808
halda, Henrixi yenə də düz on beş il sevmişdir. Bax, mən
onun bu əmiqızısından cürbəcür yollarla mühüm şeylər
öyrənə bildim. Henrix ona alman adətincə məktub və
gündəlik yazarmış, ölməzdən əvvəl də ona özünün bəzi
kağızlarını göndərmişdir. Bu axmaq arvad da, o
məktublardakı mühüm şeyləri başa düşmürmüş, ancaq bu
yerləri başa düşürmüş ki, orada aydan, meyn liber
Avqustinadan, bir də, deyəsən, orada Vilandadan söhbət
gedirmiş. Hər halda mən lazım olan məlumatı ondan aldım,
bu məktublar vasitəsilə yeni bir iz tapdım. Məsələn, mən
cənab Smit barəsində, onun qızının atasından oğurladığı
pulun miqdarı, bu pulu ələ keçirən knyaz barəsində məlumat
topladım. Axırda məktubda olan cürbəcür nidalar, eyhamlı,
iki mənalı sözlər, rəmzlər arasında əsl məsələni görə bildim,
yəni Vanya, başa düşürsənmi, heç bir şey görə bilmədim. O
axmaq Henrix nahaq yerə bunu gizlətmişdir, bu
eyhamlardan, bütün bu şeylərdən ancaq mənim üçün səmavi
bir ahəng meydana gəldi, knyaz axı Smitin qızı ilə
evlənmişdi! Amma harada evlənib, necə, nə vaxt evlənib,
xaricdəmi evlənib, burdamı evlənib, buna aid sənədlər hanı?
downloaded from KitabYurdu.org
809
Məlum deyil. Yəni, qardaşım Vanya, mən acığımdan
saçlarımı yolurdum, axtardım, axtardım, yəni gecə-gündüz
axtardım.
Axırda Smiti tapdım, o da öldü, heç sağ ikən üzünü də
görə bilmədim. Bu arada mən birdən bir hadisə ilə əlaqədar
olaraq bildim ki, məndən ötrü şübhəli olan bir arvad
Vasilyevski adasında ölmüşdür. Yoxladım, lap izinə
düşdüm, Vasilyevskiyə cumdum, yadındadır, biz onda bir-
birimizə rast gəldik. Onda mən çox şey öyrəndim. Xülasə,
Nelli də bu işdə mənə kömək etdi...
Mən onun sözünü kəsdim:
– Mənə bax, yoxsa sən elə güman edirsən ki, Nelli
bilir...
– Nəyi?
– Knyazın qızı olduğunu!
O, qəzəb və məzəmmətlə mənə baxaraq dedi:
– Axı sən özün də bilirsən ki, o knyazın qızıdır, bəs
onda niyə belə boş sual verirsən, ay boş adam? Əsas məsələ
bunda deyil, əsas məsələ ondadır ki, o nəinki knyazın qızı
downloaded from KitabYurdu.org
810
olduğunu bilir, o həm də knyazın qanuni qızı olduğunu bilir,
sən bunu başa düşürsənmi?
Mən həyəcanla dedim:
– Ola bilməz!
– Mən də əvvəl öz-özümə deyirdim ki, “ola bilməz!”
Hətta indi də bəzən özüm özümə deyirəm ki, “ola bilməz!”
Amma məsələ elə burasındadır ki, bu ola bilər, yəqin ki, elə
belədir.
Mən həyəcanla:
– Yox, – Masloboyev, – dedim, – bu belə deyil, sən
hissə qapılmısan. O bunu bilmir, o həm də knyazın qanuni
qızı deyil. Bir ananın ki əlində belə bir vəsiqə ola, o heç
Peterburqda belə ağır həyat keçirməyə dözə bilərmi, bundan
başqa, qızını da bu cür yetim qoyub gedərmi? Bəsdir! Bu ola
bilməz.
– Mən özüm də belə fikirləşirdim, yəni bu hələ də
mənim qarşımda bir sual şəklində durub. Amma yenə də
məsələ burasındadır ki, Smitin qızı dünyada ən gic, ən
sarsaq bir qız imiş. O qəribə bir arvad imiş, sən bütün
vəziyyəti bir təsəvvür elə: bu axı romantizmdir, bütün bu
downloaded from KitabYurdu.org
811
səmavi axmaqlıqlar, özü də çox əcaib, dəlicəsinə bir şəkildə!
Elə bir bunu götür: lap əvvəldən o ancaq yerdə cənnət, bir də
ki, mələklər arzusunda imiş, vurulur, dəli-divanə olur,
hədsiz dərəcədə inanır, mən əminəm ki, o sonra ona görə
dəli olmamışdır ki, knyaz onu daha istəməmiş, atıb
getmişdir, ona görə dəli olmuşdur ki, knyazı tanımaqda
aldanmışdır, knyaz onu aldatmağa, atıb getməyə qabil imiş,
ona görə dəli olmuşdur ki, onun mələyi zibilə çevrilmiş, onu
biabır etmiş, alçaltmışdır. Onun romantik, divanə qəlbi
mələyinin zibilə çevrilməsinə, xüsusilə, bu təhqirə tab gətirə
bilməmişdir, bilirsən bu necə təhqirdir! O, dəhşət içində,
xüsusilə, bunu qüruruna sığışdıra bilməyib, ona hədsiz
dərəcədə nifrət edərək, ondan uzaqlaşmış, onunla olan bütün
əlaqələrini kəsmiş, bütün sənədləri cırmışdır. Knyaza verdiyi
pula tüpürmüş, hətta bu pulun onun deyil, atasının olduğunu
unutmuş, ondan bir çirkab kimi, toz-torpaq kimi imtina
etmişdir, bununla da öz mənəvi yüksəkliyi ilə onu aldadan
adamı məhv etmək, onu oğru hesab etmək, bütün ömrü
uzunu ona nifrət etmək haqqını əldə etmək istəmişdir, yəqin
elə onda da demişdir ki, mən özümü onun arvadı hesab
downloaded from KitabYurdu.org
812
etməyi özüm üçün namussuzluq hesab edirəm. Bizim
əlimizdə boşanma kağızı yoxdur, amma de facto
1 faktik (lat.)
olaraq, onlar bir-birindən ayrılmışlar, belə bir vəziyyətdən
sonra o heç knyazdan kömək istəyərdimi?! Unutma ki, o
dəli, ölüm halında Nelliyə demişdir: onların yanına getmə,
işlə, məhv ol, amma onların yanına getmə, kim səni çağırmış
olsa da, getmə! (yəni o hələ bu zaman da belə bir fikirdə
imiş ki, onu çağıra bilərlər, deməli, onu çağıran adamdan bir
daha qisas almaq, onu həqarətlə məhv etmək imkanı
olacaqdır, sözün qısası, özünü çörək əvəzinə kinli bir xəyalla
qidalandırırmış). Qardaş, mən Nellidən söz çəkə-çəkə çox
şey öyrənmişəm, hətta indi də bəzən söz çəkirəm. Onun
anası vərəm imiş, bu xəstəlik adamı xüsusilə acıqlı edir,
əsəbiləşdirir, amma mən Bubnovanın evində olan bir
qohumumuzdan öyrənib bilmişəm ki, o, knyaza məktub
yazmışdır, bəli, knyaza, knyazın özünə...
Mən səbirsizliklə soruşdum:
– Məktub yazıb?! Özü də knyaza çatıb?
– Elə məsələ də burasındadır, mən bilmirəm çatıb, ya
yox. Bir gün Smitixa bizim bu qohumla görüşür
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |