F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə155/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   151   152   153   154   155   156   157   158   ...   161

 

783 


–  Mən  elə  bilirəm  ki,  o  tezliklə  qayıdıb  gələcək. 

Demişdi ki, özümü çaya yetirəcəyəm. 

– O yenə də qulluq üçün çalışır? 

– Bəli, qulluq indi heç şübhəsiz olacaq. – Sonra fikirli 

halda əlavə etdi: – Gərək ki, bu gün onun getməsi heç lazım 

deyildi, sabah da gedə bilərdi. 

– Bəs niyə gedib? 

– Ona görə gedib ki, mən məktub almışam... 

Nataşa bir az susduqdan sonra təkrar sözə başladı: 

–  Vanya,  o  məndən  ötrü  o  qədər  narahat  olur  ki,  bu 

hətta  mənə  iztirab  verir.  O  elə  bil  yuxuda  da  ancaq  məni 

görür.  Mən  əminəm  ki,  o  ancaq  bir  şey  düşünür:  mən 

necəyəm,  necə  yaşayıram,  nə  barədə  fikirləşirəm,  bundan 

başqa  onun  özgə  fikri  yoxdur.  Mənim  hər  bir  qəmim  onun 

qəlbində əks olunur. O bəzən çox bacarıqsız bir halda özünü 

məcbur  etməyə  çalışır,  göstərmək  istəyir  ki,  guya  mənim 

dərdimi çəkmir, özünü şən göstərir, çalışır ki, özü də gülsün, 

bizi  də  güldürsün.  Mən  bunu  aydın  görürəm.  Anam  da  bu 

saat  heç  özündə  deyil,  o  da  onun  gülüşünə  inanmır,  ah 

çəkir...  –  gülərək  əlavə  etdi:  –  Anam  belə  şeylərdə  elə 

downloaded from KitabYurdu.org



 

784 


bacarıqsızdır  ki...  Çox  sadəlövhdür!  Bu  gün  mən  məktub 

alan  kimi,  atam  mənimlə  göz-gözə  gəlməmək  üçün,  dərhal 

çıxıb  getdi...  Vanya,  mən  onu  dünyada  hamıdan  çox 

sevirəm,  özümdən  də  çox  sevirəm.  –  Sonra  başını  aşağı 

dikdi, əlimi sıxıb dedi: – Hətta səndən də... 

Biz  bağı  iki  dəfə  dolandıqdan  sonra  o  danışmağa 

başladı: 

–  Masloboyev  bu  gün  bizə  gəlmişdi,  dünən  də 

gəlmişdi. 

– Bəli, axır vaxtlar o sizə çox tez-tez gəlir. 

–  Bilirsən  niyə  gəlir?  Anam  ona  yaman  inanır.  Anam 

elə  güman  edir  ki,  o  bu  şeyləri,  yəni  qanunları-filanı,  çox 

yaxşı bilir, onun əlindən hər şey gəlir. Sən necə bilirsən, indi 

anam nə fikirdə ola bilər? O öz ürəyində  mənim knyaginya 

olmamağıma  çox  təəssüf  eləyir,  bu  ona  çox  əzab  verir.  Bu 

fikir onu rahat qoymur, özü də deyəsən, bu şeylərin hamısını 

açıb  Masloboyevə  deyib.  Atamla  bu  barədə  danışmağa 

qorxur, fikirləşir ki, bəlkə Masloboyevin bu işdə bir köməyi 

dəydi,  bəlkə  o,  qanunla  bir  iş  görə  bildi.  –  Sonra  Nataşa 

downloaded from KitabYurdu.org




 

785 


gülümsəyərək  əlavə  etdi:  –  Masloboyev  də,  deyəsən,  onun 

sözünə zidd getmir, anam onu da çaxıra qonaq eləyir. 

–  Bu  dələduzdan  xata  əskik  olmaz.  Bunu  sən  haradan 

bilirsən? 

– Anam özü çaşıb bunu mənə dedi... Özü də eyhamla... 

– Nelli necədir? 

Nataşa məzəmmətlə dedi: 

– Vanya, mən sənə təəccüb edirəm: sən bu vaxta qədər 

onu soruşmamısan. 

Bu  evdə  hamı  Nelliyə  pərəstiş  edirdi.  Nataşa  onu  son 

dərəcə  sevirdi,  Nelli  də  axırda  bütün  qəlbilə  onu  sevdi. 

