F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə158/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   153   154   155   156   157   158   159   160   161

 

798 


baban  ölməmişdir,  sənə  qəsdən  belə  deyiblər,  o  indi  gedib 

dilənir,  necə  ki,  biz  əvvəllər  dilənirdik,  özü  də  həmişə,  ilk 

dəfə biz ona rast gəldiyimiz yerə gedir, o yerdə ki, mən onun 

ayaqlarına yıxıldım. Azorka da məni tanıdı... 

–  Nelli,  bu  yuxudur,  –  dedim,  –  xəstə  bir  adamın 

yuxusudur, ona görə ki, sən özün indi xəstəsən. 

–  Mən özüm  də  elə  bilirdim  ki,  bu  yuxudur, heç  kəsə 

bunu demirdim. Bircə sənə demək istəyirdim. Bu gün ki, sən 

gəlmədin,  mən  də  gedib  yatdım,  yuxuda  babamın  özünü 

gördüm. O öz evində oturub məni gözləyirdi, özü də çox pis 

halda  idi,  çox  arıq  idi,  adam  qorxurdu,  mənə  dedi  ki,  iki 

gündür heç bir şey  yeməmişəm. Azorka da  yeməyib,  mənə 

çox  acığı  tutdu,  məni  danladı.  Bunu  da  dedi  ki,  heç 

burunotum  yoxdur,  mən  burunotusuz  yaşaya  bilmirəm. 

Vanya, doğrudan da, əvvəllər o bir dəfə bunu mənə demişdi, 

anam  öləndən  sonra,  onda  ki  mən  onun  yanına  gedirdim. 

Onda  o  lap  xəstə  idi,  çox  az  şey  başa  düşürdü.  Bu  gün  bu 

sözü  ondan  eşidəndə  fikirləşdim  ki,  gedib  körpüdə  durub 

dilənərəm, pul yığıb ona  çörək də alaram, bişmiş kartof da, 

burunotu da. Sonra elə bil ki, mən körpüdə durub dilənirdim, 

downloaded from KitabYurdu.org



 

799 


gördüm  ki,  babam  da  mənim  ətrafımda  hərlənir,  bir  az 

gözləyir,  sonra  mənə  yaxınlaşır,  baxır  ki,  nə  qədər  pul 

yığmışam,  yığdığım  pulu  məndən  alır.  Deyir  ki,  bu  çörək 

üçün,  indi  isə  burunotu  üçün  yığ.  Mən  də  yığıram,  gəlib 

bunu da əlimdən alır. Mən ona deyirəm ki, onsuz da bunun 

hamısını  sənə  verəcəyəm,  heç  bir  şey  gizlətməyəcəyəm. 

“Yox, deyir, sən oğurlayırsan, Bubnova da mənə deyirdi ki, 

sən  oğrusan,  buna  görə  də  mən  səni  öz  yanıma 

gətirməyəcəyəm.  Bir  şahını  yenə  neylədin?”  O  mənə 

inanmadığı  üçün  ağladım,  o  mənim  dediyimə  heç  qulaq 

asmırdı,  elə  hey  çığırırdı:  “Sən  bir  şahını  oğurladın!”  Elə 

oradaca,  körpünün  üstündə  məni  döyməyə  başladı,  yaman 

da bərk döyürdü. Mən də bərk ağlayırdım... Vanya, mən indi 

elə  fikirləşirəm  ki,  o  mütləq  sağdır,  haradasa  təkbaşına 

dolanır, gözləyir ki, mən onun yanına gedəcəyəm... 

Mən  onu  yenə  də  başa  salmağa,  bu  fikrindən 

döndərməyə  başladım,  axırda  deyəsən,  başa  sala  bildim.  O 

dedi ki, indi yatmağa qorxuram, ona görə qorxuram ki, yenə 

də babamı görəcəyəm. Nəhayət, məni bərk-bərk qucaqladı... 

O, üzünü üzümə sıxaraq dedi: 

downloaded from KitabYurdu.org



 

800 


– Vanya, mən səni atıb gedə bilmərəm. Babam olmasa 

da, mən səndən ayrılmayacağam. 

Evdə  hamı  onun  bayılmasından  qorxmuşdu.  Mən 

gizlincə həkimə onun bütün dediklərini söylədim, qəti olaraq 

soruşdum ki, onun xəstəliyi haqqında sizin fikriniz nədir? 

