsindən
və əvvəlcədən duya bilməsi qabiliyyətindən istifadə etmək olar? Həyati təcrübələr
göstərir ki, belə sahələrin ən vacib hallarına aşağıdakılar aiddir:
1. Elmi-texniki proqnozlaşdırma.
2. Əməliyyatların tədqiqi.
3. Idarəetmə qərarlarının qəbul edilməsi.
4. Məhsulların keyfiyyətinin qiymətləndirilməsi.
Qısaca da olsa bu göstərilən sahələr arasında ekspert üsulunun tətbiqinin
vacibliyini izah etməyə çalışaq.
Elmi-texniki proqnozlaşdırma. I.V.Bestujev-Lada düzgün olaraq göstərir
ki, elmi proqnozlaşdırma ehtimal olunan prosesdir ki, natamam informasiya
şəraitində özünü biruzə verir. Belə bir vəziyyətdə elmi-texniki proqnozlaşdırmanın
yaradılması üçün ekspert üsulundan istifadə edilmə daha məqsədəuyğundur.
Əməliyyatların tədqiqi. Əməliyyatların tədqiq edilməsi 2 sinfə ayrılır:
yaxşı və pis struktura malik olan məsələlər. Yaxşı struktura malik olan məsələlər
dəqiq riyazi qoyuluşla həllə malikdir, ikincisi isə çox rahat gəlindiyindən ona yol
verilmir. Məsələn, pis quruluşa malik olan məsələlərə alqoritmləşdirilmiş
məsələlər, bunun da alqoritmi məlum deyil, praktiki olaraq alqoritmləşdirilməsi
mümkün olmayan, çoxlu sayda ilkin məlumatı və əlaqədə malik olan tapşırıqlar,
natamam və bir-birinə zidd olan məlumatlar. Təbiidir ki, daha zəif quruluşa malik
olan məsələlərin həlli üçün ekspert üsulundan daha çox istifadə olunur.
Bütövlükdə, əməliyyatların tədqiq edilməsi üçün ekspert qiymətləndirmənin tətbiqi
evristik proqnozlaşdırma çərçivəsi daxilində toplanır. Belə halda insan düşüncəsi
ilə həll ediləcək geniş dövrəyə malik olan problemlərin tədqiqi nəzərdə tutulur.
Dostları ilə paylaş: |