Yazıq tifil! O heç də belə adamlara rast gələcəyini, bu qədər 

seviləcəyini  gözləmirdi.  Mən  görürdüm  ki,  onun  qəzəblə 

dolu  qəlbi  yumşalmışdır,  bütün  könlü  bizim  hamımızın 

qarşısında  açılmışdır,  mən  buna  sevinirdim.  Nelli  əvvəlki 

vəziyyətin əksinə olaraq, əhatə olunduğu bu ümumi sevgiyə 

bir  növ  iztirab  duyulan  bir  hərarətlə  cavab  verdi,  əvvəlki 

vəziyyət  onda  şübhə,  qəzəb  və  inadcıllıq  hissi  əmələ 

gətirmişdi.  İndi  də  o  xeyli  inad  göstərdi,  qəlbində  toplaşan 

dərdini  bizdən  xeyli  gizlətdi,  bizimlə  barışmaq  istəmədi, 

downloaded from KitabYurdu.org



 

786 


axırda bizə tamamilə təslim oldu. Əvvəl Nataşanı, sonra da 

qocanı  bərk  sevdi.  Hətta  mən  onun  üçün  elə  zəruri  bir  şey 

oldum  ki,  bir-iki  gün  gəlməyəndə  xəstəliyi  artırdı.  Çoxdan 

bəri qurtarmadığım bir işi yazıb başa çatdırmaq üçün ondan 

iki gün ayrılmalı idim, bundan ötrü mən onu, sonuncu dəfə 

olaraq, müxtəlif yollarla xeyli dilə tutub razı salmalı oldum. 

O  hələ  də  öz  hisslərini  mənə  tamamilə  açıq  bildirməkdən 

utanırdı... 

O  bizim  hamımızı  çox  düşündürürdü.  Heç  bir  söhbət 

olmadan,  sözsüz-filansız  qət  olunmuşdu  ki,  o  həmişəlik 

Nikolay  Sergeiçin  evində  qalsın,  lakin  Nataşagilin  getmək 

vaxtı  yaxınlaşırdı,  onun  halı  isə  get-gedə  xarablaşırdı.  Biz 

Nikolay Sergeiçgilə gələn gündən o xəstələnmişdi. Axı mən 

bunu  niyə  deyirəm?  O  həmişə  xəstə  olmuşdur.  Onun 

xəstəliyi əvvəllər də artırdı, indi isə daha sürətlə inkişaf edir. 

Mən onun  xəstəliyinin  necə  bir xəstəlik olduğunu  müəyyən 

edə  bilmirəm.  Doğrudur, onun  ürəkgetməsi  əvvəlkindən  bir 

qədər çoxalmışdır. Lakin məsələ burasındadır ki, o get-gedə 

zəifləyir,  gücdən  düşürdü,  həmişə  titrədib-qızdırırdı,  gərgin 

bir vəziyyətdə olurdu, bu da onu elə bir hala salmışdı ki, son 

downloaded from KitabYurdu.org



 

787 


günlərdə  heç  yataqdan  qalxa  bilmirdi.  Qəribədir,  xəstəliyi 

şiddətləndikcə  o  bizimlə  daha  mülayim,  daha  mehriban, 

daha  açıq  olurdu.  Üç  gün  bundan  əvvəl  onun  çarpayısının 

yanından  keçəndə  əlimdən  tutub  məni  özünə  tərəf  çəkdi. 

Otaqda heç kəs yox idi. Üzü qızdırmadan od kimi yanırdı (o, 

yaman arıqlamışdı), gözləri parıldayırdı. Əsəbi bir ehtirasla 

mənə  tərəf  dartındı,  mən  ona  tərəf  əyiləndə,  qarabuğdayı, 

arıq  qollarını  boynuma  bərk-bərk dolayıb  məni  öpdü, elə  o 

saat  da  Nataşanı  öz  yanına  çağırtdırdı,  gedib  Nataşanı 

çağırdım.  O  istəyirdi  ki,  Nataşa  onun  çarpayısında  oturub 

ona baxsın... 

–  Mən  özüm  sizə  baxmaq  istəyirəm,  –  dedi.  –  Dünən 

sizi yuxuda görmüşəm, bu gecə də görəcəyəm... Siz tez-tez 

mənim yuxuma girirsiniz... hər gecə... 

Görünür, o nəsə demək istəyirdi, qəlbindəki hisslər onu 

narahat  edirdi,  lakin o  özü  də  öz  hisslərini  başa  düşmürdü, 

bilmirdi onları necə ifadə etsin... 

Nikolay  Sergeiçi  hamıdan  çox  istəyirdi,  bircə  məndən 

başqa... Bunu da demək lazımdır ki, Nikolay Sergeiç də onu, 

az qala öz qızı Nataşa qədər istəyirdi. Nikolay Sergeiç onun 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə