___________________Зянэязур асланы–Аслан бяй Султанов
5
Öz keçmişini, tarixini bilməyən millətlər başqa millətlə-
rin yeminə çevrilir.
Mustafa Kamal Atatürk
Azərbaycan xalqının çox qədim və şərəfli bir tarixi var.
Hər bir azərbaycanlı bu tarixi bilməli, tarixdə baş ve-
rən hadisələri öyrənməli və o tarixə hörmətlə yanaşma-
lıdır.
...Biz elə etməliyik ki, tarixdə baş verən səhvlər bir da-
ha təkrarlanmasın.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Ön Söz Əvəzi
XX əsrin əvvəlləri Azərbaycan tarixinin ən qarışıq və ən
şərəfli dövrlərindən birinə təsadüf edir. Ona görə qarışıq
dövrünə təsadüf edir ki, bu dövrdə Azərbaycanın başına
gətirilən bəlalar, daxili və xarici çəkişmələr,
üsyanlar,
inqilablar, vətəndaş müharibələri, Rusiyadan gələn bolşevik
dalğası, erməni daşnaklarının məkrli və iyrənc hərəkətləri
həmin dövrün əsas mənzərəsini təşkil edir...
Ona görə şərəfli tarixdir ki,
məhz XX əsrin əvvəllərində
Azərbaycan xalqı şərqdə ilk dəfə özünün dünyəvi, demok-
ratik cumhuriyyətini yaratmış, iyirmi üç aylıq bir zaman kəsi-
yində xalqımız müstəqillik və demokratiya şərbətini dadaraq
azadlıq, hürriyyət barədə olan təsəvvürlərini əyani şəkildə
yaşaya bilmişdi.
Фаиг Абдуллайев____________________________________
6
Çox təəssüf ki, həmin dövr daha çox qarışıqlığı ilə yadda
qalıb.
Məqsədimiz həmin dövrlərdə bütövlükdə ölkənin
siyasi
mənzərəsini vermək olmadığı üçün məqsəddən yayınmaq
istəmirik. Hədəfimiz konkret olaraq Zəngəzur və onun
ətrafında baş verən siyasi, hərbi və iqtisadi mənzərəyə
aydınlıq gətirmək, illər uzunu arxivlərdə saxlanılan, nə
üçünsə üzə çıxarılması “unudulan” hadisələr haqqında söz
açmaqdır.
****
Azərbaycanın yenidən müstəqilliyini əldə etməsi
bir çox
qaranlıq mətləblərə işıq saldı. Arxivlərin açılması ilə uzun
illər xalqdan gizli saxlanılan faktlar və tarixi hadisələr üzə
çıxdı. Sovet hökumətinin nə vaxtsa dağılacağını yuxusunda
belə təsəvvür edə bilməyən yalançı xalq qəhrəmanlarının,
həqiqətdə isə xalqına və millətinə öz şəxsi məqsədləri naminə
xəyanət edənlərin maskası yırtıldı. Ölməz azadlıq aşiqi
Məmmədəmin Rəsulzadənin bir vaxtlar dediyi sözlər:- “Bir
kərə ucalan bayraq bir daha enməz”, - fikirləri həqiqətə
çevrildi, tarix təkrar olundu, tarixin təkrar olunması ilə də XX
əsrin əvvəllərində baş verən
hadisələrin gercək mənzərəsi
görünməyə başladı, o dövrdə baş verən xəyanətlərin üstünə
çəkilmiş qaranlıq pərdələrin götürülməsinə münbit şərait
yarandı.
Həmin dövrün hadisələrini diqqətlə, soyuqqanlıqla analiz
etdikdə məntiqi bir sual yaranır; Nədən məhz Zəngəzur?
Nəyə görə düşmən ilk olaraq
Zəngəzurun Azərbaycandan
ayrılmasını seçdi və bu fakta önəm verdi? Bu suala cavab
tapmaq o qədər çətin olmasa da, sarsıdıcıdır. Təbii ki, hədə-