O fikirləşə-fikirləşə cavab verdi: 

–  Hələ  heç  bir  şey  məlum  deyil,  hələ  ki,  mən  güman 

edirəm,  düşünürəm,  müşahidə  edirəm,  amma...  heç  bir  şey 

məlum  deyil.  Ümumiyyətlə,  onun  sağalması  mümkün  olan 

şey  deyil.  O  öləcək.  Mən  bunu  onlara  demirəm,  çünki  siz 

məndən  bunu  xahiş  etmisiniz,  ancaq  mənim  qıza  yazığım 

gəlir,  mən  günü  sabah  konsilium  təklif  edəcəyəm,  bəlkə 

konsiliumdan  sonra  xəstəlik  başqa  bir  şəkil  alacaq.  Ancaq 

mənim  bu  qıza  çox  yazığım  gəlir,  öz  qızım  kimi...  Çox 

sevimli qızdır! Elə də şən, oynaq zəkası var ki!.. 

Xüsusilə, Nikolay Sergeiç bərk həyəcan keçirirdi: 

–  Vanya,  mənim  ağlıma  belə  bir  şey  gəlib:  Nellinin 

güldən  çox  xoşu  gəlir.  Bilirsən  nə  var?  Bu  gün  o,  vaxtilə 

Henrixlə  bir  yerdə  anasının  otağını  gül  ilə  necə 

bəzədiklərindən danışırdı, gəlin biz də sabah onun üçün belə 

downloaded from KitabYurdu.org



 

801 


bir  şey  edək,  yuxudan  ayılanda  görsün...  Nelli  bunu  elə 

həyəcanla nəql edirdi ki... 

– Bəli, həyəcanla... Həyəcanlanmaq indi ona zərərdir. 

–  Doğrudur,  amma  xoş həyəcan  bir  başqadır!  Əzizim, 

indi  sən  mənim  təcrübəmə  inan, xoş  həyəcan  pis  deyil,  xoş 

həyəcanla  hətta  xəstəni  sağaltmaq  olar,  xəstəyə  yaxşı  təsir 

bağışlayar... 

Xülasə, Nikolay Sergeiçin ağlına gələn bu fikir onun o 

qədər  xoşuna  gəlmişdi  ki,  sevindiyindən,  heç  bilmirdi  nə 

etsin.  Ona  etiraz  etmək  də  mümkün  deyildi.  Mən  bunu 

həkimə  məsləhət  elədim,  həkim  bu  məsələni  dərk  edənə 

kimi,  Nikolay  Sergeiç  kartuzunu  götürüb  çiçək  almağa 

getdi. 

Gedəndə mənə dedi: 



–  Mənə  bax,  yaxınlıqda  bir  oranjereya  var,  zəngin 

oranjereyadır.  Bağbanları  çiçək  satır,  onlardan  çiçək  almaq 

olar,  çox  da  ucuz  qiymətə!..  Çox  ucuz  qiymətə  ha!..  Sən 

bunu Anna Andreyevnaya başa sal, yoxsa o elə bilər ki, çox 

pul  xərcləyəcək,  acığı  tutar...  Bu  belə...  Hə!  Bir  də  belə  bir 

şey  var,  dost,  sən  bu  saat  hara  gedirsən?  Sənin  ki  başın 

downloaded from KitabYurdu.org



 

802 


açıqdır,  işini  qurtarmısan,  daha  evə  niyə  tələsirsən?  Bizim 

yuxarıda  balaca  bir  otağımız  var,  gecəni  orada  qal, 

yadındadır,  əvvəllər  necə  qalardın?  Döşək  də  sənindir, 

çarpayı da, hamısı  əvvəlki yerindədir. Heç əl də dəyməyib. 

Lap  belə  fransız  kralı  kimi  yatarsan!  Hə?  Qal.  Sabah  erkən 

oyanarıq, çiçəkləri gətirərlər, biz də saat səkkizə kimi otağı 

çiçəklə  bəzəyərik.  Nataşa  da  kömək  edər,  onun  zövqü 

bizimkindən yaxşıdır... Razı olursan? Gecəni qalırsan? 

Qərarımız  bu  oldu  ki,  gecəni  mən  burada  qalım. 

Nikolay  Sergeiç  gedib  işi  düzəltdi.  Həkimlə  Masloboyev 

xudahafizləşib  getdilər.  İxmenevlər  tez  yatırlar:  axşam  saat 

on birdə. Masloboyev gedəndə fikirli idi, mənə nəsə demək 

istəyirdi,  ancaq  gələn  dəfəyə  saxladı.  Mən  Nikolay 

Sergeiçlə, Anna Andreyevna ilə xudahafizləşib yuxarı otağa 

qalxanda,  Masloboyevi  orada  görüb  çox  təəccüb  etdim,  o 

stol arxasında oturub kitab vərəqləyir, məni gözləyirdi. 

–  Vanya,  yoldan  qayıtdım,  çünki indi demək  yaxşıdır. 

Bir otur. Elə mənasız bir işdir ki, adamın lap acığı tutur... 

– Nə olub axı? 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə