Фаиг Абдуллайев____________________________________
36
Azərbaycan İnqilab Komitəsinə
MƏLUMAT
Zəngəzur
Zəngəzur qəzasının məsul işçilərinin Zəngəzurun müsəl-
man ərazilərinin ermənilərə birləşdirilməsi ilə bağlı çağırıl-
mış qurultayındakı nümayəndələrin çoxsaylı çıxışlarından
aşağıdakı nəıticəyə gəlmək olar: Milli münaqişələr zəminin-
də iki ilə yaxın davam edən müharibə Zəngəzurdakı
vəziyyəti son həddə gətirib çıxarıb. Müsəlman kəndlərində
olduğu kimi erməni kəndlərində olan torpaqlar da demək
olar ki, zəbt olunub. Kəndlilər qapını kəsdirən qışın
gəlişindən daha çox narahatdırlar. Torpaq çoxdandır ki,
qar altında qalıb, günəş görsənmir. Hər tərəf açıq səma
altında gecələməli olan, heç bir yerdən yardım gözləməyən
qaçqınlarla doludur. Qızıl Ordunun onlara kömək
edəcəyini dərk edən kəndlilər son tikələrini də onlara
verməyə hazırdır. Daxili nizam-intizamın bərqərar
olmasında dövlət qulluqçularının iştirakı nəzərə çarpmır.
Hər yerdə inqilab komitələri təşkil olunub. Tikinti işləri
getmir, məktəblər yoxdur, quruculuq işləri aparılmır,
dərsliklər, kağız, bir sıra dəftərxana ləvazimatları çatışmır.
Azərbaycan Respublikası Baş Milli Arxiv idarəsinin 410-
cu fondu. Siyahı 1, iş 130
Eyni sənəd AKP MK-nə göndərilmiş və Azərbaycan
Respublikası Prezident Aparatının siyasi sənədlər arxivində
Fond 1. Siyahı 1. İş 110 qrifi ilə saxlanılır.
İnqilab Komitəsinə verilən məlumatla tanış olduqda
insanın qanını donduracaq
bir fakt, o faktın arxasında isə
___________________Зянэязур асланы–Аслан бяй Султанов
37
məkrli bir niyyətin dayandığı diqqəti çəkir. Sənədlə tanış
olduqda bir fakt insanda ikrah hissi doğurur ki, bizim
Azərbaycan tərəfindən olan qurultay iştirakçıları çox primitiv
bəhanələr gətirməklə(guya ki, dərslik, kağız, dəftərxana
ləvazimatları çatışmır) Zəngəzurun Ermənistana birləşdiril-
məsinin labüd olduğunu bildiriblər. Həmin qurultayda
çıxarılan qərar əslində Azərbaycan xalqının kürəyinə saplan-
mış zəhərli bir xəncər idi. Qurultayın məqsədi Türk dünyasını
coğrafi cəhətdən bir-birindən ayrı salmaqdan ibarət idi.
Qurultay
nümayəndələri, Çingiz İldırımın himayə etdiyi yerli
xainlərlə birlikdə bəsit və gülüş doğuran faktları əsas
götürərək Zəngəzurun Ermənistana verilməsini qaçılmaz
hesab ediblər.
Qurultay iştirakçılarından biri, o dövrdə fəal kommunist-
lərdən biri olan Nəzər Heydərov sonradan yazdığı “Zəngəzur
dağlarında” adlı kitabında yazır ki, “ Belə ağır bir şəraitdə
Zəngəzur qəza partiya təşkilatının qurultayı çağırıldı. Qurul-
tay 1920-ci ilin ikinci yarısında Gorusda açıldı. Qurultayın
işinə Armenak Qaragözov rəhbərlik edirdi”.
Arxiv sənədləri təsdiq edir ki, Çingiz İldırım Zəngəzurun
Ermənistana verilməsində canfəşanlıq
göstərən, xalqına
xəyanət yolunu seçən qüvvələrə birbaşa rəhbərlik edib və
onları bu işlərə ruhlandırıb.
(Azərbaycan Respublikası Prezidenti Aparatının Siyasi
sənədlər arxivi. Fond 1, siyahı 2, saxlama vahidi 139).
Bu sənədi sizə təqdim edirik:
___________________Зянэязур асланы–Аслан бяй Султанов
43
Armenak Qaragözov həmin dövrlərdə Zəngəzurun Ermənis-
tan tərəfinin fövqəladə komissarı olub. Həmin dövrdə
Zəngəzurun və Qarabağın Azərbaycan tərəfinin fövqəladə
komissarı isə kommunist partiyasının üzvü olmayan Aslan
bəy Sultanov olmuşdur. O
dövrdə Azərbaycanda yeganə
kommunist partiyası üzvü olmayan fövqəladə komissar Aslan
bəy olmuşdur.
Nəzər Heydərov adı çəkilən kitabında yazır ki, “Qurulta-
yın nümayəndələri Zəngəzurun həm erməni, həm də azər-
baycanlılar hissəsindən olan partiya təşkilatlarının nümayən-
dələri idi.
Qurultay qəza komitəsi seçdi. Komitənin rəyasət heyətinin
üzvləri Akop Komari, Xristofor Mkrtıçyan, Maqiç Maşur-
yan,
Oruc Babayev, Kərim İsgəndrov və bu sətirlərin müəllifi
(müəl: yəni Nəzər Heydərov)”.
Əgər əldə etdiyimiz arxiv sənədləri olmasaydı qurultayın
nə üçün çağırıldığı və hansı qərarı qəbul etdiyi indiyədək
xalqa məlum olmadığı kimi, yenə də gizli olaraq qalacaqdı.
Yəqin elə həmin sətirlərin müəllifi Nəzər Heydərov özü də
ağlına sığışdıra bilməzdi ki, illər boyu üstünü pərdələdiyi
gizlinlər bir gün üzə çıxa bilər. Çıxa
bilər və həqiqət aşkar
olar.
Nəzər Heydərovun kitabında qurultay haqqında ümumi
məlumat verilsə də konkret olaraq qurultayda baş vermiş
xəyanət haqqında bir söz belə işlənməyib. Qurultayın çıxar-
dığı qərar Zəngəzurun Ermənistana verilməsi idi. Əgər Nəzər
Heydərov bu qərarın xəyanət olduğunu doğrudan da
bilmirdisə nədən kitabında qərar haqqında sükutla keçir. Bu
barədə bir məlumat da olsun yazmır. Hər bir qurultayın
çıxardığı qərar olur. Arxiv sənədləri çıxarılan qərarın nədən
ibarət olduğunu açıb göstərdi. Amma təəssüflər olsun ki,
həmin qərardan sonra Azərbaycan xalqının başına gətirilən